Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Həcc surəsi

Əl-Həcc surəsi

Əl-Həcc surəsi

 

     Uca Allah buyurur:

   «Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Ka­firlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir».

 (19-cu ayə)

     Buxari «Səhih» əsərində (8-ci cild, səh. 298)  demişdir: «Əbu Zərr (radiyallahu anhu) rəvayət edir ki,

   «Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir...» ayəsi Qüreyş qəbiləsindən olan altı kişi - Əli (radiyallahu anhu), Həmzə (radiyallahu anhu), Ubeydə ibn əl-Haris (radiyallahu anhu), Şeybə ibn Rəbiə, Ütbə ibn Rəbiə və Vəlid ibn Ütbə - barəsində nazil ol­muşdur».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 59), Muslim «Səhih» əsərində (18-ci cild, səh. 166), ibn Macə «Sü­nən» əsərində (2835-ci hədis), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 21), ibn Səd «Təbəqat» əsərində (2-ci cild, səh. 10),  ibn Cərir «Təfsir»ində (17-ci cild, səh. 131) və Təbərani «Mucəmul-Kəbir» əsərində (3-cü cild, səh. 164) rəvayət etmişlər.

     Buxari başqa rəvayətində (8-ci cild, səh. 299) demişdir: «Əli (radiyallahu anhu) belə demişdir: «Qiyamət günü mən Rəhmanın hü­zurunda (müşriklərlə) mühakimə olmaq üçün ilk diz çökən kimsə olacağam»».

     Hədisin isnadında olan ravilərdən biri, Qeys belə de­miş­dir: «Allahın   

   «Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir.. ayəsi Bədr döyüşündə mübari­zə aparan (bir-birilə təkbətək vuruşan) Əli (radiyallahu anhu), Həmzə (radiyallahu anhu), Ubeydə ibn əl-Haris (radiyallahu anhu), Şeybə ibn Rəbiə, Ütbə ibn Rəbiə və Vəlid ibn Ütbə barəsində nazil olmuşdur. (Belə ki, Həmzə (radiyallahu anhu) Ütbə ibn Rəbiə ilə, Əli (radiyallahu anhu) Şeybə ibn Rəbiə ilə, Ubeydə ibn əl-Haris (radiyallahu anhu) isə Vəlid ibn Ütbə ilə təkbətək döyüşdü.1

     Uca Allah buyurur:

   «Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vu­ruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qa­dirdir».

                                                                     (39-cu ayə)

    Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 216) demiş­dir: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki,  Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkədən çıxdığı zaman Əbu Bəkr (radiyallahu anhu) dedi: «Onlar Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öz yur­dundan çıxartdılar. Biz Allahın bəndələriyik və Onun hüzuruna qayıdacağıq. Onlar mütləq həlak olacaqlar». Uca Allah da bu ayəni nazil etdi:

   «Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vu­ruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qa­dirdir». - bu ayədən məlum oldu ki, döyüş ola­caq.

     Bu hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.    

     Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 151), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 3) ibn Cərir «Təf­sir»ində (7-ci cild, səh. 172) və Təbərani «Mu­cəm» əsərində, ibn Hibban (Heysəminin «Məvariduz-Za­man» əsərində qeyd olundu­ğu kimi), ibn Əbi Hatim «Təf­sir»ində (ibn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 225) qeyd olunduğu kimi) və Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 66, 246, 390; 3-cü cild, səh. 7) rəvayət et­mişlər.

     Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə uyğun oldu­ğunu demiş, Zəhəbi isə bu haqda susmuşdur.

     Sonra Tirmizinin «Sünən» əsərindən (5-ci cild, səh. 325) mənə mə­lum oldu ki, hədisin isnadı «mürsəl»dir. İbn Cərir isə «Təf­sir»ində (17-ci cild, səh. 172) bu hədisi «məvsul» isnadla Qeys ibn Rəbiəyə istinad edərək rə­vayət etmişdir. O isə «daif» ravidir.

     Hakim «Mustədrək» əsərində (3-cü cild, səh. 7) bu hədi­si rəva­yət etmişdir. Lakin məlumdur ki, onun rəvayətlərində xətalar çoxdur. Sonra mən Daraqutninin «İləl» əsərində (1-ci cild, səh. 214) onun bu hədisi «məvsul»  isnadla  rəvayət etdiyini gördüm. Lakin bu rəvayətdə də ixtilaf olduğu mənə bəlli olduqdan sonra deyə bilərəm ki, hədisin isnadının «mürsəl» olması rəyi daha üs­tündür. Daha doğrusunu isə Allah bilir.



1 [ «Fəthul-Bari», 7/347]

 


Baxılıb: 16365


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”