Ana səhifə / Hədis / Səhih Müsnəd / Ya sin surəsi

Ya sin surəsi

Ya sin surəsi

 

     Uca Allah buyurur:

   «Həqiqətən, ölüləri dirildən, onların bu dünyada tö­rət­diklərini və tələsik tərk et­diklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuz­da) qeydə almı­şıq».

                                                                        (12-ci ayə)

     İbn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 566) Bəzzardan nəql edir ki, o  de­miş­­dir­: «Əbu Səid (radiyallahu anhu) rəvayət edir ki, Bənu Sələmə qəbiləsi gəlib Alla­hın elçi­sinə (sallallahu aleyhi və səlləm) mənzillərinin məsciddən uzaq ol­ması barədə şikayət etdilər. Odur ki, bu ayə nazil oldu:

   «…onların bu dünyada törətdiklərini və tələsik tərk et­diklərini yazan Bizik...» Onlar da öz yurdlarında qalmalı oldular».

     İbn Kəsir bu hədisi başqa isnadla nəql etdikdən sonra de­miş­dir: «Hədisdə ayənin məhz bu səbəbdən nazil ol­ma­sında qəribəlik vardır. Çünki bu surə bütövlükdə Məkkə surəsi­dir».

    Abbad ibn Ziyaddan başqa hədisin isnadında olan ravi­lə­rin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Onun barəsin­də ibn Həcərin «Təhzibut-Təhzib» əsərində bəzi tənələr qeyd olunub. Lakin başqa rəvayətlərlə birgə onun rəvayəti qüvvəyə minə bilər. Bu hədisi Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 171) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 428) rəvayət etmişlər Tirmizi bu hə­disi «həsən» hesab etmişdir. Hakim isə bu hədisin «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Qeyd et­mək lazımdır ki, hədisin isnadında olan Tərif ibn Şihab «daif» ravidir. Hədisi həmçinin ibn Cərir «Təfsir»ində: «Ənsarla­rın evləri məscid­dən uzaq olduğundan onlar məs­ci­də köçmək istə­yirdilər. Buna görə də bu ayə nazil oldu» ləf­zi ilə rəvayət etmiş və isnadının «səhih» olduğunu qeyd et­mişdir.

     O ki qaldı ibn Kəsirin: «Hədisdə ayənin məhz bu səbəb­dən na­zil olmasında qəribəlik vardır. Çünki bu surə bütöv­lükdə Məkkə surəsidir»- deməsinə onun nəyi qəsd etdiyi mənə bəlli deyildir. Əgər ayənin Məkkədə nazil olduğu sü­buta yetirilsə, onda de­mək olar ki, bu ayə iki dəfə (Məkkədə sonra da Mə­dinədə) nazil olub. Əks təqdirdə bu ayəni çıxmaq şərtilə surənin Məkkə su­rəsi oldu­ğunu hesab etmək olar. Daha doğrusunu isə Allah bilir!   

     Uca Allah buyurur:         

   «Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O, Bizə bir mə­səl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürü­müş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yara­dan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yax­şı bələddir. O, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. Əlində hər şeyin hökmü Olan Allah pak və mü­qəd­dəsdir. Siz ancaq Onun dərgahına qaytarı­la­caq­sınız».

                                                              (77-83-cü ayələr)

     İbn Əbi Hatim «Təfsir»ində (İbn Kəsirin «Təfsir»ində (3-cü cild, səh. 581) qeyd olunduğu kimi) de­miş­­dir­: «Ab­dullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, As ibn Vail düzən­lik­dən bir sümük gö­tü­rüb onu ufalayıb xırda-xırda tikələr etdi və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: «Məgər Allah bu çürümüş sümüyü əvvəlki halına qaytara bilər?»

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bəli, O səni öldürəcək, sonra di­ril­dəcək və daha sonra Cəhənnəmə vasil edəcəkdir». Uca Allah da «Ya sin» surəsinin sonuncu aylərini nazil etdi.

     Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 429) rəvayət etmiş və Bu­xari və Muslimin şərt­lə­rinə görə «səhih» olduğunu demişdir.


Baxılıb: 16251


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”