Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Furqan surəsi

Əl-Furqan surəsi

Əl-Furqan surəsi

 

     Uca Allah buyurur:

   «Həmin gün zalım kimsə barmaqlarını dişləyərək de­yəcəkdir: “Kaş ki, mən Peyğəm­bərin yolunu tutub gedə­ydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni on­dan uzaqlaşdırdı”. Hə­qiqətən, şeytan insanı tənha qoyub qaçandır».

                                                                   (27-29-cu ayələr)

   Cəlaləddin Suyutinin «Dürrul-Mənsur fi Təfsiril-Məsur» (5-ci cild, səh. 68) əsərin­də ibn Mərdəveyh və Əbu Nu­eymdən «səhih» isnadla nəql olunur ki, ibn Abbas (radiyallahu anhuə) de­mişdir: «Əbu Muit çox mülayim adam olduğu üçün Pey­ğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə olarkən ona əziyyət ver­məzdi. Digər qü­reyşlilər isə Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanında olduqda ona əziyyət ve­rərdilər. Əbu Muitin sevimli bir dostu Şamda idi. Qü­reyş­lilər dedilər: «Əbu Muit dinindən dönmüşdür!» Əbu Muitin dostu gecə ikən Şamdan qayıtdı və həyat yoldaşına dedi: «Mə­həmməd nə edir? Yenə öz fəaliyyətini davam etdi­rir­mi?» O dedi: «Əvvəlkindən də artıq davam etdirməkdədir». O: «Bəs dostum Əbu Muit nə edir?»- deyə soruşdu. Zövcəsi dedi: «O dinindən dönmüş­dür!». O, gecəni çox narahat yat­dı və səhəri gün Əbu Muitin yanına gəldi. Əbu Muit ona sa­lam verdikdə onun salamı­nı almadı. Əbu Muit dedi:

   – Sənə nə olub ki mənim salamımı almır­san?!   

   Salamını necə alım ki, artıq sən dinindən dönmüsən.

   Bunu sənə Qüreyş deyib?

   Bəli!

   Mən nə edim ki, onların qəlbləri rahatlaşsın?

   Sən onun yanına gedib üzünə tüpürməli və pis söyüşlə onu təhqir etməlisən.

     O belə də etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə üzünü silib ona tərəf baxdı və dedi: «Əgər səni Məkkə dağlarından kənarda tut­sam boynunu vuracağam!»

     Bədr günü müşriklər döyüşə gedərkən o, döyüşdən im­ti­na etdi. Dostları ona: «Gəl bizimlə gedək!»- deyə təklif et­dikdə o dedi: «O kişi (Mə­həmməd (sallallahu aleyhi və səlləm)) vəd etmişdir ki, məni Mək­kə dağ­larından kənarda tutsa boynumu vuracaq». Onlar dedi­lər: «Sə­nin elə bir qırmızı dəvən var ki, o ona çata bil­məz. Əgər məğlub olarıqsa dəvəni minib qaçarsan». O on­larla birgə döyüşə getdi. Allah müşrikləri məğlub etdikdə isə dəvəsi onu düz bir yer­də palçığa saldı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yetmiş qüreyşli ilə birlikdə onu da əsir götürdü. Əbu Muit onun yanına gəldikdə de­di: «Bunların içərisindən yalnız məni öldürəcəksən?!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bəli, çünki üzü­mə tüpürmü­sən». Uca Allah da bu ayələri nazil etdi:

   «Həmin gün zalım kimsə barmaqlarını dişləyərək….» ayəsindən «...Hə­qiqətən, şeytan insanı tənha qoyub qa­çandır» ayəsinə qədər.

     Bu hədisi  həmçinin Abdurrəzzaq «Musənnəf» əsərində (5-ci cild, səh 355-356) rəvayət etmişdir.

     Uca Allah buyurur:

   «Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina et­məz­lər. Bunu edən kimsə cəzalandırılar».

                            (68-ci ayə)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 109) demişdir: «Abdullah (radiyallahu anhumə) rəvayət edir ki, Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdum, yaxud ondan soruşuldu ki, «Allah yolunda ən böyük günah nə hesab olunur?» O dedi:  

   Səni yaradan Allaha şərik qoşmaq!

   Sonra hansı?   

   Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öl­dürmək!

   Sonra hansı?

   Qonşunun zövcəsi ilə zina etmək!

   Uca Allah da onun dediklərini təsdiq edib bu ayəni nazil etdi:

   «Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina et­məz­lər».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (15-ci cild, səh. 204; 17-ci cild, səh. 289), Muslim «Səhih» əsərində (2-ci cild, səh. 80), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 157), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 263), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 380, 431), ibn  Cərir «Təfsir»ində (19-cu cild, səh. 41) və Əbu Nueym «Hilyə» əsərində (4-cü cild, səh. 145-146) rəvayət etmiş­lər.

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 170) demişdir: «Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, müşriklərdən olan bir zümrə çox adam öldürmüş və çox zina etmişdilər. Onlar Məhəmmədin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedilər: «O Allah ki, bi­zi Ona tərəf çağırırsan, yaxşılıq edən­dir? Bizim bu etdik­lə­ri­mizin kəffarəsi varmı?» Uca Allah da bu ayəni:

   «Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər» - və bu ayəni:

   «Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmin­dən ümi­di­ni­zi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışla­yır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”»1- nazil etdi.

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (2-ci cild, səh. 139) və Nəsai «Sünən» əsərində (7-ci cild, səh. 80) rəvayət etmiş­lər.        

    Ayənin hər iki səbəbə görə nazil olmasında heç bir zid­diyyət yoxdur. Daha doğrusunu isə Allah bilir.

     Uca Allah buyurur:                         

   «Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhmlidir!»

                                                                    (70-ci ayə)

    Buxari «Səhih» əsərində (8-ci cild, səh. 167) demişdir: «Səid ibn Cubeyr dedi: «Abdurrəh­man ibn Əbzi Uca Alla­hın:

   «Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin…..»2 «Hər kəs qəsdən bir mömini öldürərsə...»3 ayələ­ri barəsində ibn Abbasdan (radiyallahu anhumə) soruş­mağı mənə əmr etdi. Mən də bu barədə ondan soruşduqda o dedi: «Furqan surəsindəki ayə na­zil olduqda Məkkə müş­rik­ləri dedilər: «Artıq biz Allahın haram buyurduğu cana na­haq yerə qəsd etdik, Allahla yanaşı başqa bir tanrıya tapın­dıq və yaramaz işlər gör­dük!» Uca Allah da bu ayəni nazil etdi:

   «Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyir­xah­lıq edənlərdən başqa!» Nisa surəsindəki ayəyə4 gəlincə isə bu o şəxsə aiddir ki, o, islamı və şəriət qayda-qanunlarını bildikdən sonra bir kimsəni öl­dürsün. Odur ki, onun cəzası əbədi Cəhənnəmdir». Mən bunu Mücahidə xəbər verdim və o: «Yalnız peşiman olandan başqa»- deyə cavab verdi.

    Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 12), Muslim «Səhih» əsərində (18-ci cild, səh. 159), Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 168) və ibn Cərir «Təfsir»ində (19-cu cild, səh. 42) rəvayət etmişlər. 



1 [ «əz-Zumər» surəsi, 53. ]

2 [ «əl-Ənam» surəsi, 151; «əl-İsra» surəsi, 33. ]

3 [ «ən-Nisa» surəsi, 93. ]

4 [ «ən-Nisa» surəsi, 93. ]

 


Baxılıb: 16309


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”