Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 30-cu fəsil. Ən yaxın və ən yaxın olanların qayğısına qalmaq

30-cu fəsil. Ən yaxın və ən yaxın olanların qayğısına qalmaq

30-cu fəsil. Ən yaxın və ən yaxın

olanların qayğısına qalmaq

(60) – Miqdam ibn Mə'dikərib (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Həqiqətən, Allah sizə analarınızın qeydinə qal­mağı, sonra (yenə) analarınızın qeydinə qalmağı, sonra ataları­nı­zın qeydinə qalmağı, sonra da ən yaxın və ən yaxın olan­la­rın qeydinə qal­mağı buyurur”.

                                                                                       [ Səhihdir ]

(61) – Əbu Əyyub Suleyman rəvayət edir ki, Əbu Hureyra (radiyallahu anhu) Cümə axşamından cüməyə keçən gecə yanımıza gəlib dedi: “Qo­hum­luq əlaqələrini kəsən kimsə varsa ayağa qalxsın, onu tənbeh edəcə­yəm”. O bunu üç dəfə təkrar etdi, lakin heç kəs yerindən qalxmadı. Sonra bir cavan iki ildən bəri əlaqələrini kəsdiyi bibisinin yanına gəldi. Bibisi dedi: “Qardaş oğlu! Səni bura gətirən nədir?” O dedi: “Mən Əbu Hureyranın belə-belə dediyini eşitdim”. Bibisi de­di: “Onun yanına qayıt və ondan nə üçün belə deməsini soruş. (O bu­nun səbə­bini Əbu Hureyradan soruşduqda) dedi: “Mən Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Adəm oğullarının əməlləri hər Cü­mə ax­şa­mın­dan Cüməyə keçən gecə uca və ulu Allaha ərz edi­lir. O za­man qo­hum­luq əlaqələrini kəsən kimsənin əməlləri qəbul olun­mur”.

                                                                                         [ Zəifdir ]

(62) – İbn Ömər (radiyallahu anhumə) demişdir: “Savab qazanmaq məqsədilə ma­lın­dan özünə və ailəsinə xərcləyən elə bir adam yoxdur ki, bu əmə­lə görə Uca Allah onu mükafatlandırmasın. Elə isə, əvvəlcə ailən­dən başla. Malından artıq qalanı varsa, onu ən yaxın və ən yaxın olanlara ver. Yenə artıq qalsa, onu dilədiyinə ver”.

                                                                               [ İsnadı zəifdir ]


Baxılıb: 16339


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”