Ana səhifə / Hədis / Səhih Müsnəd / Ər-Rə'd surəsi

Ər-Rə'd surəsi

Ər-Rə'd surəsi

 

     Uca Allah buyurur:

   «Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mə­ləklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildı­rımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir»

                                                                       (13-cü ayə)

     Bəzzar «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 54) de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəva­yət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrindən bir nə­fəri cahillərin başçılarının birinin ya­nı­na göndərdi ki, onu Uca Allahın dininə dəvət etsin. O dedi: «Məni dəvət etdiyin Rəbbin dəmirdəndir, yoxsa misdən? Bəlkə gümüşdən və ya qızıldandır?» səhabə gəlib onun de­diklərini bir daha Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verdi və o yeni­dən səhabəni onun yanına göndərdi. Cahil yenə dediklərini tək­rar etdi. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) üçüncü dəfə səhabəni onun yanına göndərdi. Cahil bu dəfə də de­diklərini təkrar etdi. Səhabə gəlib onun dediklərini Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verdi və Uca Allah onu ildırımla vurub yandırdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Həqiqətən, Uca Allah onu ildırımla vurub yandırdı». Uca Allah da bu ayəni nazil etdi:

«Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mə­ləklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildı­rımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir»

     Bu hədisi həmçinin ibn Əbi Asim «Sünən» əsərində (1-ci cild, səh. 304), Əbu Yə'lə «Müsənnəf» əsərində (6-cı cild, səh. 87), Bey­həqi «Əsm vəs-Sifat» əsərində (səh. 278) və Nəsai «Sünən» əsərin­də (1-ci cild, səh. 99) rəvayət etmişlər.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 42) de­mişdir: «Bu hədisi Bəzzar, əbu Yə'lə və Təbərani rə­vayət etmiş­lər». Deyləm ibn Ğəz­vandan başqa Bəzzarın is­nadında olan ravi­lərin hamısı Buxari və Muslimin istinad et­diyi ravilərdir. Dey­ləmin özü də «siqa» ravidir. Əbu Yə'lə və Təbəraninin isnadların­da olan Əli ibn Əbi Sarra adlı ravi «daif»dir.


Baxılıb: 16576


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”