Ana səhifə / Fiqh / Şəriət risaləsi / “ T Ə H A R Ə T “

“ T Ə H A R Ə T “

“ T Ə H A R Ə T “

 

Təharət kəlməsi iki cür izah olunur:

Lüğəti mənası paklıq deməkdir. Dində isə (istilahi mə­nada) murdar şeylərdən təmiz­lənməyə deyilir.1

Murdar şeylərdən təmizlənmənin özü də iki qismə bö­lü­nür:

Birincisi mənəvi təmizlikdir. Yəni qəlbi şirkdən, küfr­dən, nifaqdan və s. bu kimi Allahın və Onun elçisinin (sallallahu aleyhi və səlləm) qadağan etdiyi günahlardan təmizləmək. Günahlardan tə­miz­lən­mə­yən şəxs cismani təmiz olsa da belə Allah qa­tında murdar hesab olunur. Uca Allah buyurur: “Ey iman gətirənlər! Hə­qi­qətən də, müşriklər murdar­dırlar.”2

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, cənabət3 halında Mədi­nənin küçələrindən birində Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə rastlaşdım. Giz­lincə ondan uzaqlaşıb gedib qüsl etdim, sonra Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına qayıtdım. O: “Əbu Hureyrə, harada idin?” – deyə soruşduqda, mən dedim: “Mən cənabət ha­lında idim. Belə na­təmiz halda da sənin yanında otur­maq istəmədim”. O de­di: “Subhənallah! Müsəlman4 murdar­lan­maz!” 5

İkincisi cismani təmizlikdir. Yəni bədəni, geyimi və yeri murdar şeylərdən su və s. ilə təmizləmək.

 



1 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/29; “əl-Mucəmu-l-Vasit” səh: 568.

2 ət-Tövbə surəsi, 28.

3 Cinsi əlaqədən və ya hər hansı yolla şəhvətlə məni ifraz edilməsindən sonrakı hal.

4 Başqa bir rəvayətdə: mömin.

5 Səhihu-l-Buxari, 283; Səhih Muslim, 822, 823.

 


Baxılıb: 16851


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”