Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Ənbiya surəsi

Əl-Ənbiya surəsi

Əl-Ənbiya surəsi

 

     Uca Allah buyurur:

   «Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar. Onlar onun uğultusunu belə eşitməyəcəklər. Onlar ürəklərinin istə­diyi  şeylər arasında əbədi qalacaqlar».

                                                           (101-102-ci ayələr)

     Təhavi «Muşkilul-Əsar» əsərində (1-ci cild, səh. 431)  de­mişdir: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Uca Allahın ki­ta­bında bir ayə var ki, insanlar onun barə­sində məndən heç nə so­ruşmurlar. Bilmirəm onlar bu ayəni bil­diklərinə görəmi so­ruşmurlar?» Ondan: «O hansı ayədir»- deyə  so­ruş­duqda, o dedi:

   «Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cə­hənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz»1 ayə­si nazil olduqda Məkkə əhli təhqir olunduq­larını düşünüb de­dilər: «Məhəmməd bizim tanrıları söydü». İbn əz-Zəbəri onların yanına gəlib: «Sizə nə olub?»- deyə soruşdu. Onlar dedilər: «Məhəmməd bizim tanrıları söydü». O: «Nə de­di?»- deyə soruşduqda onlar: «O

   «Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz» - deyir. O dedi: «Onu Mənim yanıma çağı­rın». Mə­həmməd (sallallahu aleyhi və səlləm) onun yanına gəldikdə o dedi: «Ey Məhəm­məd! Bu dedik­lə­rin xüsusən bizim ilahilərimizə aiddir, yoxsa Allahdan baş­qa ibadət olunan hər şeyə şamil edi­lir?» Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Əksinə, bu ayə Allah­dan başqa ibadət olu­nan hər bir şeyə şamil edilir». O dedi: «Biz ona qalib gəldik! Ey Məhəm­məd! Səni and verirəm bu evin Rəbbinə! De görək İsa, Üzeyr və mələklər əməlisa­leh qullar deyillərmi?» Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm): «Əlbəttə (əməlisa­leh qullardır)!» - deyə cavab ver­dikdə o dedi: «Nəsranilər İsaya, yəhudilər Üzeyirə və bənu Məlih də mələklərə ibadət edir». Məkkə əhli sevinclə gül­dü və bu ayə nazil oldu:

   «Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar ….». Sonra da bu ayə nazil oldu:

   «Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevinc­dən güldü»2 - hay-küy saldılar.

     Bu hədisi həmçinin Təhavi «Muşkilul-Əsar» əsərində (1-ci cild, səh. 431-432), Təbərani «Mucəmul-Kəbir» əsərində (12-ci cild, səh. 153) Xətib əl-Bəğdadi «Fiqh və Mutə­fəq­qih» əsərində (səh. 70) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 384) rəvayət etmişlər. Beləliklə bu hədis «Səhih li-ğeyrihi» hesab olunur.



1 [ «əl-Ənbiya» surəsi, 98. ]

2 [ «əz-Zuxruf» surəsi, 57. ]

 


Baxılıb: 16196


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”