Ana səhifə / Hədis / Səhih Müsnəd / Fussilət surəsi

Fussilət surəsi

Fussilət surəsi

 

      Uca Allah buyurur:

   «Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhi­nizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxu­nu bilmir».

    (22-ci ayə)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 182; 17-ci cild, səh. 276)  de­miş­­dir­: «İbn Məs'ud (radiyallahu anhu)  

   «Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əley­hi­nizə şahid olmasından çəkinib gizlənmirdiniz...» ayə­sini belə izah etmişdir: «Qüreyş qəbiləsindən olan iki kişi və onla­rın qadın tərəfindən olan, Səqifli bir qohumu1, yaxud Səqif qə­biləsindən olan iki kişi və onların qadın tərəfindən olan qüreyşli bir qohumu2 evdə (Kəbənin içində) söhbət edirdilər. Onlardan biri digərlərindən: «Allah bizim söh­bə­ti­mizi eşidirmi?»- deyə so­ruşdu. Başqa birisi: «O bizim bəzi danışdıqlarımızı eşidir!»- dedi. Digəri isə: «Əgər O, da­nış­dıqlarımızın bəzisini eşidirsə, deməli onların hamısını eşi­dir!»- dedi və bu ayə nazil oldu:   

   «Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhi­nizə şahid olmasından çəkinib gizlənmirdiniz...»

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (17-ci cild, səh. 122), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 188), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 381, 408, 426, 442, 444), Təya­lisi «Müsnəd» əsərində (2-ci cild, səh. 23), ibn Cərir «Təfsir»ində (24-cü cild, səh. 109), Beyhəqi «Əs­ma vəs-Sifat» əsərin­də (1-ci cild, səh. 177) və Təhavi «Muşkilul-Əsar» əsərində (1-ci cild, səh. 37) rəvayət etmiş­lər.

     Bu rəvayətlərin bəzisində Abdullah ibn Məs'ud demişdir: «On­lardan biri digərlərindən: «Allah bizim söhbətimizi eşi­dirmi?»- deyə soruşdu. Başqa biri­si: «Uca səslə danışdıqla­rımızı eşidir, la­kin alçaq səslə danışdıqlarımızı eşit­mir»- de­di. Digəri isə: «Əgər O, da­nışdıqlarımızın bəzisini eşidirsə, deməli onların hamısını eşi­dir!»- dedi. Mən bu barədə Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verdikdə Uca Allah bu ayəni nazil etdi».     



1 [ Burada ya qayınata, ya qayın, ya kürəkən, ya da yeznə qəsd olunur. «Mu­cəmul-Vəsit» səh. 218 ]

2 [ Bu, ibn Məs'uddan (radiyallahu anhu) rəvayət edən Əbu Mə'mərin şübhəsidir. «Fət­hul Bari» 8/424. ]

 


Baxılıb: 16130


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”