Ana səhifə / Hədis / Səhih Müsnəd / Əz-Zuxruf surəsi

Əz-Zuxruf surəsi

Əz-Zuxruf surəsi

 

     Uca Allah buyurur:

   «Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevinc­dən güldü».

                                                                  (57-ci ayə)

   Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 317) (hə­di­sin mət­ni­ni bir-bi­ri­nə xə­bər verən ravilərin1 silsiləsini birinci raviyə qə­dər sadala­dıq­­dan son­­ra) de­miş­­dir­: «Abdullah ibn Abbas (radiyallahu anhumə) demiş­dir: «Mən Qurandan bir ayə bilirəm ki, onun ba­rəsində indiyə qədər məndən heç kəs heç nə so­ruş­mayıb. Bilmirəm, bu ayə­ni in­sanlara öyrədim onun barə­sin­də məndən soruşmasınlar, yoxsa gözlə­yim ki, onlar qafil olduqlarını başa düşüb bu ayə barəsində özləri soruşsun­lar».

   Sonra o, bizimlə söhbət etməyə başladı. Məclisdən qalx­dıqda isə ondan bu ayə barəsində soruşmadığımıza görə bir-birimizi qı­nadıq. Mən2 dedim: «Sabah gəlsə, bu ayə barə­sində mən ondan soruşacağam!» Ertəsi gün mən ona dedim: «Ey ibn Abbas! Dü­nən sən qeyd etdin ki, Quranda bir ayə var ki, onun ba­rəsində in­diyə qədər səndən heç kəs heç nə soruşmayıb. Və sən bilmirsən, bu ayə­ni insanlara öyrədəsən ki, onun barəsində səndən soruşma­sınlar, yaxud gözlə­yirsən ki, onlar qafil olduqlarını başa düşüb bu ayə barəsində özləri səndən so­ruşsun­lar! Elə isə o ayə barəsində mənə xəbər ver!» O dedi: «Bəli! Həqiqətən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qüreyş tayfa­sına belə dedi: «Ey Qüreyş tayfası! Hə­qiqətən, Allahdan başqa ibadət olunan ilahilərdə heç bir xeyir yoxdur!»

     Qüreyş tayfası xaçpərəstlərin İsaya (aleyhis salam) tapındıqlarını və onların Məhəmməd (sallallahu aleyhi və səlləm) bərəsində nə dediklərini bilirdilər. Odur ki, onlar dedilər: «Ey Məhəmməd! Sən iddia edir­sən ki, İsa (aleyhis salam) Allahın peyğəmbəri və əməlisaleh qulu­dur. Əgər sən doğru deyirsənsə, onda elə çıxır ki, onların ilahilərində xeyir yoxdur?»3 Uca Allah bu ayəni nazil etdi:  

   «Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevinc­dən güldü».

     Uca Allahın:

   «Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşması­nın əlaməti­dir»4 ayəsi, Məryəm oğlu İsa­nın (aleyhis salam) qiya­mət­dən əvvəl zühur edəcəyinə işarədir.

     Bu hədisi həmçinin Təhavi «Muşkilul-Əsar» əsərində (1-ci cild, səh. 431) rəvayət etmişdir.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 104) de­mişdir: «Bu hədisi Əhməd və Təbərani rəvayət et­mişlər. İsnadın­da olan Asim ibn Bəhdələ­dən başqa ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Onu da Əhməd və digərləri «si­qa» ravi hesab etmişlər. Qeyd etmək lazımdır ki, onun havizəsi zəifdir.

     Suyuti «Lübabun-Nüqul» əsərində bu hədisin isnadının «sə­hih» olduğunu, Zəhəbi isə «Mizan» əsərində onun «hə­sən» oldu­ğunu demişdir.



1 [ Bu ravilərdən Əbu Yəhya «daif» ravidir və hədis yalnız bu isnadla «daif» hesab olunur. ]

2 [ Yəni, Əbu Yəhyə. ]

3 [ Bax: «əz-Zuxruf» surəsi, 57-64. ]

4 [ «əz-Zuxruf» surəsi, 61. ]

 


Baxılıb: 16091


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”