Ana səhifə / Hədis / Səhih Müsnəd / Ən-Nəhl surəsi

Ən-Nəhl surəsi

Ən-Nəhl surəsi

     Uca Allah buyurur:

   «Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsus­dur, lakin onların çoxu bunu bilmir. Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?»

                                                               (75-76-cı ayələr)

     İbn Cərir «Təfsir»ində (14-cü cild. səh. 151) demişdir: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki,

   «Allah belə bir məsəl çəkdi…..» ayəsi Qüreyş qəbi­ləsindən olan bir kişi və onun quluna aid nazil olmuşdur:

   «Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; On­lar­dan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?» ayəsin­də isə misal çəkilən iki kişidən biri Osman ibn Əffan (radiyallahu anhu), digəri də onun lal köləsidir ki, göndərildiyi yerdən xeyirlə qayıt­mazdı. O zaman Osman (radiyallahu anhu) himayədarlıq edərək onu yaşa­yış üçün zəruri olan bütün şeylərlə təmin edir və ona kifayət qədər qayğı göstərir­di. Köləsi isə İslama pis münasibət bəs­ləyib onu inkar edir və hət­ta Osmanı (radiyallahu anhu) da sədəqə verib yaxşı işlər görməkdən çəkindirir­di. Odur ki, bu ayə onlar ba­rəsində nazil oldu».

   Bu hədisin isnadında olan ravilərin hamısı Buxari və Mus­limin istinad etdiyi ravilərdir.

     Uca Allah buyurur:

   «Biz onların: “Quranı ona  bir insan öyrədir!”- dedik­lərini bilirik. Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir».

                                                                     (103-cü ayə)

     İbn Cərir «Təfsir»ində (14-cü cild. səh. 178) demişdir: «Abdullah ibn Muslim əl-Hədrəmi (radiyallahu anhumə) rəvayət edir ki, on­ların Yəsər və Cəbr adlı Yəmənli olmayan azyaşlı iki köləsi var idi. Onlar Tövrat oxuyardılar və Peyğəmbər (sallallahu aleyhi və səlləm) də hərdən onların yanında oturardı. Ona görə də qüreyş kafirləri: «O, onların yanına (Quranı) öyrənmək üçün gedir»- dedilər və Uca Allah da bu ayəni nazil etdi:

   «…Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir».    

     Müsənnə ibn İb­rahim əl-Amilidən başqa bu hədisin1 isnadın­da olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilər­dir. Doğrusu onun tər­cümeyi-halı barəsində məndə heç bir məlu­mat yoxdur. Lakin Süf­yan ibn Vəkiyin rəvayəti onun rəva­yətini qüvvətləndirir.

     Huşeym ibn Bəşirə gəlincə, o «müdəllis»dir və ibn Ab­basdan (radiyallahu anhumə) «bu hədisi eşitdim» demə­dən rə­vayət etmişdir. Lakin onun rəvayətini Xalid ibn Abdulla­hın və Məhəmməd ibn Fudeylin rəvayətləri qüvvətləndirir. Odur ki, ibn Həcər «İsabə» əsərində (2-ci cild. səh. 439) bu hədisi nəql etdik­dən sonra demişdir: «Bu hə­disdən sonra gələn hədis də eyni is­nadla rəva­yət olunmuşdur və bu isnad «səhih»dir».

     Alimlər hədisi rəvayət edən səhabənin adı barəsində ix­ti­laf et­mişlər. İbn Cəririn rəvayətində onun Abdullah ibn Muslim (radiyallahu anhu), ibn Əbi Hatimin «Cərh vət-Tə'dil» əsərində (5-ci cild. səh. 332) isə onun Ubeydullah ibn Muslim (radiyallahu anhu) olduğu qeyd olunmuş­dur. Bu barədə ibn Həcər «İsabə» əsə­rində (2-ci cild. səh. 439) danışıb.   

     Bu hədisi qüvvətləndirən başqa bir hədis də ibn Abbas­dan (radiyallahu anhumə) rəvayət olunub. Hakim «Mustədrək» əsərində (2-ci cild. səh. 357)  demişdir: «Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, onlar (müşriklər): «Məhəmmədi ibn Hədrə­minin ki­tab əhlindən olan qulu öyrədilr!»- dedilər və Uca Allah bu ayələri nazil etdi:  

  «…Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir» ayəsin­dən « Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar » ayəsinə qə­dər.

     Uca Allah buyurur:

    «Sınağa çəkildikdən sonra  hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlar­dan sonra əlbət­tə, Rəbbin Bağış­layandır, Rəhmlidir».

                                                                     (110-cu ayə)

     İbn Cərir «Təfsir»ində (14-cü cild. Səh. 184) demişdir: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, bir dəstə Məkkəli İslamı qəbul etmiş və bunu müş­riklərdən gizlətmiş­di. Bədr döyüşü günü müşriklər onları özləri ilə getməyə məcbur etdilər. On­lardan bəzi­ləri bu döyüşdə yaralandı, bəziləri də öldü­rüldü. Müsəlmanlar: «Onlar bizim müsəl­man qardaşlarımız idi və bu döyüşə məcburiyyət qarşısında gəl­mişdilər»- deyib onlar üçün ba­ğışlanma dilədilər. Uca Allah da bu ayəni nazil etdi:

   «Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”- deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”- deyəcəklər. Onların sı­ğınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeri­dir».2

     Səhabələr bu ayəni məktuba yazaraq Məkkədə qalan müsəl­manla­ra göndərib bildirdilər ki, onların orada qalması üçün heç bir üzür yoxdur.

     Onlar Mədinəyə hicrət etdikdə müşriklərlə rastlaşdılar və onla­rın fitnəsinə məruz qaldılar (və qayıtdılar). Uca Allah da bu ayəni nazil etdi:

   «İnsanların arasında: “Allaha iman gətirdik!”- deyən­ləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qal­dıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəl­miş olsa, mütləq: “Biz də sizinlə idik!”- deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?»3

     Müsəlmanlar bu ayəni də yazıb onlara göndərdilər. Bu dəfə onlar yenə də Məkkədən çıxdılar və hər bir xeyirdən ümidlərini üz­dülər. Uca Allah da bu ayəni nazil etdi:

    «Sınağa çəkildikdən sonra  hicrət edənləri, daha son­ra cihad edib çətinliklərə dözənləri, bunlar­dan sonra əl­bəttə, Rəbbin Bağış­layandır, Rəhmlidir».

     Müsəlmanlar bu ayəni də onlara yazıb Allahın onlara yol aç­dığını bildirdilər. Onlar Mədinəyə hicrət edərkən müşrik­lərlə rast­laşdılar və onlarla döyüşdülər. Onlardan bəziləri öl­dürüldü, bəzi­ləri isə qaçıb canını qurtardı».

    Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 10) demiş­dir: «Məhəmməd ibn Şureykdən başqa bu hədisin is­nadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Mə­həmməd ibn Şureykə gəlincə, o da «si­qa» ravidir».

     Uca Allah buyurur:

   «Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza veri­libsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir».

                                                                      (126-cı ayə)

     Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 133) demişdir: «Ubey ibn Kəb (radiyallahu anhu) demişdir: «Uhud döyüşündə ənsar­lar­dan altmış dörd, mühacirlərdən isə altı kişi şəhid oldu. On­lardan biri də Həmzə (radiyallahu anhu) idi. Müşriklər onların cəsədlərini eybəcər hala saldıqları üçün ənsarlar: «Əgər bir də onlarla döyüşsək, mütləq ikiqat əvəzini çıxacağıq»- dedilər və Mək­kə­nin fəthi günü Uca Allah bu ayəni nazil etdi:

   «Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza veri­libsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir».

    Bir kişi dedi: «Bu gündən Qüreyş məhv oldu!»  Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) isə dedi: «Dörd nəfərdən başqa hamını bağışla­yın!»      

     Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.

     Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 135), ibn Hibban «Səhih» əsərində (12-ci cild, səh. 111) (Heysəmi­nin «Məvariduzz-Zaman» əsərində (səh. 411) qeyd olunduğu kimi), Təbərani «Mucəmul-Kəbir» əsərində (3-cü cild, səh. 157) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 359, 446) rəvayət etmişlər. 

     Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhəbi də onu təsdiqləmişdir.



1 Bu hədisi Beyhəqi «Şuabul-İman» əsərində (1-ci cild, səh. 95) rəvayət etmişdir.

2 [ «ən-Nisa» surəsi, 97. ]

3 [ «əl-Ənkəbut» surəsi, 10. ]

 


Baxılıb: 16131


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”