Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl- Ənam surəsi

Əl- Ənam surəsi

Əl- Ənam surəsi

 

     Uca Allah buyurur:

   «Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edən­ləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavab­dehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. On­ları qovsan zalımlardan olarsan».

                                                                       (52-ci ayə)

    Muslim «Səhih» əsərində (15-ci cild,səh. 187)  de­miş­­dir­: «Sə'd (radiyallahu anhu) rəvayət edir ki,

    «Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edən­ləri yanından qovma…..» ayəsi altı nəfər barə­sin­də na­zil oldu. Mən və ibn Mə­sud (radiyallahu anhu) o altı nəfərdən idik. Müşriklər Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) : «Onları yanından qov!»- dedilər (və bu ayə nazil oldu).

     Muslim «Səhih» əsərində (15-ci cild, səh. 187) başqa isnadla  de­miş­­dir­: «Sə'd (radiyallahu anhu) rəvayət edir ki, biz altı nəfər Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) bir yerdə idik. Müşriklər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedilər: «Bunları özündən uzaqlaşdır ki, cürət edib bizə qarşı çıxmasınlar». Bu zaman mən, ibn Məsud (radiyallahu anhu), Hüzeyl qəbiləsindən olan bir kişi, Bilal (radiyallahu anhu) və başqa iki kişi onunla birlikdə idik. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizi öz yanından uzaqlaşdırıb-uzaqlaşdırmaya­cağı barədə fikirləşdikdə Uca Allah bu ayəni nazil etdi:

      «Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edən­ləri yanından qovma…..»

     Bu hədisi həmçinin ibn Macə «Sünən» əsərində (4128-ci hədis), ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 202) Hakim «Müştədrək» əsərində (3-cü ci       ld, səh. 319), Əbu Nueym «Hilyə» əsərində (1-ci cild, səh. 345-346), ibn Əbi Ha­tim «Təfsir»ində (3-cü cild, səh. 72) və Vahidi «Əsbabun-Nüzul» əsərində rəvayət etmişlər.

     Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə uyğun oldu­ğunu demiş, Zəhəbi isə bu barədə susmuşdur.

     Bu hədisi Əhməd «Müsnəd» əsərində, ibn Əbi Ha­tim «Təf­sir»ində (3-cü cild, səh. 72), ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 200) və Əbu Nueym «Hilyə» əsərində (4-cü cild, səh. 180)   ibn Məsuda (radiyallahu anhu) istinad edərək rəvayət et­mişlər. Heysəmi «Məc­məuz-Zəvaid» əsərində (7-ci cild, səh. 21) demişdir: «Əhmədin rəvayət etdiyi bu hədisin  isna­dın­da­kı ravilərin hamısı – Kərdəvs­dən baş­qa - Buxari və Mus­limin istinad etdiyi ravilərdir. Kərdəv­sə gəlincə, o da «siqa» ravidir. 

     Uca Allah buyurur:

   «Üstündə Allahın adı çəki­lməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günah­dır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız».

                           (121-ci ayə)

     Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 59) de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, (şeytan müşriklərə təl­qin etdikdən sonra) onlar: «Allah üçün kəsilən heç bir şey­dən yeməyin, yalnız öz kəsdiyinizdən (Allahın adı çə­kil­mə­dən kəsilmiş heyvandan) yeyin!» - dedilər və Uca Allah bu ayəni nazil etdi:

   «Üstündə Allahın adı çəki­lməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin….»

     Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 171) demişdir: «Bu hədisin isnadı «səhih»dir».

     Bu hədisi həmçinin ibn Macə «Sünən» əsərində (3173-cü hə­dis), Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 113, 231) və ibn Cərir «Təfsir»ində (8-ci cild, səh. 126) rəvayət etmişlər. 

     Hakim bu hədisin Muslimin şərtlərinə görə «səhih» ol­du­ğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqləmişdir.

     Qeyd atmək lazımdır ki, Simakın İkrimədən olan bu rəvayəti «müttərib»dir. Odur ki, bu hədis «daif»dir.


Baxılıb: 16384


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”