Ana səhifə / Hədis / Səhih Müsnəd / Məryəm surəsi

Məryəm surəsi

Məryəm surəsi

     Uca Allah buyurur:

   «Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların ara­sın­da nə varsa, Ona məxsusdur. Rəb­bin unudan deyildir”».

                                                                        (64-cü ayə)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 43) demişdir: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Cəbrailə (aleyhis salam): «Bizi daha çox ziyarət etməyə sənə nə mane olur?»- dedi və Uca Allah da bu ayəni nazil etdi:

   «Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların ara­sın­da nə varsa, Ona məxsusdur...”».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (17-ci cild, səh. 217), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 145), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 231, 357), ibn Cərir «Təf­sir»ində (16-cı cild, səh. 103) və Hakim «Mus­təd­rək» əsərində (2-ci cild, səh. 611) rəvayət etmişlər.

     Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.

     Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir.

     Uca Allah buyurur:

   «Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”- deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdardır, yoxsa ər-Rəhmandan vədə al­mış­dır? Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıraca­ğıq. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələ­cəkdir».

                                                                                       (77-80-cı ayələr)

    Buxari «Səhih» əsərində (5-ci cild, səh. 221) demişdir: «Xəbbab ibn əl-Ərat (radiyallahu anhu) rəvayət edir ki, mən cahiliyyə dövründə dəmirçi idim. As ibn Vailin (ona qılınc düzəlt­di­yim üçün) mənə borcu var idi. Mən gəlib ondan borcumu istədikdə o dedi: «Məhəmmədə küfr etməyənə qədər sə­nin borcunu ödəməyəcəyəm». Mən: «Allah səni öldürüb, sonra diriltməyincə mən ona küfr etmərəm»[1]- dedikdə o: «Əgər mən öldükdən sonra dirilsəm, mənə mütləq mal-dövlət və övlad verilə­cəkdir. Elə isə məni rahat burax, o zaman sənin borcunu ödəyə­cəm»- dedi və Uca Allah da bu ayəni nazil etdi:       

   «Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”- deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdardır, yoxsa ər-Rəhmandan vədə al­mış­dır?»

     Buxari bu hədisi həmçinin «Səhih» əsərində (5-ci cild, səh. 359; 10-cu cild, səh. 44-46), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 138), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 146), Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 111), Təyalisi «Sünən» əsərində (2-ci cild, səh. 21), ibn Səd «Tə­bəqat» əsərində (3-cü cild, səh. 116), ibn Cərir «Təfsir»ində (16-cı cild, səh. 121) və Təbərani «Mucəmul-Kəbir» əsərində (4-cü cild, səh. 77) rəvayət etmişlər.

     Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.



1 [ İbn Həcər «Fəthul-Bari» əsərində (8-ci cild, səh. 283) demişdir: «Allah səni öldürüb, sonra diriltməyincə mən ona küfr etmərəm – ifadəsindən onun belə olacağı təqdirdə küfr edəcəyi başa düşülür, lakin o bununla küfr edəcəyini qəsd etmir. Çünki həmin gün küfr etmək təsəvvür olunmazdır. O, sanki belə demişdir: «Mən heç vaxt küfr etməyəcəm!» O bu ifadə ilə yalnız As ibn Vaili qınamışdır. Çünki o, öldükdən sonra dirilməyə inanmırdı. ]

 


Baxılıb: 16366


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”