Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 27-ci fəsil. Qohumluq əlaqələrini möhkəmləndirməyin fəziləti

27-ci fəsil. Qohumluq əlaqələrini möhkəmləndirməyin fəziləti

27-ci fəsil. Qohumluq əlaqələrini

möhkəmləndirməyin fəziləti

(52) – Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla müla­yim danışır, onlarsa mənimlə kobud rəftar edirlər”. O dedi: “Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yediz­di­rir­sən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanın­da (onların əziyyətlərini dəf edən) köməkçi olar”.

                                                                                       [ Səhihdir ]

(53) – Abdurrəhman ibn Auf (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Qüdrətli və əzəmətli Allah dedi: “Mən ər-Rəhmanam! Mən rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adım­dan ona ad verdim. Kim onu möhkəmləndirsə, Mən onu rəhməti­mə qovuşdura­ram. Kim onu kəssə, Mən də onu kəsərəm”.

                                                                                      [ Səhihdir ]

(54) –  Əbul Ənbəs rəvayət edir ki, mən bostana – Abdullah ibn Am­rın (radiyallahu anhu) Taifdəki yerinə gəldim. O dedi: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) bar­ma­ğı­nı bizə işarə edib dedi: “Rəhm ər-Rəhmandan bir şəcnədir.1 Kim onu möhkəmləndirsə, O, onu rəhmətinə qovuşdura­r. Kim də onu kəssə, O, onu kəsər. Qiyamət günü onun fəsahətli, bəlağətli dili ola­caqdır”.

                                                                                       [ Səhihdir ]

(55) – Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Rəhm Allah­dan bir şəcnədir. Kim onu möhkəmləndirsə, Allah onu rəhmətinə qo­vuşdura­r. Kim də onu kəssə, Allah onu kəsər”.

                                                                                       [ Səhihdir ]



1 Qohumluq əlaqəsi Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlə­rin­dəndir.

 


Baxılıb: 15966


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”