Ana səhifə / Hədis / Səhih Müsnəd / MÜQƏDDİMƏ

MÜQƏDDİMƏ

MÜQƏDDİMƏ

 

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsus­dur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yo­lu­na yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisi­dir.

   «Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!»1

«Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özün­dən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələri­ni kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.»2

   «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.»3

     «Əs-Səhihul-Müsnəd min əsbabin-Nuzul»4- əsərini yaz­mağı mənim üçün asanlaşdıran və mənə kömək olan Uca Allaha həmd edirəm. Artıq Uca Allah bu əsəri faydalı əsər­lərdən etdi və o bu sahədə elm mənbələrindən birinə çev­ril­di. Həm tədris edərkən, həm əsər yazarkən və həm də araşdırma apa­rar­­kən bu əsərə nə qədər çox müraciət etmi­şəm! Bundan əvvəlki nəşrlərdə mən yal­nız mövzuya aid olan əsas hədislərin və onlara oxşar bəzi hədislə­rin sə­­­­­­­nəd­­­­­­­­­­lərini qeyd etmişdim. Bu nəşrdə isə bacardığım qədər bütün hə­dis­lə­ri sə­nəd­­­lə qeyd etməyi qərara aldım. Həmçinin əv­vəlki nəşrlərdə bəzi hə­­dis­­lərin yal­­­nız mövzuya aid olan his­səsini qeyd etmişdim. Lakin bu nə­şr­­də həmin hə­­dis­­ləri tam şəkildə qeyd etmək qərarına gəldim. Çünki hə­di­­si tam şəkil­də qeyd et­­­­mə­klə çoxlu faydalar əldə etmək mümkündür. Sənədi qeyd etməyə gəl­dikdə isə, alimlərimiz hədisi yalnız sənədlə qəbul edər­­­dilər.

     Əlainin «Camiut-Təhsil» əsərində (səh. 58), Muslimin də «Sə­hih» əsərində ibn Si­­­­rin demişdir: «Müsəlmanlar iğtişaş (hərc-mərclik) döv­rü­nə qədər hə­­di­­sin sənədi barəsində so­ruşmazdılar. Fitnə baş verdikdən sonra isə, müsəlmanlar: «Hədisi Pey­ğəm­­­bər­­­dən (sallallahu aleyhi və səlləm) eşidib bir-birinə ötürən ravilərini­zin5 ad­larını bizə deyin!»- deyərdilər. Ravilər sünnə əhlin­dən olduğu təqdirdə onlardan hədis qə­­bul olunar, bidət6 əh­lindən olduqda isə rəva­yət­­ləri rədd olunardı».

     Süfyan ibn Uyeynə demişdir: «Bir gün Zuhri hədis danışarkən mən ona dedim: «Hədisi isnadsız rəvayət et!»7 O dedi: «Dama nərdivansız qalxım? »

     Bəqiyyə rəvayət edir ki, Ütbə ibn əbu Hukeym və Zuhri, İshaq ibn əbi Fərvanın yanında olarkən əbu Fərva rəvayət edib dedi: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir.» Zuhri onun sözünü kə­sib dedi: «Vay halına! Sən nə cürətlə isnadsız hədis rəvayət edirsən. Sən bizə cilovsuz və noxtasız hədis danışırsan?»

     Abdus-Səməd ibn Həssan rəvayət edir ki, Süfyan əs-Səvri de­mişdir: «İs­nad möminin silahıdır. Əgər silah olmaz­sa, o nə ilə dö­yüşər?»

     Şu'bə demişdir: «Hər bir «bizə rəvayət etdi», «bizə xəbər ver­di» ifadəsi ol­ma­­dan rəvayət edilən hədis (yəni sənədi ol­mayan hədis) yanlış və qüsurludur».

     Həmçinin Muslimin «Səhih» əsərində rəvayət olunur ki, Ab­dan belə demişdir: «Ab­dul­lah ibn əl-Mübarəkin belə de­diyini eşit­dim: «Mənim üçün isnad dinin tərkibindən hesab olunur. İsnad olmasaydı hər kəs istədiyini danışardı».

     Abbas ibn əbi Ruzmə deyir ki, Abdullah ibn əl-Mübarə­kin be­lə dediyini eşitdim: «Bizimlə bizdən əvvəlkilər ara­sında olan əlaqə isnaddır».

      İbrahim ibn İsa ət-Taliqani demişdir: «Mən Abdullah ibn Mübarəkə dedim: «Ey Əbu Abdurrəhman! Bu hədis ba­rəsində nə deyə bilərsən? «Həqi­qə­tən valideynlərə göstə­ril­miş ən gözəl qayğı, namaz qıldıqda onların da ye­ri­­­nə na­maz qılmaq, oruc tutduqda onların da yerinə oruc tutmaq­dır». Abdul­lah ibn Mübarək de­di: «Bu hədisi kim rəvayət edib?» Mən dedim: «Bu hədisi Şihab ibn Xərraşdan eşit­dim». O buyurdu: «O «siqa» ravidir. Bəs o kim­dən rəvayət edib?» Mən dedim: «Həccac ibn Dinardan». O de­di: «O da «siqa» ravidir. Bəs o kimdən rəvayət edib?» Mən de­dim: «O da Peyğəmbər­dən (sallallahu aleyhi və səlləm) rəvayət etmişdir». O dedi: «Ey Əbu İshaq! Həqi­qə­­tən, Həccac ibn Dinar ilə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ara­sın­da, minik heyvanlarının boynunu qıran səhralar vardır!8»

     Şo'bə ibn əl-Həccac öz şeyxi Əbu İshaq Amr ibn Abdul­lah əs-Səbiidən, Ab­dullah ibn Ətanın Uqbə ibn Amirdən rəvayət etdiyi dəstəmazı kamil almağın fəziləti barəsində hədisi eşitdikdə ondan soruşdu: «Məgər Abdullah ibn Əta onu Uqbə ibn Amirdən eşi­dib?»- Əbu İshaq ona qəzəbləndi. Misar ibn Kəd­dam Şu'bəyə, Abdullah ibn Ətanın Məkkə şəhərində olması barədə xəbər ver­dik­dən sonra o Məkkəyə yola düşdü. Şo'bə belə rəvayət edir: «Mən Mək­kə­yə həcc etmək üçün yox, hədisi araşdırmaq üçün yola düşdüm. Orada Ab­dullah ibn Əta ilə görüşdüm və ondan bu hədisi kimdən eşitdiyi barədə soruşduqda o de­di: «Bu hədisi mənə Sə'd ibn İbrahim rəvayət etmişdir». Ma­lik ibn Ənəs Sə'd ibn İbra­himin Mədinə şəhərində olduğunu və bu il həcc ziya­rə­tinə gəlmə­diyini mənə xəbər verdikdən sonra onunla görüş­mək üçün Mədi­nəyə yola düşdüm. Mən onunla görüşüb bu hədisi kimdən eşit­diyini soruşduqda o dedi: «Hədisi sizlər­dən Ziyad ibn Mixraq­dan eşitmişəm. Mən Ziyadın adını eşitdikdə dedim: «Bu necə hə­disdir ki, Kufəli (yəni Abdul­lah ibn Əta) Mədinəlidən (yəni Sə'd ibn İbrahimdən), o da Bəsrəlidən (yəni Zi­yad ibn Mixraq­dan) rə­vayət edir». Sonra mən Bəsrə şəhərinə yola düşdüm. Ora­da Ziyad ibn Mixraqla görüşüb ondan bu hədisin kim tərəfindən rəvayət olun­duğu barədə soruşduqda o dedi: «Onun sənə heç bir dəxli yox­dur!» Mən yenə ondan bu hədisi mənə rəvayət etmə­sini tələb et­dikdə o dedi: «Bu hədis barəsində heç nə soruşma!» Mən yenə israr edib bu hədisi mənə rəvayət etməsini ondan tələb etdik­də o dedi: «Bu hədisi mənə Şəhr ibn Həuşəb rə­vayət edib. O, bu hədisi əbu Reyhanədən, o da Uqbə ibn Amirdən, o da Peyğəm­bər­dən (sallallahu aleyhi və səlləm) eşitmişdir». Şu'bə, Şəhr ibn Həvşəbin adını eşidən kimi dedi: «Şəhrin adı hədisi «daif» dərəcəsinə saldı. Lakin belə bir hədis Peyğəmbər­dən (sallallahu aleyhi və səlləm) «səhih» isnadla varid olsaydı, o mənim üçün var-döv­lə­tim­dən, ailəmdən və bütün insanlardan daha sevimli olardı».

     Əbu Abdurrəhman demişdir: «Yazılmış əsərlər­dən isnad­la rə­vayət olunmuş hədislərin isnadlarını ləğv edən və onları isnadsız formada qeyd edənlər elmə və hər bir hədisin isna­dını araşdır­maq üçün böyük səylər göstərərək ömürlərini sə­fərdə keçirən əməli­saleh keçmiş nəslin hədis alim­lə­ri­nə xə­yanət et­miş hesab olunur­lar».

     Elə buna görə də din qardaşlarımız hədisləri isnadla rə­vayət etməyə səy göstərirlər. Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, elmi təhqiq və tədqiq edən­lər bunu qəbul edirlər! 



1 [ «Ali İmran» surəsi, 102. ]

2 [ «ən-Nisa» surəsi, 1. ]

3 [ «əl-Əhzab» surəsi, 70-71. ]

4 [ Ayələrin nazil olma səbəblərindən səhih müsnəd. ]

5 [ Ravi - hədisi isnad edərək rəvayət edən şəxsə deyilir. «Mucəmul Vasit» səh. 384. ]

6 [ Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında olmayan və sonradan meyda­na gəlmiş ibadət. «ən-Nihayə fi Ğəribil-Hədis» 4/52; «Ğəribul-Hədis» 2/295. ]

7[ Sufyan ibn Uyeynənin bu ifadəsi ona görədir ki, o, Zuhrinin Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) adından yalan danışmamasına etibar edirdi. ]

8 [ Bu, ravi ilə Peyğəmbər (sallallahu aleyhi və səlləm) arasında olan boşluğun nə dərə­cə­də olduğunu göstərmək üçün çəkilən misaldır. ]

 


Baxılıb: 16262


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”