Ana səhifə / Hədis / Səhih Müsnəd / Əd-Duxan surəsi

Əd-Duxan surəsi

Əd-Duxan surəsi

 

     Uca Allah buyurur:

   «Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzab­dır. Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”- deyəcəklər. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də, onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəli­dir!” - dedilər. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə az­ğınlığa qayıdacaqsınız. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan inti­qam alacağıq».

                                                               (10-16-cı ayələr)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 192) de­miş­­dir­: «Abdullah ibn Məs'ud (radiyallahu anhu) deyir ki, Qüreyşin başına bu müsibətin gəlməsi ona görə idi ki, onlar Peyğəmbərə (sallallahu aleyhi və səlləm) qar­şı üsyan etdikdə o: «Allahım, Yusifin zamanında olan qıtlıq (aclıq və susuz­luq) illəri kimi onla­ra əzab ver!» - deyə on­la­rın əleyhinə dua etdi buna görə də onlara aclıq və qu­raqlıq üz verdi. Belə ki, onlar acından sümük yeyirdi­lər. O za­man­kı aclıq və susuzluğun şiddə­tindən hər hansı bir şəxs göyə bax­saydı gözünə qaranlıq gələr və sanki yerlə gö­yün arasını bir duman bürüdüyünü görərdi. Uca Allah da bu ayələri na­zil etdi:

   «Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüs­tü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzab­dır».

     Sonra Peyğəmbərə (sallallahu aleyhi və səlləm) deyildi: «Ey Allahın elçisi, Mu­dar qəbiləsi həlak oldu! Allahın onlara yağış endirməsi üçün Ona dua et!» O: «Mudar qəbiləsi üçün dua edim? Doğrudan da sən çox cürətlisən!»- deyib onlar üçün dua etdi. Uca Allah da bu ayəni nazil etdi:

   «Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə az­ğınlığa qayıdacaqsınız».

     Onlara firavanlıq nəsib olduqdan sonra yenə öz çirkin əməllə­rinə qayıtdı­lar və Uca Allah bu ayəni nazil etdi:

   «Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq» - yəni, Bədr vuruşu gü­nü».

     Bu hədisi Muslim «Səhih» əsərində (17-ci cild, səh. 141) istinad edərək baş­qa ləfz ilə rəvayət etmişdir ki, Məsruq Ab­dullah ibn Məs'udun (radiyallahu anhu) yanına gəlib dedi: «Bir kişi məs­ciddə oturub

   «Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə» ayə­sini özünün başa düşdüyü kimi izah edib dedi: «Qiyamət günü insanları tüstü-duman bürüyüb onların canını alacaq. Bu sanki bir iltihab olacaqdır». Abdullah ibn Məs'ud (radiyallahu anhu) (bu cəfəngiyyatı eşitdikdə) dedi: «Bildiyinizi danışın və bir­mədik­ləriniz barəsində: «Allah daha yaxşı bilir!»- deyin! Həqiqətən, ki­şinin bilmədiyi bir məsələyə: «Allah daha yax­şı bilir!»- deməsi onun elmli olmasına sübutdur!» Hədis bu ləfzlə Buxarinin «Sə­hih» əsərində də rəvayət olunmuşdur. 

     Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 381) rəva­yət etmişdir.


Baxılıb: 16413


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”