Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 26-cı fəsil. Qohumluq əlaqələrini möhkəmləndirmək

26-cı fəsil. Qohumluq əlaqələrini möhkəmləndirmək

26-cı fəsil.

Qohumluq əlaqələrini möhkəmləndirmək

(49) – Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səfərdə ikən bir bədəvi gəlib ona dedi: “Məni Cənnətə yaxın­laş­dı­ra­caq və Cəhənnəmdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver”. O dedi: “Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir”.

                                                                                       [ Səhihdir ]

(50) – Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Qüd­­rətli və əzəmətli Allah məxluqatı yaratdı. Yaradılışı başa çatdır­dıq­dan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah ona) dedi: “Nə is­təyirsən?” O dedi: “Bu, qohumluq əlaqələrini kəsmək­dən Sənə sı­ğı­na­nın məqamıdır”. (Allah) dedi: “Səni birləşdirəni birləşdir­məyi­mə, kəsəni də kəsmə­yimə razı deyilsənmi?” O dedi: “Əlbəttə (razıyam), ya Rəbb!” (Allah) dedi: “Sənin üçün məhz belə olacaq!”

Sonra Əbu Hureyra dedi: “İstəyirsinizsə bu ayəni oxuyun:

“Əgər haqdan üz çevir­sə­niz, ola bil­sin ki, yer üzündə fitnə-fə­sad törə­də­si­niz və qo­humluq əlaqələrini kəsə­siniz”1.

                                                                                       [ Səhihdir ]

(51) – İbn Abbas (radiyallahu anhumə):

“Qohum-əqrəbaya da, yox­sula da, mü­safirə də haqqını ver...”2 – ayəsini belə izah etmişdir: “Uca Allah ilk əvvəl ən vacib haqları ödəməyi buyurur və imkanlı adama ən fəzilətli əməlləri göstərib deyir:

“Qohum-əqrəbaya da, yox­sula da, mü­safirə də haqqını ver”. Heç bir şeyi olmayana isə nə deyəcəyini öyrədib buyu­rur:

 

“Əgər sən Rəbbindən di­lə­diyin mər­həməti umaraq on­ların üzü­nə bax­mırsansa (imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə), onda on­lara xoş söz de”3, yəni gözəl vəd ver. Sanki belə bir şey olub və bəlkə də Allah istəsə olacaq da.

“Əlini nə qoynunda giz­lət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də is­rafçı). Yoxsa qı­nanmış və peşman və­ziy­yətdə qalarsan”4. (Ehtiyacı olana) heç nə vermirsən, yaxud hər şeyini verir­sən, beləliklə də yanına gəlib səndən bir şey ala bilmə­yən kəs səni qına­yar, çox alan isə səni peşman edər”.

                                                                               [ İsnadı zəifdir ]



1 Muhəmməd, 22.

2 əl-İsra, 26.

3 əl-İsra, 28.

4 əl-İsra, 29.

 


Baxılıb: 15998


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”