Ana səhifə / Hədis / Səhih Müsnəd / Bu mövzunu seçməyə məni təhrik edən səbəblər

Bu mövzunu seçməyə məni təhrik edən səbəblər

Bu mövzunu seçməyə məni təhrik edən səbəblər

 

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məx­sus­dur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yo­lu­na yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisi­dir.

«Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərz­də qorxun və ancaq müsəlman olduğunuz halda ölün!»1

«Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələri­ni kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir!»2

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, bö­yük bir uğur qazanar.»3

  İslam Universitetinə təqdim etdiyim “Səhih Müs­nəd min Əs­babin-Nuzul”4 əsərini aşağıdakı səbəblərə görə yazmı­şam.

  1. Bu əsərin, dinin əsası olan iki əzəmətli elmlə - Quranin təfsi­ri5 və Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) sünnəsi  ilə - əlaqəli olması;

  2. Ayələrin nazil olma səbəblərini öyrənməklə onların mənası­nın daha yaxşı başa düşülməsi;

    Doğrudan da bəzi ayələrin nazil olma səbəbləri aydın olana qə­dər, həmin ayələrin düzgün başa düşülməsi sə­ha­bə­lərdə6 və onla­rın ardıcıllarında anla­şılmazlıq­lar yaratmışdır. Buna aşağıdakı ayələri misal çəkmək olar.

    Uca Allah buyurur:

    «Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir».7

     Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) bu ayənin nə səbəbdən nazil olduğu­nu səhabələ­rə bəyan edənə qədər onlarda anlaşıl­maz­lıq olmuş və yalnız bəyan etdikdən sonra ayənin mənası onlara aydın olmuş­dur. («əl-Bəqərə» surəsi, 195-ci ayə­nin nazil olma səbəbinə bax!) Həmçinin,

    «İman gətirdikdən sonra imanlarına zülm bulaşdır­mayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəl­miş­lər də məhz onlardır»8 ayəsi də səha­bələri (radiyallahu anhu) sıxıntıya sal­mış və Uca Allah,

    «Həqiqətən, Allaha şərik qoşmaq böyük zülm­dür!»9 ayə­sini nazil etdikdən sonra onlara həqiqət bəlli olmuşdur. («Loğ­man» surəsi, 13-cü ayənin nazil olma səbəbinə bax!) 

     Həmçinin Aişə (radiyallahu anhə)

    «Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanə­lər­dəndir»10– ayəsinin nazil olma səbəbini Urvaya (radiyallahu anhu) xə­bər verənə qədər bu ayə onda anlaşılmazlıq yaratmışdır. («əl-Bəqərə» surəsi, 158-ci ayənin nazil olma səbəbinə bax!)

  3. Məni bu əsəri yazmağa sövq edən amillərdən biri də, digər el­mi sahələrə olduğu kimi, bu sahəyə də elmi səriştəsi olmayanla­rın müdaxilə etməsidir.

    Vahidi «Əsbabun-Nuzul» əsərinin müqəddiməsində (səh. 5) yazır ki, Ubeydə əs-Səl­ma­ni Qurandakı bir ayə barəsində soruşul­duqda demişdir: «Allahdan qorxun və düz danışın! Ayələrin nazil olma səbəblərini bilənlər ar­­tıq dünya­dan köçüb getmişlər».     

     Vahidi onun bu sözlərini xüsusən qeyd etdikdən son­ra belə de­yir: «Günümüzə gəlincə isə bir çoxları ayələrin nazil olma səbəb­lə­rindən qafil ol­duq­ları halda özlərini cəhalətə ataraq bu sahədə yeni ixtiralar etməyə çalı­şır­­­­lar böhtanlar və yalanlar uydururlar. Buna görə də ayələrin nazil olma sə­bəb­lərini özündə cəm edən bu əsəri yazdım ki, bu işlə məşğul olan elm əhli və Quranın nazil ol­ma səbəbləri barəsində danışanlar, bu əsərə müraciət etməklə doğ­ru olanı bilsinlər, yalan və azğınlıqdan uzaq olsunlar və onu oxuyub son­ra mühafizə etməyə səy göstərsinlər».

     Suyuti «İtqan» əsərində (2-ci cild, səh. 190) təfsirləri istinad­la rəvayət edən ibn Cə­rir, ibn əbi Hatim və bu kimi alimləri xatır­ladıqdan sonra demişdir: «Bir çox­ları təfsir el­mində əsərlər yazıb­lar ki, bu əsərlərdə çoxlu sayda sənədsiz rə­va­yətlər və müxtəlif rəylər nəql ediblər. Elə buradan da bu elmə kənar şeylər daxil ol­du, mötəbər və qeyri mötəbər hədislər bir-birinə qarışdı. Sonra isə hər kəs ağlı­na gələni nəql edib ona etimad etmiş, ondan sonra gələnlər isə nə sələfin dedik­lə­rinə, nə də təfsir elmində mötəbər sa­yılan alimlərin dediklərinə məhəl qoymadan bu rəvayətlərin mö­təbər olduğunu zənn edərək özlərin­dən sonra gələnlərə nəql et­mişlər. Hətta mən Uca Allahın

 «Qəzəbə uğramışların və az­mışların yoluna deyil!»11- kəla­mının təfsirində ona yaxın12 rəy nəql edən gördüm lakin, bunlardan yalnız biri - yəni «onlar yəhudilər və nəsrani­lər­dir» təf­siri Pey­ğəm­­bə­r­dən (sallallahu aleyhi və səlləm) və onun bütün ardıcılların­dan varid oldu­ğu mə­nə mə­lum olmuşdur.

   Hətta ibn Əbi Hatim deyir ki, bu rəyin mötəbər olması ba­rə­sində təfsir alimlərinin ixtilaf etməsi mənə məlum deyil».

     Elə bu səbəbdən, çətin olsa da belə hədisləri isnadla gə­tirməyi qərara al­dım. Bu işin nə qədər çətin olduğu yalnız hədis elmilə məşğul olanlara məlum­dur.

   Təfsir əsərlərındə diqqətsizlik nəticəsində sübuta yetiril­məmiş rəylərin varid edilməsi barədə yuxarıda danışılan iki alimin dedik­lərini aşağıda qeyd olunan misal təsdiq edir. Bu, Sə'ləbə ibn Hati­bin (radiyallahu anhu) hekayəsidir ki, bir çox təfsir alimləri aşağıdakı ayəni təf­sir edərkən bu hekayəni həmin ayənin nazil olma səbəbi ki­mi nəql etmişlər. Allah buyu­rur:           

     «Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”- deyə Allaha əhd edənləri də vardır».13

   Bu rəvayətdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Sə'ləbəyə (radiyallahu anhu) de­miş­dir: «Az nemətə malik olub ona şükr etmək, çox nemətə malik olub onun mə­su­liy­yətini daşıya bilməməkdən daha xeyirli­dir».

     Demək olar ki, əksər təfsir alimləri  həmin ayənin nazil olma səbəbi kimi bu hekayəni gətirirlər, lakin onun mötəbər olmaması­na bəziləri diqqət yetir­mişlər. Böyük hədis alimləri və tənqidçilərə gəlincə, onların bu hekayə haqqında dediklərinə diqqət yetirək. Bu alim­lərdən biri,  Əbu Muhamməd ibn Həzm bu hekayəni Mis­kin ibn Bukeyrdən, o da Məan ibn Rifaə əs-Suləmi­dən, o da Əli ibn Yeziddən, o da Qasim ibn Abdurrəhmandan, o da Əbu Üma­mədən rəvayət edib demişdir: «Sə'ləbə ibn Hatib (radiyallahu anhu) zəkat ver­mək üçün Ömər ibn əl-Xəttabın (radiyallahu anhu) yanına gəldi və Ömər (radiyallahu anhu) bu zəka­tı­ on­­dan qəbul etməyib dedi: Nə peyğəmbər (sallallahu aleyhi və səlləm) nə də Əbu Bəkr (radiyallahu anhu) sənin verdiyin zəkatı qəbul etməmişlər. Mən də onu qə­bul etmi­rəm».

     Əbu Muhamməd ibn Həzm «Muhəllə» əsərində (11-ci cild, səh. 208) belə deyir: «Şüb­­həsiz ki, bu rəvayət batildir, çün­ki Uca Allah müsəlmanların zəkatını qə­bul etməyi əmr etmişdir. Habelə Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) ölüm anın­da Ərəbistan yarı­madasında İslam­dan başqa bir dinin qalmamasını əmr et­mişdir. Həqiqətən, Sə'ləbə (radiyallahu anhu) müsəlman idi və Əbu Bəkrlə (radiyallahu anhu) Ömərin (radiyallahu anhu) ondan zəkat qəbul etməsi va­cib idi. Əgər Sə'ləbə (radiyallahu anhu) kafir olsa idi, Ərəb­istan yarımadasında qal­ma­malı idi. Elə bu «illə»yə görə də rəvayət etibarsız sa­yı­lır. Həmçinin hədisin mətni­ni bir-birinə xəbər verən ravi­lərdən olan Məan ibn Rifaə, Qasim ibn Abdurrəhman və Əli ibn Yezid - Əbu Abdul-Malik Əlhani - «daif» ravilərdir. Miskin ibn Bukeyr isə hədis elmində «leysə bil-qəvi» ravidir.

     Suyuti «Lübabin-Nüqul» əsərində demişdir: «Bu hədisin sənə­di «daif»­dir. Hafiz ibn Həcər «Kəşşaf» əsərinin təhqi­qində bu hə­disin sənədində olan Əli ibn Yezidin «vahin» ravi olduğunu qeyd etmişdir. O, «Fəthul-Bari» əsə­rin­­­də (3-cü cild, səh. 8) bu he­kayəni xatırlatdıqdan sonra onun «da­if» olduğunu və ona əsas­lan­ma­ğın düzgün olmadığını qeyd etmişdir. Heysəmi «Məcməuz-Zəvaid» əsə­rində (7-ci cild, səh. 32) demişdir: «Təbəraninin rəva­yət etdiyi bu hədisin  sənədin­dəki Əli ibn Yezid əl-Əlhaninin hə­disləri hədis alimləri tərəfindən «mətruk» hesab olunur.

     Zəhəbi «Təcridu əsmais-səhabə» əsərində qətiyyətlə bu hədi­sin «münkər» oldu­ğu­nu qeyd etmişdir.

     Mənavi «Feydul-qadir» əsərində (4-cü cild, səh. 527) de­miş­dir: «Beyhə­qi deyir ki, bu hədisin sənədinin mötəbər ol­ması şübhəli­dir, lakin buna bax­mayaraq bu hədis təfsir alimləri arasında çox məşhurdur. İbn Həcər isə «İsabə» əsə­rində Sə'ləbənin tərcü­meyi-halında bu hədisi qeyd etmiş və onun mötəbər olmamasına işarə edib demişdir: «Bu hədisdə xatırla­nan səhabənin (Sə'ləbə ibn Ha­tibin) Bədr döyüşündə iştirak edənlərdən olması dəqiq məlum de­yildir».

     İraqi təhqiq və tədqiq etdiyi «İhya» əsərində (3-cü cild, səh. 338) demiş­dir: «Bu hədisin sə­nə­di «daif»dir, lakin təf­sir əsərlə­rındə məşhurlaşdığına görə bunu misal14 gətir­dim. Çünki dəvətlə məşğul olan bir çox qardaşlarımız - Allah mə­ni və onları doğru yola müvəffəq etsin! - bu hekayəni məqbul hesab edir və sənə­di­nin mötəbər olmadığına diqqət yetirmədən camaata danışırlar. Halbuki bu he­­­kayə heç məna etibarı ilə də mötəbər deyildir, çünki o, dinin əsaslarından bi­rinə ziddir. Belə ki, tövbə edənin günahları yerdən göyə qədər olsa belə, töv­bə etdiyi zaman Allah onu bağışlayır».

   4. Məni bu əsəri yazmağa sövq edən amillərdən biri də, bu əzə­mətli dinin sir­lərini, ayələrin nazil olma səbəblərindəki ibrətləri və ilahi təskinlik gələnə qədər insanları çətinliyə salan anlaşılmaz­lıqların həllini bilmək rəğ­­bəti­­­dir.

     Buna misal olaraq döyüşdən yayınan üç nəfərin heka­yə­sini15, həmçinin Aişə­­­­yə (radiyallahu anhə) atılan böhtanları gətirmək olar. O böhtan ki, həm Peyğəmbərə (sallallahu aleyhi və səlləm) həm də Aişəyə (radiyallahu anhə) çox əziyyətlər verdi. O böhran ki, mö­­minlərin anası Aişəni (radiyallahu anhə) çox ağlatdı və ata-anası (radiyallahu anhu) onun ağlamaq­dan ci­yə­rinin parça-parça olacaqını zənn etdilər. Lakin bu çətinlikdən sonra asan­lıq gəldi. 16Həmçinin buna misal Hilal ibn Ümey­yənin (radiyallahu anhu) hekayəsini gə­tirmək olar. O zaman ki, o, öz hə­yat yoldaşının zina etdiyini iddia etdi Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) ona de­di: «Ya şahid gətir, ya da şallaqla cəza­lan­dırılacaq­san!» Hi­lal ibn Ümeyyə (radiyallahu anhu) dedi: «Səni haqla göndərənə and ol­sun ki, mən doğru deyirəm. Allah məni cəzadan qurtarmaq üçün ayə nazil edə­cək». Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu cəzalandırmaq istə­dik­də Allah lənət haqqında ayə nazil edərək17 onun andı­nı doğ­rult­du və məsələ gər­ginləşdikdən sonra ona aydınlıq gətirdi.

     Bu cür hikmətli dinsiz keçinməyin mümkün olduğunu zənn edən şəxs ziyana uğradı və bədbəxt oldu!

    5. Məni bu əsəri yazmağa sövq edən amillərdən biri də, dinin mərhələ­lə­rin­dən lazımi şəkildə istifadə etmək istəyi­dir. Həqiqətən biz özümüzü ilk dəvət əh­li kimi hesab etməli və dəvətə yenidən başlamalıyıq.

      Ayələrin nazil olma səbəblərində dəvətin mərhələlərini bəyan edən bir çox gözəl amillər və ilahi istiqamətlən­dir­mə­lər mövcud­dur. Buna misal olaraq ci­had ayəsini, həmçinin digər Məkkə və Mədinə ayələrinin arasında olan fərqi gös­tərmək olar. Həqiqətən bu cihad ayəsi Allah tərəfindən yal­nız müsəlman­lar ci­had etməyə qadir olduqdan sonra nazil olmuşdur.

     Qeyd etmək istəyirəm ki, bu əsəri yazdıqda bacardığım qədər səy göstər­mi­şəm ki, müxtəlif sənədlərlə varid olmuş hədisləri cəm edim və beləliklə də, hə­dis­­lərin tam və yarım­çıq isnadla rəvayət olunduğu və həmçinin mötəbər və ya qey­ri mötəbər olanı məlum olsun.18Ola bilsin ki, hədisin is­nadı bir əsərdə mö­tə­bər, digərində isə qeyri mötəbər sayıl­sın.

     İbnus-Səlah «Ülumul-Hədis» əsərində (səh. 82) demiş­dir: «Əli ibn əl-Mədinidən rəvayət olunur ki, o, belə dedi: «Hər hansı bir fəslin tərkibində olan hədisin isnadları cəm olunmazsa, ehtimal olunan xəta bəyan olunmaz.»

     Buna misal olaraq Hakimin «Mustədrək» əsərində (3-cü cild, səh. 324) olan rəvayəti gətirmək olar. O, (sallallahu aleyhi və səlləm) demişdir: «Aişə (radiyallahu anhə) rəva­yət edir ki; «Məkkə əhli, müsəlmanlar tərə­findən girov götürülmüş əsirlərini fid­yə19 ve­rib azad etmək üçün Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəl­dilər. Onların gətir­diklərinin arasında Xədicənin (radiyallahu anhu) toy günü qızı Zeynəbə (radiyallahu anhu)  verdiyi boyunbağı da var idi. O, bu boyunba­ğını həyat yoldaşı əbul-Ası (radiyallahu anhu) azad etmək üçün göndərmişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bo­yun­ba­ğı­nı gördükdə qızının halına acıdı və dedi: «Əgər eti­razınız yoxdursa, qızım Zey­­­nə­bin (radiyallahu anhu) əsir düşmüş ərini azad edin və göndərdiyi bər-bəzəyi də özünə qay­­­tarın!». Səhabələr «Razıyıq, ey Allahın elçisi!» dedilər və Zeynəbə (radiyallahu anhu) məxsus olanı özünə qaytardılar. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əsir düş­müş əmisi Abbas (radiyallahu anhu) dedi: «Ey Allahın elçisi! Mən mü­səlman idim». Pey­ğəm­­bər (sallallahu aleyhi və səlləm) isə, ona belə dedi: «Sənin mü­səlman olub-olmadığını Allah daha yaxşı bilir. Əgər doğru deyirsənsə, onun savabını Allah sənə verəcək. Lakin özünü, qardaşlarının oğlanlarını - Nofəl ibn əl-Haris ibn Abdulmüt­təlibi və Uqeyl ibn Əbi Talib ibn Abdulmüt­təllibi - və müt­təfiqin olan - Bənul-Haris ibn Fəhrin qardaşı Uq­bə ibn Amr ibn Cəhdəmi azad et­mək üçün fidyə ver!»

     O dedi: «Ey Allahın elçisi! Axı mənim sənə verə biləcək bir şe­yim yoxdur!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bəs ummu-l-Fadl ilə birlikdə basdırdığın mal necə oldu? Axı sən onu basdır­dıqdan sonra ummul-Fadla belə demişdin: «Əgər mənə bir şey olsa bu, oğlan­larım Fadla, Abdullaha və Qəsəmə çata­caq». Ab­bas (radiyallahu anhu) dedi: «Ya Rəsulallah! Allaha and ol­sun mən şəhadət gə­tirirəm ki, sən, həqiqətən Allahın elçisi­sən! Çünki bu hadisəni mə­nimlə ummul-Fadldan savayı heç kəs bilmirdi. Ey Allahın elçisi! Bizi azad et­mək üçün mə­nim malımdan iyirmi əvqi­ya20 götürün!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) onunla razılaşdı. Beləliklə Abbas (radiyallahu anhu) özünü, qardaşlarının oğ­­lan­larını və müttəfiqini azad etdikdə Allah bu ayəni nazil et­di:

   «Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağış­layandır, Rəhmlidir”».21                                                                                           

     Abbas (radiyallahu anhu) deyir ki, mən, İslam dinini qəbul etdikdən sonra Allah bu iyirmi əvqiyanın əvəzinə mənə hamısının əlində gə­lir gətirən malı olan iyirmi işgüzar qul verdi və bu­nunla belə məni bağış­ladı. Hakim demişdir: «Bu hədis Mus­limin şərtinə görə «səhih»dir la­kin, Buxari və Muslim öz ki­tablarında bu hədisi yazmayıblar. Bu­nu Zəhəbi də təsdiqlə­miş­dir.

     Heysəmi «Məcməuz-zəvaid» əsərində (7-ci cild, səh. 28) demiş­dir: «Təbarani bu hədisi «Mucəmu-l-kəbir» və «Mu­cəmul-əvsat» əsərlərındə rəvayət etmiş­dir. «Mucəmul-əvs­at» əsərindəki hədisin ravilərinin hamısı, ibn İshaqdan baş­qa, Buxari və Muslimin ravi­ləri hesab olunurlar. Lakin ibn İshaq da, artıq bu hədisi eşitdiyini açıq-aydın bəyan etmiş­dir.

     Beyhəqinin «Sünən» əsərinə (6-cı cild, səh. 322) nəzər saldıq­dan sonra mənə bə­yan oldu ki, bu sənəd Abbasın (radiyallahu anhu) hekayəsinə əlavə olunmuşdur «müdrəc­»dır. O, öz əsərində deyir ki; «Abba­sın (radiyallahu anhu) hekayəsini bu sənədlə şeyximiz əbu Ab­dullah «Mustədrək» əsə­rin­də rəvayət etmişdir.» Sonra Beyhəqi daha doğru olanı­nı bə­yan etmiş və Abbasın (radiyallahu anhu) hekayəsinin başqa «mürsəl» is­nadla varid olduğunu bil­dir­mişdir.

     İbn Həcər bu hekayəni «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 382) qeyd etdikdən sonra demişdir: «Əta ibn Əbi Rabəhə qə­dər hədisin mətnini bir-birinə xə­bər verən ravi­lər­dən biri Məhəm­məd ibn İshaq bu hadisəni tam isnadla rəva­yət etməmiş, əksinə «mu'dəl» isnadla rəvayət etmişdir. İshaq ibn Rahaveyh ondan sonra da Təbərani və ibn Mər­də­veyh bu sənədin «məvsul» oldu­ğunu dəstək­lə­yir­lər. Hə­qi­qəti bilən isə yalnız Allahdır!

     İbn Həcər «Mətalibul-Aliyə» əsərində (3-cü cild, səh. 337) de­mişdir: «Baxmayaraq ki, hədisin sənədinin zahiri ilk baxışdan «müsnəd» sayılır, lakin zənnimcə bu, ibn İshaqın hədisə etdiyi əlavəsidir - «müdrəc»dır və buna görə də Abbasdan (radiyallahu anhu) varid olan xəbərin is­na­dı «mu'dəl» sayılır».  

     Bu əsəri yazarkən bəzi müəlliflərin və bəzi kitabların adlarını qeyd etmə­mə­yimin əsas səbəbi, vaxt məhdudiyyəti olmuşdur. Bə­zi hallarda, hədis itib-batmış kitablarda və ya nadir tapılan kitab­larda olduğundan onun isnadını əldə etmək mənim üçün çətin ol­muşdur. Elə buna görə də mən bu cür hədislə­ri mötəbər sayan inanılmış imamların və alimlərin dediklərinə əsaslanıb onu sənəd­siz qeyd etmişəm. Əks halda isə Uca Allah əsərin sənədini əldə et­məyi mənim üçün asanlaşdırana qədər o hədisin hökmü barədə sus­mu­şam. Allahdan istəyirəm ki, mənim bu əməlimi ix­lasla, yal­nız Ona layiq üzünü görmək və Onun rizasını qazanmaq üçün edilən əməllərdən etsin, bu əsərlə İslama və müsəl­manlara fayda versin.     



1 [ «Ali İmran» surəsi, 102. ]

2 [ «ən-Nisa» surəsi, 1. ]

3 [ «əl-Əhzab» surəsi, 70-71. ]

4 Burada mən «səhih» dedikdə, keçmiş alimlərin istilahına uyğun olaraq həm «səhih», həm də «həsən» hədisləri qəsd etmişəm. «Tədribur-Ravi» səh. 21.

5 [ Ayələri izah edən elm. «Mucəmul Vasit» səh. 688. ]

6 [ Səhabə - Peyğəmbər r sağ ikən onunla görüşüb, dediklə­rinə iman gətir­miş və müsəlman kimi vəfat etmiş şəxsə deyilir. Suyutinin «Təd­ribu-r-Ravi» əsəri, 2/191; Təhhanın «Təysirul Mustalə­həl Hədis» əsəri, səh. 198; «Mucəmul Vasit» səh. 507. ]

7 [ «əl-Bəqərə» surəsi, 195. ]

8 [ «əl-Ən'am» surəsi, 82. ]

9 [ «Loğman» surəsi, 13. ]

10 [ «əl-Bəqərə» surəsi, 158. ]

11 [ «əl-Fatihə» surəsi, 7. ]

12 Şəvkaninin «Fəthu-l-qadir» əsərində (3-cü cild, səh.254) «Səndən ruh haqqında soruşur­lar» [«əl-İsra surəsi, 5.] ayəsinin təfsirində nəql etdiyi bundan da artıq azğınlıqdır. O demişdir: «Bəzi tədqiqatçılar «ruh» haqqında müxtəlif fikirdə olanların rəylərinin yüz on səkkizə çatdığını nəql etmişlər». Diqqətlə nəzər salsanız  onların əbəs ye­rə xidmət et­diklərini, boş yerə əziyyət çəkdikləri­ni və beləliklə də çox acınacaqlı halda olduqlarını dərk edər­siniz. Bütün bunlar ona görədir ki, onlar, Allahın ruhun mahiyyəti  haqqında Öz pey­ğəm­bər­lərinə belə heçnə bildir­mə­di­yini, bu haqda sual verməyi qadağan etdiyini və onun key­fiyyətini araşdırmamağı bilə-bilə onu izah etməyə cəhd göstərmişlər….» 

13 [ «ət-Tövbə surəsi, 75. ]

14İbn Cərir ət-Təbəri bu ayənin Sə'ləbə ibn Hatib (radiyallahu anhu) deyil, Sə'ləbə ibn əbi Hatibə (radiyallahu anhu) görə nazil olduğunu başqa is­nad­­­­la ibn Abbasdan (radiyallahu anhumə) rəvayət etmişdir. Lakin, qeyd etmək lazımdır ki, hədisin mət­ni­ni bir-birinə xəbər verən ravilərin silsiləsi Auf qəbiləsindən olanlardan ibarətdir və onlar da etibarsız ra­vilərdir. Elə bu səbəbdən də ibn Cəririn gətirdiyi bu rəvayət çox zəif hesab olu­nur.  

15 [ «ət-Tövbə» surəsi, 118. ]  

16 [ «ən-Nur» surəsi, 11-20. ]  

17 [ «ən-Nur» surəsi, 6-9. ]  

18 Müxtəlif sənədlərlə varid olmuş hədisləri cəm etməyin digər üstünlükləri də vardır ki, bu­na aşağıdakıları misal gətirmək olar:

- «Müdəllis»-in rəvayət etdiyi hədisi eşitdiyini sübuta yetirmək; Naməlum ravinin məlum olması; «Daif» ravinin nəql etdiyi xəbərin hökmünü qüvvətləndir­mək. 

19 [ Pul verib azad etdirmə. «Mucəmul Vasit» səh. 678. ]

20 [ 1 əvqiya 40 dirhəmdir. «ən-Nihayətu fi Ğəribil-Hədis» 1/80. ]  

21 [ «əl-Ənfal» surəsi, 70. ] 

 


Baxılıb: 16457


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”