Ana səhifə / Fiqh / Şəriət risaləsi / MÜQƏDDİMƏ

MÜQƏDDİMƏ

MÜQƏDDİMƏ

 

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edi­rik, Onu kö­məyə çağırırıq, Ondan bağışlan­ma və bizi doğru yola yönəlt­məyi dilə­yirik, nəfslə­rimi­zin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pə­nah apa­rı­rıq. Allah kimə hidayət verərsə o, doğru yol­da olar, kimi az­dırarsa onu doğru yo­la yö­nəldən tapıl­maz. Mən şa­hid­lik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edi­rəm ki, Mu­həm­məd Onun qulu və elçisi­dir.

“Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərzdə qor­xun və ancaq mü­səlman olduğunuz halda ölün!”1

“Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, onun özün­dən zöv­cəsini yara­dan və onlardan da bir çox kişi və qa­dın törədib yer üzünə yayan Rəb­biniz­dən qorxun! Adı ilə bir­bi­rinizdən cür­bəcür şeylər istə­diyiniz Allah­dan və qohum­luq əlaqələri­ni kəsməkdən çəkinin! Həqi­qə­tən, Allah sizə nəzarət edir.”2

“Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz da­nışın ki, O, əməllərini­zi islah et­sin və gü­nahlarınızı ba­ğışlasın. Kim Allaha və Onun Elçisinə itaət et­sə, bö­yük bir uğur qa­zanar.”3

İslam öz gəlişi ilə insanlara hürriyət və xoşbəxtlik bəxş edən, onları kor-koranə həyat tərzindən uzaqlaşdıran, cə­ha­lətin insan təbiəti üçün tamamilə yararsız bir hal ol­du­ğu­nu göstərən və bundan yaxa qurtarmağı isə Adəm oğ­lun­dan qə­ti şəkildə tələb edən, yaradılan canlıların ən üs­tü­nü olan şüurlu varlıq üçün ən gözəl və əvəzedilməz məi­şət qay­da­ları müəyyən edən, öz prinsipləri ilə insanda ən çıxılmaz və dözülməz şəraitdə belə düşdüyü vəziy­yət­dən çıxış yolu ta­pa biləcəyinə inam yaradan, bir dindir. İlk baxışda yuxarıda sadaladığımız və sadalamadığımız bu müsbət keyfiyyət­lə­rin insanın qısa vaxtda özündə for­ma­laşdıra biləcəyi ağıla sı­ğılmaz görünsə də bu saf və hər cür təhrifdən uzaq dinin ər­kan və sütunları ilə tanış ol­duq­da bunun həqiqətən müm­künlü­yünə şübhə yeri qal­mır. Bir halda ki, səadət bu qay­da­lara riayət etməkdirsə onda ilk öncə bu qaydaları öyrən­mə­yi­miz, bilməyimiz ki­mi zərurət meydana çıxır. Elə bu səbəb­dən də soydaş­ları­mı­zı bu sahədə marifləndirməyi qarşımıza məqsəd qoy­mu­şuq. Dəyərli oxucularımıza təqdim etdiyimiz bu risalə aləmlərin Rəbbi olan Uca Allahın vacib buyur­du­ğu, dini­mi­zin ikinci əsası haqqındadır. Bu əsasın tələblərinə riay­yət etmək isə bütün sıxıntı, üzüntü, çətinlik və prob­lem­lə­rin mövcud olmasına baxmayaraq fərz edilmişdir. Təbii ki, söhbətimiz namaz və onunla birbaşa bağlı olan təharət (pak­lanmaq) haqqında olacaqdır. Namaz barəsində Uca Allah be­lə buyurur: “Hə­qi­qə­tən, na­maz çirkin və yara­maz işlər­dən çəkindirir.4

İnanırıq ki, bir çox soydaşlarımız bu ayə barəsində müəy­yən bilgilərə malikdirlər. Lakin biz, ona da inanırıq ki, təəs­süf­lər olsun bunu unudanlarımız da çoxdur. İnsan­la­rın bu qədər unutqan olduğunu əzəli elmi ilə bilən Rəb­bimiz Adəm övladlarına Öz kitabı vasitəsilə daim bildiyi məsələləri belə yenidən təkrarlamağı və xatırlamağı  töv­siy­yə edib buyurur: “Sən xatırlat! Çünki xatır­latmaq mö­min­lərə fayda verir.”5

Bu kitabı yazmaqda digər bir məqsədimiz də namaz və təharətlə bağlı mövcud olan fikir müxtəlifliyi və an­la­şıl­maz­lıqlara son qoymaqdır. Çünki hamımıza məlumdur ki, di­ni­mizdən zorla ayrı salındığımız illərdə şəriətin di­gər mə­sə­lə­lə­rində olduğu kimi, İslamın bu ərkanına da bəzi bi­dətlər (əla­və­lər, yeniliklər) edilmiş, bəzi hallarda isə ümu­miyyətlə İs­lam peyğəmbərinin, bəşəriyyətin ən xeyir­lisinin (sallallahu aleyhi və səlləm) sünnəsi­nə (dediklərinə) aid məsələlər əskil­dil­miş­dir. Lakin çoxları bu yenilik və əskiklərin fonunda na­ma­zın və ya dəstamazın ba­til olacağından xəbərsiz­dilər. Ümumiyyətlə hər bir mü­səl­man bilməlidir ki, dinlə bağlı hər hansı bir əməl yerinə ye­ti­ril­dikdə bu əməlin Allah tə­rə­findən qəbul olunması üçün iki hal mövcud olmalıdır:

Birincisi bu əməl heç bir kənar niyyətlə deyil, sırf ix­las­la Allah rizasını qazanmaq üçün olmalı, ikincisi isə bu əməl məhz Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) etdiyi kimi (sünnəsinə uy­ğyn ola­raq) olmalıdır. Bu iki şərtdən birinin olmaması hə­min iba­də­ti (namazı, dəstamazı, orucu, zəkatı və s.) ba­til edir. Elə bu səbəbdən də biz bu məsələ ətrafında möv­cud fikir ayrılığına son qoymaq üçün risaləmizi yalnız və yalnız Quran ayələri və səhih istinadlı hədislər əsasında yazmışıq. Bu kitabda qeyd olunanlar fiqhi məsələlər ol­du­ğu üçün çalışmışıq ki, is­lam alimlərinin rəylərini də nə­zə­rə alaraq Quran və mötəbər hədislərin dəstəklədiyi hökm­ləri burada əks etdirək. Ancaq adətdir ki, hər bir əsər ya­zılandan sonra, “bunu artırsaydı daha yaxşı olardı”, “bu­nu yazmasaydı daha gözəl olardı” de­yənlər çox olar. Şüb­hə­siz ki bu, insan əməyinin bəh­rəsi­dir. Bu tərcümənin nöq­sanlardan və xətalardan xali olma­dı­ğı üçün, bu ba­rə­də qeyd və mülahizələrini bildirəcək oxu­cu­lara əvvəl­cə­dən təşəkkür edirik. Onların dəyərli məslə­hət­lə­ri bu kita­bın gələcək nəşrlərində nəzərə alınacaqdır. Kamil­lik təkcə Allaha məxsusdur, məsum olan isə insanların ən şə­rəflisi  Muhəmməd (sallallahu aleyhi və səlləm) peyğəmbərdir.

Uca Allahdan hər bir əməlimizin ixlasla yalnız Onun üçün edilməsini və Onun Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) yolunda ol­ma­sı­nı diləyirik! Oxucularımıza bu yolda uğurlar, xeyir və bə­rə­kət arzulayırıq. Unutmayaq ki, biz yalnız Allah üçün yaşa­yı­rıq və sonda Ona da dönəcəyik. O, hər şeyin he­sabını tez çə­kəndir!      



1 “Ali-İmran” surəsi, 102.

2 “ən-Nisa” surəsi, 1.

3 “əl-Əhzab” surəsi, 70-71.

4 əl-Ənkəbut surəsi, 45.

5 əz-Zariyat surəsi, 55.

 


Baxılıb: 16394


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”