Ana səhifə / Fiqh / Şəriət risaləsi / Dəstəmazın vacibləri

Dəstəmazın vacibləri

Dəstəmazın vacibləri

 

Dəstəmaz aldıqda yerinə yetirilməsi vacib olan altı əməl var ki, bunlar da aşağıdakılardır:

1. Bir dəfə üzü (ağız və burun daxil olmaqla)1 yumaq;

2. Bir dəfə əlləri dirsəklərə qədər (dirsəklər qə daxil ol­maq­la) yumaq;

3. Bir dəfə başı (qulaqlar da daxil olmaqla)2 məsh etmək;

4. Bir dəfə ayaqları topuqlara qədər (topuqlar qa daxil ol­maqla) yumaq;

5. Bu hərəkətləri ayədə qeyd olunduğu kimi ardıcıl (tər­tiblə) etmək;

* Cabir ibn Abdullahın (radiyallahu anhu) rəvayət etdiyi hədisdə Peyğəm­bər (sallallahu aleyhi və səlləm) “Həqiqətən, Səfa və Mər­və Alla­hın qoyduğu nişa­nə­lər­dən­dir3, mən də Allahın başladı­ğından başlayıram de­yib Səfa dağına qalxdı…”4

Bir çox islam alimləri bu hədisin ümumi ləfzindən nəticə çıxarmışlar ki, dəstəmazda Allahın buyurduğu tərtiblə ol­ma­­lıdır.5

* Peyğəmbərin (sallallahu aleyhi və səlləm) necə dəstəmaz aldığını nəql edən sə­ha­bə­lərin hamısı onun ayədə xatırlanan ardıcıllıqla dəstəmaz aldığnı rəvayət etmişlər.6

6. Bu əzaları yuyarkən böyük fasilə verməmək.

Ömər ibn əl-Xəttab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir nəfərin dəstəmaz alıb dabanlarını tam yumadığını görüb de­di: “Qayıt dəstəmazını tamamla”7

Başqa rəvayətdə: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona, qayıdıb yenidən dəs­təmaz almağı əmr etdi”8

Dəstəmaz əsnasında (normal hava şəraitində) verilən fa­si­lə istənilən əzanın qurumasına səbəb olarsa yenidən dəs­tə­maz alınmalıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də bu səbəbdən ona yenidən dəstəmaz almağı əmr etdi.



1 Bu məsələdə alimlər ixtilaf etmişlər, ehtiyat üçün daima ağız və burunu ya­xalamaq əfzəldir.

2 Bu məsələdə alimlər ixtilaf etmişlər, ehtiyat üçün daima qulağa məsh et­mək əfzəldir.

3 Əl-Bəqərə surəsi, 158.

4 Səhih Muslim, 2941.

5 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/218.

6 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/218.

7 Səhih Muslim, 575.

8 “Müsnəd” 3/146; İrvau-l-Ğalil, 1/126 – 86-cı hədis. [Hədis səhihdir]

 


Baxılıb: 16990


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”