Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Ənkəbut surəsi

Əl-Ənkəbut surəsi

Əl-Ənkəbut surəsi

 

     Uca Allah buyurur:

   «Biz insana valideynləri ilə gözəl davranmağı buyur­duq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşma­ğın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dö­nüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm».

                                                                          (8-ci ayə)

     Muslim «Səhih» əsərində (15-ci cild, səh. 185) demişdir: «Səd ibn Əbi Vaqqas (radiyallahu anhu) onun ba­rə­sində Qurandan ayələr nazil olduğunu xəbər verib dedi: «Um­mu Səd (anam) mənə Məhəmmədin dininə küfr etməyənə qədər yemək yeməyə­cəyinə, su içməyəcəyinə və mənimlə danışmayaca­ğına and içib dedi: «Məgər sən, Allahın valideynlərə qayğı gös­tər­mə­yə əmr etməsini iddia etmirsən? Mən də sənə əmr edirəm ki, onun dinini tərk edəsən». Üç gün keçdikdən sonra onun acından ürəyi getdi. Qardaşım Əmmara qalxıb ona su ver­dik­də o mənim əleyhimə dua etməyə başladı. Uca Allah da bu ayəni nazil etdi:

   «Biz insana valideynləri ilə gözəl davranmağı buyur­duq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşma­ğın üçün səni məcbur etsələr..» Quranda həmçinin «Dün­yada onlarla gözəl davran»1 ayəsi də nazil olmuşdu.

     Bir dəfə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) böyük qənimət nəsib oldu. Mən bu qənimətdən olan bir qılıncı götürüb onun yanı­na gəldim və: «Bu­nu mənə ver. Sən məni daha yaxşı tanıyırsan»- de­dim. O dedi: «Apar qılıncı götürdüyün yerə qoy!» Mən onu aparıb yerinə qoymaq istədikdə, özümü qınayıb yenidən onun yanına qayıtdım və dedim: «Bunu mənə ver!» O, səsi­ni ucaldıb: «Apar götürdüyün yerə qoy!» - dedi və bu ayə nazil oldu.

     «Səndən qənimətlər haqqında soruşurlar...»2

     Mən xəstələndim və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına adam gön­dərdim. O mənim yanıma gəldikdə, mən: «İzin ver malımı istədiyim kimi bölüm»- deyə ona müraciət etdim. O bunu rədd etdi. Mən: «Heç olmasa yarısını (vəsiyyət edim)»- de­dim. O buna da izn vermədi. Mən «Heç olmasa üçdə birini (sədəqə et­məyə) imkan ver» - dedik­də o susdu və beləliklə mirasın üçdə biri­ni vəsiyyət etmək caiz ol­du.

     Sonra mən mühacir və ənsarlardan olan bir dəstənin ya­nı­na gəldikdə onlar: «Gəl otur, yeyib-içək» - dedilər. On­la­rın mənə şə­rab təklif etməsi onun haram olması barəsində ayə nazil olmamış­dan əvvəl idi. Mən onların yanına, bos­ta­na gəldim. Onlar otu­rub qızardılmış dəvə başı yeyir və şərab içirdilər. Onlarla birgə ye­yib-içdikdən sonra mühacir və ən­sarları xatırlayıb dedim: «Mühacir­lər ənsarlardan daha xe­yirlidirlər». Onlardan biri saqqalım­dan tutub məni vurdu və burnumdan qan açıldı. Sonra mən gəlib bu barədə Pey­ğəm­bərə (sallallahu aleyhi və səlləm) xəbər verdim və şərabın haram olundu­ğu barəsində ayə nazil oldu.

   «Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əmə­lindən olan murdar şeylər­dir…»3

   Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (5-ci cild, səh. 268), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 181, 186), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 18), Bu­xa­ri «Ədəbul-Mufrəd» əsərində (səh. 23) və Təbəri «Təf­sir»ində (21-ci cild, səh. 70) rəva­yət etmişlər. Tirmizi bu hə­disin «həsən-səhih» olduğunu demişdir.

     Əhməd bu hədisi iki ləfzlə rəvayət etmiş və onlardan birində «Loğman» surəsində olan ayəni qeyd etmişdir.

   Təbərinin rəvayətlərində də «Loğman» surəsindəki ayə qeyd olun­muşdur.

     Uca Allah buyurur:

   «İnsanların arasında: “Allaha iman gətirdik!”- deyən­ləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qal­dıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəl­miş olsa, mütləq: “Biz də sizinlə idik!”- deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?»

(10-cu ayə)                                                                                                                

     Bu ayənin nazil olma səbəbi «ən-Nəhl» surəsinin 110-cu ayəsi­nin nazil olmasına dair olan hədisdə qeyd olunub.



1 [ «Loğman» surəsi, 15. ]

2 [ «əl-Ənfal» surəsi, 1. ]

3 [ «əl-Maidə» surəsi, 90-91. ]

 


Baxılıb: 16428


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”