Ana səhifə / Fiqh / Şəriət risaləsi / Subaşına çıxmağın ədəbləri

Subaşına çıxmağın ədəbləri

Subaşına çıxmağın ədəbləri

 

1. Subaşına çıxan şəxs elə yer seçməlidir ki, insanlar onun nə özünü görə bilsinlər, nə orqanizmdən qazburaxma za­ma­nı ehtimal olunan səsi eşitsinlər, nə də ifrazatın və qazın iyi­ni duya bilsinlər;

əl-Muğirə ibn Şöbə rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə sə­fər­də idim. O subaşına çıxmaq üçün (gözdən itənədək) mən­dən uzaqlaşdı….”1

2. Ayaqyoluna daxil olduqda aşağıdakı duanı oxuyub da­xil olmaq müstəhəbdır (bəyənilir);

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaq­yoluna daxil olduqda: “Allahummə inni əuzu bikə minə-l-xub­si və-l-xəbais!” (Allahım, şeytanlardan2 və onların şə­rin­dən3 sənə pənah aparıram!) – duasını oxuyardı.”4

3. Ayaqyolundakı adam heç nə danışmamalı, salam ve­rib-almamalı, zərurət olmadan çağırana cavab vermə­məli­dir;

Abdullah ibn Ömər rəvayət edir ki; “Peyğəmbər (sallallahu aleyhi və səlləm) su­ba­şı­na çıxmışdı, bir kişi gəlib ona salam verdi və o, bu salama ca­vab vermədi.”5

4. Subaşına çıxan şəxs qibləyə təzim etmək, onun eh­ti­ra­mı­nı gözləmək naminə üzünü və ya arxasını qibləyə çevir­mə­məlidir;

Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Ayaqyolunda üzünüzü və ya arxanızı qibləyə yö­nəlt­mə­yin, yalnız şərqə və ya qərbə tərəf yönəlin!67

Əbu Əyyub (radiyallahu anhu) rəvayət edir ki: “Biz Şama gəldikdə, orada təha­rətxanaların8 üzü qibləyə bina edildiyini gördük və Allah­dan bağışlan­mamızı diləyərək bacardığımız qədər o təha­rət­xanalar­dan uzaqlaşdıq”9

5. Subaşına çıxan şəxs bədəninə nəcis və sidik dəymə­sin­dən özünü gözləməlidir;

Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) iki qəbrin yanında dayanıb dedi: “Bu qəbirdəkilər günah et­diklərinə görə əzab çəkirlər: onlardan biri sidik ifraz et­dik­də ondan (üzərinə sıçramasından) özünü qorumaz­dı...”10

6. Subaşına çıxan şəxs insanların gedib-gəlmək üçün is­ti­fadə etdikləri yollardan və istirahət etmək üçün nəzərdə tu­tu­lan yerlərdən kənara çəkilməlidir;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “İki lənət olunandan çəkinin! Səhabələr: Ey Allahın elçisi! İki lə­nət olunanlar kimlərdir? – deyə soruş­duqda o dedi: Bu, in­san­ların gedib-gəlmək üçün istifadə etdikləri yol­la­ra və din­cəl­mək üçün kölgələndikləri yerlərə subaşına çı­xan şəxsdir.”11

7. Subaşına çıxan şəxs axmayan durğun sulara, özünün çimdiyi suyun içinə nəcis və ya sidik salmamalıdır;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Heç biriniz axmayan durğun suya sidik ifraz etməsin və (sidik if­raz etmişsə) onunla yuyunmasın!”12

8. Sidik ifraz etdikdə ayaq üstə durmaq bəyənilmir. Su­ba­şına çıxan şəxs yalnız iki şərtlə bunu edə bilər;

a) Sidiyin paltarına və ya bədəninə sıçramayacağına əmin olduqda;

b) Başqalarının onun ayıb yerlərini görməyəcəyinə əmin olduqda.

Huzeyfə (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) divarın arxasında ayaq üstə su­başına çıxdığını rəvayət etmişdir.13

9. Hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş və s.) ilə14 təmizlənməlidir;

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaq­yo­luna getdikdə mən və mənim kimi bir uşaq onun üçün su15 və daş aparardıq. O isə su ilə təmizlə­nərdi”16

10. Ayaqyolunda sol əl ilə təmizlənmək lazımdır;

Əbu Qətadə əl-Haris ibn Rabi əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: Sizdən biriniz sidik ifraz etdikdə sağ əli ilə cinsiyyət üzvündən tutmasın, yuyunduqda17 da sağ əli ilə yuyunmasın…”18

11. Ayaqyolundan çıxdıqda aşağıdakı duanı oxumaq müs­təhəbdır (bəyənilir);

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaqyolundan çı­xarkən “Ğufranəkə” deyərdi.”19

Duanın tərcüməsi: Allahım, Səndən bağışlanma dilə­yi­rəm!

12. Ayaqyoluna sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müstəhəbdır (bəyənilir).

Bir çox islam alimləri Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət olunan hə­disləri araşdırıb müqayisə etdikdən sonra bu qənaətə gəl­miş­lər.20



1 Səhih Muslim, 628.

2 Erkək və dişi cinlər.

3 Günahlardan.

4 Səhihu-l-Buxari, 142; Səhih Müslim, 829.

5 Səhih Muslim, 821.

6 Yəni, yan tərəf qibləyə yönəlməlidir.

7 Səhihu-l-Buxari, 144; Səhih Müslim, 608.

8 Tualet.

9 Səhih Müslim, 3-cü cild, səh.149.

10 Səhihu-l-Buxari, 218; Səhih Müslim, 675.

11 Səhih Muslim, 617.

12 Səhih Muslim, 654.

13 Səhihu-l-Buxari, 225.

14 Təmizləyici ehtiram olunan əşya (Quran ayəsi, hədis, şəkil və s.) qida məh­­sulu, peyin, sümük və bu kimi vasitələrdən olmamalıdır.

15 Dəridən hazırlanmış kiçik su qabında.

16 Səhihu-l-Buxari, 152; Səhih Müslim, 619.

17 Nəcisdən təmizləndikdə.

18 Səhihu-l-Buxari, 153; Səhih Müslim, 612.

19 “Sünənu-t-Tirmizi” 1/12; İrvau-l-Ğalil 1/91–52-ci hədis. [Hədis səhihdir] 

20 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/123.

 


Baxılıb: 16911


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”