Ana səhifə
 / Sual-cavab / Təharət


812

Assalamu aleykum şeyx! Cümə günü qüsl almaq vacibdirmi? Allah razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh

Əksər alimlərə görə cümə günü qüsl almaq müstəhəbdir. Lakin bəzi alimlər hədislərə əsaslanaraq bunun vacib olduğunu da söyləmişlər.  Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Cümə gününün qüslü hər bir həddi buluğa çatana vacibdir”. Hədisi Buxari (879)və Muslim (1954) rəvayət etmişlər. Hər bir halda Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrinə riayət etmək məqsədəuyğun hesab olunur. 


808

Assalamu aleykum. Mən (dəstəmazda) burnuma su alıb təmizlədiyim zaman arada bir burnumdan qan açılır. Bu zaman qüsl almalıyam yoxsa qanı təmizləyib dəstəmazı tamamlamalıyam? (Yenidən qan gələcəyindən ehtiyat edib təyəmmüm etmək olarmı?) Allah sizdən razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Dəstəmaz aldığınız zaman burnunuzdan qan gəldikdə qanı təmizləyib dəstəmazı davam etməniz kifayətdir. Qüsl almağa isə lüzum yoxdur. Təyəmmümə gəldikdə isə o, su olmadıqda və ya xəstələndikdə edilir. 


802

Əs-salamu aleykum əxican. Sualım budur ki, səhər durub qüsl almaq istəyirsən, amma isti su tapmırsan, təyəmmüm alib namaz qılmaq olarmı?

Əs-salamu aleykum əxican. Sualım budur ki, səhər durub qüsl almaq istəyirsən, amma isti su tapmırsan, təyəmmüm alib namaz qılmaq olarmı?


766

Səlam aleykum və rahmətullahi və bərakətuh. Bir sualım var. Qardaş rayonda yaşayır. Şərait yoxdur tez-tez çimsin. Qış aylarında həftədə bir dəfə mümkün olur. Deyir ki, bu gün qüsl alıram, gecə yuxuda məni ifraz olur məndən. Qüsl almaq istəyirəm evdəkilər soruşurlar ki, dünən yuyunmadın? İndi nə oldu? Soyuq olar, filan. Qardaş da utanır desin ki, cənabət halındayam. Qardaş subay olduğu üçün utanır bunu deməyə. Soruşur ki, mən bir neçə gün təyəmmümlə namaz qıla bilərəmmi? Ta ki, bir neçə gün keçsin ki, evdəkilərə səbəb deməyə məcbur qalmasın..

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Xeyr, heç bir üzr olmadığı halda təyəmmüm etmək olmaz. Qardaş çalışıb bunu dolayı yolla valideynlərinə anlatsın və su ilə qüsl almağa imkan olduğu halda təyəmmüm etməsin.


749

Əs-salamu aleykum və rahmətullahi və bərakətuhu. Şeyx Allah sizdən razı olsun! Sizi Allah rizası üçün çox istəyirik Vallahi! Sizə bir sualım var, hamamda çimərkən dəstəmaz almaq olarmı? Və bunun hökmü nədir?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Allah da sizi sevsin və sizi sevən kimsələrin sizə olan sevgisini bir az da artırsın! Hamamda dəstəmaz almaq olar. Qüsl əsnasında dəstəmaz almaq buna dəlildir.


743

Salam aleykum və rahmətullah.

1. Eyni qabdakı sudan 2-ci dəfə dəstəmaz almaq olarmı?

2. Azanı əli açıq vermək sünnədirmi və bu barədə İbn Ömərin rəvayəti gəlibmi? Allah razı olsun Salam aleykum va rahmatullah.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Eyni qabdakı sudan ikinci dəfə dəstəmaz almaqda heç bir qəbahət yoxdur. Yetər ki, su pak olsun.

2. Bu məsələ barəsində alimlər ixtilaf etmişlər. Bəziləri əli qulaqda tutmağın, bəziləri isə o cümlədən Buxari İbn Ömərin sözünə əsasən əlləri açıq saxlamağın müstəhəb olduğunu bildirmişlər.


730

Salam aleykum və rahmətullah. Sualım belədir. Səhər evdən çıxanda dəstəmaz alırıq, amma namaz qılmırıq. Onun üzərinə məsh etmək olarmı? Zəhmət olmasa səhih hədislərlə cavab verin. Allah razı olsun.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Bəli məsh çəkə bilərsiniz. Müğirə ibn Şöbə rəvayət edir ki, mən bir gecə səfərdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) ilə bir yerdə idim. Su qabından onun əllərinə su tökdüm. O, üzünü və qollarını yudu, başına da məsh etdi. Sonra mən əyilib onun xuflarını çıxarmaq istədikdə dedi: “Toxunma onlara! Mən onları ayaqlarım təmiz olduğu halda geyindim”. Hədisi Əhməd, Buxari və Muslim rəvayət etmişdir. Hümeydi “Müsnəd” əsərində belə rəvayət etmişdir: “Biz dedik: “Ey Allahın Elçisi! Bizdən birimiz xufları üzərinə məsh edə bilərmi?” Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Əgər onları ayaqları pak olduğu halda geyinibsə, məsh edə bilər”.


725

 

Salam aleykum. Suallarım belədir:

1. Əgər bir insan təyəmmüm alıbsa, sonra əlini və üzünü yusa təyəmmüm pozulurmu. Yəni qüsl almağa su yoxdu, sadəcə bir az var və o sudan əl üzünü yuyub.

2. Keçən dəfə işadan sonra hər gün istədiyim qədər nafilə namaz qılmaq barədə sual verdim, dediz ki, bidət olar. Bəs necə edim ki, bidət olmasın. Axı qadağan olunmayan vaxtlarda istədiyin qədər nafilə qılmaq olar. Mən də gücüm çatan qədər qılmaq istəyirəm. Mənə məsləhət edin ki, necə və nə qədər qılsam bidət olmasın. Allah razı olsun.

 

Və aleykumus-sələm.

1. Xeyr, pozulmur.

2. İstədiyin qədər qılsan bidət olmaz. Lakin şəriətdə təyin olunmamış say qədər say təyin edib davamlı şəkildə bunu yerinə yetirsən bidətə çevrilər.


703

Salam aleykum qardaş. Sizin dəstamazla əlaqəli yazılarınızda daha dəqiq desəm sual-cavab bölümündəki suallardan birinin cavabında ön hissədən çıxan qazın dəstəmazı pozmadığı yazılıb. Amma fiqh bölümündəki namaz təlimində hər iki qazın dəstəmazı pozduğu yazılıb. Buna aydınlıq gətirməyinizi istəyirəm. ALLAH etdiklərinizdən dolayı Sizdən razı olsun. Cavabı mailime atsaz daha şad olaram.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Qadınlarda ön hissədən (uşaqlıq yolundan) çıxan havanın dəstəmazı pozub-pozmadığı barədə alimlər ixtilaf etmişlər. Bir qrup alimlər həmin havanın dəstəmazı pozmasını söyləmiş və buna Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) “...yalnız səs və iy hiss etdikdə dəstəmaz alınır” hədisini dəlil gətirmişlər. Bu qrup alimlər bu hədisə əsaslanaraq deyirlər ki, burada Peyğəmbər (səlləllahu aleyhi və səlləm) insandan çıxan havanı ümumi (mütləq) olaraq söyləmişdir. Yəni bu hədis insanın həm arxasından və ön hissəsindən çıxan havanın hər ikisinə aid edilir.

Digər qrup alimlər öndən çıxan havanın dəstəmazı pozmadığını söyləmişlər. Dəlil olaraq isə belə söyləmişlər: “Çünki həmin hava insanın nəcasət çıxan yerindən çıxmır, əksinə o təmiz bir yerdən, ananın bətnindən (uşaqlıq borusundan) çıxır. Bu da dəstəmazı pozmur.

Ümumi olaraq biz onu söyləyə bilərik ki, ehtiyat üçün həmin adamın dəstəmaz alması daha münasib olardı.


701

Əs-salamu aleykum va rahmatullahi va barakatuhu!

1. İnşəAllah sualım məshlə bağlıdır. Dəstəmaz alıb corabları geydikdən sonra dəstəmazım pozulmamış həmin corabı çıxarıb başqa corab geyərəmsə məshin hökmü itir yoxsa? Yəni növbəti namazı qılanda yenidən ayaqları yumağa ehtiyac var, yoxsa məsh çəkmək olar?

As-salamu aleykum va rahmatullahi va barakatuhu!

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Bu halda istədiyiniz qədər namaz qıla bilərsiniz. Yəni corabı çıxarıb dəyişməyiniz dəstəmazı pozmur. Həmçinin birinci dəstəmazdan sonra dəstəmazınız pozulmadığı halda geyindiyiniz corabın üzərinə də məsh çəkə bilərsiniz.


677
Salam aleykum. Əxican səfər barədə bir iki sual vermək istəyirəm. Əxican mən işlə bağlı olaraq çox vaxt ezamiyyətdə oluram. Elə bir ucqar yerlərə gedirəm ki, orada təharətə çıxmağa şərait olmur, ya da ki, su olmur özümü yumağa. Sualım odur ki, ayaq üstə bövl etmək olarmı? Olarsa necə təmizlənmək olar? İkinci sualım odur ki, səfərdə hansı şəraitdə, hansı vəziyyətdə və hansı zamanda zöhrlə əsri, məğriblə işanı birləşdirmək olar? Allah sizdən razı olsun, elminizə bərəkət versin.
Aleykumassalam. Əgər su tapılmazsa təmiz daş yaxud da günümüzdə çox istifadə olunan salfet kağızlarından istifadə etmək olar. Ayaq üstə bövl etmək caizdir, lakin bir şətlə ki, sidik sənin paltarına düşməsin, yəni yerdən sənin üzərinə qayıtmasın. Səfərə çıxdıqda yaşadığın məntəqənin binalarından uzaqlaşdığın andan səfərdə sayılırsan. Odur ki, səfərdə olduğun zaman istənilən şəraitdə və istənilən vəziyyətdə zöhrlə əsr namazını zöhrün və ya əsrin vaxtında birləşdirib dıla bilərsən. Həmçinin məğriblə də işa namazını məğribin və ya işanın vaxtında birləşdirib qıla bilərsən.

642
As-salamu aleykum va rahmatullahi va barakatuhu. Əxi mənim bir sualım vardır. Həkim və ya orta tibb işçisi işləyən kişi xəstənin sağrısına (inyeksiya) iynə vurarsa və yaxud da müayinə yaxud da cərrahi əməliyyat zamanı onun cinsi orqanına toxunarsa onun dəstamazı pozularmı?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Bəli, qeyd etdiyiniz hallarda dəstəmaz pozulmuş hesab olunur.

632
As-salamu aleykum va rahmatullahi va barakatuhu. Əxi mən bilmək istəyirəm ki, Maidə surəsi 6-da məsh gəlib yoxsa yumaq?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. əl-Maidə surəsi 6-cı ayədə ayaqları yumaq gəlmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun.”

515
Salam aleykum Əlixan qardaş! Bu yaxınlarda bir saytdan oxudum ki, nazik corabların üzərinə məsh çəkmək haqqında heç bir tutarlı dəlil yoxdu. Keçmiş sələf alimlərinin heç biri də bu cür işə əl atmayıb. Sizə həmin linki göndərirəm və xahiş edirəm ki, mənə bu məsələni dəlilləri ilə aydınlaşdırasınız. Allah sizdən razı olsun və sizi da Özündən razı salsın. Salam aleykum.
Və aleykumus-salam. Nazik corablara məsh etmək barəsində əvvəlki sualların cavablarında yazmışıq. Racih rəyə görə nazik corablara məsh çəkmək olar. Çünki nə Peyğəmbərin (sallallahu aleyhu va səlləm), nə də səhabələrin bunu qadağa etmələri barədə heç bir dəlil yoxdur. Əslində isə Şeyxul İslam ibn Teymiyyənin də dediyi kimi Peyğəmbərin (sallallahu aleyhu va səlləm) ümumi şəkildə xüflərə və corablara məsh çəkməyi buyurması hər növ xüf və corablara məsh çəkməyin caizliyinə dəlalət edir. Bəzi fiqh alimlərinin bunun caiz olması üçün müəyyən şərtlər qoymalarına baxmayaraq hər növ coraba məsh çəkməyin caizliyinə dəlalət edən hədislərə şərtlər qoymaq üçün dəlil lazımdır. Dəlil olmadığı halda bizim şərtlər qoymağımız Allahın asanlaşdırdığı bir şeyi çətinləşdirmək hesab olunur. Hətta İmam Nəvəvi “əl-Məcmu” əsərinin birinci cildində demişdir: “Əgər insan şüşədən bir xüf düzəltdirib ayağına geyinərsə və onunla gəzə bilirsə, ayağının dərisi görünsə belə istədiyi qədər ona məsh çəkə bilər.” Odur ki, hər hansı bir corabı geyinib gəzmək mümkündürsə ona məsh çəkmək olar.

416
Salam aleykum. Şeyx mənim atamın xəstəliyi var. Əyilə bilmir və dəstəmaz zamanı anam ona kömək edə bilərmi? Yəni onun ayaqlarını anam yuya bilərmi, atamın yerinə, əyilə bilmədiyi ücün?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Bəli ananız atanıza dəstəmaz almaqda, o cümlədən onun ayaqlarını yumaqda yardım edə bilər.

407
Salamu aleykum əxican. Bir sualım var. Qadın cənabət qüsulu aldıqda saçlarını hər dəfə tam açıb yumalıdırmı? Başqa yolu varsa bu necə olmalıdır? Dəlilləri ilə zəhmət olmasa.
Və aleykumus-sələmu və rahmətullah. Qadın heyzdən təmizlənərək qüsul aldıqa saçının hörüklərini tam açaraq, dibini yaxşıca yumalıdır. Çünki Muslimin “Səhih” əsərində varid olan hədislərin birində Peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu əmr etmişdir. Cənabət qüslünə gəldikdə isə qadının saçları tam islanmasa belə başına üç dəfə su tökməsi kifayət edir. Muslimin “Səhih” əsərində Aişədən rəvayət olunur ki, ona xəbər verirlər ki, Abdullah ibn Amr ibn əl-As qadınlara cənabət qüsulu alarkən saçlarını açaraq tam yumağa əmr edir. Aişə də bunu eşitdikdə deyir: “Necə də qəribədir bu Abdullah ibn Amrın halı, yaxşı ki qadınlara saçlarını dibindən qırxmağa əmr vermir.” Sonra o, Peyğəmbərlə (sallallahu aleyhi va səlləm) nə cür qüsul aldığını xəbər verir və başa üç qab su tökməyin kifayət etdiyini söyləyir.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”