Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Casiyə surəsi

Əl-Casiyə surəsi

Əl-Casiyə surəsi

 

     Uca Allah buyurur:

   «Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımız­dır. Kimi­miz ölür, kimimiz də doğulur. Bizi öldürən an­caq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar».                                                                                             

(24-cü ayə)

     İbn Cərir «Təfsir»ində (25-ci cild, səh. 152) de­miş­­dir­: «Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Ca­hiliyyə dövründə in­sanlar: «Bizi gecə və gündüz həlak edir! Bizi həlak edən də, öl­dürən də, dirildən də odur!» – deyər­di­lər. Allah da Öz kitabında belə buyurdu:

   «Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatı­mız­dır. Kimi­miz ölür, kimimiz də doğulur. Bizi öldürən an­caq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar» - onlar dəhri (zamanı) sö­yürlər. Uca Allah (qüdsi1 hədisdə) demişdir: «Adəm öv­la­dı dəhri söyməklə Mənə əziyyət verir.2 Dəhr3 Mənəm! Hər şeyi idarə edən, gecəni gündüzə, gündüzü də gecəyə çe­virən Mənəm!»

     Suyuti «Lübabun-Nüqul» əsərində Munzirinin bu hədisi «məvquf» isnadla Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət etdiyini nəql etmişdir. Burada hədis: «Və Uca Allah bu ayəni nazil etdi» ləfzilə qeyd olunur. İbn Kəsirə gəlincə, o «Təfsir»ində (4-cü cild, səh. 151) ibn Cəririn rəvayət etdiyi hədisi nəql etdik­dən sonra demişdi: «İbn Cərir bu hədisi çox «ğərib» isnadla rəvayət etmişdir. Hədisi ibn Əbi Hatim də bu isnadla rəvayət etmişdir».

     Mən bu hədisin isnadında olan «ğərib»liyin səbəbini bil­mirəm, çünki isnadda olan ravilərin hamısı Buxari və Mus­limin istinad et­diyi ravilərdir. Lakin qeyd etmək istəyirəm ki, ibn Həcər «Fəthul Bari» əsərində (10-cu cild, səh. 195) bu hədisi nəql etmiş və hök­mü barədə susmuşdur.



1 [ Qüdsi hədis o xəbərdir ki, Allah Öz peyğəmbərinə ilham vasitəsilə, ya­xud da yuxuda agah edib, son­ra da o, bu xəbərin mənasını öz ifadələri ilə ümmətə çat­dırıb. Quran isə Allahın kəlamıdır və olduğu kimi nazil olduğu üçün qüdsi hədis­dən üstün sayılır. «Təa'rif», 1/271; «Tə'rifat» 1/113. ]

2 [ «Mənası - «Adəm övladı əziyyət verən bir sözlə Mənə xitab edir». Belə ki, hər hansı bir əziyyə­tin Allaha gedib çatması mümkün olan iş deyildir». Bu izahı ibn Həcər «Fəthul-Bari» əsərində (8/438) nəql etmişdir. ]

3 [ İbn Teymiyyə bunu izah edib belə demişdir: «Şübhəsiz ki, yaradılmış­lar­dan hər kimsə dəhri (zamanı) söyərkən Allahı qəsd etmir. Belə ki, o bununla yalnız müsibətləri onun başına gətirəni qəsd edir və beləliklə də bu söyüş Allaha aid edi­lir. Çünki həqiqətdə bütün bunları edən Allahdır. Deməli «Dəhr Mənəm»- dedikdə «dəhrə aid etdikləri hər bir işi görən Mənəm» qəsd edilir. «Sarimul-Məslul», 3/922. ]

 


Baxılıb: 16067


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”