Ana səhifə / Fiqh / Şəriət risaləsi / Dəstəmazın şərtləri

Dəstəmazın şərtləri

Dəstəmazın şərtləri

 

Dəstəmaz alan şəxs aşağıdakı şərtləri özündə cəm et­mə­li­dir:

1. Müsəlman olmaq;

Uca Allah buyurur: “Ey iman gətirənlər! Na­ma­za du­rar­kən …”1

2. Həddi-büluğa çatmaq (bəzi alimlərin rəyinə görə);

3. Ruhi xəstə olmamaq;

Ömər ibn əl-Xəttab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah ya­zıl­mır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs…”2

4. Təmiz su tapmaq;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi gəlib Peyğəm­bər­dən (sallallahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın elçisi! Biz dənizə çıxdığımız za­man özümüzlə az miqdarda su götürürük. Onunla dəstə­maz alarıqsa, içməyə suyumuz qalmaz. Elə isə dəniz suyu ilə dəstəmaz ala bilərikmi? Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: Dənizin suyu təmizdir və içərisində ölmüş su heyvanları da  halaldır.”3

5. Niyyət etmək;

Ömər ibn əl-Xəttab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Əməllər niyyətlərə görədir…”4

6. Suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq və əzalarda quru yer saxla­ma­maq;

Ömər ibn əl-Xəttab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir nə­fərin dəstəmaz alıb dabanlarını tam yumadığını görüb de­di: “Qayıt dəstəmazını tamamla56

7. Bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);

Əli ibn Əbu Talib (radiyallahu anhu) deyir ki, məndən çoxlu məzi ifraz olu­nurdu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) kürəkəni olduğum üçün bunun hökmünü ondan soruşmağa utanırdım. Ona görə də əl-Miq­dad ibn əl-Əsvədi (radiyallahu anhu) bu məsələnin hökmünü öyrənmək üçün onun yanına göndərdim. Rəsulullah (sallallahu aleyhi və səlləm): “Cinsiyyət üz­vü­nü yusun və dəstəmaz alsın” – deyə cavab verdi.7

8. Sidik və ya nəcisdən azad olmaq.

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm): “Yemək gətirildiyi zaman, həmçinin öndən və arxadan çıxanı8 dəf edə­rək (zorla sax­layaraq) namaz qılınmamalıdır” – dediyini eşit­dim”9



1 əl-Maidə surəsi, 6.

2 “Sünənu Əbi Davud” 12/50 – 4391-ci hədis; İrvau-l-Ğalil 2/4 – 297-ci hə­dis. [Hədis səhihdir]

3 “Muvatta” 1/22 – 12-ci hədis; “Müsnəd” 2/237; İrvau-l-Ğalil, 1/42–9-cu hə­dis. [Hədis səhihdir]  

4 Səhihu-l-Buxari, 1; Səhih Müslim, 4904.

5 Çünki suyu dərinin hər yerinə çatdırmaq şərtdir.

6 Səhih Muslim, 575.

7 Səhihu-l-Buxari, 269; Səhih Müslim, 693.

8 Sidik və nəcis.

9 Səhih Müslim, 1246.

 


Baxılıb: 16875


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”