Ana səhifə / Fiqh / Şəriət risaləsi / Murdar şeylərin (nəcasətin) növləri

Murdar şeylərin (nəcasətin) növləri

Murdar şeylərin (nəcasətin) növləri

 

1. Leş; Bura ölmüş və ya şəriət qaydası ilə kəsilməmiş hey­vanlar1 daxildir.2 Həmçinin heyvan sağ ikən ondan kə­si­lib ayrılmış müəyyən üzvü də buna aiddir. Yalnız murdar sayılmayan heyvanın kəsilib ayrılmış buynuzu, dırnağı və tükü müstəsnadır. Heyvanın dərisi isə yalnız aşılandıqdan sonra təmiz hesab olunur.

Ölmüş heyvanlardan aşağıdakılar təmiz hesab olunur:

a) Balıq3 və çəyirtkə;

İbn Ömər (radiyallahu anhumə) demişdir: “İki leş və İki qan bizə halal edil­mişdir. İki leş balıq və çəyirtkədir, iki qan isə ciyər və da­laq­dır.”4

b) Axar qanı olmayan milçək, ağcaqanad, mətbəx böcəyi, əqrəb və digər həşəratlar.5

2. Qan6; Qan özü  iki qismə bölünür:

a) Murdar: Bura ön və arxa ifrazat çıxışlarından gələn qan, axar qanı olan və ətinin yeyilməsi haram buyurulmuş hey­vanın qanı, ölmüş və ya şəriət qayda-qanunu ilə kə­sil­məmiş heyvanın qanı daxildir.

b) Təmiz: Bura insan qanı, balıq qanı, axar qanı olmayan hə­şəratların qanı, şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsə­dində qalan qan daxildir.

3. İnsan və əti yeyilməyən heyvanların sidiyi və nəcisi;

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaq­yo­luna getdikdə mən onun üçün su7aparardım. O da su ilə tə­mizlənərdi”8

4. Məzi; Bu şəhvət hissi keçirdikdə cinsiyyət üzvündən təkansız, özbaşına süzülən ağ (şəffaf) rəngli mayedir.

Əli ibn Əbu Talib (radiyallahu anhu) deyir ki, məndən çoxlu məzi ifraz olu­nurdu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) kürəkəni olduğum üçün bunun hökmünü ondan soruşmağa utanırdım. Ona görə də əl-Miq­dad ibn əl-Əsvədi (radiyallahu anhu) bu məsələnin hökmünü öyrənmək üçün onun yanına göndərdim. Rəsulullah (sallallahu aleyhi və səlləm): “Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın” – deyə cavab verdi9.

5. Donuz10 və it;

Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “İt, sizdən birinizin qabından (su və s.) içərsə, o qabı yeddi dəfə yuyun!”

Müslimin əlavəsində: “Birincisini torpaqla1112

6. Məni (sperma).

Yalnız əti yeyilməyən heyvanların mənisi murdar hesab olunur.

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) üzərinə mə­ni düşmüş paltarını əlimlə ovxalayardım”13

Nəticə: Məni murdar olmuş olsa idi Aişə (radiyallahu anhə) onu ovxa­la­maqla kifayətlənməzdi və onu yuyardı.



1 Qeyd etmək lazımdır ki, əti yeyilməyən heyvan şəriət qayda-qanunu ilə kəsilmiş olsa da belə onun cəmdəyi murdar sayılır.

2 Bax: əl-Ənam surəsi, 145.

3 Suda-quruda yaşayanlar bura daxil deyildir.

4 “Müsnəd” 2/97; İrvau-l-Ğalil, 8/164 – 2526-cı hədis. [Hədis səhihdir] 

5 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/534.

6 Bax: əl-Ənam surəsi, 145.

7 Dəridən hazırlanmış kiçik su qabında.

8 Səhih Muslim, 620.

9 Səhihu-l-Buxari, 269; Səhih Muslim, 693.

10 Bax: əl-Ənam surəsi, 145.

11 Yeddi dəfədən birini torpaqla yumaq.

12 Səhihu-l-Buxari, 172; Səhih Muslim, 648, 649.

13 Səhih Muslim, 672.

 


Baxılıb: 17073


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”