Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xislətləri / Dualar

Dualar

Dualar

 

Bu kitabı tamamlamağa bizi müvəffəq edən, Öz lütfü ilə bütün gözəl işləri yoluna qoyan Allaha həmd olsun!

Allahım, bütün həmd­lər Sənə məxsus­dur!

Alla­hım, Sənin verdiyin ne­mətlərdən artırdığını azaldan, uzaq­laş­dır­dığını yaxın­laşdıran, yaxınlaşdırdı­ğını uzaq­laş­dıran, mane oldu­ğunu verən, ver­diyi­nə də mane olan bir kimsə yoxdur!

Allahım, bizə verdiyin xeyir-bərə­kətin­i, Öz rəhmə­ti­ni, lütfünü və ruzini artır!

Allahım, Səndən dəyiş­məyən və yox olmayan tü­kən­məz nemətlər diləyi­rik!

Allahım, Səndən çətin gündə nemət və döyüş gü­nündə əmniyyət diləyi­rik!

Allahım, bizə verdiyin şeylərin pisli­yindən və ver­mədiyin şeylərin şərin­dən bunlara görə bəlaya düş­məkdən Sənə sığınırıq!

Allahım, bizə imanı sevdir və qəlbi­mizdə onu gö­zəl­ləşdir. Bizdə küfrə, güna­ha və asiliyə qarşı nifrət oyat. Bi­zi doğru yolda gedənlər­dən et!

Alla­hım, bizim canımızı müsəlman olaraq al, bizi müsəlman olaraq dirilt və bizi rüsvay etmə­dən, fit­nə­yə salma­dan əməlisalehlərə qovuşdur!

Allahım, insanları Sənin yo­lundan döndərən və Sə­nin elçilərini ya­lançı sayan kafirləri öldür. Onları cəza­landır və onlara əzab ver!

Allahım! Özlərinə Kitab ve­rilmiş kafirləri də məhv elə! Ey haqq olan İlah!

Allahım, hamıdan çox sevdiyimiz peyğəmbərimiz Muhəmmədi (səlləllahu əleyhi və səlləm ) doğru-düzgün tanımağı, tanıdıqdan sonra onun bu vəsflərini unutma­mağı və nə­ha­yət, bu dünyada heç olmasa bircə dəfə və bundan da çox onu yuxuları­mız­da gör­məyi bizlərə nəsib et!

Əzəmətli Ərşin Rəbbi olan Qüdrətli Allahdan, Onun gö­zəl adları və uca sifətləri ilə diləyirəm ki, bizləri Özünün sevdiyi və razı qaldığı sa­leh əməlləri yerinə yetirməyə və haqqı deməyə müvəffəq etsin, bizim işlə­rimizi yoluna qoysun, bizi, bizim valideynlərimizi, ha­belə cəmi müsəlman kişiləri və müsəlman qadınları, mümin kişiləri və mömin qadınları, onlardan həyatda olanları və ölüb gedənləri bağışlasın!


Baxılıb: 17636


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”