Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Fəth surəsi

Əl-Fəth surəsi

 

Əl-Fəth surəsi

 

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 210) de­miş­­dir­: «Əbu Vail (radiyallahu anhu) rəvayət edir ki, biz Səffeyn1 döyüşündə olarkən bir nəfər gəlib Əli­yə (radiyallahu anhu) dedi: «Uca Allahın kita­bına dəvət edənləri görmürsən?»2 O: «Bə­li! (Mən Allahın kitabına dəvət edən ən layiqli insanlardanam)»3 – deyə ca­vab ver­di.

     (Sonra qılıncını çiyninə atmış xavariclərdən biri Əlinin (radiyallahu anhu) ya­nına gəlib de­di: «Ey möminlərin əmiri! Onlara gü­zəşt etmək ol­maz! Gəl qılınclarımızı gö­tü­rüb onların üstünə gedək və Allahın hökmü ilə hökm edək!»)4 Səhl ibn Hə­nif (radiyallahu anhu) dedi: «Siz bu mə­sələdə özünüzü ittiham edin!» Hüdey­biyyə günü Pey­­­­ğəmbərlə (sallallahu aleyhi və səlləm) müşriklər arasında sülh müqa­vi­ləsi bağ­landıq­da biz onlarla vuruşa bilərdik. Hətta o zaman Ömər (radiyallahu anhu) Pey­­­ğəm­bərə (sallallahu aleyhi və səlləm) demişdi: «Məgər biz haqq üzərin­də, onlar isə az­ğın­lıqda və bizim şəhidlər Cənnətlik onların ölüləri isə Cəhənnəmlik deyilmi?» O: «Bəli!» - deyə cavab verdikdə Ömər (radiyallahu anhu) dedi: «Bəs nə üçün biz dinimiz uğrunda bu dəyərsiz şərtlərlə razılaşmalı, onları qə­bul etməli və Allah aramızda hökm vermə­miş geri dönməliyik». Pey­­­­ğəm­bər (sallallahu aleyhi və səlləm) ona: «Ey ibn əl-Xəttab! Həqiqətən, mən Allahın el­çi­siyəm və O heç zaman məni nə­zarətsiz qoymaz!»

     Ömər (radiyallahu anhu) qəzəbli halda Əbu Bəkrin (radiyallahu anhu) yanına gəlib ona belə dedi: «Məgər biz haqq üzərində on­lar isə az­ğın­lıq­da deyil­mi?» - O: «Ey ibn əl-Xəttab! Həqiqətən, o, Allahın elçisidir və Allah onu heç zaman nə­­zarətsiz qoymaz!»- dedi və «Fəth» surəsi nazil oldu».

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (2-ci cild, səh. 141) rəvayət etmişdir. Bu hədisdə qeyd olunur ki: «Bu hadisədə Pey­­­­ğəm­bərə (sallallahu aleyhi və səlləm) ayələr nazil oldu və o, bu ayələri Ömərə (radiyallahu anhu) oxuduqda o dedi: «Ey Allahın elçisi! Bu fəth­dirmi?» Pey­­­­ğəm­bər (sallallahu aleyhi və səlləm) : «Bəli» - deyə cavab verdi və onun qəlbi rahatlaşdı».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 205), Tirmizi «Sünən» əsərində, Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 31; 3-cü cild, səh. 486) və ibn Cərir «Təfsir»ində (26-cı cild, səh. 71) rəvayət etmişlər.

     ibn Cərir «Təfsir»ində (26-cı cild, səh. 70) de­miş­­dir­: «Qarilərdən5 biri, Məcmə' ibn Cariyə əl-Ənsari rəvayət edir ki, Hüdeybiyyə gü­nü biz Pey­­­­ğəmbərlə (sallallahu aleyhi və səlləm) bir yerdə idik. (Müşriklərlə sülh müqaviləsi bağlandıqdan sonra) biz dönüb getdikdə dəvələri (səfərə) ha­zırla­yanların bir qismi dedi: «Camaata nə olub?» Cavabında onlara: «Allah Öz elçisinə ayələr nazil edib» - deyildi.

    «Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışla­sın...»

   Səhabələrdən biri dedi: «Ey Allahın elçisi! Bu fəth­dir­mi?» Pey­­­­ğəm­bər (sallallahu aleyhi və səlləm) : «Bəli! Nəfsim əlində Olana and olsun ki, bu fəthdir!» - deyə cavab verdi. Sonra Xeybər döyüşün­də əldə edilən qənimətlər yalnız Hüdeybiyyə sül­hün­də iş­ti­rak edənlər ara­sında bölüşdürüldü. Onların (Hüdey­biyyə sül­hün­də iş­tirak edən­lərin) sayı min beş yüz nəfər idi.6 On­lar­dan üç yüzü atlı, yerdə qa­la­nları isə piyada idi. Pey­­­­ğəm­bər (sallallahu aleyhi və səlləm) bu qəni­mətləri on səkkiz yerə böldü və atlıya iki pay, piyadaya isə bir pay ver­di».

     Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 459) rəva­yət etmiş və Muslimin şərtinə görə səhih olduğunu qeyd etmişdir. Lakin Zəhə­bi onu bu  ifadəsinə gö­rə qınamış və demişdir: «Muslim bu isnadda olan Məcmə' ibn Cariyə əl-Ənsari­yə və onun atasına istinad edərək hədis rəva­yət etməmişdir, lakin onların hər ikisi «siqa» ravidir».

     Uca Allah buyurur:

   «Bu ona görədir ki, Allah mömin kişiləri və mömin qa­dınları içində əbədi qalacaqları, ağacları altından çay­lar axan Cənnət bağlarına daxil etsin və onların günahların­dan keçsin. Bu, Allah yanında böyük müvəffəqiyyətdir».

                                                                                                     (5-ci ayə)

 

     Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 134, 196, 215, 252)   de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, yurdlarından uzaq­laşmış və nəhayət qurbanlarını Hüdeybiy­yədə kəsmiş Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun səhabələri sülh müqa­vi­ləsi bağladıqdan sonra qəm, kədər içində (Mədinəyə) qayı­darkən bu ayələr nazil oldu:

   «Bu ona görədir ki, Allah mömin kişiləri və mömin qa­dınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin və onların günah­la­rın­dan keçsin. Bu, Allah yanında böyük müvəffəqiyyətdir».

     O, səhabələrinə dedi: «Artıq mənə elə ayələr nazil oldu ki, onlar mənim üçün dünya və onun için­də­kilərdən də se­vimlidir!» O bu ayələri səhabələrinə oxuduqdan sonra on­lardan biri dedi: «Səni xoş xəbər olasan ey Allahın elçisi! Allah sənə əta edəcəyi nemətləri barəsində xəbər verdi. Bəs bizim aqibətimiz necə ola­caq?» Bu vaxt Uca Allah bu ayəni nazil etdi:  

   «Bu ona görədir ki, Allah mömin kişiləri və mömin qa­dınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin...».                                                                                                     

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (8-ci cild, səh. 456), Muslim «Səhih» əsə­rində (12-ci cild, səh. 143) – ayənin nazil olduğunu qeyd etmədən -, Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 185), ibn Cərir «Təfsir»ində (26-cı cild, səh. 69), ibn Hibban «Səhih» əsrində (Heysəmi­nin «Məvariduz-Zaman» əsərində (səh. 436) qeyd olunduğu kimi) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 459) rəvayət etmişlər. Buxari, hədisdəki «Səni xoş xəbər olasan» - ifadə­si­nin İkrimə tərəfindən deyildiyini qeyd etmişdir. Ha­kim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» ol­duğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqlə­miş və Xey­bərin fət­hinə aid olduğunu demişdir.  

Uca Allah buyurur:

   «Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir».

                     (24-cü ayə)

     Buxari «Səhih» əsərində (6-cı cild, səh. 257) de­miş­­dir­: «Misvər ibn Məxrəmə (radiyallahu anhu) və Mər­van ibn əl-Həkəm bir-birinin rəvayətini təsdiqləyərək demişlər: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hüdeybiyyə­ sülhündə (Mədinə­dən səfərə) çıxdı və bir qədər yol getdikdən sonra səhabələrinə be­lə buyurdu: «Xalid ibn əl-Vəlidin (radiyallahu anhu) başçılıq etdiyi Qüreyşin sü­vari qoşunu Ğə­mim vadisində pusquda dayanıblar. Buna görə də, siz sağ tərəfə gedin!»

     Allaha and olsun ki, Xalid (radiyallahu anhu) Peyğəmbəri (sallallahu aleyhi və səlləm) və onun sə­habələrini görmədi. Yalnız onların arxasınca qalxan qara toz-torpağı gör­dükdən sonra atını çaparaq (müsəlmanların gəldiyini) Qüreyşə xəbər verməyə getdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə (səhabələrilə birlikdə) yoluna da­vam etdi. Nəhayət gəlib Məkkəyə aparan Hüdeybiyyə vadisindəki dağ yoluna çat­dılar. Burada Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəvəsi yerə çökdü və insanlar: «Hül! Hül!»7 - deyə dəvəni yerindən tərpətməyə ça­lışdılar. Lakin dəvə çökdüyü yerdən qalxmadı və onlar: «Qasva8 inadkarlıq edib qalxmır!» - dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Qasva inadkarlıq etməz! Bu onun adəti deyil. Lakin (bir zamanlar Məkkəyə daxil olmaq istəyən) fili tutub saxlayan Allah indidə Qasvanı saxladı. Nəfsim (həyatım) əlində Ola­na (Allaha) and olsun ki, müşriklər Allahın haram buyur­duqlarına9 riayət etməklə məndən hər nə istəsələr onlara istədiklərini ve­rəcəyəm!»

     Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qasvanı tərpətdi və hey­van dər­hal ayağa qalxdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hüdey­biyyənin qur­ta­ra­cağında yerləşən və içində az miqdarda su olan çuxurun yanına gəl­di. Səha­bələr çuxurda olan sudan az-az o qə­dər daşıyıb apardılar ki, orada su qal­ma­dı. Onlar susuzluqdan Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) şikayət etdikdə o, ox qabından bir ox çıxarıb onlara verdi və onu çuxura sancmağı əmr etdi. Allaha and olsun ki, ox çuxura sancılan kimi oradan su fəvvarə vurdu və bu fəv­varə on­lar susuzluqlarını yatırıb oradan qayıda­nadək davam etdi. Bu vaxt Budeyl ibn Vərqa əl-Xüza'i (radiyallahu anhu) öz qəbilə­sin­dən, Xüza'ədən olan bir dəstə kişi ilə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi. Tihamə­li­lər10 içərisində Xüza'ə qəbiləsindən olanlar əvvəldən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sirdaşı idilər. Budeyl (radiyallahu anhu) dedi: «Mən Kə'b ibn Lüeyyi və Amir ibn Lüeyyi11 Məkkədə tərk edib gəlmişəm. Onlar Hüdeybiyyə vadisindəki ən zəngin su quyularını ələ keçiriblər. Səninlə müha­ribə etmək və Mək­kəyə daxil olmağına mane olmaq istəyirlər. (Uzun müddət müqavimət gös­tə­rib qaçmamaq üçün) özləri ilə süd verən və balası yanında olan dişi dəvələr də (və ya arvad-uşaqlarını da)12 gətiriblər».       

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Biz müharibə etmək üçün gəlmə­mi­şik! Biz yalnız Ümrə ziyarəti etməyə gəlmişik. Həqi­qətən, müharibə Qüreyşi maddi və mənəvi cəhətdən zəiflətmiş, on­ları ziyana uğratmışdır. Əgər istəyirlərsə müharibəni dayan­dı­rıb onlarla sülh müqaviləsi bağlayım. Qoy onda mənimlə digər insanlar (ərəblərdən və qeyri ərəblərdən olan kafirlər) arasında olan münasibətə qarışmasınlar. Əgər mən o kafir­lərə məğlub ol­sam bu onlar üçün bir dəstək olacaq, yox əgər qalib gəlsəm onda onlar da digəriləri kimi İslam dininə da­xil ola bilərlər. Əks halda isə (Allaha və Onun rəsuluna itaət etməsələr) mən onlarla bağla­dığım mü­qaviləni pozmaya­ca­ğam. Beləliklə də onlar istirahət edəcəklər (bir müddət mü­haribədən yaxa qurtaracaqlar). Onlar mənim bu təklifimi qə­bul etmə­yib bizim işimizə müdaxilə etsələr, nəfsim əlində Olan Allaha and olsun ki, ba­şım bədə­nimdən ayrı­lana qədər onlarla vuruşacağam. O zaman Allah Öz və­dini (İslam di­ni­ni ucaldacağını) mütləq doğruldacaq».           

     Budeyl (radiyallahu anhu) dedi: «Sənin dediklərini onlara çatdıraram!»

     Sonra o, qüreyşlilərin yanına gəlib dedi: «Biz Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) yanına getdik və ondan bəzi şeylər eşitdik. İstəyir­si­nizsə onun dediklərini sizə ərz edək».

     Onların arasındakı səfehlər: «Ondan bizə hər hansı bir xəbər verməyinə ehtiyacımız yoxdur» – deyə etirazlarını bildirdilər.

     Ağıl sahibləri isə: «De görək ondan nə eşitmisən!» - de­yə israr etdilər. O: «Mən ondan filan, filan təklifləri eşit­dim» - deyib Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm) eşitdiklərini bir-bir onlara nəql etdi. Sonra Urva ibn Məs'ud ayağa qalxıb dedi: «Mən sizin vali­deyniniz, siz də mənim övladlarım13 hesab olun­mur­su­nuz­mu?» Onlar: «Bəli!» - deyə cavab verdilər. O ye­nə soruşdu: «Siz məni günah etməkdə ittiham edirsinizmi?» Onlar: «Xeyr!» - deyə cavab verdilər. O bir daha soruşdu: «Ukaz əhlini sizin köməyinizə çağır­dığımı və onlar sizə yar­dım göstərməkdən imtina etdikdən sonra əhli-əyalımla, öv­ladımla və mənə tabe olanlarla birlikdə sizə yar­dım etməyə gəldiyimi bilirsinizmi?» Onlar: «Əlbəttə, bi­lirik!» - de­yə ca­vab verdilər. Urva dedi: «Hə­qiqətən, bu kişi sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun də­və­tini qəbul edin və mənə də gedib onunla danışıq apa­rmağa izn verin!» On­lar: «Gedə bilərsən!» - deyə cavab verdilər.

     O, danışıq aparmaq üçün Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ya­nına gəldi. Peyğəmbər (sallallahu aleyhi və səlləm)  Budeylə (radiyallahu anhu) dediklə­rini Urvaya da dedi.

     Urva dedi: «Ey Məhəmməd! Sən öz qövmünü bu şəkil­dəmi is­lah etmək istəyirsən? (Sən onları məhv emək istə­yir­sən?) Heç ərəb­lərdən öz qövmünü məhv edən bir kəs barə­sində eşitmisənmi? Bəs onlar sənə qalib gəlsələr necə? Alla­ha and olsun ki, mən sənin tərəfdarların arasında cəsarətli üzlər görmürəm. Mən burada bir çox insanlar görürəm ki, onlar səni müharibə başlayan kimi qo­yub qaçacaqlar!»

     Əbu Bəkr (radiyallahu anhu) (Urvanın bu ittihamlarına dözməyib) de­di: «Get Latın14 fərcini sor! Sən elə zənn edirsən ki, biz onu qoyub qaçaca­ğıq?!»

     O: «Bu kimdir?» - deyə soruşdu. Səhabələr: «Bu, Əbu Bəkrdir (radiyallahu anhu) » - deyə cavab verdilər və o: «Nəfsim əlində Olana and olsun ki, bir zamanlar mənə göstərdiyin və əvə­zini vermədiyim qay­ğı olmasaydı sənin cavabını verərdim!» - deyib Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) söhbətinə davam etdi. O, danışdıqca (hər dəfə söz söylədikdən sonra ərəblərin adətinə görə) Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) saqqalından tu­tur­du. Bu vaxt Muğira ibn Şu'bə (radiyallahu anhu)14 əlində qılınc və başında dəmir dəbilqə Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanında da­yanıb onu qoruyurdu. Urva Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) saqqalına əl atdıqca Müğirə (radiyallahu anhu) qı­lın­cının qınının ucu ilə onun əlinə vurur və ona: «Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) saq­qalından əlini çək!» - deyirdi. Urva başını qaldırıb: «Bu kimdir?» - deyə soruşdu. Onlar: «Bu Muği­ra ibn Şu'bədir!» - deyə cavab verdilər. O (üzünü Muğiraya (radiyallahu anhu) tutub) dedi: «Ey xain! Mən hələ də sənin xainliyin nəticəsində (Səqif qə­biləsi ilə ara­mız­da) baş vermiş anlaşılmazlıqları həll etməklə məş­ğulam».

     Cahiliyyə dövründə Muğira (radiyallahu anhu) bir dəstə kişi (Səqif qəbiləsin­dən olan Malikin oğlanları) ilə yol yoldaşı oldu. O zaman o on­ları öldürmüş, mallarını götürüb Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gəlmiş və İslamı qəbul etmişdi. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) isə ona belə demişdi: «İslam dininə daxil olduğunu səndən qəbul edirəm, lakin qəsb etdiyin malı götürmürəm!»

   Sonra Urva Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) səhabələrinə  nə­zər saldı və (öz yoldaşlarına) dedi: «Allaha and olsun ki, Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) ağzından çıxan tüpürcək onlardan biri­nin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sür­tür. On­lara bir şey əmr etdikdə dərhal onu yerinə yetirir­lər. Dəstəmaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz arala­rında mü­barizə aparırlar. Onun yanında danışarkən səslərini qal­dır­mır­lar və hörmət əlaməti olaraq onun üzünə bax­mırlar!»

     Sonra Urva tərəfdarlarının yanına qayıtdı və dedi: «Ey qöv­müm! Allaha and olsun ki, mən bir nümayəndə kimi çox padşah­ların, Qeysərin, Xosrovun, Nəcaşinin və s. hüzurunda olmuşam. Və padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də gör­müşəm. Lakin Məhəmmədin (sallallahu aleyhi və səlləm) səhabələri­nin ona təzim etdikləri kimi heç bir pad­şaha təzim olun­du­ğunu gör­məmişəm. Allaha and ol­sun ki, Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) ağ­zından çıxan hər bir tüpürcək onlardan birinin ovucuna düş­sə, bu tüpürcəyi üzünə və bədəninə sür­türlər. Onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirir­lər. Dəstəmaz aldığı su­dan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə aparırlar. Onun yanında danışarkən səs­lərini qal­dırmırlar və hör­mət əlaməti olaraq onun üzünə baxmırlar! Həqi­qə­tən, o sizə xe­yir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun təklifi­ni qəbul edin!»

     Bənu Kinanədən olan bir kişi dedi: «İzn verin mən gedib onunla danışım!» Onlar: «Gedə bilərsən!» - deyə cavab ver­dilər.

     O, səhabələrin yanına yaxın­laş­dıq­da Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bu gələn filankəsdir. O elə bir tayfadandır ki, onlar qur­banlıq dəvələrinə çox hörmət edir və onları qiymətlən­dirir­lər. Elə isə qurbanlıq dəvələrini ona tərəf sürün. Səhabələr dərhal qurbanlıq dəvələri sürüb təlbiyə16 edərək onu qarşı­ladılar. O təl­biyə edərək gələn səhabələri və qurbanlıq dəvə­ləri gör­dükdə dedi: «Sübhanəllah! (Allah hər bir nöqsan və qüsurdan uzaqdır!) Onlar Allahın evini ziyarət etməkdən məhrum olunmağa layiq deyillər».

     Sonra o, tərəfdarlarının yanına gəlib dedi: «Mən onların Ümrə ziyarətində kəsəcəkləri, üzərlərində qurbanlıq nişanə­si olan dəvələrini gördüm. Düşünürəm ki, Allahın evini zi­yarət etməyə onlara mane olmamalıyıq».

     Bu vaxt Mikrəz ibn Həfs adlı bir kişi ayağa qalxıb dedi: «İzn verin mən ge­dib onunla danışım!» Onlar: «Gedə bi­lər­sən!» - deyə cavab verdilər.

     O, səhabələrin yanına yaxın­laş­dıq­da Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bu gələn Mikrəzdır, o xain insandır!»

     O Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) söhbət etdiyi vaxt Suheyl ibn Amr on­ların yanına gəldi.

     Mə'mər deyir ki, Əyyub İkrimədən17 xəbər verir ki, Su­heyl ibn Amr gəl­dik­də Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə demişdi: «Artıq sizin bütün işləriniz yüngülləşdi!»

     Mə'mər xəbər verir ki, Zuhri rəvayətinə davam edib de­mişdi: «Suheyl ibn Amr Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Gəl bizimlə sizin aranızda (on illik)18 sülh müqaviləsi bağ­layaq!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) katibini (Əli ibn Əbu Ta­libi (radiyallahu anhu)) 19 çağırıb müqaviləni yazma­ğı ona əmr edib dedi: «Yaz! Rəhmli, Mərhəmətli Allahın adı ilə (Bismillahir-Rəhmanir-Rə­him) !»

     Suheyl ibn Amr dedi: «O ki qaldı Rəhmana, Allaha and olsun mən onu tanımıram! Biz bir vaxtlar yazdığımız kimi «Allahım Sənin adınla başlayıram (Bismikə Allahummə) yaz!»

     Bu vaxt müsəlmanlar: «Allaha and olsun ki, biz yalnız «Bis­millahir-Rəh­manir-Rəhim!» yazacağıq!» - deyə etiraz etdilər. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) isə katibinə əmr edib dedi: «Yaz! Allahım Sənin adınla başlayıram! Bu, Allahın elçisi Mə­həmmədin bağladığı sülh müqaviləsidir!»

     Suheyl yenə etiraz edib dedi: «Əgər biz sənin Allahın el­çisi olduğunu etiraf etsəydik Onun evini ziyarət etməyə sənə mane olmazdıq və səninlə vuruşmazdıq. Elə isə yaz - Mə­həmməd ibn Abdullah!»

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Baxmayaraq ki, siz məni təkzib edir­si­niz, amma Allaha and olsun ki, həqiqətən, mən Allahın el­çi­siyəm!» - dedi və katibinə «Məhəmməd ibn Abdullah» yaz­mağı əmr etdi.

     Zuhri deyir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Suheylin dediklərilə razı­laşdı, çünki o: «Nəfsim əlində olana (Allaha) and olsun ki, müşriklər Allahın haram buyurduqlarına riayət etməklə məndən hər nə is­təsələr onlara istədiklərini ve­rəcəyəm!» - deyə söz vermişdi».  

     Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona ilk şərtini təklif edib dedi: «Allahın evini təvaf etməyə bizə əngəl törətməyəcəksiniz!»

     Suheyl dedi: «Xeyr! Allaha and olsun ki, bu dəfə təvaf etməyə sizə izn ver­məyəcəyik. Çünki, ərəblər «müsəlmanlar bizim müqa­vimətimizi qırdılar və bi­zi məcbur etdilər» deyə şayiələr buraxa­caqlar. Elə isə gələn ildən etibarən gəlib is­tə­diyiniz qədər Allahın evini ziyarət edə bilərsiniz».

     Əli (radiyallahu anhu) onun dediklərini yazdı. Sonra Suheyl ikinci şərti təklif edib dedi: «Bizim tərəfdən sənin yanına gələn hər bir kişini – hətta sənin dinini qəbul etsə belə - geri qaytar­ma­lı­san!»

     Müsəlmanlar heyrətlə dedilər: «Sübhanəllah! Müsəlman olub yanımıza gəlmiş bir kimsə müşriklərə qaytarıla bi­lər­mi?!»

     Onlar bu məsələni müzakirə edərkən Əbu Cəndəl ibn Su­heyl ibn Amr (radiyallahu anhu) ayaqları qandallanmış vəziyyətdə onların yanına gəldi. (Əbu Cəndəl (radiyallahu anhu) İs­lam dinini qəbul etdiyi üçün Məkkəlilər onu həbs etmişdilər.) O, Məkkənin aşağı­sında həbs olunduğu yerdən qaçmış və nəhayət özünü mü­səlmanlara çatdırmışdı. Bu vaxt Suheyl dedi: «Ey Mə­həm­məd! Bu müqa­vi­lə­nin ilk maddə­sinə əsasən onu mə­nə qay­tar­ma­lısan!»    

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Biz hələ müqaviləni tamamla­ma­mı­şıq». O dedi: «Allaha and olsun ki, belə olduğu təqdirdə mən də sənin heç bir təklifinlə ra­zılaşmayacağam!» Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Sən Əbu Cəndəli (radiyallahu anhu) bu mü­qavilədən istisna et və onu mənə bağışla!» O dedi: «Mən onu qoy­du­ğumuz şərtdən istisna edib sənə bağışlaya bilmə­rəm!» Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) : «Sən gəl razı ol, onu mənə bağışla!»- de­di. Su­heyl qətiyyətlə rədd edib dedi: «Mən heç cür sənin dediyinə əməl edə bilmərəm».

     Bu zaman Mikrəz dedi: «Onu özünüzdə saxlamağa sənə icazə verdik!» (Mü­qavilə bağlayan Suheyl ibn Amr isə buna razılıq vermədi.) Əbu Cəndəl de­di: «Ey Müsəlman camaatı! Artıq müsəl­man olub sığınacaq tapmaq üçün sizin ya­nı­nıza gəldim. İndi də məni müşriklərə təhvil verirlər? Mənim əzab-əziy­yətlərə məruz qaldığımı görmürsünüzmü?»

    O, Allah yolunda muşriklərin çox şiddətli işgəncə­lərinə məruz qalmışdı.

    Ömər ibn əl-Xəttab (radiyallahu anhu) deyir ki, o zaman mən gəlib Pey­ğəm­bərə (sallallahu aleyhi və səlləm) dedim: «Məgər sən Allahın haqq Pey­ğəmbəri deyilsənmi?» O: «Bəli!» - deyə cavab verdi. Mən dedim: «Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda de­yil­lərmi?» O yenə: «Bəli!» - dedi. Mən: «Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan ver­mə­liyik?» deyə soruşdum və o dedi: «Həqiqətən, mən Allahın elçisiyəm və heç vaxt Ona asi olmuram! Məhz Allah mənə yardım edir!» Mən de­dim: «Məgər sən bizə «Bu yaxınlarda Allahın evinə gedib onu təvaf edə­cə­yik!»-  deyə xəbər ver­məmişdin?» O dedi: «Elədir! Mə­gər mən sənə məhz bu il təvaf edəcəyimizi xəbər vermiş­dim?» Mən: «Xeyr!» deyə cavab verdikdə o dedi: «(Yaxın zamanda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!»

   Sonra mən Əbu Bəkrin (radiyallahu anhu) yanına gəlib dedim: «Məgər bu adam Allahın haqq Peyğəmbəri deyilmi?» O : «Elədir!» - deyə ca­vab verdi. Mən dedim: «Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyil­lərmi?» O : «Elədir!» - deyə cavab verdi. Mən: «Elə isə nə üçün nöqsan və qü­sur­ların dinimizə daxil olmasına imkan verməliyik?» - dedim. Əbu Bəkr (radiyallahu anhu) dedi: «Ey insan! Həqiqətən, o, Allahın elçi­sidir və heç vaxt Rəbbinə asi olmur! Allah onun yar­dım­çı­sı­dır. Elə isə onun sünnəsindən yapış (əmr və qadağa­la­rı­na riayət et) ! Allaha and olsun ki, o haqq üzərində­dir!» Mən dedim: «Məgər o bizə «Bu yaxınlarda Allahın evinə gedib onu təvaf edə­cə­yik!» deyə xəbər verməmişdimi?» Əbu Bəkr (radiyallahu anhu) dedi: «Elədir! Məgər o sənə məhz bu il təvaf edəcəyini xəbər vermiş­di?» Mən: «Xeyr!» deyə cavab verdikdə o de­di: «(Yaxın zamanda) Sən mütləq gedib Kəbəni təvaf edə­cəksən!»

     Zuhri xəbər verir ki, «Ömər (radiyallahu anhu) demişdi: «Ona görə də20 mən çoxlu xeyirxah işlər gördüm!» 

    Peyğəmbər (sallallahu aleyhi və səlləm) sülh müqaviləsini bağladıqdan sonra səha­bələrinə: «Qalxın, qurbanlarınızı kəsin, başınızı qırxdı­rın! – deyə əmr et­di».

  Allaha and olsun ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu üç dəfə təkrar et­di, lakin səhabələrdən heç biri ayağa qalxmadı.21 Səha­bə­lərin yerlərindən tərpənmədiyini görən Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ummu Sələmənin (radiyallahu anhu) yanına daxil oldu və onların bu eti­na­sız­lı­ğı­nı ona xəbər verdi. Ummu Sələmə (radiyallahu anhu) dedi: «Ey Allahın elçisi! İstəyirsənsə onlar sənin əmrinə tabe olsun­lar, bayı­ra çıx, sonra qurbanlıq dəvə­lə­rini kəsməyincə və dəlləyini ça­ğı­rıb başı­nı qırxdırmayınca onlara bir kəlmə belə demə!»

     O bayıra çıxıb qurbanlıq dəvə­lə­rini kəsdi, dəlləyini (Xu­zəa qəbiləsindən olan Xərraş ibn Ümeyyəni (radiyallahu anhu)) çağırıb başını qırx­dırdı və onlara heç bir söz demədi! Bunu görən səha­bələr dərhal qalxıb qurbanlıq dəvə­lə­ri­ni kəsdilər və bir-birilərinin başlarını qırxmağa başladılar. Hətta iş o yerə çat­dı ki, (onun əmrini daha tez yerinə yetirmək üçün baş ver­miş dartışma nəticəsində) sə­ha­bələr bilmədən az qala bir-bi­rilərini öldürmüşdülər.

     Sonra mömin qadınlar  Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına hic­rət et­dilər və Uca Allah bu ayəni nazil etdi:     

   «Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdiklə­ri mehri özlə­rinə qay­tarın. Həmin qadınların mehrlərini özlərinə verdi­yiniz hal­da onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınla­rınızı kəbin altında saxlamayın, sərf et­di­yi­niz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsin­lər. Allahın hökmü bu­dur. O sizin aranızda hökm verir. Allah Bilən­dir, Müd­rikdir»22

     Bu ayə nazil olduqdan sonra Ömər (radiyallahu anhu) iki müşrik zöv­cəsini boşadı və onlardan birini Müaviyə ibn Əbi Süfyan (radiyallahu anhu), digərini isə Səfvan ibn Ümeyyə aldı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdən sonra müsəl­man olmuş qüreyşli Əbu Bəsir (Ütbə ibn Useyd əs-Səqəfi) (radiyallahu anhu) onun yanına gəldi. Qüreyş də onu geri qaytarmaq üçün iki kişi göndərdi və on­lar Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) yanına gəlib: «Bizimlə bağladığın sülh müqavilə­si­nə görə Əbu Bəsiri (radiyallahu anhu) geri qaytar!»- deyə ona müraciət etdilər. O, Əbu Bəsiri (radiyallahu anhu) həmin iki kişiyə təhvil verdi. Onlar Əbu Bəsirlə (radiyallahu anhu) Məkkəyə yola düşdülər və nə­hayət gəlib zul-Hüleyfəyə çatdılar. Burada onlar (xurcun­la­rındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsir (radiyallahu anhu) onlardan birinə (Xuney ibn Cabirə): «Ey filankəs, Allaha and olsun ki, sənin bu qılıncın çox gözəldir!»- dedi. Qılıncın sahibi onu qınından çıxarıb dedi: «Doğrudan da bu çox gö­zəl qılıncdır. Mən onu bir neçə dəfə təc­rübədən ke­çirmi­şəm». Əbu Bəsir (radiyallahu anhu): «Göstər görüm necə qılıncdır»- dedi, sonra fürsət tapıb qılıncı onun əlindən aldı və nəfəsi kəsi­lə­nə qədər qılıncla onu vurdu. O birisi isə  (başqa rəva­yətdə Xuneysin mövlası) qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Peyğəmbə­r (sallallahu aleyhi və səlləm) onun vahimə içində yüyürə-yü­yü­rə gəldiyini görüb: «Bu adam nədənsə qorxub!»- dedi. O, Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Allaha and olsun ki, yoldaşım öldürüldü! (Qo­ru­masanız) mən də öldürüləcə­yəm».

   Bu vaxt Əbu Bəsir (radiyallahu anhu) gəlib dedi: «Ey Allahın pey­ğəm­bəri! Allaha and olsun ki, artıq O, sənə vədini yerinə yetir­məyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah mə­ni onların əlindən xilas etdi.

     Peyğəmbə­r (sallallahu aleyhi və səlləm) dedi: «Vay bunun anasının halına!23 Bu, müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nə­fər də onunla həmrəy olsa (o zaman mü­haribə alovu qı­zı­şa­caq və sülh müqaviləsi pozula­caq) ».

     Əbu Bəsir (radiyallahu anhu) bunu eşitdikdə onun yenidən müşriklərə qay­tarılacağını ba­şa düşdü və Mədinədən çıxıb dənizin sa­hi­linə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl ibn Suheyl (radiyallahu anhu) də ona qoşuldu. Daha sonra isə Məkkə müşriklərin­dən yaxa qurtaran hər bir müsəlman ona qoşuldu və belə­liklə də onlar qüvvətli bir dəstəyə çevril­dilər. Vallahi onlar hər dəfə Qüreyşin ticarət karvanının Şa­ma yola düşdüyündən xəbər tut­duqda, karvanın qabağını kə­sər və onları öldürüb mallarını götürərdilər. Bu təhlükəni görən Qüreyş öz tərəfindən bir nümayəndəni (Əbu Süfyanı (radiyallahu anhu)) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına göndərdi. Bu dəfə Qüreyş Pey­ğəmbəri (sallallahu aleyhi və səlləm) Allaha and verib aralarında olan qo­humluq əla­qələrinin hör­mətinə görə (onların ticarət karvanlarını Əbu Bəsir (radiyallahu anhu) və onun camaatından qorumaq üçün) ona yal­va­rırdı. Onlar Peyğəmbərə (sallallahu aleyhi və səlləm) : «Bundan sonra müsəlman ola­raq Məkkədən Mədinəyə hicrət etmiş hər bir şəxs əmin ola bilər (geri gətiril­məyəcəkdir.) »- deyə xəbər göndər­miş­di­lər».

    Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrdən birini (bu xoş xəbəri çat­dır­maq üçün) Əbu Bəsir və onun camaatının yanına göndərdi və Uca Allah bu ayələri nazil etdi:

   «Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur..» ayəsindən, «Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıl­dıqla­rı zaman …»24 ayəsinə qədər.

     Onların təkəbbür və təəssübü, Hüdeybiyyə müqaviləsinə «Bismillahir-Rəh­manir-Rəhim», «Muhəmmədun-rəsulul­lah» söz­lərini yazmaqdan imtina etmə­ləri və həmin il (hic­rə­tin altıncı ilində) müsəlmanların Məkkəyə daxil olub Alla­hın evini ziyarət etməyə razılıq verməmələri idi.

     Bu hədisi həmçinin Abdurrəzaq «Müsənnəf» əsərində (5-ci cild, səh. 342), Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 331) və ibn Cərir «Təfsir»ində (26-cı cild, səh. 101) tə­vayət etmişlər.

     Muslim «Səhih» əsərində (12-ci cild, səh. 187) de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, səksən nəfər silahlı Məkkə müşriki Tən'im dağı tərəfdən müsəlmanlara hücum etmiş, lakin əsir tutulub Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gətiril­miş­dilər. O da onlara heç bir cəza verməyib hamısını azad et­miş və bu ayə nazil olmuşdu:

   «Sizi onların üzərində qələbə çalmağa müvəffəq et­dik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur..».

     Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 185), Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 13), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 122, 125) və ibn Cərir «Təf­sir»ində (26-cı cild, səh. 94) rəvayət et­mişlər.

     Muslim «Səhih» əsərində (12-ci cild, səh. 174) de­miş­­dir­: «Sələmə ibn əl-Əkva (radiyallahu anhu) demiş­dir: «Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) bir­lik­də Hüdeybiyyəyə gəldiyimiz zaman bizim sayımız min dörd yüz nəfər idi və biz özümüzlə əlli qoç da gətirmişdik. (Ora çatdıqda hamı susamışdı. Elə buna görə də) Peyğəmbər (sallallahu aleyhi və səlləm) su quyusunun yanında oturdu, sonra ya dua etdi, ya da onun içinə tüpürdü və oradan su fəvvarə vurdu. Biz o sudan do­yunca içdik, heyvanları­mızı suvardıq və ehtiyat üçün qabla­rımıza da doldurduq. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) beyət etmək üçün bizim hamımızı ağacın altına dəvət etdi. Mən ilk beyət edənlərdən idim. Beyət edənlərin sayı yarıya çatdıqda Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi:

  –  Ey Sələmə, gəl beyət et!

  –  Ey Allahın elçisi, artıq mən ilk zümrə ilə birlikdə sənə beyət etdim!

  –  Yenə beyət et!

   Sonra o məni əliboş – yəni silahsız görüb bir qalxan ver­di və beyət etməyinə davam etdi. Beyətin sonunda o dedi:   

  –  Ey Sələmə, mənə beyət etmirsən? 

   – Ey Allahın elçisi, artıq mən əvvəlki və sonrakı camaatla birlikdə sənə beyət etdim!

  –  Yenə beyət et! 

       Mən üçüncü dəfə ona beyət etdim. Sonra o mənə dedi: «Ey Sələmə, sənə verdiyim qalxan haradadır?»

       Mən dedim: «Ey Allahın elçisi! Mən əmim Amiri (radiyallahu anhu) silahsız görüb qal­xanı ona ver­dim». 

   Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) gülüb dedi: «Həqiqətən, sən, sanki ilk əv­vəl: «Allahım! Özümdən də artıq sevdiyimi (bir ne­məti)  mənə əta et!»- deyən şəxsə bənzəyirsən!»

    Sonra müşriklər bizim yanımıza öz nümayəndələrini gön­dərib onlarla sülh müqavi­ləsi bağ­lamağı təklif etdilər. Biz bununla razılaşdıq və aradakı gediş-gəliş bər­pa olundu. O zamanlar mən Təlhə ibn Ubeydullahın (radiyallahu anhu) xidmətçisi idim. Mən onun atını suvarır, qaşovla belini toz-torpaqdan tə­miz­ləyir, habelə digər xid­mətlər göstərir­ və Təlhənin (radiyallahu anhu) çörə­yini yeyirdim. Mən Allahın (riza­sını qazanmaq) və Pey­ğəm­bərinin (sallallahu aleyhi və səlləm) (əmrinə tabe ol­maq) xatirinə var-dövlətimi və qo­hum-əqrəbamı tərk edib Mədinəyə hicrət et­mişdim.

     Məkkə əhli ilə bizim aramızda sülh müqavi­ləsi bağ­la­nı­lıb ge­diş-gəliş bər­pa olunduqdan sonra mən tikanlı bir ağa­cın yanına gəlib altına tökülmüş ti­kan­ları təmizlədim və din­cəlmək üçün orada uzandım. Bu zaman dörd Məkkə müşriki yanıma gəlib Peyğəmbər (sallallahu aleyhi və səlləm) barəsində nalayiq sözlər danış­mağa başladılar. Mən onların dediklərinə nifrət etdim və ge­dib başqa ağacın altında uzandım. Onlar silahlarını ağacdan asıb orada uzandı­lar. Elə bu vaxt carçı vadinin aşağı tə­rə­fin­dən car çəkib dedi: «Ey mühacirlər, ibn Zuneymi (radiyallahu anhu) öldü­rüblər!» Mən dərhal qılıncımı çıxarıb o dörd nəfərin üstünə hücum etdim və onların qılınclarını əlimə toplayıb dedim: «Məhəm­mədin hör­mətini ucaldan Allaha and olsun ki, siz­lərdən biri başını tərpətsə onun boynunu vuraram!» Sonra mən onları əsir tutub Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gə­tirdim. Bu arada əmim Amir (radiyallahu anhu) zirehli atın üzərində, əsir tutulmuş Ablat oğullarından olan Mikrəzi və başqa yetmiş müşriki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gətirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara nəzər salıb dedi: «Onları azad edin! Bu onların birinci və axırıncı günahı ol­sun!»

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) onları bağışlayıb hamısını azad etdi və Uca Allah da bu ayəni nazil etdi:

   «Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir».

     Sonra biz oradan çıxıb geriyə, Mədinəyə döndük və yol­üstü müşrik olan bənu Lihyan qəbiləsinə yaxın bir yerdə da­yanmalı ol­duq. Onlarla bizim aramızda bir dağ var idi. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) o gecə dağa qalxıb müşrik­lər barəsində ona və sə­habələrinə xəbər gətirən şəxs üçün Allahdan bağışlan­ma dilədi. Mən o gecə iki və ya üç dəfə dağa qalxdım.

     Biz Mədinəyə gəlib çatdıqdan sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) xid­mətçisi Rəbahı (radiyallahu anhu) mənimlə birlikdə geridə qalmış sürüyə baş çəkməyə gön­dərdi və biz Təlhənin (radiyallahu anhu) atına minib ora getdik. Biz ora çatdıqda artıq Abdurrəhman ibn Bədr əl-Fə­zari sürüyə basqın etmiş, çobanı öldürüb mal-qaranı sü­rüb aparmışdı. Mən: «Ey Rəbah! Götür bu atı Təlhə ibn Ubey­dullaha (radiyallahu anhu) çatdır, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) də xəbər ver ki, artıq müşriklər onun sürüsünə basqın ediblər».

     Sonra mən bir təpənin üstünə qalxıb Mədinəyə tərəf üz tut­dum və üç dəfə: «Köməyə gəlin!» – deyə çağırdım.

     Daha sonra mən müşrikləri təqib edib onları ox atəşinə tut­dum və rəcəz25 ilə bu sözləri oxudum:

 

           Əkvanın oğluyam mən        Ölüm günüdür bu gün.

     Sonra yaxınlaşıb onlardan birini oxla vurdum. Mənim atdığım oxun ucu onun atının yəhərindən keçib çiyininə dəydi. Mən yenə:

 

           Əkvanın oğluyam mən        Ölüm günüdür bu gün.

 

    deyib onları ox atəşinə tutdum. Allaha and olsun ki, at­lı­lardan hər biri mənə hücum etdikcə onları (atlarını) oxla vurub yarala­yırdım. Mən o vaxta qədər ox atdım ki, nəhayət onlar (çıxılmaz vəziyyətə düşdülər və) özlərini dağ də­rə­si­nə saldılar. Mən dağın üstünə qalxıb onların başlarına o qədər daş yağdırdım ki, nəhayət ələ keçirdikləri mal-qaranı geri qaytardılar. Onlar həyəcanla otuz­dan çox zireh və nizələri yerə atdılar. Mən bu silahların üzərinə o qədər daşlar saldım ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələri dağın döşündəki dərəyə gəl­dikdə onların orada olduğunu bilsin. Bu vaxt Abdurrəhman ibn Bədr əl-Fəzari gə­lib çıxdı və onlar oturub nahar etməyə başladılar. Mən isə dağın üs­tündən onlara tamaşa edirdim. O dedi: «Bu gördüklərim nədir? (Burada nə baş verib?)» Onlar dedilər: «Biz bunun təzyiqinə mə­ruz qalmışıq. Allaha and olsun ki, alaqaranlıqdan indiyə kimi bizdən əl çəkmə­yib, bizi ox atəşinə tutub və hər şeyi (mal-qaranı, zireh­ləri­mizi və nizə­lərimizi) əlimizdən alıb. Abdurrəhman ibn Bədr əl-Fəzari dedi: «Dörd nəfər (danışıqlar aparmaq üçün) onun yanına get­sin!»

     Onlardan dördü mənim yanıma qalxdı. Mən danışmağa fürsət tapan kimi dedim: «Məni tanıyırsınızmı?» Onlar de­dilər: «Xeyr, sən kimsən?» Mən dedim: «Mən Sələmə ibn əl-Əkvayam. Məhəmmədin hör­mətini ucaldan Allaha and olsun ki, mən is­təsəm sizin hər birinizi öldürə bilərəm, an­caq siz is­təsəniz də məni öldürə bilməyəcək­siniz!» Onlar­dan biri: «Bəli! Zənn edirəm ki, o doğru deyir»- dedi və on­lar geri qayıtdılar. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) süvari qoşunu ağaclar ara­sından görünənədək mən tutduğum mövqeyi tərk etmə­dim. Qoşunun önündə Əxrəm əl-Əsədi (radiyallahu anhu), onun ar­dınca Əbu Qətadə əl-Ənsari (radiyallahu anhu), onun da ar­dın­ca Miqdad ibn əl-Əsvəd əl-Kindi (radiyallahu anhu) gəlirdi. Mən Əxrəmin (radiyallahu anhu) atının yüyə­nindən tutduqda o dedi: «Axı onlar qaçırlar!» Mən dedim: «Ey Əxrəm, onlardan özünü qoru! Mən istəmi­rəm ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) və səha­bələri gəlincəyə qədər onlar səni öldür­sünlər!» O dedi: «Ey Sələmə! Əgər sən Allaha və axirət gü­nünə, cən­nətin və cəhən­nəmin haqq olduğuna inanırsan­sa Onun yolunda şəhid olmağıma mane ol­ma!»

    Mən ona mane olmadım və o Abdurrəhman ibn Bədr əl-Fəzari ilə təkbətək göyüşdə şəhid oldu. O, yalnız Abdur­rəh­manın atını yaralaya bildi, Abdurrəhman isə onu öldürüb atına sahib oldu. Sonra Əbu Qətadə (radiyallahu anhu) Abdurrəhmanla təkbətək döyüşdü və qılıncla onu öldürdü. Məhəmmədin hörmətini ucaldan Allaha and olsun ki, mən onların ardınca qaçdım və arxada nə bir səha­bə, nə də onlardan bir toz-tor­paq (əsər-əlamət) gördüm. Müşrik­lər gün batmamışdan əv­vəl gəlib zu-Qərəd adlanan, su olan bir dərəyə çatdılar və susuzluqlarını ya­tırtmaq üçün suyun kənarına gəldilər. Son­ra nəzər salıb mənim onların dalınca gəldi­yimi, on­ları qa­baqladığımı görüb dərhal oranı tərk etdilər və bir qurtum belə o su­dan içə bilmədilər. Onlar yenə dağın döşünə çəkil­dilər. Mən qaça-qaça onlara yaxınlaşıb:

 

           Əkvanın oğluyam mən        Ölüm günüdür bu gün.

 

deyib qarşımdakı müşrikin çiynindən bir ox vurdum.

     O dedi: «Anası onu itirsin! Bu, səhərki Əkvadı?» Mən: «Bəli, ey nəfsinin düşməni! Mənəm, səhərki Əkva!»- deyə cavab ver­dim».

     Onlar dağın döşündə iki at tərk edib qaçdılar. Mən bu at­ları da sürüb Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına apardım və yolda Amirlə (radiyallahu anhu) rast­laşdım. Onun əlində birində bir az süd, di­gə­rində isə su olan iki tuluq var idi. Mən (süddən) içib (sudan) dəstəmaz aldıqdan sonra Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gəldim. O, müşriklərin tərk etdi­yi suyun kənarında oturmuş və onlardan aldığım dəvələ­ri, zi­rehləri və nizələri götür­müş­dü. Bilal (radiyallahu anhu) isə bu dəvələrdən birini kə­sib ciyərindən və hörgücündən Peyğəm­bər (sallallahu aleyhi və səlləm) üçün qı­zardırdı. Mən dedim: «Ey Allahın elçisi, izn ver səhabələrdən yüz nəfər seçib gö­türüm və onların ardınca gedib hamısını öldürüm!»

     Peyğəm­bər (sallallahu aleyhi və səlləm) azı dişləri tonqal işığında görünənə qə­dər (ürəkdən) güldü və dedi: «Ey Sələmə! Sən bunu bacara bilə­cəyinə arxayinsan?» Mən dedim: «Əlbəttə! Səni ən hörmətli edən Allaha and olsun ki, bacara­ram!» O dedi: «Hal hazırda onlar Ğətəfan diyarında gonaqdırlar!»

    Bu vaxt Ğətəfandan bir kişi gəlib dedi: «Filankəs onlar uçun bir dəvə kəs­di. Onlar dəvənin dərisini soyarkən üzə­rində olan toz-torpağı görüb: «Mü­səlmanlar gəlirlər»- deyə qaçıb getdilər.

   Ertəsi gün Peyğəm­bər (sallallahu aleyhi və səlləm) : «Bu günkü gündə ən yaxşı sü­varimiz Əbu Qətadə və ən yaxşı piyadamız Sə­ləmədir!» – deyib süvari və piyadalar üçün ayrılmış qənimət pay­ların­dan iki­si­ni (hərəsindən bir pay) mənə verdi. Sonra o məni öz arxasına, Adbaya26 min­dirdi və biz Mədinəyə qayıt­dıq. Yolda ən bərk qa­çan ənsarlardan biri: «Mədinəyə qədər ya­rışmaq istəyən varmı?»- deyə bir neçə dəfə təkrar etdi.

     Mən onun bu qəti tələbini eşitdikdə dedim: «Məgər sən alicə­nab, möhtə­rəm insanlara hörmət etmirsən?» O: «Xeyr, mən yal­nız Allahın elçisinə hörmət edirəm!»27- dedi. Mən Peyğəmbərə (sallallahu aleyhi və səlləm) : «Atam-anamsan ey Allahın elçi­si! İzn ver onunla yarışım» - dedim. O : «İstəyirsənsə yarış!» - dedi. Sonra mən (üzümü yarışmaq istəyən ənsara tutub): «Hazır­laş!»- dedim. Mən ayaqlarımı büküb qaçış vəziyyətini al­dım, sonra dərhal yerimdən sıçra­yıb qaçdım. Yolda nəfəsi­mi dərmək üçün bir müd­dət dayandıqdan sonra yenə onun ardınca qaçdım. Bir az sonra mən yenə yorğunluğumu al­maq üçün da­yandım. Sonra qalxıb onun dalınca qaçdım və nəhayət gəlib onu keçdikdə çiyninə vu­rub dedim: «Vallahi mən səni ötdüm!». O dedi: «Hesab edirəm ki, sən məni öt­dün».

   Beləliklə biz Mədinəyə qədər yarışdıq və mən onu arxada qoy­dum. Allaha and olsun ki, biz cəmi üç gün Mədinədə qal­dıqdan sonra Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə Xeybərə getdik. Bu vaxt əmim Amir (radiyallahu anhu) rəcəz ilə bu sözləri oxudu:

 

       Təllahi!28 İstəməsəydı Allah, düz yola gəlməzdik biz,

               Nə sədəqə verərdik, nə namaz qılardıq biz,        

               Olmasaydı lütfün Sənin, keçinə bilməzdik biz.

               Sabit et qədəmləri, düşmən gəldikdə bizə,          

               Sonra da bir təskinlik Özün nazil et bizə!

  Allahın elçisi (sallallahu aleyhi və səlləm) dedi: «Bu kimdir?»

     O dedi: «Mənəm, Amir». Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Rəbbin sə­ni bağışlasın!»- dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) kiməsə Allahdan xüsu­sən məğfirət dilə­yərdisə o şəxs mütləq şəhid olardı. Bu vaxt dəvəsinin üstündə əyləşmiş Ömər ibn əl-Xəttab (radiyallahu anhu) onu çağırıb dedi: «Ey Allahın Peyğəmbəri! İzn ver Amir oxusun biz də həzz alaq!»

     Biz Xeybərə gəlib çatdıqda düşmənin başçısı Mərhəb qabağa çıxıb qılıncını havada oynatdı və dedi:

                 Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!

                 Müharibə başlayıb döyüş alovlanarkən, 

                 Mahir silah ustası, təcrübəli ərəm mən.

 

   Bu vaxt əmim Amir (radiyallahu anhu) onunla təkbətək döyüşə çıxıb dedi:

 

                 Artıq Xeybər tanıdı, bildi ki Amirəm mən, 

                 Mahir silah ustası, çevik qəhrəmanam mən.

 

   Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc zər­bə­si en­dirdi. Mərhə­bin vurduğu qılınc Amirin (radiyallahu anhu) qalxanına dəydi. Amir (radiyallahu anhu) onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdıb ve­nasını kəsdi və o şəhid oldu. Mən bir neçə səha­bənin: «Amir intihar etdi və əməlləri puç oldu!»- dediyini eşitdim. Mən ağlaya-ağlaya Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedim: «Ey Allahın elçisi, Amirin əməlləri puç oldu!» Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) : «Bunu kim deyir?»- deyə soruşduq­da mən: «Sə­habələrin­dən bir neçəsi!» - deyə cavab verdim. O dedi: «Ya­lan deyirlər! Əksinə, o ikiqat savab qazandı!»

     O zaman Əli (radiyallahu anhu) gözlərinin ağ­rısından əziyyət çəkirdi və Pey­ğəmbər (sallallahu aleyhi və səlləm)  məni onun yanına göndərib dedi: «Mən bayrağı Allah və Onun rəsulunu sevən və (ya)29 Allah və rəsulunun sevdiyi bir şəxsə verəcəyəm!»

      Əli (radiyallahu anhu) göz ağrısından iztirab çəkdiyi üçün onun əlin­dən tutub Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gətirdim. O, Əlinin (radiyallahu anhu) gözlərinə tüpürdü və onun gözləri sağaldı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bayrağı ona verdik­dən sonra Mərhəb yenə qabağa çıxıb de­di:

 

                    Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!

                    Müharibə başlayıb döyüş alovlanarkən, 

                    Mahir silah ustası, təcrübəli ərəm mən.

     Əli (radiyallahu anhu) dedi:

 

                    Anamın  Heydər30 adlandırdığı mənəm,

                    Meşələr şiri tək zəhimli görkəmliyəm,

                    Düşmənləri pərən-pərən edib tez öldürürəm. 

 

     O, Mərhəbin baş nahiyəsinə qılınc zərbəsi endirib onu öldür­dü. Xeybər də məhz Əlinin (radiyallahu anhu) əli ilə fəth olundu».

     Muslim bu hədisin başqa isnadla da rəvayət olunduğunu qeyd etmişdir.

    Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 86)  de­miş­­dir­: «Abdullah ibn Məğəffəl əl-Muzəni (radiyallahu anhu) demişdir: «Biz Hü­deybiyyədə Pey­ğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə, Uca Allahın Quranda qeyd etdiyi ağacın31 altında toplaşmışdıq. O ağa­cın bu­daq­larından bəziləri onun belinə toxu­nurdu. Bu vaxt Əli ibn Əbi Talib (radiyallahu anhu) və Suheyl ibn Amr Pey­ğəmbə­rin (sallallahu aleyhi və səlləm) qarşı­sın­da oturmuşdular. Peyğəm­bə­r (sallallahu aleyhi və səlləm) Əliyə (radiyallahu anhu) əmr edib dedi: «Yaz! Rəhmli, Mərhəmətli Allahın adı ilə (Bismillahir-Rəh­manir-Rə­him)!» Su­heyl ibn Amr onun əlindən tutub dedi: «Müqaviləmiz­də «Bismil­lahir-Rəhma­nir-Rəhim!»– ifadəsi­nin yazılmasını qəbul etmirik. Bizim bildiyi­miz «Allahım, Sənin adınla başlayıram (Bis­mikə Allahummə)»- başlığını yaz!

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əliyə (radiyallahu anhu) : «Yaz! Allahım, Sə­nin adın­la başlayıram! Bu, Allahın elçisi Məhəmmədin Məkkə əhli ilə bağladığı sülh müqaviləsidir!»- dedi. Suheyl yenə onun əlindən tutub dedi: «Doğrudan da Onun elçisisənsə onda belə çıxır ki, biz sənə zülm etmişik. Sən bi­zim qəbul et­di­yi­miz başlığı yaz!»

  Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Mən Allahın elçisiyəm!» - dedi və ka­ti­bi­nə: «Bu Məhəmməd ibn Abdullah ibn Abdulmuttalibin bağ­ladığı sülh müqaviləsidir!» yazmağı əmr etdi. Elə bu vaxt silahlanmış otuz gənc bizə tərəf hücum etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Allaha dua etdi və onların gözləri kor oldu. Biz onları əsir tutub Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gətirdik. O : «Siz kiminləsə müqavilə bağlamağa gəlmisiniz, ya kimsə sizin təhlükə­siz­li­yinizə zəmanət ve­rib?»

    Onlar: «Xeyr!» - deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) on­la­ra heç bir cəza verməyib hamısını azad etdi və Uca Allah bu ayəni nazil etdi:    

   «Sizi onların üzərində qələbə çalmağa müvəffəq et­dik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir».

     Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (26-cı cild, səh. 94), Beyhəqi «Sünən» əsərində (6-cı cild, səh. 319) və Hakim «Mus­tədrək» əsərin­də (2-ci cild, səh. 461) rəvayət etmişlər.

     Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu qeyd et­mişdir. Lakin qeyd etmək lazımdır ki, Hakimin rəvayət etdiyi isnad heç də Buxari və Muslimin şərtlərinə müvafiq deyildir.

  Əbu Abdurrəhman demişdir: «Hüseyn ibn Vaqid Buxa­ri­nin istinad etdiyi ra­vilərdən deyildir». Həmçinin Buxari və Muslim, Sabitin Abdullah ibn Müğəf­fəldən rəvayət etdiyini deməmişlər. Mizzi bu isnadı «Tuhfətul-Əşraf» əsə­rində qeyd etmişdir. Həmçi­nin bu Əlainin «Camiut-Təhsil» əsə­rində də, öz təsdiqini tapıb.

        QEYD:  İbn Həcər «Fəthul-Bari» əsərində (5-ci cild, səh. 351) demişdir: «Bu ayənin məhz Əbu Bəsir (radiyallahu anhu) barə­sində nazil olması müəmmalıdır. Çün­ki Muslimin «Səhih» əsərində ayənin Sələmə ibn əl-Əkva (radiyallahu anhu) barəsində nazil ol­du­ğu, Əhmədin «Müs­nəd» və Nəsainin «Sünən» əsərlərində isə bu ayənin müsəlman­lara hücum edən silah­lanmış bir dəstə gənc barəsində nazil ol­duğu rəvayət olunmuşdur. Ayə­nin digər başqa səbəblərə görə nazil olduğu da mövcuddur».

     İbn Həcərin fikrini bu ayədəki

   «Məkkə vadisində» - ifadəsi təsdiqləyir. Çünki Əbu Bəsir (radiyallahu anhu) və onun camaatı Məkkə vadisində ol­mamışdılar. Daha doğrusu­nu isə Allah bilir!



1 [ Furat çayının sahilində, Riqqə və Minbəc arasında yerləşən qədim şəhə­rin adıdır. Bu­ra­da Əli (radiyallahu anhu) ilə Müaviyə (radiyallahu anhu) arasında müharibə baş vermişdir. «Fəthul Bari» 8/453. ]

2 [ O zaman döyüşdə Amr ibn əl-As (radiyallahu anhu) Quranları qal­dı­rıb Əli ibn Əbu Talibi (radiyallahu anhu) Allahın kitabına, sül­hə dəvət etməyi Müaviyəyə (radiyallahu anhu) nəsihət et­mişdi. Buna görə də Abdullah ibn Kivai gəlib Əliyə (radiyallahu anhu) belə demişdi. «Fəthul Bari» 8/453. ]

3 [ «Fəthul Bari» 8/453. ]

4 [ «Fəthul Bari» 8/453. ]

5 [ Qari - Quranı əzbər bilən şəxsə deyilir. «Mucəmul Vasit» səh. 722. ]

6 [ Başqa rəvayətdə: «min dörd yüz nəfər idi». «Səhih- Muslim», 12/174. ]

7 Dəvə dayandıqda onu yerindən tərpətmək üçün istifadə olunan kəlmə.

8 [ Peyğəmbərin r dəvəsinin adıdır. «Fəthul Bari» 5/395. ]

9 [ Burada ya haram sayılan yerdə döyüşməmək, ya da qohumluq əlaqələ­rini mökəmləndirmək qəsd edilir. «Fəthul Bari» 5/396. ]

10 [ Məkkə və onun ətrafına Tihamə deyilir. Həmçinin burada yaşayanlara isə Tihaməlilər deyilir. «Fəthul-Bari» 5/397. ]

11 [ Onların hər ikisi Qüreyş tayfasının ulu babalarındandır. Bunu deməklə o, «onların nəslindən olanları Məkkədə tərk edib gəlmişəm» demək istəyir. «Fəthul-Bari» 5/398. ]

12 [ «Fəthul-Bari» 5/398. ]

13 Bu hədisi Əbu Zərr (radiyallahu anhu) bu ləfz ilə rəvayət etmişdir. Lakin başqa ravilər - Əhməd və ibn İshaqın əsərlərində qeyd olunduğu kimi - «Mən sizin öv­ladınız, sizdə mənim valideynim hesab olunmur­su­nuz­mu?» - ləfzi ilə rəvayət etmişlər. Bu ləfz daha səhihdir. «Fəthul Bari», 5/399.

14 [Qüreyş və Səqif tayfalarının tapındıqları bütün adıdır. «Fəthul Bari», 5/401.]

15 [ Müğirə (radiyallahu anhu) Urvanın qardaşı oğludur. «Fəthul Bari», 5/402. ]

16 [ Təlbiyə etmək - yəni, «ləbbeykə Allahummə ləbbeykə»- demək.  «Mu­cəmul-Vəsit», 814. ]

17 [ Mə'mər, Əyyub və İkrimə hədisin başqa isnadında olan ravilərdir. ]

18 [ Bu müqavilə yalnız iki il davam etmişdir. «Fəthul Bari», 5/404. ]

19 [ «Fəthul Bari», 5/404. ]

20 [ Ömər ilk (radiyallahu anhu) dəfədən peyğəmbərin r əmri ilə razılaş­madığı üçün, xətasının kəffarəsi ola­raq bir çox saleh əməllər etdi. «Fəthul Bari», 5/408. ]

21 [ Səhabələr ya bu əmrin müstəhəb olduğunu başa düşmüş, ya müqavilə­nin pozulaca­ğı­na dair Allah tərəfindən vəhy nazil olacağına güman etmiş, ya­xud da xüsusən onlara həmin il Məkkəyə daxil olub ziyarət edəcəklərinə izn veriləcəyinə ümid etmişlər və buna görə də dərhal onun əmrini yerinə yetirmə­mişlər. «Fəthul Bari», 5/409. ]

22 [ «əl-Mumtəhinə» surəsi, 10. ]

23 [ Bu ifadə zahiri mənasından təhqirə bənzəyir, lakin ərəblər onu tərif üçün də deyirlər «Fəthul Bari», 5/412. ]

24 [ «əl-Fəth» surəsi, 24-26. ]

25 [ Rəcəz – şer (nəzm) ölçüsüdür. ]

26 [ Adba – dəvənin adıdır. ]

27 [ Yəni, onu bu yarışa çağırmıram! ]

28 [ Bu, Allaha and içmək üçün ifadə edilən – vəllahi; billahi; təllahi – söz birləşmələrin­dən biridir. ]

29 [ «Şərh Səhih Muslim», 12/391. ]

30 [ Heydər – şir deməkdir. Əlinin (radiyallahu anhu) anası, ana babasının – Əsəd ibn Hi­şam ibn Əbdümənafın – şərəfinə onu Əsəd (yəni, şir) adlandırmışdı. Sonra Əbu Talib gəlib ona Əli adı vermişdi. Mərhəb döyüşdən əvvəl yatıb yuxusunda bir şirin onu öldürdüyünü görmüşdü. Elə buna görə də Əli (radiyallahu anhu) onu bu cür hədə­ləmişdi. «Şərh Səhih Muslim», 12/391. ]

31 [ «əl-Fəth» surəsi, 18. ]

 


Baxılıb: 16837


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”