Ana səhifə / Hədis / Səhih Müsnəd / Fayda

Fayda

Fayda

 

   Quran ayələrindən bəziləri müəyyən səbəblərə görə nazil ol­muş, bəziləri­ isə heç bir səbəbsiz nazil olmuşdur ki, bunlar da, iman və etiqada, İslamda olan vaciblərə və digər şəriət hökmləri ilə əlaqəli məsələlərə aiddir. Elə məni də bu əsəri yazmağa sövq edən əsas iki hadisə olmuşdur. Bir dəfə mən: «Həqiqətən, bu ayə­nin

    «Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”- deyə Allaha əhd edənləri də vardır».1- Sə'ləbə ibn Hatibə görə nazil ol­ması ilə bağlı rəvayətlərin hamısı «daif»dir- dedikdə bəziləri mən­dən bu ayənin digər nazil olma səbəbini xatırlamağımı tələb etdilər.

      Həmçinin:

    «Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar».2

     Bu ayənin Əli (radiyallahu anhu) və Fatiməyə (radiyallahu anhə) görə nazil olması ilə bağlı bütün rə­va­yət­lərin «daif» olduğunu dedikdə mən­dən eyni şeyi tələb etdilər. Bu ayənin Əli (radiyallahu anhu) və Fatiməyə (radiyallahu anhə) görə nazil ol­ması ilə bağlı bütün rə­va­yət­lərin «daif» olduğunu ibn əl-Cövzi «Məudu­at» əsərində qeyd etmiş, Suyuti də onu təs­diqləmişdir. Bunu yazmaqda məqsədim budur ki, ayə­­­­l­­­ərin nazil olma səbəblə­ri ilə məşğul olmayan şəxs, hər bir ayə­nin müəy­yən bir səbəbə gö­rə nazil oldu­ğunu zənn etməsin.     

     Mənim yazdığım bu qədərdir, bundan da artıq məlumat­lar əl­də etmək istəyirsənsə onda Suyutinin «İtqan» əsərinə müra­ciət edə bilərsən. 

     Allah hörmətli şeyximizdən razı olsun, onun əməyinin əvəzini versin! O, özünü yoraraq buraxdığım xətaları mənə izah etmiş və öz dəqiq mülahizələri ilə mənə yardım göstərmişdir. Allah onun bu əməlinə, övladlarına və malına xeyir-bərəkət əta etsin! Amin!



1 [ «ət-Tövbə» surəsi, 75. ]

2 [ «əl-İnsan» surəsi, 7. ]

 


Baxılıb: 16489


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”