Ana səhifə / Hədis / Səhih Müsnəd / Hud surəsi

Hud surəsi

Hud surəsi

 

     Uca Allah buyurur:

   «Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edir­lər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir».

                     (5-ci ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 420)  de­miş­­dir­: «Abbad ibn Cə'fər deyir ki, ibn Ab­bas (radiyallahu anhumə)

  «Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edir­lər) ki, Allahdan gizlənsinlər...» ayə­sini oxudu və mən bu ayənin izahı barəsində ondan soruşduqda o dedi: «O za­manlar bəziləri ayaq yoluna getdikdə və həmçinin qadınları ilə yaxınlıq etdik­də övrət yerlərinin açılmasından utanar­dı­lar. Onlar barəsində də bu ayə nazil oldu».

     Bu hədisi həmçinin ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 150) və ibn Cərir «Təfsir»ində (11-ci cild, səh. 185) rəvayət etmiş­lər. İbn Cəririn rəvayə­tində ayənin nazil olması göstərilməmişdir.

     Uca Allah buyurur:

   «Gündüzün iki başında (əvvəlində və axırında), və ge­cənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xa­tırlatmadır».

                                                                               (114-cü ayə)

     Buxari «Səhih» əsərində (2-ci cild, səh. 148) de­miş­­dir­: «Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gəlib (na­məhrəm) bir qadını öpdüyünü ona xəbər verdi (bunun nə dərə­cədə günah olduğunu öyrənmək istədi) və Uca Allah da bu ayəni nazil etdi:

      «Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır».

     Kişi dedi: «Ey Allahın elçisi! Bu hökm yalnız mənə aid­dir?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bu hökm bütün ümmətimə aid­dir!»

     Buxari bu hədisi həmçinin «Təfsir» fəslində (9-cu cild, səh. 448), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 79-80), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 127-128), ibn Ma­cə «Sünən» əsərində (1398-ci və 4254-cü hədislər), Nəsai «Sünən» əsərində (ibn Kəsirin «Təfsir»ində qeyd olunduğu kimi), Əh­məd «Müs­nəd» əsərində (1-ci cild, səh. 406, 430, 445, 449, 452), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 20), ibn Cərir «Təfsir»ində (12-ci cild, səh. 134-135), Va­hi­di «Əsbabun-Nuzul» əsərində və Xətib əl-Bəğdadi «Muvəd­dih Əvhamil-Cəmi vət-Təfriq» əsərində rəva­yət etmişlər. Tirmizi bu hədisi «həsən-səhih» ad­lan­dırmışdır.

     Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 128)  de­miş­­dir­: «Əbu əl-Yəsar (radiyallahu anhu) rəvayət edir ki, bir qadın xurma almaq üçün yanıma gəldi və mən ona: «Evdə bunlardan da yaxşı xurmalarım var» - deyib onu evə dəvət etdim. O mənimlə birgə içəri daxil oldu. Sonra mən ona sarılaraq onu öpdüm. Sonra Əbu Bəkrin (radiyallahu anhu) yanına gəlib bu barədə ona xəbər verdim və o dedi: «Eybini gizlət, tövbə et və bu barədə heç kəsə xəbər vermə!» Mən dözməyib Ömərin (radiyallahu anhu) yanına get­dim və bu haqda ondan soruşdum. O da Əbu Bəkrin (radiyallahu anhu) dediklərini dedi. Mən yenə də dözməyib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ya­nına getdim. Bu barədə ona xəbər verdikdə o dedi: «Allah yolunda ci­hadda olanın ailəsi ilə bu cür davranırsan?!»

     Əbu əl-Yəsar (radiyallahu anhu) özünün Cəhənnəm əhlindən olduğunu zənn etdi və yenidən müsəlman olmağını təmənna etdi.

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir müddət gözlədikdən sonra Uca Allah bu ayəni nazil etdi:

     «Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır».

     Əbu əl-Yəsar (radiyallahu anhu) deyir ki, mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanı­na gəldikdə o bu ayələri mənə oxudu və səhabələr: «Ey Allahın elçisi! Bu ayə yalnız Əbu əl-Yəsara (radiyallahu anhu) aiddir, yoxsa bütün insanlara şamil edilir?» - de­yə soruşdular. O dedi: «Əksinə bu ayə bütün insanlara şamil edilir». Bu hədis «həsən-səhih, ğə­rib»dir.

     Lakin qeyd etmək lazımdır ki, Vəkiy və qeyriləri hədisin isna­dında olan Qeys ibn Rəbini «daif» ravi hesab etmişlər. Elə buna görə də hədis «həsən li-ğeyrihi» hesab olunur.

     Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (12-ci cild, səh. 137), Buxari «Tarix» əsərində (7-ci cild, səh. 221) və Vahidi «Əs­babun-Nüzul» əsərində rəvayət etmişlər.

     Bəzzar «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 52) de­miş­­­dir­: «Ubeydullah ibn Abdullah ibn Abbas rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrindən olan bir kişi bir qadını sevirdi. O, yağışlı günlə­rin birində ehtiyacını ödəmək üçün Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) izn istəyib onun yanına getdi. O gəlib çat­dıqda sevdiyi qadının nohurda çimdiyini gördü və ona ya­xınlaşdı. Qadınla (cinsi əlaqə­yə girmədən) yaxınlıq etdikdə onun şəhvət hissi oyandı. O gəlib bu haqda Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verdikdə o dedi: «Dörd rəkət namaz qıl!» Uca Allah da bu ayəni nazil etdi:

      «Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır».


Baxılıb: 16351


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”