Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / Ön söz

Ön söz

Ön söz

Həqiqətən, şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlan­ma və bizi doğru yola yö­nəlt­­məyi diləyir, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qo­runmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət verərsə, o, doğru yol­da olar, kimi azdırarsa, onu doğru yo­la yönəldən tapıl­maz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan mə­bud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisi­dir.

«Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərz­də qor­xun və ancaq mü­səlman oldu­ğu­nuz halda ölün!»1

«Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, onun özün­dən zöv­­cəsini ya­radan və on­lar­dan da bir çox kişi və qa­dın tö­rədib yer üzünə yayan Rəb­bi­niz­dən qor­xun! Adı ilə bir-bi­ri­niz­dən cür­bə­cür şeylər istə­diyiniz Allahdan və qo­humluq əlaqə­lə­ri­ni kəsmək­dən çəkinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir.»2

«Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz da­nı­şın ki, O, sizin əməllərinizi islah et­sin və gü­nahlarınızı bağış­la­sın. Kim Allaha və Onun El­çi­sinə itaət etsə, böyük bir uğur qa­zanar.»3

Sonra isə:

Dinimizin əsas məqsədlərindən olan gözəl əxlaq sürətlə inkişaf edən bəşə­riy­yətdə öz aktuallığını bu gün də itirməyib və deyərdim ki, indi daha böyük əhəmiyyət kəsb edir. Bu məsələyə tez-tez mət­buat­da, televiziya və radio proqramlarında toxunulur. Sözsüz ki, bu çox müs­bət haldır və əxlaq mövzusu ilə bağlı təşkil edilən hər belə müza­kirə insanlara örnək ola biləcək əxlaqi keyfiyyət meyarının ax­tarışına çev­rilir. Fikir azadlığına məxsus hər bir şəxs əxlaq mə­sə­lə­sin­də özünün müəy­yən meyarlara söy­kəndiyini ifadə edir. Mən də öz növ­bəmdə bu risalə vasitəsilə özümə əsas əxlaq nümunəsi (meyarı) seçdiyim kəs barədə sizinlə söhbət aç­mağı qar­şıma məqsəd qoydum. Bu nümunə, digər qlobal məsə­lələrdə olduğu kimi, əxlaq məsə­lə­sin­də də insanlığa rəhmət olaraq göndə­rilmiş Peyğəmbəri­mizdir (sallallahu aleyhi və səlləm). Bu­nu mənə belə deməyə Uca Allahın buyurduqları əsas verir:

“Həqiqətən də, sən böyük əxlaq sa­hibisən!”4

“Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir.5

Bu ayələrdən təsirlənərək bu mövzunun – Peyğəm­bəri­mi­zin (sallallahu aleyhi və səlləm) əxla­qının bəşəriyyətə necə böyük fayda verəcəyini nəzərə alıb, bu xü­susda varid olan hədisləri sizə çatdırmaq istədim. Uca Allah bu iş­­də bizə kö­mək olsun!

Qeyd etmək istərdim ki, bu risalədə istifadə olunan hədisləri məş­hur hədis alimi Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxarinin is­nadla gətirdiyini nəzərə alıb, hədisləri bir-birinə ötürən ravilərin sil­si­lə­sini qı­saltmaqla yalnız hədisi rəvayət edən birinci ravi ilə kifa­yətlən­mi­şəm. Hədislərin hökmlərini və onların etibarlılıq dərəcə­lə­rini şeyx Muhəmməd Na­sirəd­din əl-Albani müəyyən etmişdir. Diq­qə­ti­nizə çatdırmaq istərdim ki, əl-Buxari­nin topla­dığı bu hədislər ara­sında zəif hədislərin olma­sı sizi təəccübləndirməsin. Belə ki, alim bu hədisləri topladıqda özünün “Səhih əl-Cami” əsərində oldu­ğu kimi, yalnız səhih hədisləri toplamağı qarşısına məqsəd qoyma­mış­dır. Odur ki, bu kitabda həm səhih, həm həsən, həm də zəif hədislər vardır.

Hədis terminlərinin mənasını isə aşağıdakı kimi izah etmişəm:

İsnad. Bu kəlmə [ إِسْنَادٌ ] lüğətdə istinad, mənbə, dəlil-sübut, da­yaq və s. mənaları ifadə edir. İstilahi mənada isə bu kəlmənin iki mə­nası var:

– Hədisi istinad olaraq rəvayət edənə aid etmək;

– Hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsi. Bu mənada o, «sənəd»in sinonimi hesab olunur.

Həsən. Bu kəlmə [ حَسَنٌ ] lüğətdə yaxşı, çox gözəl və s. məna­ları ifadə edir. İstilahi mənada isə İbn Həcərin tərifinə əsasla­nıb belə de­mək olar: «Hə­sən hədis, isnadının əvvəlindən axırı­na qədər [müha­fi­zə, yaxud yaz­dıq­larını qorumaq baxımından] də­qiqliyi az olan in­saf­lı ravinin ara­msız, sapdır­ma­dan [“şazz” olma­dan] və qü­sursuz [«illə»siz] olaraq özü kimisin­dən xəbər ver­diyi hədisdir».

Həsən li-ğeyrihi. «Həsən» kəlməsinin lüğəti və istilahi məna­sı artıq yuxa­rı­da izah olunub. «Li-ğeyrihi» [ لِغَيْرِهِ ] kəlməsinə gə­lincə, bu ərəbcə «li» ön qoşmasından, «ğeyrun» is­mindən və «hu» bitişən əvəz­liyindən əmələ gəl­miş kəlmədir. Ayrı-ayrılıqda «li» aidiyyət, mənsu­biyyət bildi­rir. «Ğey­run» kəl­məsi özgə, baş­qa və qeyri mə­na­larını, «hu» əvəzliyi isə onun, ona və onu məna­larını ifadə edir. İs­tilahi mənada isə bu, bir çox yollarla [isnad­larla] rəvayət olunmuş «daif» (zəif) hədisdir ki, onun zəifliyinin səbəbi ravinin ya­lan­çı və ya fasiq olmasıyla əlaqəli deyildir. Bu növ hədis dərəcə etibarilə «həsən»­dən aşağı hesab olunur.

Həsən-Səhih. «Həsən» dərəcə etibarı ilə «səhih»dən aşağı hesab olunur. Elə isə fərqli mənaları olan bu iki istilahi terminləri necə cəm etmək olar? Artıq alimlər Tirmizi­nin bu ifadəsində olan məq­sədini müx­təlif cür izah etmişlər. Bu izahların ən gözəli isə ibn Hə­cərin iza­hı­dır. Bunu da Suyuti təqdirəlayiq hesab et­mişdir. Xülasəsi budur:

– Əgər hədisin iki və daha çox isnadı varsa, bu ifadə “Bu hədis bir is­nadla «həsən», digər isnadla isə «səhih»dir” mənasını ifadə edir;

– Əgər hədisin yalnız bir isnadı varsa, bu ifadə “Bu hədis bir qrup alimin rəyinə görə «həsən», digərlərinə görə isə «səhih»dir” mə­na­sını ifadə edir.

Münqəti. Bu kəlmə [ مَقَطُوعٌ ] ərəbcə «məqtu» [ قَطَعَ ] felinin məc­hul növün­dən əmələ gəlmiş feli sifət olub, kəsilmiş, ayrıl­mış və s. məna­ları ifa­də edir. İstilahi mənada isə isnadının hər hansı bir ye­rində – ya əv­vəlin­də, ya orta­sında, ya da sonunda bağlılıq olmayan sənəd «məqtu» adlanır.

Münkər. Bu kəlmə [ مُنْكَرٌ ] ərəbcə «ənkərə» [ أنْكَرَ ] felinin məchul nö­vün­dən əmələ gəlmiş feli sifətdir: inkar olunmuş, ha­mı tərəfin­dən qəbul edilməmiş və s. mənaları ifa­də edir. İstilahi mənada isə eti­barsız ravinin etibarlı raviyə müxalif olaraq rəvayət etdiyi hədis «münkər» ad­lanır.

Səhih. Bu kəlmə [ صَحِيحٌ ] lüğətdə müxtəlif mənalarda istifadə olu­nur. Məsələn: sağlam, möhkəm, qıvraq, gümrah və s. İstilahi mə­nada – isnadı­nın əvvəlindən axırı­na qədər də­qiq olan insaflı ra­vi­nin aram­sız, sapdırma­dan [“şazz” ol­ma­dan] və qüsursuz [müəlləlsiz] ola­raq özü kimisindən xəbər ver­diyi hədis­.

Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:

a) isnadın aramsız olması: yəni isnadın əvvəlindən axırına qədər hədisin ravilərindən hər biri, onu özündən əvvəlki ravidən bilava­sitə götürmüş [eşitmiş] olsun; 

b) ravinin insaflı olması, yəni hədisin ravilərindən hər biri müəy­­yən də­yərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həddi-büluğa çatmış, şüur­lu olmalı, fasiq və əxlaqsız olmamalıdır;

c) ravinin dəqiq olması, yəni hədisin ravilərindən hər biri tam də­qiq olmalıdır. Belə ki, onun ya yaddaşı möhkəm olmalı, ya da yaz­dıqlarını qoru­maqda dəqiq olmalıdır;

e) “şazz” olmaması. Hədis “şazz” olmamalıdır. Belə ki, rəvayəti «məq­bul» [«səhih», yaxud «həsən»] sayılan ravinin özündən də nüfuzlu ravi­yə müxalif olması “şazz” adlanır.

d) “müəlləl” olmaması. Hədisdə [sənəddə və ya mətndə] «illə» ol­ma­malıdır. «İllə» hədisin mötəbər olmasında naqislik əmələ gətirən giz­lin, anlaşıl­maz səbəbdir.

Səhih li-ğeyrihi. «Səhih» və «li-ğeyrihi» kəlmələrinin ayrı-ayrı­lıqda lüğəti və istilahi məna­sı artıq yuxarıda izah olunub. İstilahi mənada isə bu, özünün mislində və ya özündən də qüv­vətli olan başqa bir yolla [isnadla] rəvayət olunmuş «həsən» hədisdir. Bu növ hədis dərəcə etibarilə «sə­hih»dən aşağı hesab olunur.

Şazz. Bu kəlmə [ شَاذ ] ərəbcə «şəzzə» [ شَذ ] felinin məlum nö­vün­dən əmələ gəlmiş feli sifət olub, tək-tənha, yana çəkil­miş mənaları ifa­də edir. İstilahi mənada isə rəvayəti məqbul [«səhih», yaxud «hə­sən»] sayı­lan ravinin özündən də nüfuzlu raviyə müxalif olaraq rə­vayət etdiyi hə­dis “şazz” adlanır.

Zəif. Bu kəlmə [ ضَعِيفٌ ] lüğətdə zəif, gücsüz, qeyri-qənaət­bəxş və s. mənaları ifadə edir. İstilahi mə­nada isə nəql etdiyi hədisə eti­mad olunma­yan eti­barsız raviyə «daif» deyilir. Hədislə bağlı ter­mi­nə gəlincə, onun da özünəməxsus istilahi mənası vardır. Belə ki, hə­­dis alimləri hədi­sə «daif» dedikdə, həsən hədisdən aşağı dərə­cə­də yer­lə­şən, yaxud özündə həsən hədisin vəsfini cəm etmə­yən, hər hansı şərt­lərindən biri olmayan hədisi qəsd edirlər.

Diqqətli oxucu üçün kitabda Peyğəmbərin, səhabələrin adlarına bitişik yazının nə olduğunu bildirmək istərdim. Belə ki, (sallallahu aleyhi və səlləm) işarə­si­nin  mənası  “ona Allahın sala­vatı və salamı olsun” bildirir.

(radiyallahu anhu)  işarəsi  kişi cinsinə aid olub “Allah on­dan razı olsun” mənasını verir.

(radiyallahu anhə)  işarəsi  qadın cinsinə aid olub “Allah ondan razı olsun” mənasını verir.

(radiyallahu anhumə)  işarəsi  “Allah on­la­rın ikisindən də razı olsun” mənasını verir.

Sonda Uca Allahdan bu risalənin onu oxuyanlar üçün faydalı olmasını dilə­yir və hamımızın əxlaqının Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) əxlaqı kimi gözəl ol­masını arzulayıram.

 

Ə.Musayev

21.12.2005

 



1 Ali-İmran, 102.

2 ən-Nisa, 1.

3 əl-Əhzab, 70-71.

4 əl-Qələm, 4.

5 əl-Əhzab, 21.

 


Baxılıb: 16070


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”