Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xislətləri / Bəzi hədis terminlərinin izahlı lüğəti

Bəzi hədis terminlərinin izahlı lüğəti

Bəzi hədis terminlərinin izahlı lüğəti

 

Həsən: Bu kəlmə  lüğətdə yaxşı, çox gözəl və s. məna­ları ifadə edir. İstilahi mənada isə İbn Həcərin tərifinə əsasla­nıb belə de­mək olar: “Hə­sən hədis, is­na­dının əvvəlindən axırı­na qədər (müha­fi­zə, yaxud yaz­dıq­larını qorumaq baxımından) də­qiqliyi az olan in­saf­lı ravinin ara­msız, sapdır­ma­dan (yəni, “şəzz” olma­dan) və qü­sursuz (yəni, “illə”siz) olaraq özü kimi­sin­dən xə­bər ver­diyi hədisdir.”

Həsən li-ğeyrihi:Həsən” kəlməsinin lüğəti və istilahi məna­sı artıq yuxa­rı­da izah olunub. “Li-ğeyrihi”  kəlməsinə gə­lincə, bu ərəbcə “li” ön qoşma­sın­dan, “ğeyrun” is­mindən və “hu” bitişən əvəz­liyindən əmələ gəl­miş kəlmədir. Ayrı-ayrılıqda “li” aidiyyət, mənsu­biyyət bildi­rir. “Ğey­run” kəl­məsi özgə, baş­qa və qeyri mə­na­larını, “hu” əvəzliyi isə onun, ona və onu məna­larını ifadə edir. İs­tilahi mənada isə bu, bir çox yollarla (isnad­larla) rəvayət olunmuş “daif” (zəif) hə­disdir ki, onun zəifliyinin səbəbi ravinin ya­lan­çı və ya fasiq olmasıyla əlaqəli deyildir. Bu növ hədis dərəcə etibarilə “həsən”­dən aşağı hesab olunur.

Həsən-Səhih: “Həsən” dərəcə etibarı ilə “səhih”dən aşağı hesab olunur. Elə isə fərqli mənaları olan bu iki istilahi terminləri necə cəm etmək olar? Artıq alimlər Tirmizi­nin bu ifadəsində olan məq­sədini müx­təlif cür izah etmişlər. Bu izahların ən gözəli isə ibn Hə­cərin iza­­hı­dır. Bunu da Suyuti təqdirəlayiq hesab et­mişdir. Xülasəsi budur:

– Əgər hədisin iki və daha çox isnadı varsa, bu ifa­də “Bu hədis bir is­nadla “həsən”, digər isnadla isə “sə­hih”dir” mənasını ifadə edir;

– Əgər hədisin yalnız bir isnadı varsa, bu ifadə “Bu hədis bir qrup alimin rəyinə görə “həsən”, digərlərinə görə isə “səhih”dir” mə­na­sını ifa­də edir.

İsnad: bu kəlmə  lüğətdə istinad, mənbə, də­lil-sübut, da­yaq və s. mənaları ifadə edir. İstilahi mə­na­da isə bu kəlmənin iki mə­nası var:

– Hədisi istinad olaraq rəvayət edənə aid etmək;

– Hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsi. Bu mənada o, “sə­nəd”in sinonimi hesab olunur.

Movsul: bu kəlmə ərəbcə “vəsələ”  felinin mə­lum növündən əmələ gəlmiş feli sifətdir. Belə isnada “mut­təsil” də deyilir. Bu kəlmə isə ərəbcə “ittəsələ”  felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu iki kəlmə: birləşdirilmiş, bitişdirilmiş, bağlanmış, əla­qədar və s. mənaları ifadə edir. İstilahi mənada isə sə­nədində bağlılıq olan isnad – “movsul” adlanır.

Muan'ən: bu kəlmə  ərəbcə “an'ənə”  fe­linin məlum nö­vündən əmələ gəlmiş feli sifət­dir.

İstilahi mənaya gəlincə, “filankəs filankəsdən” de­yilərək isnaddakı həmin filan­kəs­lərin birinin digə­rin­dən rəvayət etdiyi, yaxud xəbər verdiyi, yaxud da eşit­diyi bəyan edilmədən on­ların adından rəvayət olun­muş hədisə muan'ən deyilir.

Muan'in: bu kəlmə  ərəbcə “an'ənə”  fe­li­nin məlum nö­vündən əmələ gəlmiş feli sifət­dir. Hərfi tərcümədə “filankəs filankəs­dən” deyərək bir neçə ra­vidən rəvayət etmək məna­sını ifadə edir və bu üslubla rəvayət edən adama muan'in deyilir

İstilahi mənaya gəlincə, “filankəs filankəsdən” de­yərək isnaddakı həmin filankəs­lərin birinin digərindən rəvayət etdiyini, yaxud xəbər verdiyini, yaxud da eşit­diyini açıqlamadan onların adından hədis rəvayət edən adama muan'in deyilir.

Munqəti: bu kəlmə  ərəbcə “məqtu”  fe­linin məlum növün­dən əmələ gəlmiş feli sifət olub, kə­silmiş, ayrıl­mış və s. məna­ları ifa­də edir. İstilahi mə­na­da isə isnadının hər hansı bir ye­rində – ya əv­vəlin­də, ya orta­sında, ya da sonunda bağlılıq olmayan sənəd “mun­qəti” adlanır.

Mudəllis: buna ərəbcə tədlis , bunu edənə isə mudəllis  deyilir. Mudəllis: ərəbcə “dəl­ləsə” ( felinin məlum nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da ada­mal­da­dan, yalançı, fırıldaqçı, kələk­baz və s. mə­naları ifadə edir.

İstilahi mənada isə – bu, ravinin “tədlis” etməsi de­məkdir. “Tədlis” kəlməsi lüğətdə ya­lan, fırıldaq, kələk və s. məna­la­rı ifadə edir. İstilahi mənada “tədlis” üç növdür:

tədlis əl-isnad: bu, ravinin başqa bir ravidən eşit­mədiyi rəvayəti elə bir formada rə­vayət etməsidir ki, həm eşitməsi, həm də eşitməməsi ehti­mal edilir;

tədlis ət-təsviyə: bu, “müdəllis” ravinin öz şeyxin­dən “eşit­dim” deməklə hədis rəvayət etməsidir ki, o, isna­dın tərki­bində olan, bir-birilə rastlaşmış iki etibarlı ravinin arasında (hə­disi birin­dən eşidib digərinə çat­dırmaqda vasi­tə) olan etibarsız ravinin adını vur­ğu­la­mır və onlar­dan birin­cisi “müdəllis” də deyildir. Odur ki, “müdəllis” ravi (şey­xindən eşitdiyi hədisin isna­dını sadaladıq­da) elə bir ləfz gə­tirir ki, o iki etibarlı ravinin birinin digərindən həmin hədisi eşitməsi ehtimal edilir və beləliklə də isnadın tərkibi yalnız etibarlı ravilərdən ibarət olur.

tədlis əş-şuyux: bu, bir ravinin digərindən eşit­di­yi hə­disi rə­vayət etməsi­dir ki, həmin ra­vi öz şeyxinin tanınmaması üçün onu ya məşhur olmadığı adı ilə, ya kunyəsi ilə, ya nəsəbi ilə, ya da xas­səsi ilə qeyd edir.

Mun­kər: bu kəlmə  ərəbcə “ənkərə”  feli­nin məlum nö­vün­dən əmələ gəlmiş feli sifətdir: inkar olunmuş, ha­mı tərəfin­dən qəbul edilməmiş və s. mə­na­ları ifa­də edir. İstilahi mənada isə eti­barsız ravinin eti­barlı raviyə müxalif olaraq rəvayət etdiyi hədis “mün­kər” ad­lanır.

Mursəl: bu kəlmə  ərəbcə “ərsələ”  fe­li­nin məlum nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu söz gön­də­rilmiş, yollanmış və s. mənaları ifa­də edir.

İstilahi mənada isə – bu, o hədisdir ki, isnadının so­nun­da ta­biindən sonra gələn, Peyğəm­bərlə r tabiin ara­sında olan ravi buraxılmışdır.

Səhih: bu kəlmə  lüğətdə müxtəlif mənalarda istifadə olu­nur. Məsələn: sağlam, möhkəm, qıvraq, gümrah və s. İstilahi mə­nada – isnadı­nın əvvəlindən axırı­na qədər də­qiq olan insaflı ra­vi­nin aram­sız, sap­dırma­dan (“şazz” ol­ma­dan) və qüsursuz (muəlləlsiz) ola­raq özü kimisindən xəbər ver­diyi hədis­.

Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:

a) İsnadın aramsız olması: yəni isnadın əvvəlindən axırına qədər hədisin ravilərindən hər biri, onu özün­dən əvvəlki ravidən bilava­sitə götürmüş (eşitmiş) ol­sun; 

b) Ravinin insaflı olması, yəni hədisin ravilərindən hər biri müəy­­yən də­yərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həddi-büluğa çatmış, şüur­lu olmalı, fasiq və əxlaqsız olmamalıdır;

c) Ravinin dəqiq olması, yəni hədisin ravilərindən hər biri tam də­qiq olmalıdır. Belə ki, onun ya yaddaşı möhkəm olmalı, ya da yaz­dıqlarını qoru­maqda dəqiq olmalıdır;

e) “Şəzz” olmaması. Hədis “şəzz” olmamalıdır. Be­lə ki, rəvayəti “məq­bul” (“səhih”, yaxud “həsən”) sayı­lan ravinin özündən də nüfuzlu ravi­yə müxalif olması “şəzz” adlanır.

d) “Muəlləl” olmaması. Hədisdə (sənəddə və ya mətndə) “illə” ol­ma­malıdır. “İllə” hədisin mötəbər ol­masında naqislik əmələ gətirən giz­lin, anlaşıl­maz sə­bəbdir.

Şəzz: bu kəlmə  ərəbcə “şəzzə”  felinin məlum nö­vün­dən əmələ gəlmiş feli sifət olub, tək-tən­ha, yana çəkil­miş mənaları ifa­də edir. İstilahi mənada isə rəvayəti məqbul (“səhih”, yaxud “hə­sən”) sayı­lan ravinin özündən də nüfuzlu raviyə müxalif olaraq rə­vayət etdiyi hə­dis “şazz” adlanır.

Zəif: bu kəlmə  lüğətdə zəif, gücsüz, qeyri-qənaət­bəxş və s. mənaları ifadə edir. İstilahi mə­nada isə nəql etdiyi hədisə eti­mad olunma­yan eti­barsız ra­vi­yə «daif» deyilir. Hədislə bağlı ter­mi­nə gəlincə, onun da özünəməxsus istilahi mənası vardır. Belə ki, hə­­dis alimləri hədi­sə “daif” dedikdə, həsən hədisdən aşağı dərə­cə­də yer­lə­şən, yaxud özündə həsən hədisin vəsfini cəm etmə­yən, hər hansı şərt­lərindən biri olmayan hə­disi qəsd edirlər.


Baxılıb: 17005


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”