Ana səhifə
 / Sual-cavab / Ticarət


741

Əssalam aleykum. Samsung dükanlarında bele bonus kart var ki, mal alırsan aldığın malın necə % faizi bonus karta yatır. Sonra təkrar oradan mal alanda o kartdakı puldan istifadə etmək olar?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Bu hədiyyə hesab olunur və həmin hədiyyədən yararlana bilərsiniz.


719

As-Salamu aleykum. Mən suvenirlər və hədiyyəlik əşyalar satılan dükanda işləyirəm. Bizim satdığımız malların içində dini yazılar olan mallar, şəkil ramkaları, şəkillər olan malllar var. Bu şəraitdə işləmək olarmı?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

İşlədiyiniz yerdə yazı ramkalarda şəriətə müxalif yazılar yoxdursa sizin həmin yerdə işləmənizdə heç bir qəbahət yoxdur.


690
Salam aleykum va rahmatullah. Əziz qardaşlar, bizim firmamız böyük bir idarə üçün iş görmək istəyir. Bu işi onlara təklif etmək, oranın rəhbərləri ilə görüşüb izah etmək bizim üçün mümkün deyil. O idarədə işləyən bir şöbə müdiri rəhbərliklə görüşüb onları bu məsələyə inandırmağı öz üzərinə götürür, əvəzində isə bizdən müəyyən haqq istəyir. Buna görə ona haqq ödəmək caizdirmi? Qeyd edim ki, əks halda həmin iş baş tutmayacaq.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Belə çıxır ki, həmin şəxs şirkətlə sizin aranızda vasitəçilik edir. Əgər şirkətin rəhbərinin bundan xəbəri varsa və buna bir etirazı yoxdursa, o zaman həmin işin müqabilində o, sizdən xidmət haqqı ala bilər. Əks halda isə bu rüşvət hesab olunur. Əbu Humeyd əs-Səidi rəvayət edir ki, “Bir dəfə Peyğəmbər (sallallahu aleyhi va səlləm) Əzd qəbiləsindən ibn Lutbiyyə adlanan bir kişini zəkat malını yığmaq üçün göndərir. Həmin şəxs gə¬ləndə deyir: Bunlar sizin, bunu isə mənə hədiyyə veriblər. Bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra dedi: “Mən birinizi bir işə göndərdiyimdə, o gəlib: bunlar sizin, bunu isə mənə hədiyyə veriblər”–deyir. Əgər doğrudan da belədirsə qoy o şəxs ata-anasının evində otursun görək ona hədiyyə gəlirmi? Allaha and olsun ki, haqsız olaraq bir şeyi götürən şəxs Qiyamət günü Allahın hüzuruna həmin şeylə gələcəkdir. Elə edin ki, sizlərdən heç birini böyürən dəvə, inək və ya mələyən qoyun daşıyan şəxs olaraq tanımayım”. Sonra o əllərini qaldırıb: “Allahım, çatdırdımmı?”– dedi.” Hədisi Buxari və Muslim rəvayət etmişlər.

545
Salam aleykum. Xahiş edirəm mənim sualımı cavablandırasınız. forex-lə bağlı (internetdə vertual ticarət). Allah razı olsun.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Forex - kimi tanınan qiymətli kağızlar, qızıl, neft, səhmlər və sairənin ticarəti haramdır. Çünki bu növ ticarətdə ilk öncə sələm vardır. Çünki kreditdən əlavə rüsum olaraq alınan məbləğ ribadır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.” (əl-Bəqərə, 278-279). Bundan əlavə dünya birjalarında baş verən ticarət növləri əksər hallarda haram müqavilələr əsasında həyata keçirilir. Həmçinin Forexdə vasitəçilik edən dəllallar vardır ki, onlar da malik olmadıqlar bir şeyi satdıqlarını iddia edirlər. Bu da şəri baxımdan haramdır.

495
əs-Səlamu aleykum qardaşlar. Mənim sualım Azərbaycanda ümumiyyətlə dünyada artan internetlə alış veriş, yəni ki mən internetdən bir məhsul alıram və bunu ən yaxın 2 adamlarıma tanıtdırıram və onlar da bu məhsulu alırlar. Onlar bu məhsulu aldığı zaman mən şirkətin malını reklam elətdirdiyim üçün şirkət mənə konfensasiya haqqı verir. Bilmək istəyirəm bu iş halaldırmı?
Və aleykumus-salam. Siz qeyd etdiyiniz ticarət növünə müasir dildə şəbəkə marketinq deyilir. Bu növ ticarətlə məşğul olan firmanın məhsulları ilə ticarət etmək isə caiz deyildir. Çünki bu növ ticarətin caiz olması üçün aşağıdakı şərtlər olmalıdır: 1. Gərək marketinqə başlamaq istəyən şəxsə hansısa malı almaq şərti qoyulmasın. 2. Məhsul real qiymətindən baha satılmasın. 3. Marketinqə başlamaq üçün müəyyən bir məbləğin ödənilməsi şərti qoyulmasın. Lakin bu gün tam əminliklə deyə bilərik ki, şəbəkə matketinqlə məşğul olan firmalar bu şərtlər olmadan fəaliyyət göstərə bilməz. Odur ki, belə bir marketinqlə məşğul olmaq caiz deyildir və bu insanların mallarını haqsız olaraq mənimsəmək hesab olunur. Uca Allah buyurur: “Mallarınızı öz aranızda haqsızlıqla yeməyin.” (əl-Bəqərə, 188)

401
Salam aleykum. 1. Qardaş mən telefon təmir edirəm. İstifadə etdiyim detalların maya dəyəri məsələn 1 manatdırsa, mən onu butun ustalar kimi 6-7, bəzən 8 manata təmir edirəm. Yəni bu iş eledir ki, zapçastın maya dəyəri önəmli deyil, əsas çəkilən əziyyətdir ki, onu da ağılla, fikirləşərək daha çox yerinə yetiririk. Elə olur ki heç bir zapçastdan istifadə etmirəm, bir payka vururam və ya bir adi hərəkətlə xarab olan telefonu düzəldirəm, işi çox yüngüldür. Buna görə müştəriyə insafıma görə istədiyim məbləği deyə bilirəm. Məsələn 5 man, 10 man. Xatırladım ki bu işdə ümumi bazar qaydası belədir. Yekun olaraq deyim ki, düzəltdiyim mobil telefona görə istədiyim məbləği müştəriyə deyə bilərəmmi? Təbii ki (telefonun qiymətinə, insanın kasıb və ya imkanlı olmasına, əsasən) istədiyim qiyməti deyə bilərəmmi? Yəni bu işdə konkret iş qiyməti yoxdur. Təmir et, qiymətini də həddi aşmamaq şərti ilə istədiyin qədər. Bu doğrudurmu?
Və aleykumus-salam. Sizin bu cür işləməyinizdə heç bir problem yoxdur. Odur ki, işinizə deyd etdiyiniz şəkildə davam edə bilərsiniz.

223
Salam aleykum. Mən qadın paltarı satıram yəni cins salvarlar. Bu olar ya yox?
Və aleykumus-salam. Qadın dar, paltar və ya şalvar geyinib özünü naməhrəm kişilərə göstərməməlidir. Bunu edən qadın günah qazanır. Bunu edən qadınlara köməkçi olan şəxs də həmçinin. Yəqin ki, sizin satdığınız cins şalvarları da əsasən cahil, açıq-saçıq geyinən qadınlar alır. Odur ki, siz onların etdikləri günah işlərə şərik olursunuz. Günah işlərdə isə yardımçı olmaq olmaz. Uca Allah buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (əl-Maidə surəsi, 2).

151
Salam aleykum. Bilmək istəyirəm ki, şəbəkə marketinq adı altında fəaliyyət göstərən firmanın məhsullarını satmaq, dinimizə görə caizdirmi? Allah sizdən razı olsun.
Va aleykumus-salam va rahmatullah. Bu növ ticarətlə məşğul olan firmanın məhsulları ilə ticarət etmək caiz deyil. Çünki bu növ ticarətin caiz olması üçün aşağıdakı şərtlər olmalıdır: 1. Gərək marketinqə başlamaq istəyən şəxsə hansısa malı almaq şərti qoyulmasın. 2. Məhsul real qiymətindən baha satılmasın. 3. Marketinqə başlamaq üçün müəyyən bir məbləğin ödənilməsi şərti qoyulmasın. Lakin bu gün tam əminliklə deyə bilərik ki, şəbəkə matketinqlə məşğul olan firmalar bu şərtlər olmadan fəaliyyət göstərə bilməz. Odur ki, belə bir marketinqlə məşğul olmaq caiz deyildir və bu insanların mallarını haqsız olaraq mənimsəmək hesab olunur. Uca Allah buyurur: “Mallarınızı öz aranızda haqsızlıqla yeməyin.” (əl-Bəqərə, 188)

145
əs-Sələmu aleykum! 1. Ticarət haqqında kitab yazmağı və ya tərcümə etməyi düşünürsünüzmü? Buna ehtiyac var. 2. Bir malı nəğd 10 manata nisyə 15 manata satmaq olarmı? Bu faiz sayılırmı? Belə ticarətdə hansı şərtlər var? 3. Televizor satmaq olarmı? Çünki, indi televizorda çoxlu haram var. Alıcı televizorda haramlara baxsa satıcı günah qazanırmı? Allah sizi qorusun! əs-Sələmu aleykum!
Və aleykumus-salam. 1. Bəli gələcəkdə bu barədə kitabların tərcümə olunması barədə düşünmüşük. Lakin hələ daha önəmli kitabların tərcüməsi ilə məşğul olduğumuz üçün buna kifayət qədər vaxtımız yoxdur. 2. Bu cür ticarət növünün halal və ya haram olması barəsində alimlər ixtilaf etmişlər. Yəni bir qrup alimlər bu cür ticarət növünün haram olmasını, hətta sələm sayılmasını söyləmiş, digər qrup alimlər isə bunun halal olduğunu söyləmişlər. Buna əsasən sizə onu deyə bilərik ki, dininizi və namusunuzu qorumaq istəyirsinizsə şübhəlilərdən uzaq durun. Nomən ibn Bəşir (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Halal da bəllidir, haram da bəllidir. Bunların arasında (halal yaxud haram olduğu bəlli olmayan bəzi) şübhəli şeylər vardır ki, çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli şeylərə dalsa, harama dalmış olar. Bu (mal-qarasını) qoruğun kənarında otaran çobana bənzəyir, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir. Diqqət edin! Bədəndə bir ət par¬çası vardır. Əgər o yaxşı olarsa, bütün bədən yaxşı olar, yox əgər korlanarsa, bütün bədən korlanar. Bilin ki, o (ət parçası) qəlbdir.” (Hədisi Buxari və Muslim rəvayət etmişdir). 3. Əgər televizor satan şəxs yəqin bilsə ki, alıcı televizoru aldıqdan sonra onunla haram olan şeylərə baxacaqdır onda onun etdiyi günaha televizoru satan şərikdir. Odur ki, günah işlərdə kömək etmək olmaz. Uca Allah buyurur: Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (əl-Maidə surəsi, 2).

142
Salam aleykum. Əxi burda bir qardaş bol kartla olan ticarət barəsində sual vermişdi ki, bunun hökmü nədir? Siz də haram demisiz. Əxi, bunu nəyə əsaslandırırsız? Əgər burda faiz yoxdusa, sadəcə nəğd verməyə imkan yoxdur, hissə-hissə verməyə imkan var və faiz gəlmir. Əxi, inşaAllah izahlı məlumat verə bilərsiz?
Və aleykumus-sələmu və rahmətullah. Qeyd etdiyimiz kimi bu növ kartlardan istifadə etmək haramdır. Səbəbi isə bunlardır: 1. Bu kartı əldə etmə üçün müqaviləyə imza atmaq sələmlə razılaşmaq anlamındadır, belə ki, kartdan istifadə edən şəxs ödənişi müəyyən olunmuş vaxtdan gecikdirdikdə hər bir günə görə müəyyən cərimə ödəməyə razılıq verir ki, bu da sələmə razılıq vermək deməkdir. 2. Ödənişi gecikdirdikdə cəriməni ödəmək sələm hesab olunur. Bundan əlavə bu növ kartlardan istifadə etməyə zərurət yoxdur, çünki istənilən məhsulu nağd ödəniş etməklə də almaq mümkündür. Əgər hər hansı bir ölkədə ümumən nağd ödənişə qəti qadağa varsa, o zaman kartla ödəniş etmək müəyyən qədər zərurət hesab oluna bilər. Lakin bu günkü gündə bu zərurət deyil.

135
Salam aleykum! "Yeni il bayramı" münasibəti ilə verilən hədiyyəni qəbul etmək olarmı? Əgər olmazsa necə etiraz etməliyəm? Allah razı olsun!
Və aleykumus-salam. Şəkk yoxdur ki, İslamın buyurduğu bayramlar Ramazan və Qurban bayramlarıdır. Digər bayramların isə İslamla heç bir əlaqəsi yoxdur. Bu baxımdan qeyri müsəlmanların bayramlarını da qeyd etmək olmaz. Hədiyyələrin qəbul olunmasına gəlincə isə əslində kafirlərin hədiyyələrini onların qəlblərini ələ almaq və İslam dininə təşviq etmək naminə qəbul etmək olar. Necə ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Muqavqisin və başqalarının hədiyyələrini qəbul etmişdi. Buxari öz “Səhih” əsərində “Kafirlərin hədiyyələrini qəbul etmək” adlı bir fəsil qeyd edərək, yəhudi qadının Peyğəmbərə hədiyyə etdiyi zəhərli qoyunla bağlı olan hədisi qeyd etmişdir. Şeyxul İslam ibn Teymiyyə demişdir: “Kafirlərin hədiyyələrini qəbul etməyə gəlincə bu olar, çünki qeyd etdiyimiz kimi Əli (radiyallahu anhu) Novruz münasibətilə hazırlanmış hədiyyəni qəbul etmişdi. Kitab əhlinin kəsdikləri ət müsəlmanlara halal olsa belə bayramları üçün kəsdikləri əti qəbul etmək olmaz.” İqtida əs-sirat əl-müstəqim əsəri, (1/251).

119
əs-Sələmu aleykum. Əxi Allah xatirinə cavab verin. Bu haramdırmı? http://bolkart.az/?/az/page/169/Bolkart_nedir#
Və aleykumus-salam. Bəli, bu üsulla edilən alver növü İslama görə haramdır.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”