Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 17-ci fəsil. Valideynlərin duası

17-ci fəsil. Valideynlərin duası

17-ci fəsil. Valideynlərin duası

(32) – Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Üç (kimsənin etdiyi) dua var ki, onların qəbul olunmasına heç bir şəkk-şübhə yox­dur – məzlumun duası, müsafirin duası və validey­nin övladına etdiyi bəddua”.

                                                                                      [ Həsəndir ]

(33) – Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dedi­yini eşitdim: “Doğulan körpələrdən beşikdə ikən ancaq Mər­yəm oğlu İsa, Allahın ona salavatı və salamı olsun, – və Cureycin din­dirdiyi (körpə) danış­mışdır”. (Səhabələr) soruşdu: “Ey Allahın peyğəmbəri! Cureycin dindirdiyi (körpə) kimdir?” O dedi: “Cureyc rahib olub. Onun bir koması var idi. O vaxt­lar mal-qara otaran na­xırçı onun komasının aşağı tərəfinə gələr, kənd sakinlərindən olan (pozğun) bir qadın da həmin naxırçı ilə yaxın­lıq edərdi. Günlərin bir günü (Cureycin) anası gəlib: “Ey Cu­reyc!”– deyə onu çağırdı. Bu vaxt o namaz qılırdı. Odur ki namazda ikən öz-özünə: “Anam­mı, ya namazmı?”– dedi, sonra da namazı (anasına cavab ver­mək­dən) üstün tutdu. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özü­nə: “Anammı, ya namazmı?”– dedi, sonra da namazı üstün tutdu. Ana­sı üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı, ya na­mazmı?”– dedi, sonra da namazı üstün tutdu. Elə ki anasına ca­vab ver­mədi, anası: “Ey Cureyc! Zinakar qadınların üzünə bax­ma­­yın­ca, Allah səni öldürmə­sin!”– dedi, sonra da çıxıb getdi. (Na­xırçı ilə yaxınlıq etmiş) o qadını (zinadan do­ğulmuş) körpəsi ilə bir­gə pad­şahın yanına gətirdilər. Pad­şah soruşdu: “(Uşaq) kimdən­dir?” Qadın: “Cu­reycdən­dir!”– deyə ca­vab verdi. Pad­şah yenə soruşdu: “Komanın sahi­bimi?” Qadın: “Bəli!”– deyə cavab verdi. Pad­şah de­di: “Onun koma­sını da­ğı­dın, özünü də yanıma gəti­rin!” Onun ko­ma­sını yerlə yeksan olana qədər balta ilə qırıq-qırıq etdi­lər. Əllərini ip­lə boynuna bağla­dılar. Sonra da onu (padşahın yanına) apardılar. Cureyc zinakar qadın­ların yanından keçərkən onları görüb gü­lüm­sədi. Onlar da camaatın ara­sın­dan ona baxır­dı­lar. Padşah dedi: “Bi­lirsən bu qadın nə iddia edir?” Cu­reyc soruş­du: “Nə iddia edir?” Padşah dedi: “İddia edir ki, uşağı sən­dən­dir”. Cureyc (qadına) de­di: “Doğrudan sən (belə) iddia edir­sən?” Qadın: “Bəli!”– deyə ca­vab ver­di. Cureyc soruşdu: “O körpə harada­dır?” Dedilər: “Budur, qa­dı­nın otağında!” Cureyc ona yaxın­laşıb so­ruş­du: “Atan kimdir?” (Kör­pə): “Naxırçıdır!”– deyə cavab verdi. Pad­şah (Cureycin təqsiri ol­ma­dı­ğını anlayıb) dedi: “Ko­manı qızıldan düzəl­dəkmi?” O: “Xeyr!”– deyə cavab verdi. Padşah dedi: “Bəs gümüşdən necə?” O yenə də: “Xeyr!”– deyə cavab verdi. Padşah dedi: “Bəs necə edək?” O dedi: “Onu əvvəl­ki şəklinə qay­ta­rın!” Padşah soruşdu: “Bəs nə üçün gü­lümsədin?” O: “Bil­diyim bir şeyə gülüm­sədim, anamın duası mənə yetişdi”– dedi, sonra da (başına gələni) onlara danışdı”.

                                                                                      [ Səhihdir ]


Baxılıb: 16020


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”