Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 371-ci fəsil. Peyğəmbərlərin adları

371-ci fəsil. Peyğəmbərlərin adları

371-ci fəsil. Peyğəmbərlərin adları

(836) – Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: “Özü­­nüzə mənim adımı qoyun, amma kunyamı1 qoymayın. Çünki Əbul-Qa­sım mənəm”.

                                                                                       [ Səhihdir ]

(837) – Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bazarda idi. Birdən bir kişi: “Ey Əbul-Qasim!”– deyə səsləndi. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) ona tərəf döndü. Kişi dedi: “Ey Allahın elçisi! Mən (səni deyil), bu adamı çağırdım. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: “Özünüzə mənim adımı qoyun, amma kunyamı qoymayın”.

                                                                                       [ Səhihdir ]

(838) – Yusuf ibn Abdullah ibn Səlam (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) mənə Yusuf adını verdi, məni qucağında otuzdurdu və mə­nim başımı sığalladı”.

                                                                                       [ Səhihdir ]

(839) – Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, bizlərdən – ən­sar­dan bir kişinin oğlu oldu. O, oğluna Muhəmməd adı vermək istədi. (Hədisin ravilərindən olan Şöbə deyir ki, “Mənsurun rəvayət etdiyi hədisdə deyilir ki, Ənsar dedi: “Mən uşağı boynumda Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) yanına gətirdim”. Suleymanın rəvayət etdiyi hədisdə isə de­yi­lir ki, “Onun oğlu oldu və ona Muhəmməd adını vermək istədi”.) Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: “Özünüzə mənim adımı qoyun, amma kun­ya­mı qoy­mayın. Belə ki, mən (Əbul-Qasim) sizin aranız­da (qə­ni­mətlə­ri ədalətlə) bölmək üçün ədalətlə bölən təyin edildim”.

Husaynın rəvayətində isə belə deyilir: “Belə ki, mən (Əbul-Qa­sim) sizin aranız­da (qə­ni­mətlə­ri ədalətlə) bölmək üçün ədalətlə bö­lən göndərildim”.

                                                                                       [ Səhihdir ]

(840) – Əbu Musa (radiyallahu anhu) rəvayət edir ki, mənim oğlum oldu. Mən onu Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gətirdim. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) ona İbrahim adı­nı ver­di. Sonra bir xurmanı əzib onun ağzına qoydu, onun üçün (Allah­dan) bərəkət dilədi və onu mənə qaytardı”.

Bu, Əbu Musanın böyük oğlu idi.

                                                                                       [ Səhihdir ]



1 Kunya – ismin əvvəlinə “əbu (ata)”, yaxud “ummu (ana)”, yaxud “ibn (oğul)”, yaxud da “bint (qız)” söz­lə­rindən birini qoşmaqla əmələ gələn lə­qəb və ya ayamadır.

 


Baxılıb: 10248

Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) Ummu Hani (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə baş çəkməyə gəldi və mən ona dedim: “Mən artıq yaşa dolmuşam, qocalıq məni əldən salıb. Mənə elə bir əməl öyrət ki, mən oturduğum yerdə ona əməl edim (və savab qazanım).” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Yüz dəfə “subhanəllah” de, bu, sənin üçün İsmayıl (ona Allahın salamı olsun) nəslindən yüz kölə azad etməyə bərabər olacaq. “Yüz dəfə “əlhəmdililləh” de, bu, sənin üçün Allah yolunda vuruşan mücahidlərin mindiyi, yəhərlənmiş və yüyənlənmiş yüz ata bərabər olacaq. Yüz dəfə “Allahu əkbər” de, bu, sənin üçün qurban kəsilmiş və Allah tərəfindən qəbul edilmiş yüz dəvəyə bərabər olacaq. Yüz dəfə “Lə ilahə illəllah” de, bu, sənin üçün yerlə göy arasını savabla dolduracaq. Və bu zikri etdiyin gün, - həmin zikri edən kimsə istisna olmaqla, - heç kəsin savabı səninkindən çox olmayacaq”