Ana səhifə
 / Sual-cavab


761

Əssəlamu aleykum. Şəkil çəkən aparatlarla uşağın şəklini çəkmək olarmı?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Bu məsələdə alimlərin müxtəli rəyləri vardır. Lakin ehtiyat üçün çəkinmənizi tövsiyə edirik.


760

Salam aleykum. Allahı yuxuda görmək haqda varid olan hədis eşitdim, müəyyən səbəblərə görə bura qeyd edə bilmirəm. Bu haqda mümkünsə məlumat verərdiniz. "Üzü tüksüz, qıvrım saclı və s." Mən bunu eşidəndə mənə dəhşət vəsvəsələr gəldi.  Allah razı olsun!

 

Və aleykumus-salam.

Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Allahı yuxuda görməsi barəsində varid olan hədisdə Alimlərin müxtəlif fikirləri vardır. Bəzi alimlər bu hədisi səhih hesab etmiş, əksər alimlər isə zəif, munkər, hətta qondarma hədis hesab etmişlər. Səhih hesab edənlər: İbn Teymiyyə, imam Əhməd, Təbarani və başqaları. Zəif, munkər və qondarma hesab edənlər: İbn Cəuzi, Səbki, Zəhəbi, İbn Həcər, Albani və başqaları. O ki qaldı bu hədisi səhih hesab edənlərə, onların hamısı deyirlər ki, Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Allahı yuxuda qeyd etdiyi şəkildə görməsi yalnız yuxuda baş vermişdir. Həqiqi baş verməmişdir. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Allahı yuxuda görməsi o demək deyil ki, Allah məhz həmin surətdədir. Çünki yuxuda görülən şeylər həqiqət olmayada bilər, hətta peyğəmbərlərin yuxusu olsa belə. Bu yuxunun sadəcə yozumu var və bunu Allah və rəsulundan başqa heç kəs bilmir. Məsələn Yusuf peyğəmbər yuxusunda gördü ki, günəş və ay ona səcdə edirlər. Amma hamı bilir ki, əslində onların heç biri ona səcdə etməmişdir. Bu yalnız yuxuda baş vermişdir. Yusuf surəsinin sonunda deyilir ki, Yusufun ata-anası ona baş əydikdə Yusuf dedi ki, Rəbbim mənim yuxumu gerçəyə çevirdi. Deməli yuxunu gerçəyə çevirdi deyildikdə günəş və ayın ona səcdə etməsi nəzərdə tutulmur. Onun ata-anasının ona baş əyməsi nəzərdə tutulur. Peyğəmbərin yuxusu da bu qəbildən olan yuxudandır. Bu yuxunun isə müxtəlif yozumları ola bilər və bu yozumları Allah və Onun rəsulu bilə bilərdi. Həmin yuxunun yozumu barəsində də beç bir şey varid olmamışdır. Həmçinin eyni surədə, Yusuf surəsində padşahın yuxusunu da misal gətirmək olar. Padşah yuxuda görür ki, yeddi arıq inək yeddi kök inəyi yeyir və sair... Bunun yozumunu da Yusuf peyğəmbər izah edir... Deməli yuxuda görülənlər başqa yozumda ola bilər. Əgər hədis səhih olarsa yuxarıda deyilənlər nəzərdə tutulur. Yəni peyğəmbər Allahı həmin şəkildə yuxuda görmüşdür. Əslidə isə hədis zəif və qondarmadır. Daha doğrusunu isə Allah bilir.


759

Salam aleykum. Bir sualım var. Yemək bişirərkən elə olur ki, bir-iki gün qalır. Sonra yeyən olmur, köhnəlir. Onu toyuqlara atıramsa bu israf sayılırmı?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Çalışmaq lazımdır ki, evdəki tələbatın miqdarında yemək bişirilsin. Qalmış yeməyi isə toyuqlara atmaq israf deyil.


758

Salam aleykum. Soyad barədə sualım var. Qadın ərə gedəndən sonra həyat yoldaşının soyadını niyə götürməməlidir? Xahiş edirəm ətraflı şəkildə cavab yazardız. Bir bacıya izah edə bilmirəm, onu necə başa salım?

Və aleykumus-salam. Azərbaycanda soyad (familiya) insanın soyunu, onun hansı nəslə mənsub olduğunu və bir sözlə nəsəbini bildirir. İnsan soyadını dəyişdikdə isə onun hansı nəslə mənsub olunduğu bilinmir. Şəriətə görə isə - istər kişi olsun, istər də qadın – soyadı dəyişmək qadağandır. Rəvayət edilir ki, Əbu Zərr (radiyallahu anhu) Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: “Kim bi­lərəkdən doğma atasının deyil, başqa birisinin oğlu olduğunu iddia edər­sə, küfr etmiş olar. Kim özünün heç bir qohumluq əlaqəsi olmadığı bir qə­bi­lə­yə mənsub olduğunu iddia edərsə, qoy Cəhən­nəmdəki yerini tutsun.” (əl-Buxari, 3508).


757

Əssalamu aleykum. Mənim ətrafımda təkfirçi düşüncəli insanlar var və istər istəməz onlarla görüşməli, danışmalı oluram. Onlara Allah rizası üçün kömək etmək olarmı? Məsələn: borc vermək və s. olarmı? Hətta onlardan biri sizin küfr etdiyinizi və sonra tövbə etdiyinizi dedi. Onlarla necə davranacağımı bilmirəm. Allah rizası üçün mənə nəsihət edin. Əssalamu aleykum.

 

Və aleykumus-sələm.

Qardaş, onların fikri sənin fikrinlə düz gəlməməsi o demək deyil ki, onların haqqını ödəməyəsən, onlara qarşı ədalətsizlik edəsiniz. Haqq sahibi kafir olsa belə onun haqqı ödənməlidir. Mənim barədə isə nə deyibsə, bu sənə yox, mənə aiddir. Sən qarışma, o, bunu bilərəkdən edirsə, savabımı artırır, bilmirsə, inşaAllah Allah onu bağışlayar. Onlardan isə salamı kəsməyin, onlara qarşı kobudluq etməyin və ən əsası da ədalətsizlik etməyin, kiminsə sözü ilə kiməsə nifrət etməyin.


756

Salam aleykum va rahmatullahi va barakatuh. Gözəl qardaşlar zəhmət olmasa GECƏ namazları haqqında yazın da. Bu barədə ətraflı bilmək istəyirəm. Çünki peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) bildiyimizə görə gecə namazlarını 11 rükətdən artıq qılmayıb. Bəs artıq qılmaq olar? Yəni istədiyin qədər sübh namazına qədər. Əvvəlcədən təşəkkür edirəm gözəl qardaşlarım. Salam aleykum va rahmatullahi va barakatuh.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Gecə namazı vacib buyurulmuş namazlardan sonra ən fəzilətli namazdır. Bu namaz işa namazından sonra sübh namazı girənədək gecənin istənilən vaxtı qılına bilər. Gecə namazı on bir rükət qılınır. Aişə (radiyallahu anhə) rəvayət edir ki; “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) nə Ramazanda, nə də başqa bir vaxtda on bir rükətdən artıq gecə namazı qılmamışdır.” (Səhih Buxari). Başqa rəvayətində isə o demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) işa namazından sübh namazınadək on bir rükət qılar, hər iki rükətdən sonra salam verər və sonda bir rükət vitr namazı ilə bunları tamamlayardı”. (Səhih Muslim).

Gecə namazını qılan şəxs on bir rükətdən artıq da qıla bilər. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) özü gecə namazını on bir rükətdən çox qılmasa da o, bunu qadağan etməmişdir. Gecə namazı qılmaq istəyən müsəlman hər hansı bir sayı müəyyən etmədən iki rükət, iki rükət istədiyi qədər namaz qıla bilər. Abdullah ibn Ömər (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) minbərdə ikən bir kişi ondan gecə namazı haqqında soruşduqda o dedi: “İki rükət, iki rükət qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rükət vitr namaz qılıb cüt-cüt qıldığınız namazların cəmi sayını təkləşdirin. Beləliklə də vitri gecə qıldığınız namazların sonuncusu edin.” (Səhih Muslim).


755

As-salamu aleykum. Qardaş bir sual məni maraqlandırır. Qurani Kərimdə Namaz sözü varmı? Namaz sözü ərəbcədir ya necə? Əgər Quranda namaz sözü varsa, hansı ayədədir, onun ərəbcəsini mənə yazın zəhmət olmasa. Mən axtardım, amma namaz sözünü tapmadım. Salam Aleykum.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Ərəb dilində namaza “əs-salətu” deyilir. Namaz kəlməsi isə bunun tərcüməsidir. Ümumilikdə namaz sözünə Quranda dəlillər saysız-hesabsızdır. Uca Allah buyurur: “O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.” (əl-Bəqərə, 3) Həmçinin buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (əl-Beyyinə, 5).


754

Salam aleykum əxi necəsiniz? Əxi bir iki sualım olacaq inşaAllah cavablandırsanız çox şad olaram.

1. İbadət əhli olan hicablı qadın bəzənmək, yəni manikür, pedikür, dırnaq uzatmaq və bu kimi şeylər edə bilərmi?

2. Mən Quranı oxuyub, yazıb öyrənmək istədim, amma tək bacara bilmədim. Məcbur olub müəllim yanına getməli oldum. Yəni molla əminin yanına. O da mənə müəyyən hərfləri fars ləhcəsi ilə deyir. Bu nə kimi doğrudur, bu dərslərə gedə bilərəmmi? Getməyimin də başlıca səbəbi də axı ona görədir ki, yadınızdadırsa demişdim ki, mən İmişlidə yaşayıram, burda məndən başqa sələfi salehin əqidəsində qardaş yoxdur. Onun üçün molla əminin yanına getdim! Bir şeyi də qeyd edim ki, o molla əmi həriflərin arxasına y hərfi artırır. Məsələn bey, tey, sey, bu kimi problemlər. Bunlar mən Quran oxuyanda səhflik ola bilərmi?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Dırnaq uzatmaq olmaz. Çünki Əbu Hüreyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Beş şey fitrətdəndir: Xitan, övrət yerlərini qırxmaq, qoltuğaltı tükləri götürmək, dırnaqları tutmaq, bığları qısaltmaq.” Hədisi Buxari (5550) və Müslim (257) rəvayət etmişlər. Bəzənməyə gəlincə isə qadın öz əri üçün bəzənə bilər. Naməhrəmlərin yanında bəzənib gəzmək isə caiz deyildir.

2. Bəli səhvlər ola bilər, çünki adətən fars ləhcəsi ilə Quran oxuyan mollalar çoxlu xətalara yol verirlər. Odur ki alnernativ yol axtarmağa səy göstərin. İnternet saytlarındakı Quran dərslərindən də faydalana bilərsiniz.


753

Salam aleykum. Fərz namazından sonra toplu şəkildə təsbeh etmək bidətdirmi?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Fərz namazından sonra uca səslə zikr etmək sünnədir. Lakin zikri cammatla birlikdə etmək isə bidətdir. Buxarinin “Səhih” əsərində İbn Abbasdan rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Peyğəmbərin zamanında insanlar fərz namazını qıldıqdan sonra uca səslə zikr edərdilər.” Lakin onların bunu xorla etməsinə heç bir səhih dəlil yoxdur.


752

Salam aleykum. Ölüyə Quran oxumaq olarmı?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Ölüyə Quran oxumaq sonradan əmələ gəlmiş bidətlərdəndir. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Hər bir bidət zəlalətdir.” Başqa bir hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar”. Hədisi Buxari və Muslim rəvayət etmişlər.


751

Salam aleykum. Qadın ərinin icazəsi ilə təyyarə ilə sənəd işləri üçün səfərə çıxa bilərmi? Yəni 2 balaca uşaq ilə 5-6 yaşda. Səfər yeri də Türkiyədir. Allah razı olsun!

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Qadın yalnız məhrəmi ilə birlikdə səfərə çıxa bilər. Səfərin məqsədindən asılı olmayaraq məhrəmsiz qadının səfərə çıxması şəriət baxımından qadağandır.


750

Əssəlamu aleykum və rəhmatullahi və bərəkətuh. Şeyx ALLAH s.t sizin dəvətivizə, elmivizə, əhlivizə bərəkət versin və qorusun. Mən ALLAH üçün səni çox sevirəm. Şeyx sizə bir sualım olacaq ALLAH rızası üçün əgər vaxtın olsa onu cavablayasan. Mən bu gecə yuxumda görmüşəm ki, mən həccə gedirəm və orada məni bir məclisə dəvət edirlər. Mən içəri daxil olanda orada bir toplum insan yerdən bardaş qurub oturmuşdu məclisin yuxarı başındaysa gözəl üzlü ağbənizli saqqalı elədə gur olmayan xumar baxışlı bir cavan kişi əyləşmişdi onu mənə təqdim edib dedilər ki bu peyğəmbərimiz Muhamməd (səlləllahu aleyhi və səlləm)-dir. O mənə baxıb yanında mənə yer göstərib əyləşməyimi istədi və mənə təbəssüm edərək mənimlə danışmağa başladı o qədər gözəl səslə danışırdı ki, mənim 31 yaşım var hələ indiyənədək elə məlahətli insan səsi eşitməmişəm mən sanki o səsin sehrinə qapıldım və onun nə dediklərini xatırlamıram. Mən daha öncədə Peyğəmbi (səlləllahu aleyhi və səlləm) yuxumda görmüşdüm, amma onun simasını görməmişdim. Sualım belədir, eşitdiyimə görə şeytan yalnız Muhammədin (səlləllahu aleyhi və səlləm) cildinə girə bilmir. Görəsən həqiqətəndə mən yuxuda Peyğəmbərimi (səlləllahu aleyhi və səlləm) görmüşəm. ALLAH şahiddir ki, mən özümü Muhammədin (səlləllahu aleyhi və səlləm) qapısında it olmamağa layiq bilmirəm və şirkdən, riyadan, təkəbbürlükdən ALLAHA sığınıram. Və mənə dəyərli vaxtıvı ayırıb bu məktubu oxuduğun üçün ALLAH səndən razı olsun. Əssəlamu aleykum və RƏHMƏTULLAHİ və bərəkətuh.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Allah da sizi sevsin və sizi sevən kimsələrin sizə olan sevgisini bir az da artırsın! Qardaş bax gör yuxuda gördüyün şəxsin vəsfi aşağıdakı vəsflərə uyğun gəlirsə, demək, sən həqiqətən də Peyğəmbəri (səllallahu aleyhi və səlləm) görmüsən:

Rəsulullah (səllallahu aleyhi və səlləm) nə çox hündürboy, nə də bəstəboy – ortaboylu, enlikürək, başı və ağzı iri, yanaqları nə şiş, nə də batıq – üzündə bir qədər girdəlik olan bir adam idi. Onun üzü bədr gecəsindəki ay kimi parlayırdı. Qaragözlü, uzunkirpikli, qabaq dişləri gözəl, əlləri və ayaqları sərt, əzaları orta ölçülü, özü də cüssəli, gözəl vücudu olan bir adam idi. Gözləri xilqətcə sürməli idi. Qözlərinin ağlığında qırmızılıq var idi. Saçları da nə tamamilə qıvrım, nə də dümdüz – azacıq dalğavarı idi. Onun saçları bəzən qulaqlarının yarısına, bəzən qulağının mərcəyinə, bəzən mərcəyindən aşağı, bəzən çiyninə yaxın, bəzən də çiyinlərinə çatırdı. Saçlarını tağ ayırar və səbəbsiz olaraq onları qırxmazdı. Onun saqqalı sıx idi. Onun saç-saqqalında iyirmiyə yaxın ağ tük var idi. Bu tüklərin bir neçəsi onun hər iki gicgahında, bir neçəsi alt dodaq şırımında, bir neçəsi də tağında idi. Məfsəlləri böyük, bazuları uzun, əl pəncəsi də iri idi. Dabanları çox ətli deyildi. Qarnı sinəsi ilə bərabər idi. (Daha geniş məlumat üçün yeni çıxmış kitaba: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) xislətləri” adlı kitaba) bax.


749

Əs-salamu aleykum və rahmətullahi və bərakətuhu. Şeyx Allah sizdən razı olsun! Sizi Allah rizası üçün çox istəyirik Vallahi! Sizə bir sualım var, hamamda çimərkən dəstəmaz almaq olarmı? Və bunun hökmü nədir?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Allah da sizi sevsin və sizi sevən kimsələrin sizə olan sevgisini bir az da artırsın! Hamamda dəstəmaz almaq olar. Qüsl əsnasında dəstəmaz almaq buna dəlildir.


747

Salam aleykum. Bildiyimə görə hicablı qadın makiyaj edib evindən çıxa bilməz, lap əri yanında olsa belə. Elədirmi? Bəs əgər üzündə hər hansı ləkə varsa və pudra ilə onu örtmək necə, olarmı?

 

Və aleykumus-sələm.

Əvvəla qeyd edək ki, qadın naməhrəm yanında cəlbedici görünməməlidir. O ki qaldı üzdəki ləkəyə, bunu Allah belə yaratmışdır. Pudra isə kimyəvi bir şeydir və bildiyimə görə dəriyə ziyandır. Ziyan olan şeydən isə çəkinmək daha məsləhətdir.


744

Əs-sələmu aleykə Şeyxunəə. Belə bir sualım var. Allahın dində zirvə saydığı cihad fəslini dildə qəbul edib lakin buna qarşı nifaqını İslama terror deyə bəlli edən şəxsin halı nədir? Hansı ki barəsində danışdığım şəxs cahil yox əksinə bilgi sahibi olandır və özünə müsəlmanlar tərəfindən nifrət olunması çatıb tövbədə etmir.

 

Və aleykumus-sələm.

Qadaş Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Allaha və Axirət gününə iman gətirmişsə, ya xeyir danışsın, ya da sussun.” Beləsi isə, elm əhlinə, yox daha çox cahilə bənzəyir. Düzdür, onun dediyində də, hardasa həqiqət var. Çünki İslam adı ilə, müsəlman qiyafəsinə girmiş terror edən o qədər münafiqlər var ki, bunlar İslamın adına ləkə gətirirlər. Lakin ədalətli mömin bunu hamıya – ələlxüsus da Allah yolunda vuruşan mücahidlərə şamil etməməlidir. Bilgi sahibi dediyin o adam vaxtı ilə Qarabağda vuruşmuş həmvətənlərimizə, habelə xalqımıza kömək etməyə gəlmiş əfqanlara və çeçenlərə terrorçu deyə bilərmi. Torpaqlarımızı azad etmək üçün vuruşan mücahidlər terrorçudurlarmı??? Digər müsəlman ölkələrində öz analarını, atalarını, zövcələrini və övladlarını, qardaş və bacılarını, öz xalqını müdafiə edən, düşmənin zülmündən qurtarmağa çalıçan müsəlmanlar da həmçinin.


743

Salam aleykum və rahmətullah.

1. Eyni qabdakı sudan 2-ci dəfə dəstəmaz almaq olarmı?

2. Azanı əli açıq vermək sünnədirmi və bu barədə İbn Ömərin rəvayəti gəlibmi? Allah razı olsun Salam aleykum va rahmatullah.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Eyni qabdakı sudan ikinci dəfə dəstəmaz almaqda heç bir qəbahət yoxdur. Yetər ki, su pak olsun.

2. Bu məsələ barəsində alimlər ixtilaf etmişlər. Bəziləri əli qulaqda tutmağın, bəziləri isə o cümlədən Buxari İbn Ömərin sözünə əsasən əlləri açıq saxlamağın müstəhəb olduğunu bildirmişlər.


742

 

Salam aleykum şeyx.

1. Bir hədis var. İbn Abbasdan rəvayət olunur ki, Allahın elçisi (səllallahu aleyhi və səlləm) onun ücün quru üzümdən hazırlanan içkini həmin içki hazırlanan gün, ertəsi gün və o birisi gün içərdi. Üçüncü günün axşamı isə onu həm özü içər, həm də başqalarına paylayardı. Artıq qalanını isə yerə tökərdi. (Hədisi Müslim rəvayət etmişdir). Əxi can burada söhbət şirin içkidənmi gedir? Məsələn kompot? Zəhmət olmasa aydınlıq gətirərdiniz. Allah razı olsun.

2. Fərz namazlarından sonra Allah rasuluna salavat gətirmək olarmı, əgər bidət deyilsə?

 

Və aleykumus-sələm.

1. Burada söhbət nəbizdən gedir.  Ənəs demişdir: “Mən Rəsulullah səllallahu aleyhi və səlləm üçün bu piyaləyə hər cür içki: su, nəbiz, bal və süd süzmüşəm.”  Nəbiz: xurmanı, üzümü, buğdanı, arpanı və s. yumşalanadək suda saxladıqdan sonra onu sıxmaqla hazırlanan içkidir (Tohfətul-Əhvəzi, 5/86). İbn Abbas rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) üçün gecənin əvvəlində (meyvədən və s.) şirə çəkərdilər. Sonra o, bu şirəni ya ertəsi gün səhər, ya həmin günün axşamı, ya növbəti gün günortaüstü, və ya axşamı, ya da o biri gün əsr vaxtınadək içərdi. Sonra yerdə qalanını xidmətçisinə verər, qıcqırdığı təqdirdə isə onun əmri ilə bu içkini zibilliyə boşaldardılar. (Səhih Muslim, 3739). Bu hədislərdən belə nəticə çıxır ki, istənilən nəbizi üç gün ərzində - yəni, şirinliyi qaldığı müddətcə onu içmək olar. Üç gündən sonra isə bu nəbiz qıcqırıb sərxoşedici içkiyə çevrilir. Bunu da içməyi həm Allah, həm də Peyğəmbər  (səllallahu aleyhi və səlləm) haram buyurmuşdur. “əl-Maidə” surəsinin 90-91-ci ayələrində belə buyurulur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” Hədislərin birində Əbu Musa əl-Əşari rəvayət etmişdir ki, Peyğəmbər  (səllallahu aleyhi və səlləm) onu Yəmənə göndərdikdə, Əbu Musa ondan orada düzəldilən içkilər barədə soruşdu. Peyğəmbər (səllallahu aleyhi və səlləm) soruşdu: “Nədir onlar?” Əbu Musa: “Bal və arpa şərabıdır”– dedi. Onda Peyğəmbər  (səllallahu aleyhi və səlləm) buyurdu: “Sərxoşedici hər bir şey haramdır” (Səhih əl-Buxari, 4343).

2. Fərz namazlarından sonra Allah rasuluna salavat gətirməyin caiz olması barədə heç bir dəlil bilmirik. İbadət isə dəlilə söykənməlidir. Dəlilsiz hansısa zikri müəyyən vaxtlarda etmək sünnəyə ziddir.


741

Əssalam aleykum. Samsung dükanlarında bele bonus kart var ki, mal alırsan aldığın malın necə % faizi bonus karta yatır. Sonra təkrar oradan mal alanda o kartdakı puldan istifadə etmək olar?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Bu hədiyyə hesab olunur və həmin hədiyyədən yararlana bilərsiniz.


740

Assalamu aleykum. Xahiş edirəm bu sualıma geniş cavab verəsiz. Allah rizası üçün. Demək mənim qardaşım cahildir və toy etmək istəyir. Bütün dostları da cahildir. Mən deyirəm ki haram məclis olacaq və baxmayaraq ki doğma qardaşımsan mən ora gəlməyəcəm. Qardasım buna isə o qədər fikir vermir. Amma valideyinlərim mənə diyir ki, 1 qardaşın var heç olmasa toyda oturma, amma kömək elə, onu tək qoyma. Camaat səni qınayar, temboli məştağalısan. Belə vəziyyətdə nə etmək olar? Nə məsləhət görərdiz? Təbii ki mənim üçün əsas dinimdir. Allah razı olsun. Salam aleykum.

Və aleykumus-salam. Əgər həqiqətən də sizin üçün əsas dininizdirsə bacardığınız qədər Allahdan qorxaraq Onun haramlarından çəkinin.


739

Assalamu aleykum! Üzü olmayan oyuncaqların (insan və heyvan bildirən) toxunmasının hökmü nədir?

Və aleykumus-salam. Oyuncaqların toxunmasında heç bir qəbahət yoxdur.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”