Ana səhifə
 / Sual-cavab / Namaz


806

Assalamu aleykum. Əxican mənim belə bir sualım var, mən ayətul kursi duasını dəhşətli dərəcədə sevirəm. Lakin onu namazda davamlı şəkildə oxumaqdan qorxuram. Namazda ayətul kursini davamlı oxumaq olarmı? Allah sizdən razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh

Bəli namazda davamlı olaraq ayətul kursini oxuya bilərsiniz.  Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcəsi Aişə (radıyallahu anhə) rəvayət etmişdir ki, (bir dəfə) Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir nəfəri qoşuna başçı təyin edib (döyüşə) göndərdi. Həmin adam dostlarına qıldırdığı namazı hər dəfə: “De: “O Allah Təkdir!” (surəsi) ilə bitirərdi. Əshabələr geri döndükdə bu haqda Peyğəmbərə (səllallahu aleyhi və səlləm) xəbər verdilər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Nə üçün belə etdiyini ondan soruşun.” Onlar bunun səbəbini ondan soruşduqda o dedi: “Çünki bu surə ər-Rəhmanı vəsf edir. Mən də onu oxumağı çox sevirəm.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: “Ona bildirin ki, Allah da onu sevir.” (əl-Buxari, 7375).


797

Əs-salamu aleykum. Məni valideynlərim cümə namazına, ümimiyyətlə məscidə buraxmır. Deyirlər ibadətini evdə et. Mən isə cümə namazının müsəlmana vacib olduğunu bilirəm. Valideyinlərimin etirazı üçün gedə bilmirəm. Bunun üçün nə etməyimi məsləhət gorürsünüz.  Əs-salamu aleykum.

Va aleykumussəlam, gündəlik namazlara gəlincə, qeyd edək ki, əgər sən azanı eşidirsənsə, namaza getməyin vacibdir. Əbu Hureyrə (radıyallahu anh) rəvayət etmişdir ki, bir dəfə kor bir adam Peyğəmbər səlallahu aleyhi və səlləm yanına gəlib dedi: “Ya Rəsulullah,  məni məscidə aparan bir kimsə yoxdur. Olarmı ki, mən namazlarımı evimdə qılım?” Əvvəlcə Peyğəmbər səlallahu aleyhi və səlləm ona rüsxət verdi. Kişi dönüb getdikdə isə onu geri çağırıb soruşdu: “Sən namaz üçün verilən azanı eşiirsənmi?” Adam: “Bəli!”- deyə cavab verdikdə, Peyğəmbər səlallahu aleyhi və səlləm ona: “Elə isə namaza getməlisən” (Səhih Muslim, 1518).

O ki qaldı cümə namazına, onun azanını eşitməsən belə, onu üç dəfə tərk etsən qəlbin möhürlənə bilər. Əbu Qətadənin (radıyallahu anh) rəvayət etdiyi hədisdə  Peyğəmbər səlallahu aleyhi və səlləmin belə buyurmuşdur: “Hər kim  səbəbsiz olaraq dalbadal üç kərə  cümə namazını buraxarsa, Allah onun qəlbini möhürləyər” (Musnəd İmam Əhməd, 5/300; Səhih əl-Cami, 6140).


788

Assalamu aleykum. Məsciddə və ya başqa yerdə camaatı cənazə namazına çağırmaq olarmı? Mən imam Şafinin belə əməlin bidət olması barədə oxumuşam.

Və aleykumus-salam. Cənazə namazının qılınacağından camaatın xəbəri olmayacağı təqdirdə bunu camaata elan etmək olar.


787

Əs-salamu aleykum! Məscidə, gələrkən əgər  həmin məscidin xatib-imamı ilə əsas camaat namazı qılınıbsa, mən yenidən başqa birisi ilə camaat namazı qıla bilərəmmi? Mümkündürsə cavabınızda dəlil gətirərdiz. Çünkü bu mövzu ilə bağlı hər 2 hədis (olar və ya olmaz) ilə bağlı məlumatım var. Cavabınıza görə Allah razı olsun!

Va aleykumussəlam, böyük alimlərdən Abdul-Muhsin əl-Abbad bu suala belə cavab vermişdir: “Bir məsciddə iki camaat namazı qılmağın iki halı vardır: birinci hal budur ki, ikinci camaat, birinci camaata müxalif olmaq üçün qəsdən gecikmişlər, yəni birinci camaata namaz qıldıran imamın arxasında namaza durmaq istəməmişlər. Belə olduğu təqdirdə camaat namazı qılmaq olmaz. Belə ki, məsciddə yalnız bir camaat namazı qılınmalıdır. Camaata yetişmək məqsədi ilə məscidə gəlmiş və camaat namazına çatmamış kimsələr ikinci dəfə camaat namazı qıla bilərlər. Çünki bu vəziyyətdə mümkün olanı budur. Buna dəlil budur ki, Peyğəmbər səlallahu aleyhi və səlləmin bir nəfər namaza gecikir və gəlib fərz namazını təkbaşına qılmağa başlayır. Bu vaxt Peyğəmbər səlallahu aleyhi və səlləm onunla fərz namazını qılmış səhabələrindən bəzisinə, qalxıb bu adama qoşulmağı buyurur və: “Kim bu adamla namaz qılmaqla ona sədəqə vermək istəyir.” Və əgər Peyğəmbər səlallahu aleyhi və səlləm bu halda ikinci dəfə camaat namazı qılmağa izn vermişdirsə, biz də həmçinin, deyirik: “Əgər bir toplum adam camaat namazına gecikmişdirsə, camaat şəklində namaz qılmasında heç bir eyib yoxdur” (Şərh Sunən Əbu Davud, 2/43).


768

Salam aleykum. Qardaş hər hansı bir fərz namazından sonra, yəni fərz namazını qıldım qurtardım, zikr elədim. Səcdəyə gedib başımı yerə qoyub dua edə bilərəmmi?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Peyğəmbər (sallallahu aleyhi va səlləm) namazdan sonra dua etmək istədikdə oturduğu vəziyyətdə dua edərdi. Onun namazdan sonra səcdə edərək dua etməsi barədə hər hansı bir səhih dəlil yoxdur. Odur ki, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsinə müvafiq şəkildə dua edin. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Mənim və raşidi xəlifələrimin sünnəsindən arxa dişlərinizlə yapışın, dində sonradan yaranmış yeniliklərdən isə çəkinin, çünki hər bir bidət zəlalətdir.” Hədisi Tirmizi və Əhməd rəvayət etmişlər.


767

Əssalamu aleykum. Bildiyimə görə gecə namazlarında bir ayəni təkrar-təkrar bir neçə dəfə oxumaq olar. Bəs bir ayəni bir neçə defə oxuduqdan sonra ardınca başqa bir surədən bir ayəni yenə bir neçə defə oxumaq olarmı? Allah sizdən razı olsun. Amin.

 

Və aleykumus-sələm.

Olar. Ancaq bir şərtlə ki, ayələr eyni surədən olduğu təqdirdə gərək ardıçıllıq pozulmasın.


764

Salam Aleykum. Əxi sual budur ki, əsr və işa namazlarından öncəki namazlara necə niyyət etməliyik? O namazlar nə adlanır? Və neçə rükət olmalıdır? Allah razı olsun.

Salam Aleykum. Əxi sual budur ki, əsr və işa namazlarından öncəki namazlara necə niyyət etməliyik? O namazlar nə adlanır? Və neçə rükət olmalıdır? Allah razı olsun.


756

Salam aleykum va rahmatullahi va barakatuh. Gözəl qardaşlar zəhmət olmasa GECƏ namazları haqqında yazın da. Bu barədə ətraflı bilmək istəyirəm. Çünki peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) bildiyimizə görə gecə namazlarını 11 rükətdən artıq qılmayıb. Bəs artıq qılmaq olar? Yəni istədiyin qədər sübh namazına qədər. Əvvəlcədən təşəkkür edirəm gözəl qardaşlarım. Salam aleykum va rahmatullahi va barakatuh.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Gecə namazı vacib buyurulmuş namazlardan sonra ən fəzilətli namazdır. Bu namaz işa namazından sonra sübh namazı girənədək gecənin istənilən vaxtı qılına bilər. Gecə namazı on bir rükət qılınır. Aişə (radiyallahu anhə) rəvayət edir ki; “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) nə Ramazanda, nə də başqa bir vaxtda on bir rükətdən artıq gecə namazı qılmamışdır.” (Səhih Buxari). Başqa rəvayətində isə o demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) işa namazından sübh namazınadək on bir rükət qılar, hər iki rükətdən sonra salam verər və sonda bir rükət vitr namazı ilə bunları tamamlayardı”. (Səhih Muslim).

Gecə namazını qılan şəxs on bir rükətdən artıq da qıla bilər. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) özü gecə namazını on bir rükətdən çox qılmasa da o, bunu qadağan etməmişdir. Gecə namazı qılmaq istəyən müsəlman hər hansı bir sayı müəyyən etmədən iki rükət, iki rükət istədiyi qədər namaz qıla bilər. Abdullah ibn Ömər (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) minbərdə ikən bir kişi ondan gecə namazı haqqında soruşduqda o dedi: “İki rükət, iki rükət qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rükət vitr namaz qılıb cüt-cüt qıldığınız namazların cəmi sayını təkləşdirin. Beləliklə də vitri gecə qıldığınız namazların sonuncusu edin.” (Səhih Muslim).


755

As-salamu aleykum. Qardaş bir sual məni maraqlandırır. Qurani Kərimdə Namaz sözü varmı? Namaz sözü ərəbcədir ya necə? Əgər Quranda namaz sözü varsa, hansı ayədədir, onun ərəbcəsini mənə yazın zəhmət olmasa. Mən axtardım, amma namaz sözünü tapmadım. Salam Aleykum.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Ərəb dilində namaza “əs-salətu” deyilir. Namaz kəlməsi isə bunun tərcüməsidir. Ümumilikdə namaz sözünə Quranda dəlillər saysız-hesabsızdır. Uca Allah buyurur: “O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.” (əl-Bəqərə, 3) Həmçinin buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (əl-Beyyinə, 5).


753

Salam aleykum. Fərz namazından sonra toplu şəkildə təsbeh etmək bidətdirmi?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Fərz namazından sonra uca səslə zikr etmək sünnədir. Lakin zikri cammatla birlikdə etmək isə bidətdir. Buxarinin “Səhih” əsərində İbn Abbasdan rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Peyğəmbərin zamanında insanlar fərz namazını qıldıqdan sonra uca səslə zikr edərdilər.” Lakin onların bunu xorla etməsinə heç bir səhih dəlil yoxdur.


713

Salam aleykum. Əvvəlki sualımı cavablandırdığınıza görə çox sağ olun. Sizə bir sualım da var idi. Qüsulsuz namaz qılmaq olarmı, yəni təyəmmümlə?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Əgər qüsul almağa su və şərait varsa o zaman qüsl almaq labüddür. Yox əgər xəstəlik və digər səbəblərdən qüsl almaq müyəssər olmazsa o zaman təyəmmümlə namaz qılmaq olar. Uca Allah buyurur: “Qadınlarınızla yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmuşsunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.” (əl-Maidə, 6).


711

Salam aleykum! Sualım inşəAllah belədir: İşa namazının vaxtı saat neçəyə qədərdi? Mən çox vaxt onu axşam saat 1, 2-də qılıram.

 

Və aleykumus-sələmu və rahmətullah.

İşa namazının vaxtı gecə yarıya qədərdir. Yəni Məğrib namazının vaxtı ilə Sübh namazının vaxtı arasındakı vaxtı iki yerə bölməklə gecə yarının nə zaman olduğundan agah ola bilərsiniz.


709

Salam aleykum və rahmətullahi və bərakətuhu. Sualım belədir. Əxi qadın namaz qılarkən ev geyimi ilə yəni, paltar dizə qədər altdan da qalın kalqotqa. Belə bir geyimlə namaz qılmaq olarmı? Allah razı olsun...

 

Və aleykumusələmu və rahmətullahi və bərakatuh.

Dediyiniz dar libasda qadın namaz qıldıqda onun namazı səhih hesab olunur.  Lakin geniş libasda namaz qılması daha əfzəldir.


706

Salam Aleykum, Əxi xahiş edirəm namazları tərtiblə sadalayasınız. Birinci namazdan sonuncuyadək.

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

1. Sübh namazı.

2. Zöhr namazı.

3. Əsr namazı.

4. Məğrib namazı.

5. İşa namazı.


694

As-salamu aleykum və rahmətullahi və barakatuhu. Səhih əl-Buxari və ya Muslimdən dəlil lazımdır (hədislər və nömrələri), namazda sağ əli sol əlin üzərinə qoymaq ilə bağlı. Allah razı olsun. As-salamu aleykum və rahmətullahi və barakatuhu...

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Səhih əl-Buxari (740), Səhih Muslim (401).


689
Salam aleykum və rahmətullah. Əxi mən bankda təhlükəsizlikdə işləyirəm. Rayonlara gedirik. Səhər çıxıram və bilmirəm rayondan şəhərə zöhrə çatacam, yoxsa yox. Yolda saxlamağa da icazə yoxdur. Maşında ayaq üstə namaz qılmağa şərait var, qılmaq olar? Amma qibləyə tərəf durmaq olmasa necə? Maşında ayaq üstə namaz qılmaq əfzəldir yoxsa vaxtı çıxandan sonra şəhərə çatıb qılmaq?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Səfərdə olduğunuz zaman namazları birləşdirib qılın. Yəni yola düşməmişdən öncə məsələn Əsr namazının vaxtı girməyibsə Zöhrlə birləşdirib qılın. Eləcə də Məğriblə İşanı birləşdirə bilərsiniz.

679
Əs-salamun aleykum əxican. Necəsiz? Sualım budur: Namazda rükudan qalxandan sonra əllər bağlanması hədisi səhihdirmi? Allah sizdən razı olsun.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Bu alimlər arasında ixtilaflı olan bir məsələdir. Bunu sünnət sayanlar Buxarinin “Səhih” əsərində Səhl ibn Səddən (radiyallahu anhə) rəvayət olunan hədisi dəlil gətirirlər. Həmin hədisdə deyilir ki, “İnsanlar namazda sağ əllərini sol qollarının üzərinə qoymağa əmr olunurdular.” Həmin alimlər, o cümlədən Şeyx Abduləziz ibn Abdullah ibn Bəz bu hədisin ümumi olduğunu əsas gətirərək bunun həm rukudan öncəyə, həm də rukudan sonraya şamil etmişlər. Digər alimlər, o cümlədən Şeyx Muhəmməd Nasirəddin əl-Albani bu barədə açıq-aydın bir hədis olmadığı üçün əlləri bağlı tutmağı bidət adlandırmışdır. Nəticə etibarı ilə hər iki əməli etmək olar. İmam Əhməddən belə bir rəvayət də vardır ki, namaz qılan kəs rukudan sonra əlləri bağlamaqla açmaq arasında ixtiyar sahibidir.

674
As-salamu aleykum. Duha namazı haqqında məlumat verərdiniz də zəhmət olmasa. Neçə rükət qılınır və səsli yoxsa səssiz qılınmalıdır. ALLAH sizdən razı olsun. AMİN.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. “Duha” – səhər, gündüzün başlanğıcına deyilir. Duha namazı iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasına heç bir məh-dudiyyət yoxdur. Əbu Zər (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Hər biriniz bədən sümüklərinin və oynaqlarının haqqını ödəməlidir. Hər bir təsbih (“Subhanəllah” - demək), hər bir təhmid (“Əlhəmdulilləh” - demək ), hər bir təhlil (“Lə iləhə illəllah” - demək), hər bir təkbir (“Allahu Əkbər” - demək) sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək sədəqədir. Duha namazı isə bunların hamısını əvəz edir!” Səhih Muslim, 1668. Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) üç şeyi mənə nəsihət etdi: Hər ayın üç gününü oruc tutmağı, iki rükət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qılmağı!” Səhih Muslim, 1669. Ummu Hani (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Məkkənin fəthi günü səkkiz rükət Duha namazı qıldı.” Səhihu-l-Buxari, 1176; Səhih Muslim, 1664; “Zadu-l-Məad” 1/342. Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Düha namazını daima qılmazdı ki, ümmətinə fərz buyrulmasın.” Səhih Muslim, 1659. Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dörd rükət Duha namazı qılar və istədiyi qədər rükətlərin sayını artırardı.” Səhih Muslim, 1662. Duha namazının vaxtı: Günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).

670
As-salamu aleykum va rahmatullahi va barakatuhu. İSLAM FİQHİ kitabından Hədis: “Namaz qılan adamın qarşısından qara it, eşşək və qadın keçərsə namazı pozular.” Bu hədisi oxudum və menə pis təsir bağişladı. Niyə qadım? Qadının bu heyvanlarla birlikdə adının çəkilməsi, Cənnət ayaqları altındadır deyilən qadın bu heyvanlarla eyniləşdirilməsi kimi görünür. Bu hədisə açıqlama vermənizi xahiş edirəm. Mən bu hədisi oxuyanda o kitaba inamım sanki bitti, qeyri müsəlman olan birisi bu hədisə açıqlamasız rast gələrsə onun İslam haqda fikirləri necə olar sizcə? Əgər icazə versəniz təklif edərdim ki belə hədislər kitablara yazılanda açıqlaması ilə yazılsın ki, insanlar İslamı eybəcər bilib ondan uzaqlaşmasınlar. As-salamu aleykum va rahmatullah.
Va aleykumassalam va rahmayullahi va barakatuhu Alimlər bu hədisin şərhində namazın tam pozulmasını deyil lakin savabının azalmasını qeyd edirlər. Hədislərin birində qara itin şeytan olması qeyd olunur. Bəzi alimlər isə buyurur ki: Əgər namaz qılanın qarşısında sütrə olmazsa və onun tam önündən keçərsə o zaman namaz pozulur. Yaxud sütrə ilə namaz qılanın arasından keçərsə namaz pozulur. Lakin səhih budur ki, namaz qılanın qarşısından bu üç şeyin keçməsi onun namazını pozmur, sadəcə onun xüşusuna və namazının kamilliyinə mane olur. Cənnət qadınların ayaqları altındadır hədisinə gəldikdə isə bu zəif hədisdir. Hədisin isnadında adı keçən Əbu Nədr tanınmadığı üçün hədis qeyri mötəbər, zəif sayılır.

669
Allahın rəhməti və bərəkəti üzərinizə olsun. Qardaş bu məsələ məni çox narahat edir. Kömək et. İşdə 9 nəfər namaz qılırıq. Bunlardan 4 şiyə namazı qılır. Namaz vaxtı imama tabe olmur. Biz əvvəldən ayrılıq salmamaq üçün bir yerdə qıldıq ki bəlkə onlar imama tabe olar amma olmurlar. Nə edək? Belə də davam edək???
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əgər onlar sizin arxanızda namaz qılmaq istəmirlərsə, onlar ixtiyar sahibidirlər. Sizin onları buna təkid etmənizə lüzum yoxdur. Uca Allah buyurur: “Dində məcburiyyət yoxdur.” (əl-Bəqərə, 256).

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”