Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 13-cü fəsil. Müşrik valideynin qayğısına qalmaq

13-cü fəsil. Müşrik valideynin qayğısına qalmaq

13-cü fəsil.

Müşrik valideynin qayğısına qalmaq

 

(24) – Sə'd ibn Əbu Vəqqas (radiyallahu anhu) demişdir: “Uca Allahın Kita­bında mənim barəmdə dörd ayə nazil olmuşdur:

(Birincisi) Anam and içdi ki, mən Muhəmməddən (sallallahu aleyhi və səlləm) ayrılmayın­ca yeməyəcək, içməyəcəkdir. Qüdrətli və əzəmətli Allah da bu ayə­ni na­zil etdi:

“Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məcbur etməyə cəhd gös­tər­sələr, onlara güzəş­tə get­mə! Dün­ya­da onlarla gözəl dav­ran”1.

İkincisi: Mən (qənimətdən) xoşuma gələn bir qılıncı götürüb: “Ey Allahın elçisi! Bunu mənə bağışla”– dedim. Bu vaxt ayə nazil oldu:

“Səndən qənimətlər haq­qın­da so­ru­şurlar...”2

Üçüncüsü: Mən xəstələnmişdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə baş çək­di və mən soruşdum: “Ey Allahın elçisi! Mən varımı bölmək istəyi­rəm. Ya­rısını vəsiyyət edə bilərəmmi?” O: “Xeyr!”– deyə cavab ver­di. Mən yenə soruşdum: “Bəs üçdə birini?” O susdu. Bu hadisə­dən sonra malın üçdə birinin vəsiyyət edilməsinə izin verildi.

Dördüncüsü: Mən ənsarla3 birgə şərab içdim. Onlardan biri (Mə­­dinə yaxınlığındakı) Luha-Cəməldə mənim burnuma vurdu. (Ertəsi gün) mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldim. Bu vaxt qüdrətli və əzə­mətli Allah şərabın haram olması barədə ayə4 nazil etdi.

                                                                                       [ Səhihdir ]

(25) – Əsma bint Əbu Bəkr (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dövründə anam mənimlə görüşmək üçün yanıma gəldi. Mən Pey­ğəm­bərdən (sallallahu aleyhi və səlləm): “Onunla görüşümmü?”– deyə soruşdum. O: “Bəli!”– de­yə cavab verdi.

(Hədisi danışan ravi) ibn Uyeynə deyir ki, qüdrətli və əzəmətli Allah onun barəsində (bu ayəni) nazil etdi.

“Allah din uğrunda sizin­lə vuruş­mayan və sizi öz diya­rı­nız­dan qo­vub çıxartmayan kim­sələrə yaxşılıq etmə­nizi və onlarla in­saf­la dav­ranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olan­ları se­vir.”5

                                                                                       [ Səhihdir ]

(26) – İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Ömər satılan siyra bü­rün­cə­yini6 görüncə dedi: “Ey Allahın elçisi, bunu al. Sən onu həm Cümə gü­nü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə ge­yi­nər­­sən”. O dedi: “Bunu ancaq (Axirətdə) heç bir payı olma­yan­lar ge­yi­nər!” Son­ra həmin bürün­cəkdən bir neçəsini Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) gə­tir­­dilər. O da Ömərə bir bürüncək göndərdi. Ömər dedi: “Mən onu necə geyinə bilərəm ki, sən onun haqqında dediyini artıq demi­sən.” O dedi: “Mən onu sənə verməmişəm ki, geyinəsən. Vermişəm ki, onu ya satasan ya da başqasına bağışlayasan”. Ömər onu Mək­kədə ya­şa­yan doğma qardaşına göndərdi. Qardaşı isə hələ İslamı qəbul etmə­mişdi.

                                                                                       [ Səhihdir ]



1 Loğman, 15.

2 əl-Ənfal, 1.

3 Ənsar – Peyğəmbərə r və mühacirlərə sığınacaq verib kömək edən Mədinə sakinləri.

4 əl-Maidə, 90-91.

5 əl-Mumtəhinə, 8.

6 Tərkibində ipək olan parçadan tikilmiş libas.

 


Baxılıb: 16176


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”