Ana səhifə / Məqalələr / Böyük günahların məcmusu

Böyük günahların məcmusu

Şeyx İmam Hafiz Şəmsəddin Muhəmməd ibn Əhməd ibn Əffan əz-Zəhəbi (Allah ondan razı olsun) demişdir:

Allaha, onun kitablarına, rəsullarına, mələklərinə və qədərlərinə iman gətirdiyimizə görə Ona həmd edir, Peyğəmbərimiz Muhəmmədə onun ailəsinə və səhabələrinə, bizi axirətdə ona yaxın edəcək salavat deyirik.
Bu bizə böyük günahları həm icmali, həm də təfsilatıyla anladan faydalı bir kitabdır. Allah bizə onlardan uzaqlaşmaqda yardımçı olsun. Uca Allah buyurur:

"Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə - Cənnətə daxil edərik." (ən-Nisa, 31)

Bu ayədə Allah təala böyük günahlardan çəkinənləri Cənnətə daxil etməsinə zəmanət verir. Allah təala başqa bir ayədə buyurur:

"Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir..." (ən-Nəcm, 32)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Böyük günahlar istisna olmaqla bir namazdan digər namaza, cümədən növbəti cüməyə və ramazandan növbəti ramazana qədər edilən kiçik günahlar bağışlanılır". (Səhih Muslim, 233 ) Bu hədisi oxuduqdan sonra bizə hansı günahların böyük günahlar olduğunu arayıb araşdırmaq qalır. Bəzi alimlər aşağıdakı hədisə əsaslanaraq onların sayının yeddi olduğunu demişlər.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "(sahibini) həlak edən yeddi günahdan çəkinin. "Dedilər: "Hansılardır  ey Allahın rəsulu?" Dedi: "Şirk, sehr etmək, cana qəsd etmək (onu öldürmək), yetimin malını haqsız olaraq yemək, Riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək." (Səhih  əl-Buxari, 2766; Muslim, 89)

İbn Abbas (Allah ondan razı olsun) isə böyük günahların sayının yeddi yox, yetmişə qədər olduğunu daha məqsədəuyğun saymışdır. Əslində elə İbn Abbasın (Allah ondan razı olsun) rəyi daha doğrudur. Çünki hədisdə böyük günahların sayının yalnız yeddi olduğu bildirilməmişdir. Buna da əsas dəlil adam öldürmək, zina etmək və oğurluq etmək kimi günahları edənin bu dünyada cəzalandırılması, axirətdə Allahın qəzəbinə və əzabına düçar olması və Muhəmmədin (sallallahu aleyhi və səlləm) dili ilə onların lənətlənməsidir. Bütün bunlar bizə bu kimi günahları böyük günahlardan saymağa əsas verir. Lakin onu da unutmamaq lazımdır ki, bu böyük günahların bəziləri digərlərindən daha böyükdür. Məgər görmürsənmi ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) şirki böyük günahlardan saymışdır? Bunu edən isə əbədi cəhənnəmdə olacaq və o heç vaxt bağışlanmayacaqdır. Allah təala buyurur:

"Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar..." (ən-Nisa, 48,116)

Başqa bir ayədə isə buyurur:

"Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş..." (əl-Maidə, 72)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Sizə ən böyük günahların hansı olduğunu xəbər verimmi?" Dedilər: Bəli ey Allahın rəsulu. Dedi: "Allaha şərik qoşmaq, valideynə asi olmaq". Bunları dediyi zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) söykənmiş vəziyyətdə idi, sonra isə o oturub dedi: "Bir də yalan yerə şahidlik etmək." O bu sözü o qədər çox təkrar etdi ki, biz özü-özümüzdə: kaş ki, o susaydı - dedik. (Səhih əl-Buxari, 2654; Muslim, 87)
Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) yalan yerə şahidlik etməyin böyük günahlardan olduğunu bildirməkdədir. Az öncə qeyd olunan hədisdəki yeddi günahın arasında isə bu yoxdur.

Beləliklə böyük günaharı aşağıdakı kimi cəm etmək olar:

1. Şirk
2. Adam öldürmək
3. Sehrbazlıq
4. Namazı tərk etmək
5. Zəkatın ödənilməməsi
6. Valideynə qarşı çıxmaq
7. Faiz yemək
8. Yetimin malını haqsızlıqla yemək
9. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) adından yalan söyləmək
10. Üzr və rüxsət olmadan Ramazanda orucu pozmaq
11. Döyüş meydanından qaçmaq
12. Zina. Onun bəzi növləri, digərlərindən daha böyük günahdır
13. Öz camaatını aldadan, zülmkarlıq edən hökmdar (diktator)
14. İçki içmək (sərxoş etməyəcək qədər olsa belə)
15. Təkəbbürlük, iftixar, özünü bəyənmək, qürurlanma və lovğalıq
16. Yalan yerə şahidlik etmək
17. Homoseksuallıq
18. İsmətli qadınları zinada ittiham etmək
19. Qənimətə, Beytul Mala və zəkata xəyanət etmək
20. İnsanların mallarını haqsızlıqla əldə edərək, onlara zülm etmək
21. Oğurluq etmək
22. Yol kəsmək
23. Sahibini günaha batıran əl-ğəmus andı
24. Danışdığının çoxunda yalançı olmaq
25. Özünü qətlə yetirərək intihar etmək (bu da ən böyük günahlardandır)
26. Pis qazilik etmək
27. Ailəsinə qarşı qayğıkeşsiz olmaq
28. Qadınların özlərini kişilərə, kişilərin isə qadınlara bənzətməsi
29. Muhəllil və muhəlləl ləhu
30. Ölü heyvan, axar qan və ya donuz əti yemək
31. Sidikdən təmizlənməmək, (bu da nəsranilərin şüarlarından biridir)
32. İnsanların mallarının bir hissəsini zorla almaq
33. Riyakarlıq (bu da nifaqdandır)
34. Xəyanət
35. Dünya üçün elm öyrənmək və elmi gizlətmək
36. Söz gəzdirmək
37. Qədəri yalanlamaq
38. İnsanların gizli söhbətlərinə qulaq asmaq
39. Çoxlu lənət etmək
40. Öz əmirini tərk etmək
41. Kahinə və ya münəccimə inanmaq
42. Qadının özbaşınalıq etməsi
43. Qohumluq əlaqələrini kəsmək
44. Libaslara və ya divarlara şəkil çəkmək
45. Müsəlmanların arasında casusluq edib onların sirlərini araşdırmaq
46. Ölü üçün fəryad qoparıb özünü vurmaq
47. İnsanın soyuna (nəsəbinə) tənə etmək
48. Haqsızlıq və zülm etmək
49. Silahla qarşı çıxmaq və böyük günaha görə təkfir etmək
50. Müsəlmanlara əziyyət verib, onları söymək
51. Allahın dostlarına (övliyalarına) əziyyət vermək
52. Qürurlanaraq paltarı isbal etmək və təkəbbürlülük
53. Kişinin ipək geyməsi və ya qızıl taxması
54. Qulun sahibindən qaçması
55. Allahdan başqasına qurban kəsmək
56. Ərazinin işarələrini dəyişmək
57. Böyük səhabələri söymək
58. Ümumiyyətlə ənsarları söymək
59. Zəlalətə və ya pis yola çağırmaq
60. Başqasının saçını öz saçına birləşdirmək, orta dişlərinin ortasını aralamaq və dəri döydürmək
61. Müsəlman qardaşına dəmir parçası ilə işarə etmək
62. Atasından qeyrisinin atalığını iddia etmək
63. Uğursuzluğu düşünmək
64. Qızıl və ya gümüş qabda içmək
65. Şiddətli bir şəkildə mübahisə və mücadilə etmək və Qazilərə vəkillik etmək
66. Köləsini xədim etmək, onun hər hansı bir üzvünü kəsmək və ya ona zülm edərək işgəncə vermək
67. Çəkidə və ölçüdə aldatmaq
68. Allahın məkrindən qorxmayaraq arxayınlaşmaq
69. Allahın mərhəmətindən ümidini üzmək və ümidsizliyə qapılmaq
70. Yaxşılıq edənin nemətinə qarşı nankorluq etmək
71. Artıq suyu kəsmək
72. Bir canlının üzünə damğa basmaq
73. Qumar oynamaq
74. "əl-Həram"da zülmə, haqsızlığa meyl etmək
75. Tək özü namaz qılmaq üçün cüməni tərk etmək

Aydın Salehli

Baxılıb: 7269


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”