Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Əraf surəsi

Əl-Əraf surəsi

Əl-Əraf surəsi

     Uca Allah buyurur:

   «Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyim­lərinizi geyin. Yeyin-için, lakin israf etmə­yin. Şübhəsiz ki, Allah israf edənləri sevmir».

                            (31-ci ayə)

     Muslim «Səhih» əsərində (18-ci cild, səh. 162)  de­miş­­dir­: «İbn Ab­bas (radiyallahu anhumə) rəvayət edir ki, cahiliyyə dövründə qadın Kəbənin ətrafında lüt təvaf edər və de­yərdi: «Kim mənə təvaf etmək üçün libas verə bilər?»

     Sonra o, libas ilə fərcini1 örtər və deyərdi:

     Bu gün onun bir hissəsi, ya hamısı görünəcək, Görünən tərəfi haram ediləcək.         

     Uca Allah da bu ayəni nazil etdi:

    «Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin..»

     Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində, ibn Cərir «Təf­sir»ində (8-ci cild, səh. 160) və Vahid «Əsbabun-Nüzul» əsərində rəvayət etmişlər.

     Hakimin «Mustədrək» əsərində (2-ci cild, səh. 319, 320) rəva­yət etdiyi hədisdə isə nazil olmuş ayə sonrakı ayədir:

   «De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ru­ziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik».

                                                                        (32-ci ayə)

     Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqləmiş­dir.

     Ola bilsin ki, bu səbəbə görə hər iki ayə nazil olmuşdur. Daha doğrusunu isə Allah bilir!



1 [ Cinsiyyət orqanı. ]

 


Baxılıb: 16706


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”