Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 6-cı fəsil. Valideynlərə etdiklərinin əvəzini vermək

6-cı fəsil. Valideynlərə etdiklərinin əvəzini vermək

6-cı fəsil.

Valideynlərə etdiklərinin əvəzini vermək

(10) – Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə dedi: “Övlad valideynə onun üçün etdiklərinin əvəzini (heç nə ilə) qay­tara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır”.

                                                                                       [ Səhihdir ]

(11) – Əbu Burdə (radiyallahu anhu) deyir ki, mən ibn Ömərlə (radiyallahu anhumə) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kəbəni təvaf edir və deyirdi:

Doğrusu, anamın müti dəvəsiyəm, 

Dəvə yorulsa da, yorulan deyiləm.

Sonra kişi dedi: “Ey ibn Ömər! Bir de görüm, anamın mənə elə­dik­lərinin əvəzini verdimmi?” İbn Ömər dedi: “Xeyr! (Bu elə­diyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir”.

Bunun ardından ibn Ömər təvaf etdi. (Kəbəni təvaf edib biti­rən kimi) İbrahim məqamına gəlib iki rükət namaz qıldı. Sonra da dedi: “Ey ibn Əbu Musa! Həqiqətən, hər iki rükət namaz onlardan öncə­ki gü­nahları silir”.

                                                                            [ İsnadı səhihdir ]

(12) – Mərvan (hərdən) Əbu Hureyranı (radiyallahu anhu) başçı təyin edərdi. O zaman Əbu Hureyra Zil-Huleyfədə olarkən, anası bir evdə, özü də başqa bir evdə olardı. Bayıra çıxmaq istəyəndə anasının qapısı önün­də durub deyərdi: “Sənə salam olsun, ey ana! Allahın mərhə­mə­ti və Onun bərəkəti (sənə yetişsin)!” Anası isə deyərdi: “Sənə də salam olsun, ey oğlum! Allahın mərhəməti və Onun bərəkəti (sənə də ye­tiş­­sin)!” O yenə deyərdi: “Məni körpəliyimdən tərbiyə edib bəs­lə­di­yin kimi, Allah da sənə rəhm etsin!” Anası isə deyərdi: “Sən mənə qoca­lığın ən düş­kün dövründə qayğı göstərdiyin kimi, Allah da sənə rəhm etsin!” Sonra (Əbu Hureyra) evinə qayıtdıqda bunları eynilə təkrar edərdi.

                                                                               [ İsnadı zəifdir ]

(13) – Abdullah ibn Amr (radiyallahu anhu) demişdir: “Bir kişi ata-anasını gö­zü­yaşlı qoyub Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gəldi ki, hicrət (cihad) etmək üçün ona beyət1 etsin. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: “Onların yanına qayıt! On­­ları necə ağlatmısansa, eləcə də güldür.”

                                                                                       [ Səhihdir ]

(14) – Ummu Haninin (radiyallahu anhə) himayəsində olan Əbu Murra rəvayət edir ki, mən Əbu Hureyra ilə birgə onun yaşadığı yerə Əqiqə (Zil-Huleyfəyə) gəldim. O, yaşadığı yerə gəlib çatdıqda uca səslə ça­ğı­rıb dedi: “Sənə salam olsun, ay ana! Allahın mərhəməti və Onun bə­rə­kəti (sənə yetiş­sin)!” Anası dedi: “Sənə də salam olsun! Allahın mər­­hə­mə­ti və Onun bərəkəti (sənə də yetişsin)!” O dedi: “Məni kör­pə­li­yimdən tər­biyə edib bəslədiyin kimi, Allah da sənə rəhm etsin!” Ana­sı dedi: “Oğlum! Sən mənə qocalığın ən düşkün çağında qayğı göstər­di­yin ki­mi, Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın!”

                                                                           [ İsnadı səhihdir ]



1 Peyğəm­bərin r dəvətini qəbul edərək ona tabe və sadiq olma.

 


Baxılıb: 16201


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”