Ana səhifə / Hədis / Səhih Müsnəd / Yusif surəsi

Yusif surəsi

Yusif surəsi

 

     Uca Allah buyurur:

     «Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitab­ın ayələridir. Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz. Biz bu Quranı sənə vəhy etməklə sə­nə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əv­vəl xəbərsiz olanlardan idin».

                                                                 (1-3-cü ayələr)

     İshaq ibn Rahaveyh «Müsnəd» əsərində (İbn Həcərin «Mətali­bul Aliyə» əsərində (səh. 440) qeyd olunduğu kimi)  de­miş­­dir­: «Sə'd (radiyallahu anhu)

   «Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl he­ka­yəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olan­lardan idin» ayəsi barəsində demişdir: «Uca Allah Öz Rə­suluna ayə­lər nazil etdi. O bu ayələri uzun müddət oxudu və səhabələr: «Ey Allahın elçisi! Bizə bir hekayə danış» - deyə ona müraciət etdilər və Uca Allah da bu ayələri nazil etdi:

    «Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitab­ın ayələridir. Hə­qiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, ba­şa düşə biləsiniz. Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin».

     O bu ayələri də bir müddət oxuduqdan sonra səhabələr yenə: «Ey Allahın elçisi! Bizə bir əhvalat danış». - deyə ona müraciət etdilər və Uca Allah bu ayəni nazil etdi:

   «Allah Sözün ən gözəlini - ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qor­xan­ların ondan dəriləri ür­pəşər. Sonra isə Allahı yad etmək­lə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz»1

     Hədisin isnadında olan ravilərin hamısı – Xəllad əs-Səf­fardan başqa - Buxari və Muslimin istinad etdiyi ravilərdir. Xəllada gəlin­cə, o da «siqa» ravidir.

     Bu hədisi həmçinin ibn Hibban «Səhih» əsərində, ibn Cərir «Təfsir»ində (12-ci cild, səh. 150)  və Hakim «Mus­tədrək» əsərin­də (2-ci cild, səh. 345) rəvayət etmişlər.

    Hakim bu hədisin isnadını «səhih» adlandırmış və Zəhəbi də bunu təsdiqləmiş­dir.



1 [ «əz-Zümər» surəsi, 23. ]

 


Baxılıb: 16412


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”