İnsanın öz nəfsinə və ya şeytana uyaraq, yaramaz əməllər etməsi mümkündür. Lakin bu yaramaz əməllər arasında elə bir əməl vardır ki, məhz o, digər pis əməllərə qapı açır. Bu xüsusda Peyğəmbər -səllallahu aleyhi və səlləm- demişdir: “Şərab içmək murdar əməllərin anası, həm də böyük günahlardan biridir...”1 Başqa bir hədisdə də o -səllallahu aleyhi və səlləm-, belə demişdir: “Şərab içmək murdar əməllərin anasıdır. Allah onu içən kimsənin qırx gün ərzində qıldığı namazını qəbul etməz və əgər o, içkili halda ölərsə, cahil kimi ölmüş sayılar.”
Digər bir hədisdə o -səllallahu aleyhi və səlləm- demişdir: “Şərab içən adam bütə ibadət edən kimsəyə bən- zəyir...”1 Yenə bir hədisdə o-səllallahu aleyhi və səlləm- demişdir: “Allah sərxoşedici içkiyə, onu düzəldənə və düzəlt- dirənə, onu içənə, onu daşıyana və daşıtdı- rana, onu satana və alana, onu süzənə və süzdürənə lənət eləsin!”2 Lənət, Allahın mərhəmətindən birdəfəlik məhrum olmaq deməkdir. Allahın mərhəməti isə Cənnətə daxil olmaq üçün yeganə səbəb- dir. Bu xüsusda Rəsulullah -səllallahu aleyhi və səlləm- demişdir: “Heç birinizi, əməli Cənnətə daxil edib, Cəhənnəm odundan qoruya bilməz. Yalnız Allahın rəhməti sayəsində buna nail olmqa olar.”
Digər hədisdə o -səllallahu aleyhi və səlləm- demişdir: “Sizlərdən
heç kəsin əməli onu əzabdan xilas etməyəcək.”
Səhabələr dedilər: “Səni də, ya Rəsulullah?”
Dedi: “Bəli, məni də. Yalnız Allahın mənə
mərhəmət göstərməsi istisnadır...”1
Bu iki hədisdən bizə aydın olur ki, Cən-
nəti qazanmağın və Cəhənnəmdən qurtul-
mağın yolu yalnız Allahın mərhəməti və
lütfüdür.
Sual verilə bilər ki, nə üçün şirk, küfr,
zina etmək, qumar oynamaq, oğurluq etmək
və başqa bu kimi böyük günahlar yox, məhz,
şərab içmək “murdar əməllərin anası” sayı-
lır? Çünki insanın ağlı başında olduqca,
düşünüb, o böyük günahlardan çəkinə bilər.
Sərxoş olduqda isə, bu günahları edə bilər.
Bu xüsusda, varid olmuş ibrətamiz rəvayətdə
Osman ibn Əffan demişdir: “Şərabdan
uzaq durun, çünki şərab içmək murdar əməllərin anası sayılır.
Bir zaman pozğun bir
qadın öz kənizini könlünə yatan bir kişinin
yanına göndərir ki, gəlib onlara yardım
etsin. Kişi kənizlə birgə o qadının yanına
gəlir. Nəhayət, o, evə daxil olduqdan sonra
kəniz bütün qapıları kilidləyir. Həmin qadı-
nın yanında bir uşaq və bir badya şərab olur.
Qadın ona: “Səni bura yardım etmək üçün
çağırmamışam. Çağırmışam ki, mənimlə
yaxınlıq edəsən və ya bu şərabdan içəsən, ya
da bu uşağı öldürəsən. Dediyimi eləməsən,
hay-küy salıb səni biabır edərəm. Kişi ona:
“Bu şərabdan mənim üçün bir bardaq süz”–
dedi. Qadın ona bir bardaq şərab süzdü. Kişi
onu içdikdən sonra: “Yenə süz”– dedi. Kişi
şərabdan o qədər içdi ki, axırda həm o
qadınla zina etdi, həm də həmin uşağı
öldürdü. Odur ki, şərabdan uzaq olun!”
Bir xristian tədqiqatçı təəssüf hissi ilə bir
əhvalat danışır. Bu əhvalatda hər bir insan
üçün ibrət dərsi vardır. Deyir ki, təhsilini
qırmızı diplomla başa çatdırmış yüzə yaxın
əlaçı tələbə universiteti qurtardıqda, buraxılış
gecəsi keçirir və bu əyləncə gecəsində şərab
içirlər. Hamısı sərxoş olduqdan sonra arala-
rına dava düşür və bir qismi digərlərini
bıçaqlayıb öldürür. Ölənlər torpağın altına,
sağ qalanları isə ömürlük həbsxanaya düşür-
lər. Diqqət edin – 11 il məktəb, sonra da 5 il
universitet oxumaq, özü də yaxşı qiymət-
lərlə – yəni 16 il gecə-gündüz əziyyət çəkib
oxumaq, sonra da, bir gecədə bu əziyyətləri
puç etmək. Ümumiyyətlə, yer üzündə baş
verən cinayətləri araşdırsaq görərik ki, bun-
ların əksəriyyəti, məhz bu, murdar əməllərin
anası üzündən baş verir.
Lakin xüsusilə qeyd edək ki, bu yaramaz
əməlin aludəçisi olmuş insanlara mütəmadi
olaraq nəsihət etmək lazımdır.
İbrətamiz bir rəvayətdə xəbər verilir ki, Şam əhlindən olan
əməlisaleh mömin bir adam tez-tez xəlifə
Ömər ibn Xəttabın məclisinə gələrdi. Bir
müddət sonra Ömər onun məclisdə iştirak
etmədiyini görüb: “Filankəsin oğlu filankəs
gözə dəymir?”– deyə soruşdu. Məclisdəkilər
ona: “Ey möminlərin əmiri, o, şərab içənlərə
qoşulub”– dedilər. Onda, Ömər ibn Xattab
öz katibini çağırtdırıb, ona belə bir məktub
yazdırır: “Ömər ibn Xattabdan filankəsin oğ-
lu filankəsə. Sənə salam olsun! Bil ki, mən sə-
ninlə birlikdə bizə hidayət verən Allaha
həmd edirəm. O Allah ki, Özündən başqa
ibadətə layiq olan bir məbud yoxdur. O,
günahları bağışlayan, tövbələri qəbul edən,
cəzası şiddətli olan, lütf sahibidir! Ondan
başqa ibadətə layiq olan məbud yoxdur. Dö-
nüş də Onadır.” Sonra Ömər məclisdəkilərə
dedi: “Qardaşınız üçün dua edin ki, onun
qəlbi doğru yola yönəlsin və Allah onun
tövbəsini qəbul etsin.”
Nəhayət, Ömərin məktubu həmin adama yetişdikdə, o, bu
məktubu oxuyub təkrar-təkrar dedi: “Allah
günahları bağışlayan, tövbələri qəbul edən
və cəzası şiddətli olandır! O, həm Öz əzabı
ilə məni qorxudur, həm də günahımı bağış-
layacağını mənə vəd edir. O, bu sözləri öz-
özünə o qədər təkrar etdi ki, axırda ağla-
mağa başladı və etdiyi günahdan birdəfəlik
əl çəkdi. Bu xəbər Ömərə gəlib çatdıqda,
o dedi: “Həmişə belə edin! Qardaşınızın
xətaya yol verdiyini gördüyünüz zaman onu
islah etməyə çalışın, onu düz yola yönəldin,
üstəlik, Allaha dua edin ki, onun tövbəsini
qəbul etsin. Qardaşınıza qarşı çıxıb, şeytanın
köməkçiləri olmayın!”