Ana səhifə
 / Sual-cavab / Zəkat


388
Assalamu aleykum əziz qardaşlar. Mənim də bəzi qardaşlar kimi zəkat barəsində problemim var, əvvəlcə mən doğma qardaşlarımla ticarətdə ortaq idim. Bir il yarımdır ki ayrı işləyirəm. Mallarımı tam sayıb haqq hesab edə bilmirəm ki, nə qədər dəqiq hesabda pul var və ona münasib zəkatımı ayırıb verim və bir də əvvəllər qazanc yaxşı olurdu, indi bir ildir ki ziyana işləyirəm, heç bilmirəm necə edim ki, Allah məndən razı qalsın, sizdən çox xahiş edirəm mənə ətraflı başa salın. Məsələn mənim başlanğıc 30 min manatım varsa mən onu necə zəkata bölməliyəm, zəkatını dərhal verməliyəm, yoxsa bir il sonra pul artarsa verməliyəm. Allah sizdən razı qalsın cavabınızı gözləyəcəyəm.
Və aleykumus-salam. Allah sənin malına bərəkət versin! Sənin malının ümumi dəyəri 85 qram qızıl dəyərinə hansı vaxt çatıbsa həmin vaxtı hicri təqvimi ilə qeyd et və yadında saxla. Növbəti il həmin gün gəlib çatdıqda həmin gün üçün hesabat aparıb həmin gündə əlində olan pulu və dükanında olan malın dəyərini çıxarırsan. Alınan həmin məbləğin qırxda birini, yəni 2,5 faizini zəkat verirsən. Nisyə verilən mallar isə iki qismə bölünür. Əgər nisyə verdiyin mal hər an sənin malın sayılırsa onun zəkatını sən çıxardırsan. Yox, əgər nisyə verdiyin mal artıq səninki deyilsə, onun zəkatını vermirsən. Bir şeyi də qeyd edim ki, qeyd etdiyimiz bir il ərzində sənin malının dəyəri 85 qram qızıl dəyərindən aşağı düşməməlidir. Malının artmasını istəyirsənsə ilk növbədə zəkatını vaxtlı-vaxtında ver və bir də sədəqələrini artır. Yəni çoxlu sədəqə ver. Uca Allah buyurur: “Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.” (ət-Təğabun, 17). Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Qüdrətli və əzəmətli Allah buyurur: “(Malından Mənim yolumda) xərclə, Mən də sənə xərcləyəcəyəm.”

362
Salam aleykum əxican. 1. Sualım zəkatla bağlıdır. Əxi torpaq sahəsi varsa, ordan heç bir məhsul istehsalı üçün istifadə olunmursa, boş boşuna alınıb qıraqda durubsa ona zəkat düşürmü? Düşürsə necə verməliyəm, onun pulunu necə hesablayım? 2. Borca verdiyin pula da zəkat düşürmü? Hələ pulum qaytarılmayıb. Allah razı olsun.
Və aleykumus-salam. 1. Əgər torpaq alqı-satqısı ilə məşğul olmursunuzsa və həmin torpağı hazırda istifadə etməsəniz belə özünüz üçün almısınızsa buna zəkat verilmir. 2. Borca verdiyiniz pul zəkatınızın hesabı zamanı hələ də borc verdiyiniz adamdadırsa onda ona da zəkat verilmir.

302
SALAM ALEYKUM ŞEYX. Zəkatı ayırdıqdan sonra onu hissə-hissə il ərzində vermək olarmı.
Və aleykumus-salam. Bəli, zəkatı ayırdıqdan sonra il ərzində hissə-hissə vermək olar. Amma onu ayıran kimi tez bir zamanda vermək daha əfzəldir.

281
Salam aleykum. Qardaş mən zəkatımı verməmişəm. 85 qram bəlkə də ondan da cox. 5 illik qızılım var. Təxminən 85 qram olar. Pulla nə qədər zəkat verməliyəm? Bir də qohumum var cavan gəlindir. Əri vəfat edib. Onun qızılı 100 qrama yaxındır. Gəliri ayda 550 manatdır. Yemək içmək qaynatasıgıl tərəfindən ödənilir. Ona zəkat düşürmü?
Və aleykumus-salam. Zəkat iki şərtlə vacib olur: 1. Miqdar (yəni şəriətin təyin etdiyi miqdara çatmalıdır); 2. Vaxt (yəni şəriətin təyin etdiyi vaxta çatmalıdır). Qadına bəzənmək məqsədilə istifadə etdiyi qızıl əşyalarının zəkatını verməsi əfzəldir. Qızılın zəkat miqdarı 85 qram, müddəti isə bir ildir. Yəni qızılın çəkisi 85 qram olduqdan sonra, üzərindən 1 il keçərsə, 1 ilin tamamında həmin miqdardan 2.5 % zəkat verilməlidir. Odur ki, əvvəla siz qızılınızın miqdarını mütləq təyin etməlisiniz ki, onun 2,5 faizini zəkat verəsiniz. Həmçinin sizin qızılınızın miqdarı nə vaxt 85 qrama çatıbsa həmin günü də yalnız hicri təqvimi ilə qeyd etməli və hər il həmin vaxt gəlib çatdıqda zəkatınızın miqdarını hesablamalısınız. Öncə vermədiyiniz illərin zəkatını da vermək gərəkdir. Bütün bunları hesabladıqdan sonra qızılın bazar qiymətini öyrənib onu pua çevirib pulla vermək olar. Zəkat Quranda qeyd olunan 8 sinif insana verilə bilər. Uca Allah buyurur: “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.” ət-Tovbə surəsi, 60. Siz zəkatınızı qeyd etdiyiniz qadına verə bilməzsiniz. Çünki həmin qadın bu 8 sinif insanların heç birinə aid deyildir.

70
əs-Sələmu aleykum və rahmətullah. Zəkatı mədrəsələrin büdcəsinə vermək olarmı?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Zəkat yalnız 8 sinif insana verilə bilər. Bunlardan qeyri yerlərə isə zəkat verilmir. Əgər verilərsə o zəkat sayılmır. Uca Allah bu 8 sinifi bəyan edərək belə buyurur: “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.” ət-Tovbə surəsi, 60-cı ayə.

42
əs-Sələmu aleykum əxican! İnşəAllah Allah sübhanəhu və təalə mənə bir dükan nəsib edib. Əlhəmdulilləh heç bir problemim yoxdur. Sadəcə bir məsələdə bir az çətinlik çəkirəm. Zəkatı vaxtında verə bilmirəm. Çünki satdığım mal ümumiyyətlə nisyə satılır. Zəkatı da vaxtında verə bilmirəm. Sadəcə yol göstərməkdə mənə köməklik göstərməyinizi istərdim. Necə edim ki, zəkatı verim?
Və aleykumus-salam əziz qardaşım! Allah sənin malına bərəkət versin! Sənin malının ümumi dəyəri 85 qram qızıl dəyərinə hansı vaxt çatıbsa həmin vaxtı hicri təqvimi ilə qeyd et və yadında saxla. Növbəti il həmin gün gəlib çatdıqda həmin gün üçün hesabat aparıb həmin gündə əlində olan pulu və dükanında olan malın dəyərini çıxarırsan. Alınan həmin məbləğin qırxda birini, yəni 2,5 faizini zəkat verirsən. Nisyə verilən mallar isə iki qismə bölünür. Əgər nisyə verdiyin mal hər an sənin malın sayılırsa onun zəkatını sən çıxardırsan. Yox, əgər nisyə verdiyin mal artıq səninki deyilsə, onun zəkatını vermirsən. Bir şeyi də qeyd edim ki, qeyd etdiyimiz bir il ərzində sənin malının dəyəri 85 qram qızıl dəyərindən aşağı düşməməlidir.

30
Sualım zəkatla bağlıdır. Birinci məsələ - mən zəkatımı pul şəklində ödəyə bilərəmmi? Daha sonra - bildiyimə görə kiminsə il ərzində qazancı 96 qram qızıl ekvivalentindən çoxdursa o zəkat verməlidir. Bu zaman zəkat hansı hissədən verilir? Ümumi məbləğdən, yoxsa 96 qram qızılın dəyəri çıxıldıqdan sonra yerdə qalan məbləğdən? Və son - zəkat pul məbləğinin neçədə bir hissəsini təşkil etməlidir və o, kimlərə verilə bilər?
Əgər siz Ramazan ayında verilən fitrə zəkatını nəzərdə tutursunuzsa onda bu zəkatı pulla vermək olmaz. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başına üç kiloqramdır. Fitrə zəkatı kasıblara verilir. Əgər siz varlılar üçün vacib olan zəkatı nəzərdə tutursunuzsa, onda bu zəkatı (əgər zəkatını verəcəyiniz mal qızıl, gümüş və ya ticarət malıdırsa) pulla vermək olar. Belə ki, sizin qızılınızın miqdarı 85 qrama çatdıqdan sonra bunun üzərindən bir il keçərsə və bu il müddətində qızılınızın miqdarı 85 qramdan aşağı düşməzsə ilin tamamında əlinizdə olan qızılın qırxda birini (yəni 2,5 faizini) zəkat verməlisiniz. Həmçinin sizin pulunuzun miqdarı 85 qram qızıl ekvivalentinə çatdısa bunu da hökmü yuxarıda qeyd etdiyimiz kimidir. Bu zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: "Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir." (ət-Tövbə surəsi 60-cı ayə).

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”