Ana səhifə / Hədis / Səhih Müsnəd / Əş-Şura surəsi

Əş-Şura surəsi

Əş-Şura surəsi

 

     Uca Allah buyurur:

   «İman gətirib yaxşı işlər görən qullarına Allahın müj­də verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzin­də qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükürün əvəzini verəndir».

                                                         (23-cü ayə)

   Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 229) de­miş­­dir­: «Tavus rəvayət edir ki, bir kişi gəlib Abdullah ibn Abbas­dan (radiyallahu anhu) (aşağıdakı) ayənin mənasını soruş­du:

   «De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisin­dən başqa bir şey istəmirəm”».

     Bu vaxt Səid ibn Cubeyr: «Burada Məhəmmədin (sallallahu aleyhi və səlləm) qo­hum-əqrəbası qəsd olunur!»1 - deyə cavab verdi. İbn Ab­bas (radiyallahu anhumə) ona dedi: «Sən tələs­din! Həqiqətən, Qüreyş tay­fa­la­rı­nın hər birində onun qohum-əqrəbası var idi və bu ayə na­zil oldu:  

   «De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisin­dən başqa bir şey istəmirəm”» - yalnız mənimlə sizin ara­nızda olan qohumluq əlaqələrini möhkəmlən­dir­məkdən baş­qa.2

     Bu hədis Buxarinin «Səhih» əsərində rəvayət olunub, la­kin bu­rada ayənin nazil olduğu qeyd olunmamışdır. Hədisi həmçinin Təbəri «Təfsir»ində (25-ci cild, səh. 23) rəvayət etmişdir. İbn Həcər «Mətalibul-Aliyə» əsərində (3-cü cild, səh. 368) Əhməd ibn Məniy'in bu hədisi rəvayət etdiyini qeyd etmiş və onun «səhih» olduğunu demişdir.

     Uca Allah buyurur:

   «Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədə­rincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdar­dır, Görəndir».

                                                                        (27-ci ayə)

     İbn Cərir «Təfsir»rində (25-ci cild, səh. 30) de­miş­­dir­: «Əbu Hani3 deyir ki, «Mən Amr ibn Hərisdən və qeyri­lə­rindən (aşağıdakı) ayənin süffə əhli barə­sində nazil ol­du­ğu­nu eşitdim:

   «Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədə­rincə göndərir...».

Çünki onlar: «Kaş bizim də filan şeyimiz olardı»- deyə tə­mənna etmişdilər».

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 104) de­mişdir: «Bu hədisi Təbərani rəvayət etmişdir və is­nadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Onun rəvayətində «Çünki onlar dünyaya nail olmaq istəmiş­dilər!» kəl­məsi qeyd olunmuşdur.

     Hədisi həmçinin Əbu Nueym «Hilyə» əsərində (1-ci cild, səh. 338), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 445) və Vahi­di «Əsbabun-Nüzul» əsə­rində rəvayət etmişlər.

     Hakim bu hədisin «səhih» olduğunu qeyd etmiş və Zəhəbi də bu rəvayətin Buxari və Muslimin şərtlərinə uyğun olduğu­nu de­mişdir. İbn Həcər «İsabə» əsərində Amr ibn Hərisin səhabə olub-olmadığı barədə İslam alimlərinin ixtilaf etdi­yini qeyd etmişdir.



1 [ Yəni, bu ayədə müsəlmanlara onun bütün qohum-əqrəbasını sevmək xitab olunub. «Fəthul Bari», 8/427. ]

2 [ Yəni, heç olmasa onlarla Peyğəmbər arasında olan qohumluq əlaqələri­nə görə onu sevsinlər deyə xüsusən Qüreyş tayfasına xitab olunmuşdur. «Fət­hul Ba­ri», 8/427. ]

3   [3] Bu, Humeyd ibn Hani əl-Xəvlanidir.

 


Baxılıb: 16540


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”