Ana səhifə / Hədis / Səhih Müsnəd / Loğman surəsi

Loğman surəsi

Loğman surəsi

 

     Uca Allah buyurur:

   «Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”»                                                                                                                                   

                        (13-cü ayə)

     Buxari «Səhih» əsərində (1-ci cild, səh. 95) demişdir: «Abdullah (radiyallahu anhu) rəvayət edir ki:

   «İman gətirdikdən sonra imanlarına zülm bulaşdırma­yanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır»1 ayəsi nazil ol­duqda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələri: «Bizdən hansı birimiz nəfsinə zülm etmir?!»- dedi və Uca Allah da bu ayəni na­zil etdi:

   «Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!»

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (9-cu cild, səh. 363) və Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 18) rəvayət et­mişlər.

    Qeyd: İbn Həcər «Fəthul-Bari» əsərində (1-ci cild, səh. 95) de­mişdir: «Şubənin rəvayət etdiyi bu hədisdən görünür ki, «Loğ­man» surəsindəki ayə onların verdiyi suala görə na­zil olmuşdur. Lakin Buxari və Muslim başqa isnadla Ə'məşə istinad edərək rə­vayət etmişlər ki, səhabələr dedilər: «Biz­dən hansı birimiz nəfsinə zülm etmir?!» Və Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Məgər siz Loğmanın (aleyhis salam) dediyi sözü eşitmirsiniz?»       

    Vəkiyin rəvayətində Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Bu sizin zənn etdi­yiniz kimi deyildir!», İsa ibn Yunusun rəvayə­tində isə: «Bu yalnız şirkdir. Məgər siz Loğmanın (aleyhis salam) nə dediyi eşit­mir­si­niz?»- demişdir.

   Bütün bunlardan görünür ki, «Loğman» surəsindəki ayə artıq on­lara məlum idi. Elə buna görə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların yadına saldı. Lakin ehtimal olunur ki, o vaxt ayə na­zil olmuş və o bu ayəni onlara oxumuşdur. Deməli hadisələr eyni vaxtda baş vermişdir.



1 [ «əl-Ənam» surəsi, 82. ]

 


Baxılıb: 16155


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”