Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 9-cu fəsil. Günah işlərdən başqa (hər bir işdə) valideynlərin qayğısına qalmaq

9-cu fəsil. Günah işlərdən başqa (hər bir işdə) valideynlərin qayğısına qalmaq

9-cu fəsil. Günah işlərdən başqa (hər bir işdə)

valideynlərin qayğısına qalmaq

(18) – Əbud-Dərda (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) mənə doq­quz şeyi tövsiyə etdi: “Tikə-tikə edilsən, yaxud yandırılsan belə, heç nəyi Allaha şərik qoşma. Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xəta-bəladan qorun­maz. Şərab içmə. Çünki o, hər bir şər əmələ açardır. Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək. Özünün haqq oldu­ğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə. Həlak olsan da, yoldaşların cihaddan qaçmış ol­sa da sən qaç­ma. Va­rından öz ailənə xərclə, dəyənəyini onların üzə­rin­dən qal­dırma və on­ları qüdrətli və əzəmətli Allahla qorxut”.

                                                                                      [ Həsəndir ]

(19) – Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Mən ata-anamı gözüyaşlı qoyub gəl­mi­şəm ki, hicrət (cihad) etmək üçün sənə beyət edim”. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: “Ata-ananın yanına qayıt! Onları necə ağlar qoymu­sansa, elə də gül­dür!”

                                                                                       [ Səhihdir ]

(20) – Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəm­­bərin (sallallahu aleyhi və səlləm) yanına gəlib cihada getmək istədiyini ona bildirdi. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) soruşdu: “Valideynlərin sağdırmı?” O: “Bəli!”– deyə cavab verdi. Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: “Elə isə onlar üçün çalış!”

                                                                                       [ Səhihdir ]


Baxılıb: 16277


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”