Ana səhifə / Hədis / Səhih Müsnəd / Əz-Zumər surəsi

Əz-Zumər surəsi

Əz-Zumər surəsi

 

     Uca Allah buyurur:

   «Allah Sözün ən gözəlini - ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qor­xan­ların ondan dəriləri ür­pəşər. Sonra isə Allahı yad etmək­lə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. Qiyamət gününun dəhşətli əzabından üzü ilə qorunan kəs möminlə eyni­dir­mi? Zalımlara: “Qazandığı­nızı dadın!”- deyilər. Onlar­dan əvvəlkilər də peyğəmbərləri yalançı saymışdılar və buna görə əzab da onlara gözləmədikləri yerdən gəldi».

                                                              (23-25-ci ayələr)

  Bu ayələrin nazil olma səbəbi artıq «Yusif» surəsinin 1-3-cü ayə­lərinin nazil olmasına aid hədisdə qeyd olunub.

     Uca Allah buyurur:

   «Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmin­dən ümidini­zi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışla­yır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”».

                                                                       (53-cü ayə)

     Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 435) de­miş­­dir­: «Ömər (radiyallahu anhu) deyir ki, o zamanlar biz yolunu azmış (hər bir müsəl­man) barə­sində: «Allah onun tövbəsini qəbul et­məz!» - deyərdik. Allahın elçi­si (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdən son­ra onlar barəsində bu ayə:     

   «Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmin­dən ümidini­zi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışla­yır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”» və bundan sonrakı ayələr nazil oldu.

     Mən öz əlimlə bu ayələri1 bir səhifəyə yazıb Hişam ibn əl-Asa (radiyallahu anhu) göndər­dim. 

     Hişam ibn əl-As (radiyallahu anhu) deyir ki, məktub mənə çatdıqda onu götürüb zi-Tuva­ya2 qalxdım və orada onu diqqətlə oxudum, lakin heç nə başa düşə bilmə­dim. Mən Allaha yal­varıb dedim: «Allahım, bunun mənasını mənə başa sal!» Uca Allah da qəlbimə yeritdi ki, bu ayələr bizim barəmizdə nazil olmuşdur. Mən öz də­və­mə minib Mədinəyə, Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına get­dim». 

     Hakim bu hədisin Muslimin şərtinə görə «səhih» oldu­ğu­nu de­miş, Zəhəbi də bu­nu təsdiqləmişdir.

     Hədisi həmçinin ibn İshaq (ibn Hişamın «Sira» əsərində (1-ci cild, səh. 475) qeyd olunduğu kimi) və Bəzzar (Hey­sə­minin «Məc­məuz-Zəvaid» əsərində (6-cı cild, səh. 61) qeyd olunduğu kimi) rəvayət etmişlər. Heysəmi hədisin isna­dında olan ravilərin hamı­sının «siqa»3 ravilər olduğu­nu qeyd etmişdir.

     Uca Allah buyurur:

   «Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəd­dəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır».

(67-ci ayə)

     Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 151, 378) de­miş­­dir­: «Abdullah (radiyallahu anhu) deyir ki, ki­tab əhlindən olan bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Ey Əbul Qasim! Sənə bildirmək istəyirəm ki, Allah bir barmaq üzərində bütün məxluqatı, digər bir barmaq üzərində göyləri, başqa bir bar­maq üzərində yerləri, daha bir barmaq üzə­rin­də ağacları və nəhayət bir barmaq üzərində də sərvətləri saxla­yır». Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) azı dişləri görünənə qə­dər (ürəkdən) güldü və bu ayə nazil oldu: 

   «Onlar Allahı layiqincə qiymətləndirmədilər…»

     Bu hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.

     Hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 177), ibn Xuzey­mə «Tövhid» əsərində (səh. 76, 78), ibn Cərir «Təf­sir»ində (14-cü cild, səh. 26; 24-cü cild, səh. 27) və Beyhəqi «Əsma vəs-Sifat» əsərində (səh. 333) rəva­yət etmişlər.

     Suyuti «İtqan» əsərində (1-ci cild, səh. 34) demişdi: Hə­dis Bu­xarinin «Səhih» əsərində (ibn Həcərin «Fəthul-Bari» əsərində (8-ci cild, səh. 700) qeyd olunduğu kimi) «və Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu» - ləfzi ilə va­rid ol­muşdur. Bu daha doğrudur, çünki ayə Məkkə ayələrindəndir.      

     Qeyd etmək istəyirəm ki, «oxudu» ləfzi heç də ayənin nazil ol­duğunu inkar etmir. Demək olar ki, ayə nazil oldu və Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu oxudu. Məkkə ayəsi olduğuna gəlincə, əgər ayənin orada nazil olduğu sübuta yetirilərsə, onda de­mək olar ki, bu ayə iki dəfə (Məkkədə sonra da Mə­dinədə) nazil olub. Əks təqdirdə isə bu ayəni çıxmaq şərtilə surənin Məkkə surəsi ol­duğunu hesab etmək olar. Daha doğrusunu isə Allah bilir!   



1 Hədisin bundan sonrakı ləfzi Hakimin «Mustədrək» əsərində aydın ol­madı­ğından onu eyni isnadla rəvayət olunmuş «Sira» əsərindəki hədisdən yazmışam. Bu eynilə «Məcməuz-Zəvaid əsərində də qeyd olu­nub.

2 [ Tuva ya Şamda yerləşən dağın adı, ya da Tur [Sinay] dağının ətəyindəki vadi­nin adıdır. «Mu'cəmul-Vəsit», səh. 572. Həmçinin bax: «Ta Ha» surə­si, 12 və «ən-Naziat» surəsi, 16. ]

3 Hədisi Bəzzar «Kəşful-Əstar» əsərində (1-ci cild, səh. 302) rəvayət etmiş və isnadında olan Sədəqə ibn Sabiqin «məsturul-hal» ravi olduğunu qeyd etmişdir. Onu yalnız ibn Hibban «siqa» ravi hesab etmişdir. Qeyd etmək lazımdır ki, Ha­ki­min başqa isnadla Abdullah ibn İdrisdən rəvayət etdiyi hədis bu hədisi qüv­vətlən­dirir.

 


Baxılıb: 16542


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”