Ana səhifə
 / Sual-cavab


692
Salam aleykum. Əziz qardaşlar. Bayraq büt sayılır?
Və aleykumus-salam. Bayraq büt sayılmır. Hər bir dövlətin bayrağı onu təmsil edən rəmzdir. Lakin bayrağın üzərində islam əleyhinə şüar və ya əlamət olarsa bu küfr şüarı sayılır. Və həmçinin bayrağa ibadət olnarsa o zaman onu büt hesab etmək olar.

691
Salam aleykum qardaş. Allah elminizə və imanınıza bərəkət versin. Mən ailə quranda cahil idim və kəbinsiz bir evlilik baş tutdu. Əlhəmdulillah indi tövhidi tanıdım. Mən indi yenidən kəbin kəsdirməliyəmmi. Məsləhətinizə görə indidən Allah razı olsun.
Və aleykumus-salam. Sizə yenidən kəbin kəsdirməyə ehtiyac yoxdur.

690
Salam aleykum va rahmatullah. Əziz qardaşlar, bizim firmamız böyük bir idarə üçün iş görmək istəyir. Bu işi onlara təklif etmək, oranın rəhbərləri ilə görüşüb izah etmək bizim üçün mümkün deyil. O idarədə işləyən bir şöbə müdiri rəhbərliklə görüşüb onları bu məsələyə inandırmağı öz üzərinə götürür, əvəzində isə bizdən müəyyən haqq istəyir. Buna görə ona haqq ödəmək caizdirmi? Qeyd edim ki, əks halda həmin iş baş tutmayacaq.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Belə çıxır ki, həmin şəxs şirkətlə sizin aranızda vasitəçilik edir. Əgər şirkətin rəhbərinin bundan xəbəri varsa və buna bir etirazı yoxdursa, o zaman həmin işin müqabilində o, sizdən xidmət haqqı ala bilər. Əks halda isə bu rüşvət hesab olunur. Əbu Humeyd əs-Səidi rəvayət edir ki, “Bir dəfə Peyğəmbər (sallallahu aleyhi va səlləm) Əzd qəbiləsindən ibn Lutbiyyə adlanan bir kişini zəkat malını yığmaq üçün göndərir. Həmin şəxs gə¬ləndə deyir: Bunlar sizin, bunu isə mənə hədiyyə veriblər. Bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra dedi: “Mən birinizi bir işə göndərdiyimdə, o gəlib: bunlar sizin, bunu isə mənə hədiyyə veriblər”–deyir. Əgər doğrudan da belədirsə qoy o şəxs ata-anasının evində otursun görək ona hədiyyə gəlirmi? Allaha and olsun ki, haqsız olaraq bir şeyi götürən şəxs Qiyamət günü Allahın hüzuruna həmin şeylə gələcəkdir. Elə edin ki, sizlərdən heç birini böyürən dəvə, inək və ya mələyən qoyun daşıyan şəxs olaraq tanımayım”. Sonra o əllərini qaldırıb: “Allahım, çatdırdımmı?”– dedi.” Hədisi Buxari və Muslim rəvayət etmişlər.

689
Salam aleykum və rahmətullah. Əxi mən bankda təhlükəsizlikdə işləyirəm. Rayonlara gedirik. Səhər çıxıram və bilmirəm rayondan şəhərə zöhrə çatacam, yoxsa yox. Yolda saxlamağa da icazə yoxdur. Maşında ayaq üstə namaz qılmağa şərait var, qılmaq olar? Amma qibləyə tərəf durmaq olmasa necə? Maşında ayaq üstə namaz qılmaq əfzəldir yoxsa vaxtı çıxandan sonra şəhərə çatıb qılmaq?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Səfərdə olduğunuz zaman namazları birləşdirib qılın. Yəni yola düşməmişdən öncə məsələn Əsr namazının vaxtı girməyibsə Zöhrlə birləşdirib qılın. Eləcə də Məğriblə İşanı birləşdirə bilərsiniz.

688
Salam aleykum. Töhvid nə deməkdir? Geniş məlumat verərdiz.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Tövhid Allahı təkləşdirməyə deyilir. Tövhid və onun növləri haqqında ətraflı məlumat əldə etmək üçün saytın yükləmələr bölməsində “İmanın əsasları” əsərinin 5-86-cı səhifələrini oxumanızı tövsiyə edirik.

687
Əs-sələmu aleykum. Qardaş bir şiyə mənə dedi ki, guya Ərəbistanda Xədicənin (radiyallahu anhə) evini ərəblər ayaq yolu ediblər. Bu doğrudurmu? Allah rizasına cavab verin bu suala çox önəmlidir.
Və aleykumus-salam. Bu yalandır, onun evindən heç bir əsər-əlamət dövrümüzə gəlib çatmayıb. Evinin yeri isə tam bəlli deyil. Bəzilərinin ehtimal etdikləri yer isə ayaqyoluna deyil, Məscidulhəramın Mərva dağı tərəfdən həyətyanı sahəsinə düşür.

684
Salam aleykum və rahmatullah. Bir neçə sualım var, cavablandırsaydız sevinərdim. 1. Mən həmişə zəkatı Azərbaycana göndərirəm. Amma 1 qardaş mənə dedi ki, zəkatı yaşadığın ölkədə verməlisən. Məsələ burasındadır ki, yaşadığım ölkədə zəkata çox ehtiyac yoxdur. 2. Tutaq ki mən duha namazı qılmaq istəyirəm, 2+2+2 yəni hər salamdan sonra niyyət etməliyəm, yoxsa tək 1 niyyət hamısına kifayətdir? 3. Fəcr namazının girməsinə 15 dəqiqə qalmış 2 rükət təhəccüd qılmaq olarmı? 4. Vitr namazını qılıb yatandan sonra təhəccüd qılmaq olarmı? Çünki bir neçə dəfə istəmişəm vitri təhəccüddən sonra qılım, amma yatıb qalmışam.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. 1 Əgər söylədiyiniz kimi yaşadığınız ölkədə zəkata ehtiyac yoxdursa başqa ölkəyə göndərə bilərsiniz. 2. Bir dəfə niyyət etməniz kifayət edir. 3. Fəcr namazının vaxtı girənədək təhəccüd namazı qılmaq olar. 4. Bu ixtilaflı məsələdir. Bəzi alimlər bunu caiz görmüş, bəziləri isə bunun Buxari və Muslimin “Səhih” əsərlərindəki Abdullah ibn Ömərdən rəvayət olunan hədisdəki Peyğəmbərin (sallallahu aleyhi va səlləm): “Gecə vaxtı qıldığınız namazlarını Vitrlə yekunlaşdırın”- sözünə müxalif olduğunu söyləmişlər. Odur ki, gecə vaxtı durduqda təhəccüd qıla bilərsən. İkinci dəfə Vitr namazı isə qılınmır. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Bir gecədə iki Vitr (namazı) olmaz.” 5. Dəstəmaz pozulmur, lakin yenidən dəstəmaz aldıqda ayaqlar yuyulmalıdır.

683
Salamu aleykum. Bəyəndiyim müsəlman qadına hədiyyə olaraq kitab alsam günahdır yoxsa yox? ALLAH razı olsun.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Kəbin kəsdirdikdən sonra qadına istədiyiniz qədər kitab ala bilərsiniz.

682
Salam aleykum. Qardaş Qurani kərimdə Harut və Marut adlı iki mələkləri, ALLAH öz dərgahından qovub, yoxsa imtahan olaraq göndərib? ALLAH razı olsun!
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Harutla Marut adlı iki mələyi Uca Allah insanlara imtahan olaraq göndərmişdi. Uca Allah buyurur: “Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!” (əl-Bəqərə, 102) Ümumiyyətlə mələklər əsla Allaha asi olmurlar və yalnız Uca Allahın göstərişlərini həyata keçirirlər. Uca Allah buyurur: “Bu səhifələr elçilərin əllərində – möhtərəm və müti olanların əllərindədir.” (Əbəsə, 15-16).

680
Salam aleykum! 1. Qardaş şəraitsizlikdən ayaq ustə bövl etmək olarmı? (Yuyunmaq şərti ilə). 2. Qurani Kərimi tam oxuya bilmədən (hərfləyə-hərfləyə) oxuyub qurtarmaq xətm sayılırmı? 3. Ətrafdakıların təsiri olmasın deyə, saqqaldan azaltmaq olarmı? Yəni həmişə eyni qaydada saxlamaq olarmı? 4. Nədənsə (kimdənsə) ehtiyat edirsənsə, saqqalı və isbalı zərurət olan halda saxlamamaq olarmı? Allah sizdən razı olsun!
Va aleykumus-salam va rahmatullahi va barakatuh. 1. Zərurət varsa olar, lakin diqqət yetirmək lazımdır ki, üzərinə sidik sıçramış olmasın. 2. Əgər hərfləyə-hərfləyə bütün Quranı başdan axıradək oxuyursa xətm sayılır. Hətta bunu edən kəs Quranı yaxşı tilavət edəndən iki qat çox savab qazanmış olur. 3. Saqqalı bir ovuc miqdarında azaltmaq olar. Öncəki suallara cavab verərkən bu məsələnin təfsilatına varmışıq. 4. Əgər səni qətlə yetirəcəklərindən qorxursansa olar.

679
Əs-salamun aleykum əxican. Necəsiz? Sualım budur: Namazda rükudan qalxandan sonra əllər bağlanması hədisi səhihdirmi? Allah sizdən razı olsun.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Bu alimlər arasında ixtilaflı olan bir məsələdir. Bunu sünnət sayanlar Buxarinin “Səhih” əsərində Səhl ibn Səddən (radiyallahu anhə) rəvayət olunan hədisi dəlil gətirirlər. Həmin hədisdə deyilir ki, “İnsanlar namazda sağ əllərini sol qollarının üzərinə qoymağa əmr olunurdular.” Həmin alimlər, o cümlədən Şeyx Abduləziz ibn Abdullah ibn Bəz bu hədisin ümumi olduğunu əsas gətirərək bunun həm rukudan öncəyə, həm də rukudan sonraya şamil etmişlər. Digər alimlər, o cümlədən Şeyx Muhəmməd Nasirəddin əl-Albani bu barədə açıq-aydın bir hədis olmadığı üçün əlləri bağlı tutmağı bidət adlandırmışdır. Nəticə etibarı ilə hər iki əməli etmək olar. İmam Əhməddən belə bir rəvayət də vardır ki, namaz qılan kəs rukudan sonra əlləri bağlamaqla açmaq arasında ixtiyar sahibidir.

678
Salam aleykum. Əxican mənim övladım yoxdur, mən kunya götürə bilərəmmi? Və əgər götürsəm ondan mənə əcr (savab) catırmı? Salam aleykum və rahmətullahi və barakatuhu!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Bəli övladınız olmasa belə özünüzə kunyə götürə bilərsiniz. Dəlil: Buxari və Muslimin “Səhih” əsərlərində Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizim yanımıza gələrdi. Mənim Əbu Umeyr adlı balaca qardaşım var idi. Onun quşcuğazı var idi. Uşaq onunla oynayardı. (Bir gün) quşcuğaz öldü. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) yanımıza gəldikdə onun qəmgin olduğunu görüb soruşdu ki: “Buna nə olub?” Dedilər: “Quşcuğazı ölüb.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Ey Əbu Umeyr, quşcuğaza nə oldu?” (Buxari,6129; Ədəbul-Mufrad, 847). Hədisdən görünür ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) uşağı “Ey Umeyrin atası!” –deyə kunya ilə çağırır.

677
Salam aleykum. Əxican səfər barədə bir iki sual vermək istəyirəm. Əxican mən işlə bağlı olaraq çox vaxt ezamiyyətdə oluram. Elə bir ucqar yerlərə gedirəm ki, orada təharətə çıxmağa şərait olmur, ya da ki, su olmur özümü yumağa. Sualım odur ki, ayaq üstə bövl etmək olarmı? Olarsa necə təmizlənmək olar? İkinci sualım odur ki, səfərdə hansı şəraitdə, hansı vəziyyətdə və hansı zamanda zöhrlə əsri, məğriblə işanı birləşdirmək olar? Allah sizdən razı olsun, elminizə bərəkət versin.
Aleykumassalam. Əgər su tapılmazsa təmiz daş yaxud da günümüzdə çox istifadə olunan salfet kağızlarından istifadə etmək olar. Ayaq üstə bövl etmək caizdir, lakin bir şətlə ki, sidik sənin paltarına düşməsin, yəni yerdən sənin üzərinə qayıtmasın. Səfərə çıxdıqda yaşadığın məntəqənin binalarından uzaqlaşdığın andan səfərdə sayılırsan. Odur ki, səfərdə olduğun zaman istənilən şəraitdə və istənilən vəziyyətdə zöhrlə əsr namazını zöhrün və ya əsrin vaxtında birləşdirib dıla bilərsən. Həmçinin məğriblə də işa namazını məğribin və ya işanın vaxtında birləşdirib qıla bilərsən.

676
Salam aleykum şeyx. Əxican sualım belədir: Hədis gəlib ki saqqalı uzadın, bığlarınızı seyrəldin. Bığlarınızı seyrəldin dedikdə nə nəzərdə tutulur, tam qırxmaq, yoxsa sadəcə üstündən götürmək? Allah razı olsun. Salam aleykum və rahmətullah.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Bığları qısaltmaq sünnədir və bu daha əfzəldir, bığları qırxmaq isə sünnə deyil. Ona görə də İmam Malik bığları qırxmağı bidət adlandırmışdır. Odur ki, bəzi alimlərin bunu caiz görməsinə baxmayaraq sünnəyə riayət etmək daha əfzəldir.

674
As-salamu aleykum. Duha namazı haqqında məlumat verərdiniz də zəhmət olmasa. Neçə rükət qılınır və səsli yoxsa səssiz qılınmalıdır. ALLAH sizdən razı olsun. AMİN.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. “Duha” – səhər, gündüzün başlanğıcına deyilir. Duha namazı iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasına heç bir məh-dudiyyət yoxdur. Əbu Zər (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Hər biriniz bədən sümüklərinin və oynaqlarının haqqını ödəməlidir. Hər bir təsbih (“Subhanəllah” - demək), hər bir təhmid (“Əlhəmdulilləh” - demək ), hər bir təhlil (“Lə iləhə illəllah” - demək), hər bir təkbir (“Allahu Əkbər” - demək) sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək sədəqədir. Duha namazı isə bunların hamısını əvəz edir!” Səhih Muslim, 1668. Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) üç şeyi mənə nəsihət etdi: Hər ayın üç gününü oruc tutmağı, iki rükət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qılmağı!” Səhih Muslim, 1669. Ummu Hani (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Məkkənin fəthi günü səkkiz rükət Duha namazı qıldı.” Səhihu-l-Buxari, 1176; Səhih Muslim, 1664; “Zadu-l-Məad” 1/342. Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Düha namazını daima qılmazdı ki, ümmətinə fərz buyrulmasın.” Səhih Muslim, 1659. Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dörd rükət Duha namazı qılar və istədiyi qədər rükətlərin sayını artırardı.” Səhih Muslim, 1662. Duha namazının vaxtı: Günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).

673
Əs-salamun Aleykum va rahmatullahi va barakatuhu insaAllah. Bir dəfə sizin tələbələrdən biri mənə bir söz dedi, dedi ki Axirətdə mənim savablarım ona, onun günahları mənə yazılacaq. Bu həqiqətən belədirmi? Allah razı olsun inşəAllah.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Həmin şəxsin bunu nəyə görə sizə dediyini bilmirik. Lakin ümumən biri digərinin haqqına girdikdə haqqa girən şəxsin savablarından götürülüb haqqına girdiyi şəxsin savablarına yazıla bilər. Haqqa girən şəxsin savabları olmadıqda isə haqqına girdiyi şəxsin günahlarından götürülərək onun günahlarına əlavə oluna bilər. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Bilirsinizmi müflis kimdir?”, səhabələr dedilər ki: “Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır”. Bunun üzərinə Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Ümmətimdən müflis o kimsədir ki, Qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, lakin (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş, bunun qanını tökmüşdür. Bundan dolayı onun yaxşılıqlarından bütün haqq sahiblərinə verilər. Üzərində olan haqlar ödənmədən savabları tükənərsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklənər və sonra o kəs Cəhənnəmə atılar.” Hədisi Muslim (2581) rəvayət etmişdir.

672
As-salamu aleykum! Qardaş əgər fəcr namazını vaxtında qıla bilməmişəmsə, yəni yatıb qalmışamsa durandan sonra səhər zikrlərini etmək olarmı? Allah elminizi artırsın.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Səhər zikrlərinin vaxtı sübh namazının vaxtından gün çıxanadək olan vaxtdır. İbn Həcər əl-Əsqəlani demişdir: “Səhər zikrlərinin vaxtı bu vaxt ərzindədir. Bu vaxtdan gecikdirdikdə həmin fayda əldə edilməsə belə zikrləri etmək yaxşı olar.”

670
As-salamu aleykum va rahmatullahi va barakatuhu. İSLAM FİQHİ kitabından Hədis: “Namaz qılan adamın qarşısından qara it, eşşək və qadın keçərsə namazı pozular.” Bu hədisi oxudum və menə pis təsir bağişladı. Niyə qadım? Qadının bu heyvanlarla birlikdə adının çəkilməsi, Cənnət ayaqları altındadır deyilən qadın bu heyvanlarla eyniləşdirilməsi kimi görünür. Bu hədisə açıqlama vermənizi xahiş edirəm. Mən bu hədisi oxuyanda o kitaba inamım sanki bitti, qeyri müsəlman olan birisi bu hədisə açıqlamasız rast gələrsə onun İslam haqda fikirləri necə olar sizcə? Əgər icazə versəniz təklif edərdim ki belə hədislər kitablara yazılanda açıqlaması ilə yazılsın ki, insanlar İslamı eybəcər bilib ondan uzaqlaşmasınlar. As-salamu aleykum va rahmatullah.
Va aleykumassalam va rahmayullahi va barakatuhu Alimlər bu hədisin şərhində namazın tam pozulmasını deyil lakin savabının azalmasını qeyd edirlər. Hədislərin birində qara itin şeytan olması qeyd olunur. Bəzi alimlər isə buyurur ki: Əgər namaz qılanın qarşısında sütrə olmazsa və onun tam önündən keçərsə o zaman namaz pozulur. Yaxud sütrə ilə namaz qılanın arasından keçərsə namaz pozulur. Lakin səhih budur ki, namaz qılanın qarşısından bu üç şeyin keçməsi onun namazını pozmur, sadəcə onun xüşusuna və namazının kamilliyinə mane olur. Cənnət qadınların ayaqları altındadır hədisinə gəldikdə isə bu zəif hədisdir. Hədisin isnadında adı keçən Əbu Nədr tanınmadığı üçün hədis qeyri mötəbər, zəif sayılır.

669
Allahın rəhməti və bərəkəti üzərinizə olsun. Qardaş bu məsələ məni çox narahat edir. Kömək et. İşdə 9 nəfər namaz qılırıq. Bunlardan 4 şiyə namazı qılır. Namaz vaxtı imama tabe olmur. Biz əvvəldən ayrılıq salmamaq üçün bir yerdə qıldıq ki bəlkə onlar imama tabe olar amma olmurlar. Nə edək? Belə də davam edək???
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əgər onlar sizin arxanızda namaz qılmaq istəmirlərsə, onlar ixtiyar sahibidirlər. Sizin onları buna təkid etmənizə lüzum yoxdur. Uca Allah buyurur: “Dində məcburiyyət yoxdur.” (əl-Bəqərə, 256).

668
Allahın salamı və bərəkəti üzərinizə olsun. Qardaş sizə bir sualım var. Çox xahiş edirəm bunu ətraflı cavablandırın. Möhür bidətdir yoxsa yox? Təşəkkür edirəm. Allah sizdən razı olsun.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq bidət, yəni dində yenilikdir. Çünki Peyğəmbərin (sallallahu aleyhi va səlləm) vaxtında belə bir şey olmamışdır. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) hədislərinə nəzər salsaq görərik ki, o həsirin və ya örtüyün üzərinə səcdə etmişdir. Muslimin “Səhih” əsərində Əbu Hureyradan (radiyallahu anhu) rəvayət olunan hədisdə deyilir: “Bir dəfə Peyğəmbər (səllallahu aleyhi və səlləm) məsciddə ikən dedi: “Ey Aişə libası (başqa bir rəvayətdə örtüyü) mənə ver.” Aişə dedi: Mən heyzliyəm. Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Əlin ki heyzli deyil.” əl-Xəttabi demişdir: “Hədisdə örtük deyildikdə xalı nəzərdə tutulur. Bu barədə hədislər çoxdur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) həm örtüyün üzərində, həm həsirin üzərində həm də torpaq üzərində namaz qılmışdır. Əsas səcdə olunan yerin pak olmasıdır.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”