Ana səhifə / Hədis / Səhih Müsnəd / Ali-İmran surəsi

Ali-İmran surəsi

Ali-İmran surəsi

 

     Uca Allah buyurur:

   «Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdır­mayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmaya­caqdır. Onlar üçün üzücü bir əzab vardır»

                                                                        (77-ci ayə)

     İmam əbu Abdullah Buxari «Səhih» əsərində (5-ci cild, səh. 430)  demişdir­: «Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə demişdir: «Kim bir müsəlmanı malından məhrum etmək üçün and içsə, Allahın hüzurunda olduğu zaman Allahın ona qəzəbi tutar». Uca Allah bu ayəni nazil etdi:

   «Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur ..»

     Əşas bin Qeys (radiyallahu anhu) deyir ki, Əbu Abdurrrəhmanın (radiyallahu anhu) rə­va­yət etdiyi bu hadisə, ayənin nazil olma səbəbi mənə aiddir. Əmim oğlunun torpaq sahəsində mənə məxsus bir su quyusu var idi. (Əmim oğlu quyunun mənə məxsus olmadı­ğını iddia etdiyi üçün mübahisəmiz düşdü və) Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə dedi: «Şahidlərini gətir». Mən: «şahidim yoxdur» - deyə cavab verdim. O, əmim oğlundan and içməyi tələb et­dikdə mən dedim: «Ey Allahın elçisi, onun üçün heç bir təfavü­tü yoxdur, o and içə bilər». Bu zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Kim bir mü­səl­manı malından məhrum etmək üçün and içsə, Allahın hüzurunda olduğu zaman Allahın ona qəzəbi tutar»- dedi və Uca Allah da onun dediklərini təsdiq etmək üçün bu ayə­ni nazil etdi.

     Bu hədisi həmçinin imam Buxari «Səhih» əsərində (6-cı cild, səh. 70, 210, 215 və 280; 9-cu cild, səh. 280; 14-cü cild səh. 352, 368; 16-cı cild, səh. 302), Muslim «Səhih» əsərində (2-ci cild, səh. 158), Tirmizi «Sü­nən» əsərində (2-ci cild, səh. 254; 4-cü cild, səh. 81), Əbu-Davud «Sünən» əsərində (3-cü cild, səh. 214, 215), İmam Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 426, 442; 5-ci cild, səh. 211, 212), Tə­yalisi «Müs­nəd» əsərində (1-ci cild, səh. 246; 2-ci cild, səh. 16), ibn Cərir «Təfsir»ində (3-cü cild, səh. 321) rəvayət etmişlər. Mü­barəkfuri «Tövhətül Əhvəzi» əsərində (2-ci cild, səh. 254) bu hə­disi Nəsai və ibn Macənin «Sünən» əsər­lərin­də rə­va­yət  etdiklə­rini xəbər vermişdir. Buxarinin rəvayət­lərinə gəlincə, onlardan bəzilə­rində Əşas ibn Qeysin (radiyallahu anhu) bir yəhudi ilə torpaq sahəsi barəsində, digərində isə bir kişi ilə mübahisə etdiyi qeyd olunur.  

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 280)  demişdir­: «Abdullah ibn Əbi Əufə (radiyallahu anhu) rəva­yət edir ki, bir nəfər bazarda malını saxlamaq üçün onu müsəl­manlar­dan bi­rinə həvalə etdi. Sonra da onun malına sahib çıx­maq üçün ona həvalə etdiyi malı olduğu kimi geri qaytarmadığı­na and içdi və Uca Allah da bu ayəni nazil etdi:

   «Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur ..»

   Bu iki rəvayətin arasında heç bir ziddiyyət yoxdur və ayə hər iki səbəbə görə nazil olmuş, məna etibarilə də hər iki hadisəni əhatə edir. Hər iki hədis səhihdir, lakin Abdullah ibn Məsudun (radiyallahu anhu) rə­vayət etdiyi hədis daha səhih hesab olu­nur. Çünki Abdul­lah ibn Əbu Əufənin (radiyallahu anhu) rəvayət etdiyi hədisi bir-birinə ötürən ravilərin silsiləsində olan İbrahim ibn Abdurrəhman əs-Səksəkini imam Nəsai və Şöbə «leyyin» ravi hesab edirlər. Bunu Zəhəbi «Mizan» əsərində qeyd etmişdir.

     Bəzi rəvayətlərdə torpaq sahəsinin, bəzilərində isə su quyusu­nun qeyd olunma­sı­nı ibn Həcər «Fəthul Bari» əsərində (14-cü cild, səh. 369) belə izah etmişdir: «Bu rəvayətləri cəm edib demək olar ki, torpaq sahəsi deyildikdə, su quyusunun yer­ləş­diyi torpaq sahəsi qəsd olunur və quyu da bura daxil olmuş hesab olunur». 

     Daha geniş məlumat üçün «Fəthul Bari» əsərinə (14-cü cild, səh. 369) bax.

     Uca Allah buyurur:

   «İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər ol­duğu­na şahid olduq­dan və özlərinə aydın dəlillər gəl­dik­dən sonra kafir olan adamları Allah necə doğru yola yö­nəldər? Allah zalım adamları doğru yola yönəltməz. On­ların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün in­sanların onları lənətləməsidir. Onlar bu lənətə həmişəlik gömüləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək və on­lara möhlət də verilməyəcəkdir. Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir»

                                                  (86, 87, 88, 89-cu ayələr)

     Əbu Cəfər ibn Cərir ət-Təbəri «Təfsir»ində (3-cü cild, səh. 340)  demişdir­: «İbn Abbas (radiyallahu anhumə) rə­vayət edir ki, İslamı qəbul etmiş ənsarlardan biri mürtəd oldu və Allaha şərik qoşmağa başladı. Etdiklərinə peşi­man olduqdan sonra qövmünə müraciət etdi. Onlar da Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) onun tövbəsinin qəbul olub-olmayacağı barəsində soruşduqda bu ayələr nazil oldu:

   «İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğu­na şahid olduq­dan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər?.....» ayəsindən «…..Yalnız bundan sonra tövbə edərək düzə­lən şəxslər (ba­­­­ğış­­la­nar­lar). Şüb­həsiz ki, Allah bağışlayan və rəhm edən­dir!» ayəsinə qədər.

     Bu hədisi bir-birinə ötürən ravilərin hamısı Buxari və Musli­min istinad etdiyi ravilərdəndir.

     İbn Cərir bu hədisi «məvsul» və «mürsəl» sənədlə rə­va­yət et­mişdir. Bu hədisi həm­çi­nin ibn Hibban «Sə­hih» əsə­rində (Heysə­minin «Məvariduz-Zaman» əsərində (səh. 427) qeyd olunduğu kimi), Təhavi «Muş­ki­lul Əsar» əsərində (4-cü cild, səh. 64) və Ha­kim «Mustədrək» əsərində (2-ci cild, səh. 142; 4-cü cild, səh. 366) rəvayət etmişlər.

     Hakim bu hədisin isnadının Buxari və Muslimin şərt­lə­rinə gö­rə olduğunu demiş, Zəhəbi də bunu təsdiq etmişdir.

     Uca Allah buyurur:

   «Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır»

 

                                                                      (90-cı ayə)

     İbn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 380)  demişdir­: «Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, İslamı qəbul etmiş bir dəstə mürtəd olduqdan sonra İslamı yenidən qəbul etdi, sonra yenə də mürtəd oldu. Sonra öz qövm­ü­nə müraciət etdilər. Onlar da Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bu ba­rə­də soruşduqda Uca Allah bu ayəni nazil etdi».

«Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır»

     Bu hədisin isnadı «ceyyid»dir.

Uca Allah buyurur:

   «Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqi­ləri tanıyır»

                                                          (113-115-ci ayələr)

     İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 396)  demişdir­: «Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) işa nama­zını gecikdirdi, sonra məscidə gəldi və namazı gözləyənlərə belə dedi: «Sizdən başqa bütün din­lərin təmsilçiləri arasında gecə­nin bu saatında Allahı xa­tır­layan bir kimsə tapılmaz». Uca Allah da bu ayəni nazil etdi.

   «Hamısı eyni cür deyillər. Kitab əhli içərisində ….» ayə­sindən «Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqi­ləri tanıyır» ayəsinə qədər.

     Şəvkani «Fəthul Qədir» əsərində (1-ci cild, səh. 375) bu hədisin «həsən» olmasını Suyutidən nəql etmişdir. Çünki hədisi bir-birinə ötürən ravilərdən birinin, yəni Asimin ha­fi­zəsində bir az zəiflik var. Həmçinin Heysəmi «Məc­məuz-Zəvaid» əsərində (1-ci cild, səh. 312) bu hədisi rəvayət et­dikdən sonra demişdir: «Əhmədin əsaslandığı ravilərin ha­mısı «siqa»dır. Asim ibn Əbi ən-Nəcvədə gəlincə, onun rə­vayətlərinə etimad etmək barəsində alimlər ixtilaf etmişlər».

     Bu hədisi həmçinin ibn Hibban «Sə­hih» əsərindən (Hey­səmi «Məvariduz-Zaman» əsərində (səh. 91) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 55), Əbu Nueym «Hilyə» əsə­rin­də (4-cü cild, səh. 187) və Əbu Yə'lə «Müsnəd» əsərində rə­vayət etmişlər.

     Bu ayənin nazil olma səbəbinə dair başqa bir hədis də «Məc­məuz-Zəvaid» əsə­rində (6-cı cild, səh. 732) ibn Ab­basdan (radiyallahu anhumə) rəvayət olunmuşdur. O deyir: «Abdullah ibn Səlam (radiyallahu anhu), Sələbə ibn Sə'yə (radiyallahu anhu), Əsəd ibn Ubeyd (radiyallahu anhu) və İslam dinini qəbul etmiş digər yəhudilər iman gətirib, Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) de­diklərini təsdiq edib, İslama rəğbət bəs­lə­dik­ləri zaman, yəhudilə­rin iman gətirməmiş bir qisim alimləri dedilər: «Bizlərdən Mə­həmmə­də (sallallahu aleyhi və səlləm) iman gətirib tabe olan­lar, içimizdən ən pisləridir. Yaxşı olsaydılar, dədə-baba­la­rı­nın dinini tərk et­məzdilər». Uca Allah da bu ayəni nazil etdi.

   «Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər».

    Təbərani rəvayət etdiyi bu hədisin  ravilərinin hamısı «siqa»dır.

    Əbu Cəfər ibn Cərir Təbəri «Təfsir»ində (7-ci cild, səh. 29) bir çox rəyləri nəql etdikdən sonra birinci rəvayətin daha mötəbər ol­duğunu qeyd edib demişdir: «Bu rəvayət ona görə mötəbər hesab olunur ki, işa namazını kitab əhlindən olan kəslər qılmır və Uca Allah da kafir olan kitab əhlindən fərqləndirmək üçün bu namazı yalnız Məhəmmədin (sallallahu aleyhi və səlləm) ümmətinin qıl­dığını bil­dirmişdir».

     Bu ayənin hər iki hadisəyə görə nazil olmasında heç bir ziddiy­yət yoxdur. Daha doğrusunu isə Allah bilir.

     Uca Allah buyurur:

   «O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər»

                                                                      (122-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (8-ci cild, səh. 360)  demişdir­: «Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, bu ayə bizə, yəni bənu Sələmə və bənu Harisə qə­bilələrindən olan iki dəstəyə aid nazil olmuşdur. Bu ayənin (zahiri mənasında bizə məzəmmət olsada onun) nazil olduğunu çox sevi­rəm. Belə ki, Allah deyir:

   «Allah isə onların yardımçısı oldu».

     Bu hədisi həmçinin Buxari (9-cu cild, səh. 393), Muslim «Sə­hih» əsərində (16-cı cild, səh. 66) və ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 73) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların töv­bəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar za­lımdırlar».

                                                                     (128-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (8-cil cild, səh. 368)  demişdir­: «Salim atasından rəvayət edir ki, o Peyğəmbərin (sallallahu aleyhi və səlləm) fəcr namazında axı­rıncı rəkətinin rükusundan qalxıb : «Allah ona həmd edəni eşitdi! Ey Rəbimiz! Həmd yalnız Sənədir!»- deyə dua etdikdən sonra belə dediyini eşitdim: «Allahım! Filankəsə və filankəsə lənət et!» Uca Allah da bu ayəni nazil etdi:

      «Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların töv­bəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar za­lımdırlar».

     Başqa rəvayətdə Salim ibn Abdullah belə demişdir: «Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) Səfvan ibn Ümeyyənin, Süheyl ibn Amrın və Haris ibn Hi­şa­mın əleyhinə dua etdi və bu ayə nazil oldu».

     «Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların töv­bəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar za­lımdırlar».

     Bu hədisi Buxari həmçinin «Təfsir» fəslində (9-cu cild, səh. 293 və 17-ci cild, səh. 77) başqa isnadla, Nəsai «Sünən» əsərində (2-ci cild, səh. 160), Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 93; 104; 118; 147), Abdurrəzaq «Müsənnəf» əsərində (2-ci cild, səh. 446) və ibn Cərir  «Təfsir»ində (4-cü cild, səh. 88) rəvayət et­miş­lər. Əh­məd və Abdurrəzzaqın rəvayətində deyilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) münafiqlərdən olan bir sinif insanın əleyhinə dua etdi.

    Tirmizi bu hədisi «həsən, ğərib» hesab etmişdir.

     İmam Muslim «Səhih» əsərində (5-ci cild, səh. 178)  demişdir­: «Ənəs bin Malik (radiyallahu anhu) rəva­yət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məunə quyusunun ya­xınlığında öldürülən səhabələrin (70 və ya 40 nəfər qarinin) qatil­lərinin əleyhinə 30 gün ardıcıl olaraq fəcr namazında dua etdi. Bunlar da Allah və Onun rəsuluna asi olan Ra'l, Zəkəvan, Lihyan və Useyyə qəbilələri idi.  Uca Allah da onlar (şəhid olan 70 və ya 40 səhabə) ba­rə­sində bu ayəni nazil etdi: «Qövmümüzə çatdırın ki, artıq, biz Rəbbimizlə görüşdük. O bizdən, biz də Ondan razı qaldıq».

     Biz bu ayəni başqa bir ayə onu (tilavətini) nəsx edən vaxta qə­dər oxuduq.

     Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 99; 179; 201; 206; 253 və 288), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 83), ibn Sə'd «Təbə­qat» əsərində (2-ci cild, səh. 31 ) və ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 86, 87) rəvayət etmişlər.

     İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 294)  de­mişdir­: «Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ki­minsə əleyhinə və ya lehinə dua etmək istədikdə, bunu ru­kudan sonra edərdi. O: «Allah Ona həmd edəni eşitdi! Ey Rəbbimiz! Həmd yalnız Sənə­dir!» - dedikdən sonra bu dua­nı da səslə etdi:  «Allahım, Vəlid bin Vəlidə, Sələmə ibn Hi­şama, Ayyaş ibn əbu Rəbiyəyə və bütün zəif möminlərə kö­mək ol! Allahım, Mudar qəbiləsini, Yusifin (aleyhis salam) zamanında olan quraqlıq kimi quraqlığa düçar etməklə əzab-əziy­yət­lə­rini, sıxıntılarını artır!» Həmçinin fəcr namazında: «Alla­hım, ərəb sakinlərindən olan filankəs və filankəsə lənət et!» - deməklə də dua etdi və Uca Allah da bu ayəni nazil etdi:

      «Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların töv­bəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar za­lımdırlar».

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (5-ci cild, səh. 177), Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 255) və ibn Cərir «Təfsir»ində rəvayət etmişlər.

     İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 295) demiş­dir: «O filankəslərin adları Muslimin «Səhih» əsərində, Yunusun Zuhridən rəvayət etdiyi hədisdə, bu ləfz ilə: «Allahım, Ra'l, Zəkə­van və Useyyə qəbilələrinə lənət et!» - açıq aydın qeyd olunmuş­dur. Məlumdur ki, ayənin nazil olması ilə bağşı olan hadisə Uhud döyüşündə baş vermişdir. Ra'l, Zəkəvan ilə bağlı olan bu hadisə isə, Uhud döyüşündən sonra baş vermişdir. Elə bu da, məndə hə­min rəvayətin mötəbər olmasına şübhə oyatmışdır. Sonradan mənə bu xəbərinx1 «illə»si məlum olmuşdur ki, Ra’l və Zəkəvan qəbilələri ilə əlaqəli olan bu hadisədəki: «Sonra Uca Allah bu ayəni nazil etdi» - kəliməsi «müd­rəc»dir. Çünki Zühri bu hadisəni ona danışan ravidən: «Sonra Uca Allah bu ayəni nazil etdi» - əla­vəsi ilə eşitməmişdir. Muslim bunu Yunusun rəvayətində bə­yan edib belə demişdir: «Burada «o dedi» yəni «Zuhri dedi»- demək­dir».

     İbn Ömər (radiyallahu anhumə) və Ənəsin (radiyallahu anhu) rəvayət etdiyi hədisləri cəm edib demək olar ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazında, hədisdə xatırlanan insanların əleyhinə dua etdi və ayə də hər iki səbəbə görə nazil oldu. Deməli bu hadisələr Uhud döyüşündə baş ver­mişdi. Ra’l və Zəkəvan qəbilələri ilə əlaqəli olan hadisə isə bun­dan fərqlidir. Belə ki, bu hadisə Uhüd döyüşündən sonra baş ver­mişdir. Lakin ehtimal olunur ki, bu hadisə Uhud döyüşündən dərhal sonra baş verib və ayə də bu hadisədən bir az sonra nazil olub. Odur ki, ayə yuxarıda qeyd olunan rəvayətlərin hamısına görə nazil olmuşdur. Daha doğrusunu isə Allah bilir.

     Uca Allah buyurur:

   «Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz can­larının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”- deyə Allah barəsində haqsız ola­raq, cahiliy­yə dövründəkinə bənzər düşüncələrə qapıl­dı­lar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildir­mədik­lərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”- de­yirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öl­dürül­məsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlb­lərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”»

                                                                    (154-cü ayə)

     İmam Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 84)  demişdir­: «Əbu Təlhə (radiyallahu anhu) rəvayət edir ki, Uhud döyüşü günü mən səhabələrin hamısının mürgülə­diyini gördüm. Uca Allah da həmin hadisə ilə bağlı bu ayəni nazil etdi:

   «Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü nazil etdi..».

     Bu hədis «həsən-səhih»dir.

     Sonra Tirmizi bu hədisin başqa sənədlə – Əbuz-Zubeyrdən – rəvayət olunduğunu və hədisin «həsən-səhih» olduğunu demişdir. Tirmizinin «Sünən» əsərini şərh edən Mübarəkfuri bu sənədin həmçinin «Əhmədiyyə» nüsxəsində də düzgün nəql olunmadığını qeyd etmiş, sonra bu rəvayətin Zübeyrdən nəql olun­du­ğu­nu izah etmişdir. Yəni bu rəvayət Əbuz-Zübeyrdən yox, Zubeyrdən (radiyallahu anhu) nəql olu­nur.

     İbn Həcər «Mətalibul-Aliyə» əsərində (4-cü cild, səh. 219) bu rəvayəti belə qeyd etmişdir: «Zubeyr (radiyallahu anhu) rəvayət edir ki, Uhud döyüşü günü Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) bir yerdə idik. Bizdə ölüm qorxusu artan zaman Uca Allah bizə bir uyğu gön­dərdi və hamımız çənəsi sinəsinə düşmüş vəziy­yət­də mürgüləməyə başladıq. Allaha and olsun ki, mən Mutəb ibn Quşeyrin: «Əgər bu işdə bizim üçün bir şey olsa idi, elə buradaca öldürülməzdik!» - dediyini yuxu kimi eşidirdim. Mən onun dediklərini əz­bər­lədim. Sonra isə Uca Allah bu ayəni nazil etdi:

      «Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü nazil etdi..».

     «Mətalibul-Aliyə» kitabında qeydlər aparan Həbiburrəhman Ə'zəmi de­miş­dir: «Buseyri bu hədisin hökmü barəsində susmuş­dur və bu hədis «ceyyid» hesab olunur».

     Uca Allah buyurur:

   «Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir»

                                                                     (161-ci ayə)

     Təbərani «Mucəm» əsərində (12-ci cild, səh. 134)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) göndərdiyi ordu qəni­mətlə geri qayıtdıqdan sonra o, bir daha ordu göndərdi və onlar (topladıq­ları qənimətlərdən) qızıldan olan qəzal (antilop) başını götürmək­lə xəyanət edib geri qayıtdılar. Uca Allah da bu ayəni nazil etdi:

   «Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz …»

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində və Suyuti «Lübabun-Nüqul» əsə­rin­də bu hədisin isnadında olan ravilərin hamısının «siqa» ravilər olduğunu demişlər. Lakin Əbu Abdurrəhman buna etiraz etmiş və demişdir: «Bəli, ravilərin hamısı onların dediyi ki­mi «siqa» ravilərdir. Yalnız Həbib ibn Əbu Sabit «müdəllis»dir və bu hədisi: «Mənə ibn Abbas (radiyallahu anhumə) danışdı» - deməklə rəvayət et­məmişdir». Odur ki, bu hədis «daif» sayılır. Lakin qeyd etmək la­zımdır ki, bu ravi bəzi hədisləri ibn Abbasdan (radiyallahu anhumə) iki nəfərin, yəni Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbasın və atasının vasitəsilə eşitmişdir. «Təhqiqul-İlzamət vət-Tətəbbu» əsərində (səh. 483) qeyd olunduğu kimi.

     «Cəmiut-Təhsil» əsərində Əli ibn Mədinidən və «Təhzibut-Təhzib» əsərində İclidən nəql olunmuşdur ki, bu ravi bəzi rəva­yətləri ibn Abbasdan (radiyallahu anhumə) etmişdir.

     Təbərani «Mucəm» əsərində (11-ci cild, səh. 101)  demiş­dir­: «İbn Abbas (radiyallahu anhumə) bu ayəni oxuduq­dan sonra demişdir: «Necə ola bilər ki, onları öldürmək Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) icazə verilsin, əldə olunan qəni­mətləri götürmək isə xəyanət sayılsın. Uca Allah buyurur ki;

   «Onlar bəzi peyğəmbər­ləri haqsız yerə öldürmüşlər …».2 Lakin mü­na­fiq­lər buna görə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) nədə isə ittiham etdilər və Uca Allah da bu ayəni nazil etmişdir.  

   «Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz …»

     Bu hədisi Təbərani həmçinin «Mucəmus-Səğir» əsərində (2-ci cild, səh. 15), Vahidi «Əsbabun-Nuzul» əsərində (səh. 84), Xətib əl-Bağdadi «Tarixul-Bağdad» əsərində (1-ci cild, səh. 372) rəvayət etmişlər.

     Bu hədisin isnadında olan ravilərin hamısı «siqa» ravilərdir, yalnız Məhəmməd ibn Əhməd Bağdadinin necə ravi olduğu mə­lum deyildir. Xətib Bağdadi onun barəsində «Tarixul-Bağdad» əsərində (1-ci cild, səh. 372) danışmış, lakin necə ravi olduğunu bəyan etməmişdir.

     Bu hədisi həmçinin Əbu Davud və Tirmizi başqa isti­nad­la rə­vayət etmişlər. Bu isnadda olan Xəsif ibn Abdur­rəhma­nın «daif» ravi olduğunu ibn Həcər təhqiq etdiyi «Kəşşaf» əsərində qeyd etmişdir.

     Əbu Abdurrəhmanı deyir ki, Xəsif ibn Abdurrəhmanı əksər hədis alimləri «daif» ravi saymışlar, çünki o, bu rəvayətləri «müt­tərib» isnadla rəvayət etmişdir. Bu barədə daha geniş məlumat üçün ibn Cəririn «Təfsir»inə (4-cü cild, səh. 155) baxa bilərsiniz.

     Sonra mən bu ayə ilə əlaqəli olub, mötəbər sayılan rəvayətə Bəzzarın «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 43) rast gəldim. O  demişdir­: «İbn Abbas (radiyallahu anhumə) bu ayəni şərh edib demişdir: «Peyğəmbərə səhabələri tərəfindən ittiham olunmaq yaraşmaz».

     Bu rəvayətdə ayənin nazil olma səbəbinin qeyd olun­ma­sına baxmayaraq, bu rəvayət əvvəlki rəvayətin mətninin mötəbər ol­masına bir dəstəkdir. Doğrusunu isə Allah bilir.

     Uca Allah buyurur:

   «Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”- söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir».

                                                                    (165-ci ayə)

     İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 30)  de­mişdir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Ömər ibn əl-Xəttab (radiyallahu anhu) demişdir: Bədr döyüşündə Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) nəzər salıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müş­rik­lə­rin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qib­ləyə tərəf çevirdi və əllərini açıb dua etdi: «Allahım, mənə verdiyin vəd nə oldu! Allahım, mənə verdi­yin vədini doğ­rult! Allahım, əgər bu müsəlmanlar həlak olsa, yer üzündə Sənə kim ibadət edər?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) uzun müddət bu dua­nı edərək Rəbbindən kömək istədi, hətta üst geyimi belə ye­rə düşdü. Əbu Bəkr (radiyallahu anhu) onu götürüb yenidən Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) çiyninə atdı və ona dedi: «Ey Allahın elçisi! Sən ki, bu qədər dua edirsən, Rəbbin sənə verdiyi vədi doğruldacaq və sənə kömək olacaq!» Uca Allah da bu ayəni nazil etdi:

   «O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”- deyə duanızı qəbul etmişdi».3

     Allah müşrikləri məğlub edən gün onlardan yetmiş nəfə­ri öl­dürüldü, yetmiş nəfəri də əsir götürüldü. Allahın elçisi bu barədə Əbu Bəkr (radiyallahu anhu), Əli (radiyallahu anhu) və Ömərlə (radiyallahu anhu) məs­lə­hətləşdi. Əbu Bəkr (radiyallahu anhu) dedi: «Ey Allahın elçisi! Bu əsir­lə­rin hamısı bizim qardaşları­mız, qohum-əqrəbalarımız və ya­xınları­mız­dır. Mən təklif edirəm ki, fidyə alıb onları azad edək. Bununla da qüvvəmizi artıraq. Ola bilsin ki, Allah on­lara hidayət versin və onlar da bizə dayaq ol­sunlar». Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Ömərə (radiyallahu anhu) dedi: «Ey ibn əl-Xəttab, sən nə təklif edirsən?» Ömər (radiyallahu anhu) dedi: «Mən Əbu Bəkrin (radiyallahu anhu) dedi­yi ilə razı deyiləm, lakin mənə izn ver filan qo­humumun boynunu vurum, Əliyə (radiyallahu anhu) izn ver Əqilin boynunu vursun, Həmzəyə (radiyallahu anhu) də izn ver filan qardaşının boynunu vur­sun və beləliklə də qəlbimizdə onların başçılarına, sərkərdələrinə və qəhrə­manlarına qarşı mərhəmət olmadığını Allaha göstə­rək. «Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Bəkr (radiyallahu anhu) ilə razılaşdı, mə­nimlə razılaşmadı və fidyə alıb onları azad etdi. Ertəsi gün mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldim və Əbu Bəkrlə (radiyallahu anhu) onun kədərli oldu­ğu­nu görüb dedim: «Ey Allahın elçisi! Sizi kədərləndirən nədir? Deyin, mən də sizin dərdinizə şərik olum». Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Əsir­lə­rin müqabilində gö­türülmüş fidyəyə görə sənin yoldaşlarına olan əzabın bu yaxın­dakı ağacdan da yaxın olduğu mənə göstərildi!» Uca Allah bu ayələri nazil etdi:

   «Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyir­si­niz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah Qüd­rət­lidir, Müdrikdir. Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı aldığınız fidyə müqabilində sizə bö­yük bir əzab toxunardı».4 Yəni aldı­ğınız fidyənin müqa­bilində. Sonra Uca Allah əldə olunan qəni­mətləri halal bu­yurdu. Növbəti il aldığımız bu fid­yə­yə görə Uhud döyü­şün­də bəlaya düçar olduq. Bu döyüşdə yetmiş nəfər şəhid oldu, səhabələr Peyğəmbəri (sallallahu aleyhi və səlləm) qoyub qaçdı, Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) qa­baq dişləri və başındakı dəbilqə sındı, üz-gözü başından axan qana bulandı. Uca Allah da bu ayəni nazil etdi:

   «Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”- söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Hə­qiqətən, Allah hər şeyə qadirdir». Yəni fidyə aldığınıza görədir».

     Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. İbn Kəsir və Suyutinin bu hədisi Əbu Ha­timdən müx­təsər şəkildə rəvayət etmələrinə baxmayaraq, la­kin mən ibrət ol­sun deyə bu hədisi tam şəkildə qeyd etdim.

     Uca Allah buyurur:

     «Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Ək­sinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevi­nir, ar­xalarınca gəlib hələ onlara çatma­mış kəslərin heç bir qorxu ilə qar­şılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın mömin­lərin mükafatını heçə çıxarmayacağına sevinirlər».

                                                   (169, 170, 171-ci ayələr)

     İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 265)  demişdir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, izzət və əzəmət sahibi olan Allah onların ruhlarını yaşıl quşların daxilinə yerləşdirdi. Onların ruh­ları cənnət çaylarının ya­nı­na gəlir, cənnət meyvələrindən yeyir və ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqların yanına dönürlər. Yemək-iç­məklərinin və döndükləri yerin nə qədər gözəl olduğunu duyduqları zaman deyirlər: «Kaş qardaşlarımız Allahın bizə ver­diyi nemətlər barəsində biləydilər və Allah yolunda olan cihaddan imtina edərək dönüb qaçmayaydılar». İzzət və əzəmət sahibi olan Allah : «Mən sizin dediklərinizi onlara çatdıraram» - dedi və bu ayələri Öz elçisinə nazil etdi:

   «Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir …»

     Bu hədisi Əbu Zubeyr ibn Abbasdan (radiyallahu anhumə) bilavasitə və Səid ibn Cübeyrin vasitəsilə rəvayət etmişdir. İbn Kəsir deyir ki, Əbu Zubeyrin vasitə ilə rəvayət etdiyi hədis daha mötəbər sayılır.

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 322), İbn Hişam «Sira» əsərində (2-ci cild, səh. 119), ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 170), İbn əl-Mübarək «Cihad» əsərində (səh. 60) və Hakim «Mus­təd­rək» əsərində (2-ci cild, səh. 88 və 297) rəvayət etmişlər.

     Hakim bu hədisin Muslimin şərtinə uyğun olduğunu demiş, Zəhəbi də bunu təsdiq etmişdir.

     Lakin sirr deyil ki, Muslim «Səhih» əsərində bu hədisin isna­dında olan ibn İshaq adlı ravidən, digər hədisləri «qüv­vətləndir­mək üçün» yalnız beş hədis rəvayət etmişdir. Zə­hə­bi də bunu «Mizan» əsərində belə izah etmişdir. Lakin de­mək olar ki, bu hə­dis, digər rəvayətlərlə birlikdə «səhih» sa­yılır.

     Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 387) bu ayənin Həmzə (radiyallahu anhu) və onunla birlikdə şəhid olanlar barə­sin­də nazil ol­masının ibn Abbasdan (radiyallahu anhumə) rəvayət olunduğunu qeyd etdikdən sonra bu rəvayətin Buxari və Muslimin şərt­ləinə uyğun olduğunu demiş, Zəhəbi də onu təsdiqləmişdir.

      İmam Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 84)  de­mişdir­: «Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) mənimlə rastlaşdı və mənə dedi: «Ey Cabir (radiyallahu anhu), nə üçün belə məyus olmusan?» Mən dedim: «Atam Uhud dö­yüşündə şəhid olmuş, əhli-əyalının təminatı və borclarının ödənilməsi mənim üzərimə düşmüşdür». O dedi: «Allahın atana verdiyi nemətlər barəsində sənə müjdə ve­rimmi?» Mən: «Bəli, ey Allahın elçisi!»- deyə cavab verdim. O de­di: «Bu vaxta qədər Allah danışdığı kəslə yalnız örtük ar­xa­sın­dan danışıb. Sənin atanı diriltdikdən sonra onunla bilavasitə danışıb dedi: «Məndən istə, Mən də sənə (istədiyini) ve­rim!» O dedi: «Ey Rəbbim, məni yenidən dirilt ki, Sənin yo­lunda bir daha şəhid olum». Uca Allah isə ona belə dedi: «Hər bir kəsin öldükdən son­ra dirilib dünyaya qayıt­maya­ca­ğını artıq mən qabaqcadan müəy­yən etmişəm!» Sonra Uca Allah bu ayələri nazil etdi:

   «Allah yolunda öldürülənləri əsla ölmüş sanma…»

     Tirmizi deyir ki, bu hədis «həsən ğərib»dir və Musa ibn İbra­himdən başqa kimsənin bu hədisi rəvayət etdiyi bizə məlum deyil.

     Bu hədisi həmçinin ibn Macə «Sünən» əsərində (190-cı və  2800-cü hədislər) və Darimi «Rəddu aləl Cəhmiyyə» əsərində (səh. 74) rəvayət etmişlər.

    Hədisin isnadında olan Musa ibn İbrahim «məsturul-hal» ravi sayılır.

     Təbəri «Təfsir»ində (4-cü cild, səh. 173)  demişdir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məunə quyusunun sahiblərinin yanına yetmiş və ya qırx nəfər səhabə göndərdi. Quyunun böyüyü Amr ibn Tüfeyl Cəfəri idi. Onlar gəlib su quyusunun yanında yerləşən mağarada dayandılar və öz aralarında dedilər: «Kim Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məktubunu quyunun sahiblərinə çatdırar?»

     Əbu Milhan Ənsari (radiyallahu anhu): «Mən, peyğəmbərin məktubu­nu onlara çat­dı­ra­ram»- dedi. O, məktubu götürüb onların ya­şadığı məhəlləyə gəldi, evlərinin qarşısında yerə oturdu və dedi: «Ey quyu sahibləri mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sizin ya­nı­nıza göndərdiyi elçisiyəm. Mən şəhadət verirəm ki, Allah­dan başqa ibadətə layiq olan məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir. Siz də Allaha və Onun rəsuluna iman gətirin!» Evlərin bi­rin­dən bir nəfər əlində nizə ilə çı­xıb onu vurdu. Nizə onun bir yanından keçib digər tərə­fin­dən çıxdı. O: «Allah Ən Böyükdür və Kəbənin Rəbbidir!»- deyib yoldaşlarının yanına qa­yıtdı.

     Amr ibn Tufeyl və onun tərəfdarları səhabənin izinə düşüb mağaraya gəldilər və orada olan səhabələrin hamısını öldürdü­lər». Ənəs ibn Malik (radiyallahu anhu) deyir ki, Uca Allah da bu ayəni nazil etdi:

(«Qövmümüzə çatdırın ki, artıq, biz Rəbbimizlə görüşdük. O bizdən, biz də Ondan razı qaldıq!»)

     Biz bir müddət bu ayəni oxuduqdan sonra Uca Allah onu (ti­lavətini) nəsx etdi və bu ayələri nazil etdi:

   «Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir …»

     Təbəri «Tarix» əsərində (3-cü cild, səh. 36) bu ayələrin (169-171) nazil olma səbəbini Məunə quyusu yaxınlığında öldürülən səhabələrlə əlaqəli olduğunu qeyd etmişdir. Şəvkani «Fəthul Qə­dir» əsərində demişdir: «Ümu­miy­yətlə bu ayələr mənasına görə bütün şəhidlərə şamil edilir».

     Uca Allah buyurur:

   «Onlar yaralandıqdan sonra da Allahın və Peyğəm­bərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır. Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”- dedilər. Bu, onların imanını daha da ar­tırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”- dedilər. Onlar özlərinə heç bir pis­lik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir».

                                                  (172, 173, 174-cü ayələr)

     İmam Təbərani «Mucəm» əsərində (11-ci cild, səh. 274)  demişdir­: «İbn Abbas (radiyallahu anhumə) rəva­yət edir ki, Əbu Süfyan və onunla olan müşriklər Uhud döyüşün­dən sonra Rəvha adlı yerə çatdıqda bir-birilərinə dedilər: «Siz nə Məhəmmədi öldürə bil­di­niz, nə də onların qadınlarını cariyə kimi götürə bildiniz. Sizin bu etdikləriniz necə də pisdir». Bu xəbər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) gəlib çatdıqda o, səhabələrinə könüllü olaraq müşriklərin üzərinə getməyi təklif etdi. Onlar könüllü surətdə ona qoşulub müşriklərin ardı ilə getdilər. Onlar gəlib «Həm­rə­ul Əsəd» adlı yerə və ya «Əbu Uyeynə» adlı quyu­nun yanına çatdıqda Uca Allah bu ayələri nazil etdi.

   «Onlar yaralandıqdan sonra da Allahın və Pey­ğəm­bə­rinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər gö­rənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır. Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”- dedilər. Bu, onların imanını daha da ar­tırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”- dedilər».

     Artıq Əbu Süfyan Peyğəmbəri (sallallahu aleyhi və səlləm) hədələmişdi ki, Bədr döyüşündə öldürdüyünüz tərəfdarlarımızın qisasını ala­cağıq. Qorxaqlar geri döndülər, şücaətli səhabələr isə Peyğəmbər­lə (sallallahu aleyhi və səlləm) birlikdə Allah yolunda cihada hazır olduq­larını göstərdilər. Səhabələr gəlib müşriklər olan yerə çatdıqda, orada heç kəsi tapmayıb geri qayıtdılar. Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

   «Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir».

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (6-cı cild, səh. 121) demişdir: «Bu hədisi Təbərani rəvayət etmiş və Mə­həmməd ibn Mənsurdan başqa isnadında olan ravilərin ha­mısı, Buxari və Muslimin istinad etdiyi ravilərdir. Lakin «Mucəm», «Məcməuz-Zəvaid» və «Təhzibut-Təhzib» əsər­lərində qeyd olunduğu kimi o da «siqa» ravi sayılır.

     Suyuti «Lübabin-Nüqul» əsərində bu hədisin isnadının «sə­hih» olduğunu qeyd etmişdir. İbn Həcər «Fəthul Bari» əsərində (9-cu cild, səh. 269) demişdir: «Bu hədisi Nəsai5 və ibn Mərdə­veyh rəvayət etmişdir. İsnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Lakin İkrimənin bu hədisi «mürsəl» isnadla, yəni ibn Abbasın (radiyallahu anhumə) adını qeyd etmədən rə­vayət etdiyi məşhurdur. Həmçinin «mürsəl» isnadla bu hədisi ibn Əbi Hatim və di­gər­lə­ri də rəvayət etmişlər.

     İbn Həcərin dediklərindən belə nəticə çıxır ki, «məvsul» sənəd­lə rəvayət olunmuş bu hədis «şaz»dir. İbn Kəsirin «Təfsir»ində isə Məhəmməd ibn Ab­dul­lah ibn Yezid əl-Muqrini bu hədisi «mür­səl» isnadla rəvayət etmişdir. Təbə­ra­ni­nin rəvayətindən göründü­yü kimi Məhəmməd ibn Mən­sur ət-Tusi bu hədisi «məvsul» is­nadla rəvayət etmiş və ibn Həcər də onu «Təqribu-Təhzib» əsə­rində «siqa» ravi adlan­dır­mışdır. Təbəraninin isnadından birində Süfyan ibn Uyey­nə bu hədisi bila­va­sitə eşitdiyi ravidən, digər rə­vayətdə isə «mürsəl» sənədlə rəvayət etmişdir. Nəticə budur ki, hədis «səhih»dir.

     Uca Allah buyurur:

   «Siz hökmən malınız və canınızla sınaqdan keçi­rilə­cəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşrik­lər­dən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir».

                                                                      (186-cı ayə)

     İmam Əbu Davud «Sünən» əsərində» (3-cü cild, səh. 114)  demişdir­: «Abdurrəhman ibn Ab­dullah ibn Kəb ibn Malik, döyüşdən qaçıb sonra tövbəsi qəbul olunan üç nəfər­dən biri olan atasından (yəni Abdullah ibn Kəb ibn Ma­lik­dən) rəvayət edir ki, (kitab əhlinin alimlərindən biri olan) Kəb ibn Əşrəf  Peyğəmbərə (sallallahu aleyhi və səlləm) rişğənd edir, Qüreyş kafir­lə­rini də onun əleyhinə qızışdırırdı. Mədinəyə gəldik­də orada həm müsəlmanlar, həm də bütlərə ibadət edən müşriklər var idi. Yəhudilər də öz növ­bə­sində Peyğəmbərə (sallallahu aleyhi və səlləm) və onun sə­habələrinə əziyyət verirdilər. Uca Allah da Pey­ğəmbərinə (sallallahu aleyhi və səlləm) səbr etməyi və bağışlamağı tövsiyə edərək bu ayəni nazil et­di»:

      «Siz hökmən malınız və canınızla sınaqdan keçi­ri­lə­cəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşrik­lər­dən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir».

     Kəb ibn Əşrəf Peyğəmbərə (sallallahu aleyhi və səlləm) əziyyət vermək­dən əl çək­mədiyi üçün o (sallallahu aleyhi və səlləm), Səd ibn Muaza (radiyallahu anhu) əmr etdi ki, onu öl­dürmək üçün bir dəstə hazırlasın. Səd ibn Muaz (radiyallahu anhu) da Mə­həmməd ibn Məsləməni (radiyallahu anhu) onun üstünə gön­dərdi. O, Kəb ibn Əşrəfi öldürdükdən sonra yəhudilərin və müş­riklərin arasına çaxnaşma düşdü və onlar Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) yanına gə­lib dedilər: «O bizim dostumuzu döyüb öl­dürdü». Peyğəm­bər (sallallahu aleyhi və səlləm) Kəb ibn Əşrəfin əməlləri barə­sin­də yəhudilərə və müşriklərə xəbər verdikdən sonra onları sülhə çağırdı. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlarla mü­səlmanlar arasında sülh müqaviləsi bağladı.

     Munziri bu hədisin isnadını izah edib demişdir: «Bu isnadda: «Abdurrəhman ibn Abdullah ibn Kəb atasından rəvayət edir» de­yilməsi müəmmalıdır. Çünki Abdullah nə səhabə, nə də bağışla­nan üç nəfərdən biri idi. Odur ki, bu isnad «mürsəl» hesab olu­nur. Həmçinin ehtimal olunur ki, «atasından»- deyildikdə «baba­sından» qəsd olunsun, yəni Kəb ibn Malikdən (radiyallahu anhu). Buna əsa­sən də hədis «müsnəd» he­sab olunur, çünki Abdurrəhman babasın­dan da bir çox hə­dislər eşitmişdir. Kəb ibn Malik (radiyallahu anhu) isə həmin bağışlanan üç nəfərdən biri idi. Bu cür isnadlara tez-tez rast gəli­nir.

     Bu ayənin digər nazil olma səbəbi də vardır ki, İbn Həcər «Fəthul-Bari» əsə­rində (9-cu cild, səh. 298) qeyd edib de­mişdir: «İbn Əbi Hatim və ibn əl-Mun­zir «həsən» isnadla rəvayət etmiş­lər ki, bu ayə Əbu Bəkrlə (radiyallahu anhu) yəhudi Fənhas6 arasında baş vermiş münaqişəyə görə nazil olmuşdur. Belə ki, həmin yəhudi: «Allah kasıbdır, biz isə dövlətliyik!» de­yərkən Əbu Bəkr (radiyallahu anhu) qəzəblənmiş və bu ayə nazil olmuş­dur:

     Suyuti «Lübabin-Nüqul» əsərində demişdir: «Bu hədisin isna­dı «həsən»dir və ehtimal olunur ki, ayə hər iki səbəbə görə nazil olmuşdur».

     Uca Allah buyurur:

   «Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar acılı-ağrılı bir əzab hazırlanmışdır».

                                                                     (188-ci ayə)

     Buxari «Səhih» əsərində (8-ci cild, səh. 233)  demiş­dir­: «Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) döyüşə çıxdığı zaman bir dəstə münafiq ondan ayrılır və döyüşə get­mə­yib ona müxalif olduqları­na görə sevinirdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) döyüşdən qa­yıtdığı zaman onlar özlərinə bəraət qazandırmaq üçün bəhanə gə­tirir və üzr istəyirdilər. Həmçinin onlar görmədikləri işlərə görə də tərif olunmağı sevərdilər. Bu vaxt Uca Allah bu ayəni nazil et­di:

   «Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar acılı-ağrılı bir əzab hazırlanmışdır».

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (17-ci cild, səh. 123) və İbn Cərir «Təfsir»ində (4-cü cild, səh. 205) rəvayət etmiş­dir.  

     Buxari bu ayənin nazil olmasına dair başqa səbəbi də «Səhih» əsərində (9-cu cild, səh. 301) demiş­dir­: «Əlqəmə ibn Vəqqas rəvayət edir ki, Mərvan ibn Hə­kəm qapıda du­ran gözətçilərdən birini ibn Abbasın (radiyallahu anhumə) yanına göndərib dedi: «Ey Rafi! Get ibn Abasdan (radiyallahu anhu) soruş ki, etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olun­mağı sevən hər bir kəsə əzab veriləcəkmi?» İbn Abbas (radiyallahu anhumə) dedi: «Bu ayə barəsində mən sizə onu deyə bilərəm ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bir dəstə yəhudini çağırıb onlardan bir məsələ ba­rəsində soruşdu. Onlar həqiqəti gizlə­dib, ona başqa cavabı dedi­lər. Bunu etməklə onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sualına ver­dik­ləri bu cavaba görə tərif olunmaq istədilər və həqiqəti giz­lətdiklərinə görə də sevindilər». Sonra ibn Abbas (radiyallahu anhumə) bu ayələri oxudu:

   «O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlət­məyəcəksiniz!”- deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir! Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar acılı-ağrılı bir əzab hazırlanmışdır».

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (17-ci cild, səh. 123), Tirmizi «Sünən» əsərində (5-ci cild, səh. 233), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 298) və ibn Cərir «Təfsir»ində (4-cü cild, səh. 207) rəvayət etmişlər. Tirmizi bu hədisin «hə­sən, ğərib, səhih» olduğunu qeyd etmişdir.   

     İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 301) hər iki hədisi cəm edib demək olar ki, bu ayə hər iki dəstə barəsində nazil olub». Əbu Səidin (radiyallahu anhu) rəvayəti üstün ol­say­dı daha doğru sayı­lardı. Çünki ibn Abbasın (radiyallahu anhumə) rəvayəti Buxari və Muslimə irad tutulan rəvayətlərdəndir. Bu İbn Həcərin «Fəthul-Bari» əsərinin müqəddiməsində (2-cu cild, səh. 132) qeyd olunub.    

    İbn Həcər həmçinin «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 302) demişdir: «Bu ayənin məhz kitab əhlinə aid edil­məsinin mənası yoxdur. Belə ki, ayənin ümumi mənası et­dikləri əməllərə görə se­vinən və görmə­dik­lə­ri işlərə görə tə­rif olunmağı sevən hər bir kimsəyə aid edilir».

     Uca Allah buyurur:

   «Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında müka­fat­ları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir».

                                                                     (199-cu ayə)

     Əbu Bəkr Bəzzar «Müsnəd» əsərində (1-ci cild, səh. 392)  demiş­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrinə Nə­caşinin vəfat etdiyini xəbər ver­dikdən sonra onun üçün cənazə namazı qıldı. Səhabələrdən bəziləri ona dedilər: «Ey Allahın elçi­si! Həbəşinin cənazə namazını qılırsan?» Uca Allah da bu ayəni nazil etdi:

   «Həqiqətən, Kitab əhlindən elələri də var ki,….».

     Hədisi bu isnadla həmçinin Nəsai «Təfsir» fəslində (1-ci cild, səh. 41) rəvayət etmişdir. Bu hədisin isnadında olan Humeyd «müdəllis»dir və onu «eşitdim» deməklə rəvayət et­məmişdir. De­məli o, bu hədisi iki isnadla, Həsəndən «mürsəl» və Ənəsdən (radiyallahu anhu) «məvsul» isnadla rəvayət etmiş­dir.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (3-cü cild, səh. 38) bu hədisi qeyd etdikdən sonra demişdir: «Bu hədisi Bəzzar «Müs­nəd» əsərində və Təbərani «Mucəmul-Əvsət» əsərində rəvayət et­mişlər». Təbəraninin rəvayət et­di­yi is­nadda olan ravilərin hamı­sı Buxari və Muslimin əsaslandığı ravilərdir.

     Təbərani həmçinin bu hədisi Əbu Səid əl-Xudridən (radiyallahu anhu) rəva­yət olundu­ğu­nu da qeyd etmişdir. Lakin həmən isnadda olan Ab­durrəhman ibn Əbi Zi­nad «daif» ravidir. Təbə­rani­nin rəvayət etdiyi başqa isnadda Süleyman ibn Əbu Davud adlı ravi də «da­if»dir.

     Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində rəva­yət et­miş və isnadının «səhih» olduğunu qeyd etmişdir. An­caq bu is­nadda olan Musab ibn Sabit «daif» ravidir. Lakin qeyd etmək la­zımdır ki, bu hədis yuxarıda qeyd olunan is­nadlarla birlikdə mö­təbər sayılır. Daha doğ­ru­su­nu isə Allah bilir.



1 Muslimin «Səhih» əsəri, 5-ci cild, səh. 177.

2 [ «Ali İmran» surəsi, 112. ]

3[ «əl-Ənfal» surəsi, 9. ]

4 [ «əl-Ənfal» surəsi, 67-68. ]

5 «Təfsir» 1/39.

6 [«Bənu-Qaynuqa» qəbiləsinin «alim»lərindəndir. Təbərinin «Təfsir»i 4/200.]

 


Baxılıb: 16391


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”