Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Əhqaf surəsi

Əl-Əhqaf surəsi

Əl-Əhqaf surəsi

 

     Uca Allah buyurur:

   «De: “Bir deyin görək, əgər bu Quran Allah tərəfin­dəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğulların­dan da bir şahid onun bənzərinə şahidlik edib iman gəti­ribsə, siz isə təkəbbür göstərmisi­nizsə, zülm etmiş olmaz­sınızmı? Allah zalımları doğru yola yönəlt­məz!”»

                                  (10-cu ayə)

    Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 25) de­miş­­dir­: «Auf ibn Malik (radiyallahu anhu) demişdir: «Mən yəhudilərin bayramı günü Pey­ğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə onların Mədinədəki məbədinə gəldim. Onlar bizim o mə­bə­də daxil olmağımıza narazılıq etdikdə Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Ey yəhudi tayfası! Mənə içi­nizdən on iki kişi göstə­rin1 ki, onlar Allah­dan başqa (iba­dətə haqqı olan) ilahın olma­dığına və Məhəmmədin Onun elçisi olduğuna şəha­dət versin, Allah da qəzəbinə gəlmiş hər bir yə­hudini bağışlasın!»

     Onlar Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) cavab2 verməyib sus­dular. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dediklərini ikinci və üçüncü dəfə də təkrar et­di, lakin onlar cavab vermədilər. Sonra o dedi: «Siz bu dəvəti qəbul etmədi­niz! Allaha and olsun ki, istəyir­siniz iman gəti­rin, istəyirsinizsə də yalan sayın. Mən Haşirəm, Aqi­bəm3 və seçilmiş pey­ğəmbərəm!»

     Sonra biz dönüb getdik və məbəddən çıxmaq istədikdə bir nə­fər arxa­dan: «Ey Məhəmməd!»- deyə çağırdı və biz geri qayıtdıq. Həmin kişi, (yəhudilərə üz tutub) dedi: «Ey yəhudi tayfası! Məni tanıyırsınızmı?»4

     Onlar dedilər: «Allaha and olsun ki, içərimizdə Allahın kitabı­nı səndən yaxşı bilən, sən­dən, sənin atandan və ba­ban­dan daha elmli olan şəxs yox­dur!»

     O dedi: «Mən şəhadət verirəm ki, həqiqətən, o sizin əli­nizdə olan Tövratdan (adını, vəsfini və əla­mətlərini) bil­di­yi­niz Peyğəm­bərdir».

     Onlar: «Yalan danışırsan!» – deyib onun dediklərini rədd etdi­lər və onun barəsində xoşagəlməz sözlər söylədilər.

     Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) onlara dedi: «Siz yalan söylə­diniz. Sizin bu inadkarlığınız qəbulolunmazdır! Siz bir az öncə gözəl sözlərlə onu tərifləyirdiniz. O iman gətirdikdən sonra isə de­diklərini təkzib etdiniz və barə­sində nalayiq sözlər dediniz. Onun barəsində dedikləriniz qəbulolunmazdır!»

     Sonra biz üçümüz, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) , mən və Abdullah ibn Səlam (radiyallahu anhu) oradan çıxıb getdik. Uca Allah da bu ayəni nazil etdi:

      «De: “Bir deyin görək, əgər bu Quran Allah tərəfin­dəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğulların­dan da bir şahid onun bənzərinə şahidlik edib iman gəti­ribsə, siz isə təkəbbür göstərmisi­nizsə, zülm etmiş olmaz­sınızmı? Allah zalımları doğru yola yönəlt­məz!”»

     Bu hədisi həmçinin ibn Hibban «Səhih» əsərində (Hey­səminin «Məvari­duz-Zəman» əsərin­də (səh. 518) qeyd olun­duğu kimi), Tə­bərani «Mucəm» əsərində (26-cı cild, səh. 12) və Hakim «Mus­tədrək» əsərində (3-cü cild, səh. 416) rəvayət etmişlər. Heysəmi «Məc­məuz-Zəvaid» əsərində (7-ci cild, səh. 106) demişdir: «Bu hədi­si Təbərani rəvayət et­mişdir və isnadında olan ravilərin hamı­sı Buxari və Mus­li­min istinad etdiyi ravi­lərdir. Hakim bu hədi­sin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu de­miş, Zə­həbi də bunu təsdiqləmişdir.

    Qeyd etmək lazımdır ki, bu hədis yalnız Muslimin şərtinə mü­vafiqdir. Çün­ki, Buxari nə Abdurrəhman ibn Cubeyrə, nə də onun atasına istinad etmişdir. O ki qaldı Səfvan ibn Am­ra, Buxari yalnız «müəlləq» isnadla ondan rəvayət et­mişdir. Bunu da ibn Həcər «Təhzibut-Təhzib» əsərində qeyd etmiş­dir. 

    QEYD: Buxari və Muslimin «Səhih» əsərlərində qeyd olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdə Abdullah ibn Səlam (radiyallahu anhu) özü onun yanına gəlmişdi. O, bu hadisəni rəva­yət etmiş və ayənin nazil olduğunu demə­mişdi. Yuxarıdakı rəvayətdə isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) onların məbə­dinə getdiyi qeyd olunur. Bu hədisləri necə cəm etmək olar? Keç­miş alimlərin rəyi mənə məlum deyil, lakin demək olar ki, Abdullah ibn Səlam (radiyallahu anhu) Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib İslamı qəbul etdik­dən sonra qövmünün yanına qayıtmış və bu barədə onlara heç nə deməmişdir. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) yəhudilərin yanına gəl­dikdə isə Abdullah (radiyallahu anhu) açıb həqiqəti onlara demişdir. Daha doğrusunu isə Allah bilir.

   İstəyirsənsə mənim bu fikrimlə razılaş, ya da ola bilsin Allah sənə bundan da gözəl rəy tapmağı nəsib etsin. Abdul­lah ibn Səla­mın (radiyallahu anhu) rəvayəti Buxari və Muslimin «Səhih» əsərlərində varid olduğu üçün daha mötəbər sayılır. İbn Hə­cər «İsabə» (3-cü cild, səh. 43) və «İstiy'ab» (3-cü cild, səh. 131) əsərlərində, həmçinin Vaqidi Auf ibn Malikin (radiyallahu anhu) İs­lamı Xeybər günü qəbul etdiyini de­mişdi. Bəziləri də onun İslamı Məkkənin fəthi günü qəbul et­diyini demişlər. İbn Sə'd deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onunla Əbu Dərda (radiyallahu anhu) ara­sında qardaşlıq münasibəti qurdu. O, «Təbəqat» əsərində (7-ci cild, səh. 2) onun İslamı Huneyn döyü­şündən əvvəl qəbul etdiyini və bu döyüşdə iştirak etdiyini demiş­dir. Həmçinin Ha­kim də «Mustədrək» əsərində (3-cü cild, səh. 546) bunu Vaqididən nəql etmiş­dir. Bütün bu deyilənlərdən hədi­sin «səhih» olmaması görünür. Daha doğrusunu isə Allah bilir.

     Uca Allah buyurur:

   «Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-biri­nə: “Susun, qulaq asaq!”- dedilər. Quran oxunub qurtar­dıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfala­rı­nın yanına qayıtdılar. Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəl­dən bir Kitab dinlədik! Ey qövmümüz! Allahın təbliğatçısını qə­bul edin və ona iman gətirin ki, Allah günahlarınızı ba­ğışlasın və sizi üzücü əzabdan qur­tarsın!” Allahın təbli­ğatçısını qəbul etməyən kimsə yer üzündə Allahdan yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da ol­maz. Onlar aşkar azğınlıq içindədirlər».

                                                               (29-32-ci ayələr)

   

     Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 456) de­miş­­dir­: «Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) xurma ağacının yanında Quran oxuyarkən bir dəstə cin onun ya­nı­na endi və oxuduğu Quranı eşitdikdə bir-birilərinə susmağı əmr edib: «Susun!»- dedi­lər. On­ların sayı doqquz idi və ara­larında biri onların başçıları idi. Uca Allah bu ayəni nazil et­di:

   «Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-biri­nə: “Susun, qulaq asaq!”- dedilər...» ayəsindən «…On­lar aşkar azğınlıq içindədirlər» ayəsinə qədər.

     Hakim hədisin isnadının «səhih» olduğunu demiş, Zəhə­bi də bunu təs­diq­lə­miş­dir.

     Bu hədisi həmçinin Beyhəqi «Dəlailun-Nubuvvə» əsə­rində (2-ci cild, səh. 13) bu isnadla rəvayət etmişdir.



1 «Müsnəd»də bu ləfz aydın olmadığı üçün, biz onu «Məcməuz-Zəva­id»dən yazmışıq.

2 Bu ləfz də aydın olmadığı üçün «Məcməu-z-Zəvaid»dən yazmışıq. 

3 [ Haşir və Aqib - Pey­ğəmbərin r adlarıdır. Haşir - topla­yan, Aqib isə so­nun­cu - deməkdir. Qiyamət günü insanlar onun ardınca gedib məhşərə toplanacaqlar və o, sonuncu peyğəmbərdir ki, ondan sonra heç bir peyğəmbər yeni şəriətlə gəl­məyəcək. «Səhihul-Buxari», 3339; «Səhih-Muslim», 2354. ]

4 Bu ləfz də aydın olmadığı üçün «Məcməuz-Zəvaid»dən yazmışıq.

 


Baxılıb: 16213


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”